XADİM

\[ər.\] сущ. 1. куьгьн. къуллугъ (хидмет) ийидайди, къуллугъчи (хидметчи); 2. са кардал (кӀвалахдал) вичи-вич къалурнавай, къуллугъар (хидметар) авай (авунвай, ийизвай) кас.
XAÇVARİLİK
XADİMƏ
OBASTAN VİKİ
Allahverdi Allahverdiyev (ictimai-siyasi xadim)
Allahverdi Adış oğlu Allahverdiyev (7 noyabr 1927, Ağdam rayonu – 1 iyul 1988) — Azərbaycanlı elm adamı və ictimai-siyasi xadim, Sovet dövrünün tanınmış ziyalısı, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1953), Ağdam rayonu Telman adına kolxozun sədri (1964–1988). == Həyatı == Allahverdi Allahverdiyev 7 noyabr 1927-ci ildə Azərbaycan SSR Qaradağlı (Ağdam) kəndində anadan olmuşdur. 1935-ci ildə Qaradağlı kənd məktəbinin birinci sinfinə daxil olub, orta təhsilini isə Ağdam şəhəri 1 nömrəli peşə məktəbində bitirib. Orta məktəb illərindən əmək fəaliyyətinə başlayıbdır (1942) .1944-cü ildə Komsomol sıralarına daxil olmuşdur. 1945-1950-ci illərdə Ernest Telman adına kolxozda ilk komsomol təşkilatının katibi seçilərək işləmişdir. Eyni zamanda Qiyabi təhsil aldığı Bakı Uçot Statistika məktəbini 1951-ci ildə bitirərək Ağdam rayonu Xanlar ve Telman adına kolxozda mühasib vəzifəsində fəaliyyətini davam etdirir. 1951-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakultəsinin məntiq və Psixologiya şöbəsinə qəbul olub, 1956-cı ildə oranı fərqlənmə diplomuyla bitiribdir. Universıtet illərində əlaçı tələbə olmaqla yanaşı həm də çox fəal ictimaiyyətçi olub—həm universitetin Tələbə Elmi Cəmiyyətində, həm fakültə Komsomol təşkilatına rəhbərlik etmiş, həm də fakültə komsomol bürosunun katibi, fakültə partiya bürosunun üzvü və Univeristet Komsomol Komitesinin üzvü kimi fəallıq göstərmişdir. Tələbəlik illərində (1953) Sov.İKP sıralarına üzvlüyünə qəbul olub. Universiteti bitirdikdən sonra ona Elmi işçi fəaliyyəti təklif olunsa da, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi tələbnaməsi ilə fəal məzun kimi partiya işinə göndəriş alır.
İctimai xadim
İctimai xadim — ictimai məsələlərdə, cəmiyyətin siyasi, mədəni və peşəkar ehtiyaclarına könüllü xidmət göstərməsi ilə tanınmış olan şəxsdir.
Xadim bəy Talış
Xadim bəy Xüləfa (fars. خادم بیگ تالش‎) — talış əsilli sufi və hərbi sərkərdə olub, Səfəvi nizamına, daha sonra isə ordenlə qurulan Səfəvi sülaləsinə qulluq etmişdir. Xadim bəy Soltan Əli Səfəvi və qardaşı İsmayıl Mirzənin uşaq ikən himayədarı və Şah İsmayılın (1501-1524) mühüm məsləhətçisi idi.Çaldıran döyüşündə həlak olmuşdur. == Həyatı == Xadim bəy Şah İsmayılın bir çox yürüşlərində, xüsusən də Ərəb İraqına qarşı bir kampaniyada xidmət etmişdir. 1508-ci ildə Şah Bağdadı fəth etdi və onu Bağdadın və bütün vilayətin ilk qubernatoru təyin etdi, bu titul Kərbəlanın müqəddəs hərəminə nəzarət etmək vəzifəsini özündə birləşdirdi. Bağdad qubernatorluğundan əvvəl o, Səfəvi imperiyasının Əmir-i Divanı (sonralar Divan-bəyi) idi.O, həmçinin 1498-ci ildən Səfəvi təriqətinin Xəlifət əl-Xulafa vəzifəsini tutmuşdur. == Ailəsi == Xadim bəyin nəvəsi Yadigar Əli Sultan Talış 1626-1627-ci illərdə qısa müddətə Xəlifət əl-Xulafa oldu və onun yerinə oğlu Bədr Xan Sultan Talış keçdi. == Həmçinin bax == Abdal bəy Talış == İstinadlar == == Mənbə == Floor, Willem. "The Secular Judicial System in Safavid Persia". Studia Iranica.
