X
xacə
OBASTAN VİKİ
Xabarovsk
Xabarovsk — Rusiyada şəhər( 1880-ci ildən), Rusiyanın və Xabarovsk diyarı-nın Uzaq Şərq federal dairəsinin inzibati mərkəzi. Rusiyanın Uzaq Şərq federal dairəsində ən böyük siyasi, maarifləndirici və mədəni mərkəzlərindən biridir. Əhali — 616 242 (2017) nəfərdir.Şəhərin sahəsi — 386 кm². Xabarovsk beynəlxalq dəmir yolu və hava nəqliyyatı yollarının kəsişməsi mərkəzində, Amur çayı və Çinlə sərhədin yaxınlığında Sredamursk ovalığının sağ sahilində yerləşir. Xabarovskdan Moskvaya qədər hava yolu ilə məsafə — 6 100 kilometr, dəmiryolu ilə təxminən — 8 533 kilometr təşkil edir. Şəhərdə iki aeroport var, dəmiryol vağzalı, dörd dəmir yolu stansiyası, avtomobil dayanacağı, çay limanı var. 1858-ci il 31 mayda Şərqi Sibir general-qubernatoru Nikolay Muravyov tərəfindən Xabarovka kəndinin əsası qoyulmuşdur.XVII əsrinin rus tədqiqatçı səyyahı Yerofey Xabarovun şərəfinə adlandırılmışdır. 1880-ci ildən — Xabarovka şəhər statusu almış, Primorsk vilayətinin inzibati mərkəzi, 1884-cü ildən — Amur ətrafı general-qubernatorluğun inzibati mərkəzi olmuşdur. 1893-cü ildə şəhərin adı Xabarovsk olarak dəyişdirilmişdir.1922-ci ilin noyabrında RSFSR-ın Uzaq şərq respublikasının tərkibinə daxil olur.1926-cı ildə şəhər Uzaq şərq vilayətinin inzibati mərkəzi idi, 1938-ci ildən — Xabarovsk diyarının inzibzti mərkəzidir.2002-ci ildə şəhər Uzaq şərq federal dairəsinin mərkəzi statusunu aldı, burada da həmçinin Uzaq Şərqin inkişafı üzrə federal nazirlik yerləşir,Şərq hərbi dairəsinin qərargahı və federal hakimiyyətin və idarənin regional orqanları burada yerləşir, şəhər Uzaq Şərqin paytaxtıdır, Sibir və uzaq şərq şəhərləri Assosiasiyasının üzvüdür. Xabarovsk — "hərbi şöhrətin Şəhəridir".
Xabarovsk Diyarı
Xabarovsk diyarı və ya Xabarovsk ölkəsi (rus. Хабаровский край) — Rusiya Federasiyası subyektlərindən biri. Uzaq Şərqdə yerləşir. 20 oktyabr 1938-ci ildə formalaşdırılıb. İnzibatı mərkəzi Xabarovsk şəhəridir.
Xabarovsk vilayəti
Xabarovsk diyarı və ya Xabarovsk ölkəsi (rus. Хабаровский край) — Rusiya Federasiyası subyektlərindən biri. Uzaq Şərqdə yerləşir. 20 oktyabr 1938-ci ildə formalaşdırılıb. İnzibatı mərkəzi Xabarovsk şəhəridir.
верну́ться левобере́жье мокро... нить перемалева́ть разраба́тывать реме́нчатый тю́биковый антиспасти́ческий вска́пываться зажужжа́ть компете́нтный нека́чественность подосла́ть прошнуро́вываться пряди́льня рубану́ться шершнево́й шнек стрый fen-berry furore glowering lumme songful