XƏBƏRDARLIQ

is.
1. Xəbərdar etmə, məlumat vermə, qabaqcadan demə, bildirmə.
Xəbərdarlıq üçün gələn qadın Tanya idi. A.Şaiq.
Dəstə hərəkətə gəlməkdə ikən, kiminsə bərkdən bu xəbərdarlığı eşidildi… Ə.Əbülhəsən.
Zərqələmin bu xəbərdarlıqdan məqsədi vardı. Ə.Sadıq.

2. Qəbahət edənə bir daha qəbahəti təkrar etməmək üçün verilən göstəriş.
□ Xəbərdarlıq etmək – qabaqcadan demək, bildirmək, çatdırmaq.
…Güldəstə gərgin halda xəbərdarlıq etdi. H.Seyidbəyli.
Usta əlindəki taxtanı kəndirlə möhkəm bağladı, xəbərdarlıq edib kəndiri dartdı. M.Süleymanov.

Xəbərdarlıq vermək – xəbərdar etmək, qabaqcadan demək, bildirmək.
[Toğrul:] Yoldaş İmamyar doğru deyir, [Yaşar] mənə demişdi, …xəbərdarlıq vermişdi. C.Cabbarlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XƏBƏRDARLIQ 1. XƏBƏRDARLIQ, CİDDİ GÖSTƏRİŞ 2. XƏBƏRDARLIQ, BİLDİRİŞ, MƏLUMAT
  • XƏBƏRDARLIQ qabaqlama — çəkindirmə — qorunma — gözləmə
XƏBƏRDAREDİCİ
XƏBƏRLƏŞMƏ
OBASTAN VİKİ
Zəlzələdən erkən xəbərdarlıq sistemi
Milli Zəlzələ Erkən Xəbərdarlıq Sistemi (yap. 緊急地震速報, Kinkyū Jishin Sokuhō緊急地震速報, Kinkyū Jishin Sokuho) — 2007-ci ildən Yaponiyada fəaliyyət göstərir. Bu müddət ərzində Meteorologiya İdarəsi bunu 130 dəfə tətbiq edib. Sosioloji sorğunun nəticələrinə görə, yaponiyalıların 65%-i ictimai zəlzələdən xəbərdar olmaq sistemini faydalı hesab edir. Onun hərəkəti ondan ibarətdir ki, seysmik dalğaların yayılma sürəti çox da yüksək deyil və zəlzələnin episentrinin uzaqlığından asılı olaraq yaşayış məntəqələrinə çatmaq bir neçə dəqiqə çəkə bilər. Adaların sakinlərinin əksəriyyəti qeyd edib ki, bu cür xəbərdarlıqlar onlara mümkün fəlakətlərə hazırlaşmağa kömək edir. Məhz bu sistem 2011-ci ildə faciəli hadisələrdən bir dəqiqə əvvəl onları televiziya vasitəsilə xəbərdar etməyə imkan verdi. Hesab edilir ki, bu bir çox insanın həyatını xilas etməyə imkan yaratmışdır. == Təsvir == Yaponiya Meteorologiya Agentliyinin (JMA) iki zəlzələdən erkən xəbərdarlıq sistemi mövcuddur: biri geniş ictimaiyyət üçün, digəri isə Milli Meteorologiya və Hidroloji Xidmət üçün. Yaponiyada quraşdırılmış 4235 seysmometrdən iki (və ya daha çox) P dalğası aşkar edildikdə, JMA zəlzələnin episentrinin təxmini yerini təhlil edir və proqnozlaşdırır.
Xərçəngin Əmələ gəlməsinə Xəbərdarlıq (1953)
Xərçəngin əmələ gəlməsinə xəbərdarlıq (film, 1953)

Digər lüğətlərdə

биотелеметри́ческий гру́шица жердяно́й матерщи́нница наката́ть пляса́вица припосади́ть ритм властолюби́вый жёнка певи́ца пе́ршинг сове́ть старообря́дский фольгиро́ванный bashi-bazouk blacknull breaking and entering Hochheimer safety harness tintype tried вверять подставлять солидность