Xadim bəy Xüləfa
Xadim bəy Xüləfa (fars. خادم بیگ تالش‎) — talış əsilli sufi və hərbi sərkərdə olub, Səfəvi nizamına, daha sonra isə ordenlə qurulan Səfəvi sülaləsinə qulluq etmişdir. Xadim bəy Soltan Əli Səfəvi və qardaşı İsmayıl Mirzənin uşaq ikən himayədarı və Şah İsmayılın (1501-1524) mühüm məsləhətçisi idi.Çaldıran döyüşündə həlak olmuşdur. == Həyatı == Xadim bəy Şah İsmayılın bir çox yürüşlərində, xüsusən də Ərəb İraqına qarşı bir kampaniyada xidmət etmişdir. 1508-ci ildə Şah Bağdadı fəth etdi və onu Bağdadın və bütün vilayətin ilk qubernatoru təyin etdi, bu titul Kərbəlanın müqəddəs hərəminə nəzarət etmək vəzifəsini özündə birləşdirdi. Bağdad qubernatorluğundan əvvəl o, Səfəvi imperiyasının Əmir-i Divanı (sonralar Divan-bəyi) idi.O, həmçinin 1498-ci ildən Səfəvi təriqətinin Xəlifət əl-Xulafa vəzifəsini tutmuşdur. == Ailəsi == Xadim bəyin nəvəsi Yadigar Əli Sultan Talış 1626-1627-ci illərdə qısa müddətə Xəlifət əl-Xulafa oldu və onun yerinə oğlu Bədr Xan Sultan Talış keçdi. == Həmçinin bax == Abdal bəy Talış == İstinadlar == == Mənbə == Floor, Willem. "The Secular Judicial System in Safavid Persia". Studia Iranica.
Anar Kərimov (hərbi xadim)
Anar Təvəkkül oğlu Kərimov — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru. Azərbaycan Milli Ordusu tarixindəki ilk Mühəndis Qoşunları Generalı. Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycan Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin Rəisi. == Haqqında == Hərbi təhsilini 1985-1988-ci illərdə Cəmşid Naxçıvanski adina Hərbi Liseydə başlamış, 1988-1992-ci illərdə Ukraynada Ali Hərbi Məktəbdə təhsil almışdır. 2002-ci ildə Türkiyə Silahlı Qüvvələri Akademiyasını bitirmişdir. Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Almaniya və Türkiyədə müxtəlif qərargah və planlama kurslarında və təlimlərdə iştirak etmişdir. 2007-ci ildə ABŞ-da Antiterror Əməliyyatları kursunu bitirmişdir. 2014-cü ildə Dövlət Müdafiəsini İdarə etmə akademik kurslarını bitirmişdir. Anar Təvəkkül oğlu Kərimov 1992-ci ildən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin birlik və birləşmələrində Mühəndis Xidməti rəsi, Silahlı Qüvvələrin Hərbi Akademiyasının "Mühəndis istehkam" kafedrasının rəisi vəzifəsində çalışıb. 2014-cü ildən Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisidir.
