Yana yapon müxbiri

"Yani Yapon Mohbiri" (tatar. یاڭی یاپون مخبری; yap. ヤニヤポンモフビリー) — 1931–1938-ci illərdə Yaponiya tatarları tərəfindən Tokioda nəşr olunmuş tatardilli jurnal.[1][2] "Mətbəəyi-İslamiyə" nəşriyyatı tərəfindən nəşr olunmuş bu jurnal Yaponiyada yaşayan tatar icmasının fəaliyyətlərinə və həyatına həsr olunmuşdu.

Yani Yapon Mohbiri
tatar. یاڭی یاپون مخبری
Növ islam jurnalı
Nəşriyyat Mətbəəyi-İslamiyə
Təsis tarixi 1931
İlk buraxılışı 25 may 1931
Nəşrini dayandırıb 1938
Ölkə Yaponiya Yaponiya
Qərargah
Dil tatarca

"Yani Yapon Mohbiri" 1930-cu ildə Tokioda tatarlar tərəfindən qurulmuş "Mətbəəyi-İslamiyə" nəşriyyatının əsas nəşri olmuşdur.[3] Jurnalın ilk sayı 25 may 1931-ci ildə "Yapon Müxbiri" adı ilə çıxmışdır.[3] İlk sayda jurnala təbrik yazısı göndərənlərdən biri Yaponiyadakı tatar icmasının dəstəkçisi olan, ultramillətçi Toyoma Mitsuru olmuşdur.[4] 4–5 saydan sonra 1932-ci ildə "Yani Yapon Mohbiri" adı ilə nəşr olunmağa başlamışdır.[3]

Jurnal 1938-ci ilə qədər nəşr olunmuş, 33 ölkəyə göndərilmiş, bir çox abunəsi olmuşdur.[5][6] 1938-ci ildə jurnalın nəşrindən məsul olan Məhəmməd Qabdulxay Kurbanqaliyev (1889–1972) Yaponiyadan xaric edilməsindən sonra jurnal fəaliyyətini dayandırmışdır.[3] Nəşr olunduğu illər ərzində 50-ə yaxın sayı nəşr olunmuşdur.[7]

Tatar dilində nəşr olunmuş jurnalda[8] Yaponiya və Yaponiyadan asılı ərazilərdə yaşayan İdil-Ural türkləri və digər müsəlmanlarla bağlı cari xəbərlər və məlumatlar nəşr olunurdu.[3] Jurnalın məqsədi müsəlmanlara Yaponiyanı tanıtmaq, yaponlarla müsəlmanlar arasında mədəni və iqtisadi münasibətləri təbliğ etmək olmuşdur.[3] Bu səbəbdən jurnalda Yaponiya lehinə olan yazılara üstünlük verilmişdir.[3] Jurnalda tatarlar üçün aktual və vacib olan mövzular haqqında məqalələr dərc olunmuşdu.[9] Məsələn, jurnalın 15-ci sayında dərc olunmuş "Ərəb hərflərini buraxıb latın hərflərinə keçmə" məqaləsində tatarların Türkiyədəki əlifba islahatı haqqında fikirləri müzakirə olunmuşdur.[9]

Kurbanaliyevin Yaponiyadakı siyasi rəqibi olan Ayaz İshakinin tərəfdarları jurnalı tənqid edərək tatar millətinin inkişafına qarşı fikirlər yaydığını bəyan etmiş və jurnalın bağlanmasını tələb etmişdirlər.[3]

  1. "Яңа япон мөхбире / یاڭی یاپون مخبری". Центр письменного и музыкального наследия Института языка, литературы и искусства им. Г. Ибрагимова Академии наук Республики Татарстан. 2024-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-12.
  2. Хатыйп Миңнегулов. "«Яңа япун мөхбире» мәҗмугасы". "Казан утлары" (№ 2). 2007.
  3. 1 2 3 4 5 6 7 8 Atakan, 2019. səh. 483
  4. Dündar, 2015. səh. 218
  5. Dündar, 2003. səh. 109
  6. Atakan, 2019. səh. 489
  7. Atakan, 2019. səh. 495
  8. Fathil, 2017. səh. 307
  9. 1 2 Atakan, 2019. səh. 488

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]