XƏBƏRÇİ

is.
1. Xəbər gətirən, müjdəçi.
Bu əsnada xəbərçi gəlir, qeyrətkeş arvad mətanəti-qəlb ilə ondan təvəqqe edir ki, heç bir şeyi gizlətməyib, ona dürüst xəbər versin. F.Köçərli.

2. Xəbərçilik edən, xəbərçiliklə məşğul olan; çuğul, donosçu; adamsatan. Xəbərçi yalançı olar, yalançı xəbərçi. ( Ata. sözü ).
Onun tərəfindən olun arxayın; Yoxdur kəndimizdə xəbərçi, xayın. H.K.Sanılı.
[Qızıl Arslan Toğrula göndərdiyi məktubda] Rəiyyətinə o qədər adil və mehriban olmalısan ki, ətrafında casus, xəfiyyə və ya xəbərçilər saxlamağa ehtiyac qalmasın. M.S.Ordubadi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XƏBƏRÇİ 1. XƏBƏRÇİ (xəbərçilik edən) [Qönçə Qəndaba:] Xəbərçinin biri, çəkil get! (B.Bayramov); AĞZIDAĞINIQ Heydər bəy: A kişi, bilmirəm hansı ağzıdağınıq naç
  • XƏBƏRÇİ carçı — çuğulçu — qeybətçi — dedi-qoduçu
XƏBƏR-ƏTƏRSİZ
XƏBƏRÇİLİK

Digər lüğətlərdə