Aslan Abbasov (siyasi xadim)
Aslan Məmməd oğlu Abbasov (11 mart 1950, Kirovabad – 11 iyun 2021, Bakı) — azərbaycanlı kimyagər alim və siyasətçi, Azərbaycan SSR Ali Sovetinin XII, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, İnsan Hüquqları Daimi Komissiyasının Sədr müavini (1995–2000), Azərbaycan Texnologiya Universitetinin Prorektoru (2016–2019), Yeni Azərbaycan Partiyası Səbail Rayonu Təşkilatının Siyasi Şurasının üzvü (1996–2021). == Həyatı == Aslan Məmməd oğlu Abbasov 1950-ci il martın 11-də Gəncə şəhərində doğulmuşdur. 1967–1972-ci illərdə Azərbaycan Neft Kimya İnstitutunun Kimya Texnologiya fakültəsində "Kimya mühəndisliyi" ixtisası üzrə ali təhsil almışdır. 1985-ci ildə Azərbaycan Elmi Tədqiqat Olefin İnstitutunda kimya elmləri namizədi elmi dərəcəsi almışdır. 11 iyun 2021-ci ildə Bakı şəhərində vəfat etmiş və doğma Gəncə şəhərində ailə məzarlığında dəfn edilmişdir. === Ailəsi === Ailəlidir, 3 övladı var. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəylinin atasıdır. Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin atasıdır. Azərbaycanlı alim Lütviyyə Abbasovanın həyat yoldaşıdır. == Əmək fəaliyyəti == 2016–2019 Azərbaycan Texnologiya Universitetinin prorektoru.
Cəlal Məmmədov (ictimai xadim)
Cəlal Cabbar oğlu Məmmədov (9 dekabr 1918, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Ermənistan Demokratik Respublikası – 4 fevral 1983, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan ictimai və dövlət xadimi, yazıçı, tərcüməçi, "Azərbaycan" jurnalının baş redaktoru (1966–1975), Azərbaycan SSR Əməkdar incəsənət xadimi, SSRİ və Azərbaycan SSR Yazıçılar İttifaqının katibi. Mirzə Cabbar Məmmədzadənin oğlu, Mirzə Abbas Məhəmmədzadənin nəvəsi. == Həyatı == Cəlal Mirzə Cabbar oğlu Məmmədov 1918-ci il dekabrın 9-da görkəmli alim Mirzə Cabbar Məmmədzadənin (1882–1937) ailəsində doğulmuşdur. Mirzə Cabbar Məmmədzadə, öz növbəsində, fars dilinin gözəl mütəxəssisi kimi İrəvanda "Fars Abbas" adı ilə məşhur olan molla Abbas Məhəmmədzadənin (1846–1916) oğlu idi.Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirsə də ədəbiyyata meyl etmişdir. "Azərnəşr"də bədii ədəbiyyat şöbəsinin redaktoru, Azərbaycan Tədris-Pedaqoji Nəşriyyatında baş redaktor, Radio Verilişləri və Dövlət Televiziya Komitəsində sədr müavini, "Kommunist" qəzetində redaktor müavini vəzifələrində calışmışdır. 1966-cı ildə "Azərbaycan" jurnalının baş redaktoru təyin edilmiş, 1975-ci ildən ömrünün sonunadək isə Kitab Ticarəti, Poliqrafiya və Nəşriyyat işləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində işləmişdir.Cəlal Məmmədov 1983-cü il fevralın 4-də 65 yaşında vəfat edib.
