Yörgəməc — bağırsaq içinə qarın və bağırsaq parçalarının xırda doğranılaraq doldurulması və qızardılıb və ya bişirilməsi ilə hazırlanan bir növ kabab və ya bağırsaq dolmasıdır.[1][2] Mahmud Kaşğarinin Divanü Lüğat-it-Türk kitabıbda adı çəkilən[3] və Qaraxanlı mətbəxinə aid olan bir yeməkdir. Yörgəməci Türkiyəyə ilk olaraq Səlcuqilər daşımışdır.[4]