sif. [
ər. xəbər və
fars. …dar]
1. Bir işdən xəbəri, məlumatı olan, agah olan, məlumatlı.
Ol zalimi-bədxu, şuxisitəmkar; Zakirin halından deyil xəbərdar. Q.Zakir.
…Oturanların hamısı Məhəmməd Həsən əminin ziyarət qəsdindən xəbərdardılar. C.Məmmədquluzadə.
□ Xəbərdar etmək (eləmək) – məlumat vermək, əhvalatı bildirmək, çatdırmaq, agah etmək. Məni işdən xəbərdar et.
– [Rəşid:] Əzizim, əhvalından məni tez-tez xəbərdar et ki, bəlkə mən də səbr edə biləm. İ.Musabəyov.
Nurəddin evlərinə qayıtdıqda Bahar onu əhvalatdan xəbərdar etdi. S.S.Axundov.
Xəbərdar olmaq – bir şey, hadisə haqqında məlumatı olmaq, agah olmaq, bilmək.
Yoxdur əhvalıma bir kəs ki xəbərdar olsun. S.Ə.Şirvani.
Bir-birinin əhvalından xəbərdar olandan sonra Bahadır çay tədarükü etdi. N.Nərimanov.
Şaqqulu işdən xəbərdar olub, həyətə girdi. Çəmənzəminli.
2. Əmr şəklində: xəbərdar! – ehtiyatlı olmağa çağırış.