Eldar İsmayılov (ictimai xadim)
Eldar İsmayılov — Azərbaycanlı ictimai xadim, xeyriyyəçi-mesenat, türkoloq və naşir-publisist. “Dədə Qorqud” Milli Fondunun yaradıcısı və prezidenti (2007–h.h.); “Azərbaycan Dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru (1998–h.h.); “Veteranın Səsi” jurnalının baş redaktoru və təsisçisi (2015–h.h.); Rusdilli “Brifinq” qəzetinin yaradıcısı (2007–h.h.); Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Respublika Cəmiyyətinin vitse-prezidenti (2016–h.h.); Azərbaycan Jurnalistlər Birliyinin üzvü; Dünya Azərbaycanlıları Konqresinin üzvü. Diasporla İş üzrə Dövlət Komitəsi və dünyada yaşayan azərbaycanlılarla sıx və səmərəli əməkdaşlıq edir.Türk tarixini araşdırmaq üçün Dərbənd şəhərində müxtəlif qazıntı işləri təşkil etmişdir. Rəsm əsərləri sərgilərinin təşkilatçısıdır ("Dədə Qorqud uşaqların gözü ilə", müharibəyə həsr edilən əsərlər və s.). "Söz" müstəqil-ədəbi-publisistik jurnalının aprel-iyun 2019 xüsusi buraxılışı Eldar İsmayılovun 70, təsisçisi olduğu "Dədə Qorqud" Milli Fondunun və "Azərbaycan Dünyası" beynəlxalq jurnalının 20 illik yubileyinə həsr olunub. == Həyatı == Eldar İsmayıl oğlu İsmayılov 1949-cu il iyulun 7-də Azərbaycan SSR-in paytaxtı Bakı şəhərində tanınmış ziyalı ailəsində anadan olmuşdur. 1968-1970-ci illərdə Sovet Ordusunda xidmət etmişdir. == Təhsili == Bakı şəhəri, Səbaril rayonunda tam orta təhsil alıb. 1971-1977-ci illərdə xidməti başa vurduqdan sonra Moskva şəhərində Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsində iqtisadçı ixtisası üzrə ali təhsil təhsil alıb. 2001-2005-ci illərdə Dərbənd Humanitar Universitetinin Filologiya fakültəsində Rus dili və ədəbiyyatı ixtisası üzrə 2-ci ali təhsil alıb.
Elşad Quliyev (ictimai xadim)
Elşad Heybət oğlu Quliyev (23 yanvar 1941, Astarxanbazar – 27 may 2008, Bakı) — professor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru, Beynəlxalq Televiziya Akademiyasının həqiqi üzvü. == Həyatı == Elşad Quliyev 23 yanvar 1941-ci ildə Cəlilabad şəhərində anadan olub. ADU-nun Filologiya fakültəsini və Moskva İctimai Elmlər Akademiyasını bitirib. 3 il Lənkəranda müəllimlik edəndən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işləyib. 1966-cı ildə dublyaj şöbəsində tərcüməçi, sonra isə televiziya proqramları baş redaktoru olub. 1972-ci ildə Televiziya Komitə sədrinin birinci müavini təyin edilib. 1983-cü ildən 1990-cı ilədək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsində çalışıb.1992-ci ildə yenidən Azərbaycan Dövlət Teleradio Şirkətinə sədr təyin olunub. 1993-cü ildən 1994-cü ilə qədər Azərbaycanda ilk müstəqil televiziya kanalı olan BMTİ-nin baş direktoru işləyib. 1990–2008-ci illərdə həm də Bilik Maarifçilik Cəmiyyətinin sədri olub. Ayrı-ayrı illərdə kütləvi informasiya vasitələri sahəsində xidmətlərinə görə orden və medallarla təltif edilib.Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1989), tarix elmləri namizədi (1991), Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru, professoru, Beynəlxalq Televiziya Akademiyasının həqiqi üzvü olmuşdur.
Namiq Məmmədov (ictimai xadim)
Namiq Məsim oğlu Məmmədov (1 fevral 1976, Arçut, Böyük Qarakilsə rayonu) — Azərbaycanlı iş adamı, mesenat, ictimai xadim. "Caspel" MMC şirkətinin idarə heyətinin sədri. İctimai Televiziya və Radio Yayımları Şurasının üzvü (2009–2015), "Tərəqqi" medalı laureatı (2014). == Həyatı == Namiq Məmmədov 1 fevral 1976-cı ildə Ermənistan SSR–in Quqark rayonunun Arçut kəndində (tarixi Qərbi Azərbaycanın Pəmbək mahalı) müəllim ailəsində anadan olmuşdur.Azərbaycanlıların Ermənistandan deportasiyası nəticəsində 1988-ci ildə doğulduğu kənddən ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. == Təhsili == Namiq Məmmədov 1983–1988-ci illərdə M. F. Axundov adına Arçut kənd orta məktəbində, 1988–1992-ci illərdə Bakı şəhəri 115 nömrəli tam orta məktəbdə oxumuş, 1992–1993-cü illərdə isə Bakı şəhərindəki 43 saylı Gənc İstedadlar Liseyində məktəb təhsilini başa vurmuşdur. 1993-cü ildə Xəzər Universitetinin "İqtisadiyyat və İdarəetmə" fakültəsinə daxil olmuş, sonradan köçürmə yolu ilə ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində "Mühəndis İqtisadiyyatı və İdarə olunması" fakültəsində davam etdirmiş, 2003-cü ildə ali təhsilini bitirmişdir. 2004–2008-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsilinə davam etmiş, oranı hüquqşünas ixtisası üzrə bitirmişdir. Daha sonra O. Y. Kutafin adına Moskva Dövlət Hüquq Universitetində (MDHU) hüquq təhsili almışdır. Hal-hazırda hüquq üzrə fəlsəfə doktoru (Phd) səviyyəsində təhsilini davam etdirir. 4 elmi məqaləsi nəşr edilmişdir.
