Yaşayış binası (Nizami küçəsi, 133)

Nizami küçəsi 133 ünvanında yerləşən yaşayış binasıGəncə şəhərində yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi. [1]

Yaşayış binası
Ölkə  Azərbaycan
Şəhər Gəncə
Yerləşir Nizami küçəsi 133
Tikilmə tarixi XIX əsrin II yarısı
Üslubu Arran memarlıq məktəbi
İstinad nöm.3921
Kateqoriyayaşayış binası
ƏhəmiyyətiYerli əhəmiyyətli

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

İki mərtəbəli tikilinin ikinci mərtəbəsində düz divar səthi pilyastrlarla hissələrə bölünmüş, onlar arasında isə fasad boyunca pəncərə yerləri yerləşdirilmişdir. Pəncərə yerlərinun yükü yarımdairəvi tağlar vasitəsiylə bölünmüşdür. Binanın aşağı mərtəbəsinin fasadı daha sadə həll edilməklə həm də yerə yaxınlığı ilə diqqət çəkir.[1]

Evin fasdının düz səthi taxtadan hazırlanmış karnizlə tamamlanır ki, bu da Gəncənin verandası olmayan bütün evləri üçün xarakterik xüsusiyyətlərdən biridir.[1] Gəncənin iqlim xüsusiyyətləri evlərdə kölgə yaradılmasını tələb edirdi ki, bu da əsasən taxta karnizlər vasitəsiylə həyata keçirilirdi. Daha sonrakı dövrə aid evlərdə isə böyük sahəli eyvanlar tikilirdi.[1]

  • Джеванширова, Н.А. Жилые дома Кировабада XVII-XIX веков. Баку: Памятники архитектуры Азербайджана. 1950.