Rafiq Bayramov (ictimai xadim)
Rafiq Bayramov (tam adı: Rafiq Yasin oğlu Bayramov; 10 noyabr 1972, Bakı) — Fəxri mədəniyyət işçisi, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini (2018–2020). == Həyatı və təhsili == Rafiq Bayramov 10 noyabr 1972-ci il tarixində anadan olub. 1989-cu ildə Bakı şəhərinin 10 saylı orta ümumtəhsil məktəbini fərqlənmə medalı ilə bitirib, 1990–1995-ci illər ərzində Bakı Dövlət Universitetində təhsil almış, 1995-ci ildə BDU-nun tarix fakültəsini Fərqlənmə Diplomu ilə bitirmişdir. Ali təhsil ocağında oxuduğu müddətdə, BDU-nun "Tarixi tədqiqatlarda kompüterin və riyazi üsulların tətbiqi" elmi-tədqiqat laboratoriyasında laborant vəzifəsində işləyib, tarixi-tətbiqi araşdırmalarda iştirak edib və bir sıra elmi məqalələrin müəllifi olub. 1995–1997-ci illər ərzində ordu sıralarında — Azərbaycan Respublikasının Milli Qvardiyasında müddətli hərbi xidmətdə olub. == Fəaliyyəti == 1998–1999-cu illər ərzində Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsində, 1999–2001-ci illərdə Bakı şəhəri İcra Hakimiyyətinin Aparatın ictimai-siyasi şöbəsində məsul vəzifələrdə işləyib. 2001–2003-cü illərdə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyində baş təlimatçı, 2003–2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirliyində nazirin köməkçisi vəzifələrində çalışıb. 2006–2014-cü illər ərzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində nazirin köməkçisi vəzifəsində işləyib. 2014-cü ilin iyul ayından təyinatadək Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. 2015-ci ilin yanvar ayından Mədəniyyət və Turizm Nazirliyində "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"na uyğun olaraq yaradılmış Müsabiqə Komissiyasının sədridir.
Ramil Qasımov (ictimai xadim)
Qasımov Ramil Adıgözəl oğlu (10 dekabr 1984, Bakı) – "Mədəniyyət" kanalının Baş direktoru (2015–2020), Azərbaycan opera müğənnisi, Heydər Əliyev Sarayının direktoru (2020–2022), Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində musiqi kollektivlərinin bədii rəhbəri və Səsyazma Evinin keçmiş direktoru, Akademik opera və Balet teatrının solisti, Azərbaycan Respublikasının əməkdar artisti (2015). == Həyatı == Ramil Adıgözəl oğlu Qasımov 10 dekabr 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ramil Qasımov peşəkar səhnə fəaliyyətinə 1999-cu ildə Azərbaycan Dövlət Akademik Musiqili teatrında teatrın aparıcı solisti kimi başlamışdır. 2011-ci ilə qədər onlarla tamaşada baş rollarda çıxış etmişdir. Paralel olaraq, 2004-cü ildən Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Cahangir Cahangirov adına xorun solisti kimi fəaliyyətə başlamışdır. Ramil Qasımov ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini opera və kamera ifaçısı, musiqişünaslıq ixtisası üzrə bitirdikdən sonra Gürcüstan Respublikasında Musiqi Akademiyasını vokal ixtisası üzrə magistr pilləsində təhsilini davam etdirmişdir. Eyni zamanda, ikinci təhsil olaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya fakültəsinin Siyasi idarəetmə ixtisasını bitirmişdir. Ramil Qasımov ilk opera tamaşasında iştirakı, 2010-cu ildə Firəngiz Əlizadə və Nərgiz Paşayevanın "İntizar" operası ilə olmuşdur. O, 2011-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulmuş Üzeyir Hacıbəyovun "Koroğlu" əsərində baş qəhrəman olan "Koroğlu" rolu ilə debüt etmişdir. Ramil Qasımov dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq musiqi festivallarında, müsabiqələrdə Azərbaycanı təmsil etmiş və beynəlxalq müsabiqələr laureatı olmuşdur.
Rəşid Mahmudov (ictimai xadim)
Rəşid İsmayıl oğlu Mahmudov (1929 – 2008) — Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi, görkəmli publisist, naşir və ictimai xadim. == Həyatı == Rəşid Mahmudov 1929-cu il noyabrın 6-da İsmayıllı rayonunun Mican kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) jurnalistika şöbəsini, aspiranturanı, Ali Partiya Məktəbini bitirib. Keçmiş "Kommunist" qəzetində ədəbi işçi, şöbə müdiri, redaktor müavini, Azərbaycan KP MK-da mətbuat bölməsinin müdiri, inspektor, Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi, "Kommunist" qəzetinin redaktoru , "Azərbaycan kommunisti" – "Kommunist Azerbaydjana" jurnalının baş redaktoru, Azərbaycan Dövlət Mətbuat Komitəsinin sədri vəzifələrində işləyib. Respublika Jurnalistlər İttifaqına, "Kitab" Cəmiyyətinə rəhbərlik edib. Azərbaycan KP MK-nın üzvü, dörd çağırış respublika Ali Sovetinin deputatı, mədəniyyət daimi komissiyasının sədri seçilib. Respublikanın "Əməkdar jurnalisti" fəxri adına, "Qızıl qələm", "Üstad" ali jurnalistika mükafatlarına, bir sıra orden və medallara layiq görülüb. 1973-cü il iyulun 4-də Rəşid müəllim Zaqatala rayonuna işləməyə göndərilir. O, yeddi ilə yaxın bir müddətdə bu rayonda işləyir. Rəşid Mahmudov Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalış, Rəşid Mahmudovun 1988–1991-ci illərdə Azərbaycan Dövlət Mətbuat Komitəsinin sədri vəzifəsində çalışmışdır.
Tofiq Süleymanov (ictimai xadim)
Tofiq İbrahim oğlu Süleymanov — Azərbaycan Milli Aerokosmik Agentliyinin Baş direktorunun I müavini, texnika elmləri doktoru, professor. == Həyatı == Tofiq İbrahim oğlu Süleymanov 16 may 1955-ci ildə Ermənistanın Krasnoselo rayonunun Gölkənd kəndində anadan olmuş, 1972-ci ildə orada orta məktəbi bitirmişdir.1972–1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) mexanika-riyaziyyat fakültəsində təhsil almış, həmin ildən Azərbaycan SSR Elmlər Akademiyasının (AMEA)"Kaspi" Elmi Mərkəzində (indiki Milli Aerokosmik Agentliyində) əmək fəaliyyətinə başlamışdır. O, 1978–1993-cü illərdə həmin təşkilatda mühəndis-riyaziyyatçı, kiçik elmi işçi, aparıcı elmi işçi, sektor rəisi, şöbə rəisi, 1993–2004-cü illərdə MAKA aparatında Elmi-texniki idarə rəisinin müavini, Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunda şöbə rəisi, elmi katib, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır. 2004-cü ildən MAKA-nın Baş direktorunun birinci müavini, 2007–2008-ci illərdə MAKA-nın Ekologiya İnstitutunun direktoru olmuş, 2008-ci ildən indiki dövrə qədər yenidən MAKA-nın Baş direktorunun birinci müavini vəzifəsində çalışır. Ailəlidir, iki övladı var. == Təhsili == 1972–1977-ci illərdə Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsi, tələbə; 1979-cu ildə Ümumittifaq "Alqoritm" Elm-İstehsalat Birliyinin Elmi-Tədris Mərkəzində dinləyici (Moskva şəhəri) ; 1979–1982-ci illərdə elmi təcrübəçi, aspirant – (SSRİ EA-nın Kosmik Tədqiqatlar İnstitutu, SSRİ Dövlət Hidrometeorologiya Komitəsi, Moskva şəhəri); 1988-ci ildə SSRİ Ümumi Maşınqayırma Nazirliyinin "Rəhbər İşçilərin və Mütəxəssislərin İxtisasartırma İnstitutu"nda dinləyici (Moskva vilayəti, Kalininqrad şəhəri); 1991-ci ildə SSRİ Ümumi Maşınqayırma Nazirliyinin "Rəhbər İşçilərin və Mütəxəssislərin İxtisasartırma İnstitutut"nda dinləyici (Moskva vilayəti, Kalininqrad şəhəri); 1999–2003 illərdə 3324.07- "məsafədən aerokosmik tədqiqatlar" ixtisası üzrə doktorluq hazırlığı. == Elmi dərəcəsi == 2006-cı il – 3324.07- "Məsafədən aerokosmik tədqiqatlar" ixtisası üzrə texnika elmləri doktoru; 2012-ci il – 3324.07- "Məsafədən aerokosmik tədqiqatlar" ixtisası üzrə professor. == Pedoqoji fəaliyyəti == 1990–1995-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun "İnformasiya – ölçmə sistemləri" kafedrasında dosent; 2005-ci ildən indiki dövrə qədər Milli Aviasiya Akademiyasının "Ətraf mühitin aerokosmik monitorinqi" kafedrasında dosent, professor. == İctimai fəaliyyəti == 1985–1992-ci illərdə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin Gənc Alimlər Təşkilatının sədr müavini, sədri;1999-cu ildən "Dövlət İmtahan Mərkəzində" imtahan rəhbəri; 2004-cü ildən MAKA-nın Birləşmiş Elmi-Texniki Şurasının sədr müavini; 2005–2011-ci illərdə MAKA-da fəaliyyət göstərən Dissertasiya Şurasının elmi katibi; 2007-ci ildən "AMAKA-nın Xəbərləri" jurnalının Baş redaktorunun müavini; 2007-ci ildən MAKA-nın Ekspert Şurasının sədri; 2007-ci ildən MAKA-nın Direktorlar Şurasının üzvü, hal-hazırda Direktorlar Şurasının sədr müavini; 2011-ci ildən YAP MAKA Ərazi İlk Partiya Təşkilatının sədri;2016-cı ildən YAP Binəqədi Rayon Təşkilatının Şura üzvü; == Mükafatları == 1985 – Azərb. SSR Elmlər Akademiyasının Kosmik Tədqiqatlar Elm- İstehsalat Birliyinin "Ən yaxşı gənc alimi diplomu"1991 – SSRİ Kosmonavtika Federasiyasının "Akademik S. P. Korolyov adına medalı"2004 – AMEA-nın Yer Elmləri Bölməsinin "Fərmanı"2005 – AMEA-nın "Fəxri Fərmanı"2010 – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi medalı" (11 dekabr,№ 1232)2013 – YAP Binəqədi Rayon Təşkilatının "Fəxri Fərmanı"2017 – Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin "Fəxri Fərmanı"2017 – YAP Binəqədi Rayon Təşkilatının "Fəxri Fərmanı" == Elmi maraq dairələri == Hesablama riyaziyyatı və informasiya nəzəriyyəsi;Məsafədən müşahidənin kosmik sistemləri;Kosmik məlumatların emalı metodları;Məsafədən müşahidənin tətbiqi məsələləri;Aerokosmik ekoloji monitorinq.
Çingiz Abdullayev (ictimai xadim)
Çingiz Əli oğlu Abdullayev (1 aprel 1960, Ağstafa) — professor, texnika üzrə fəlsəfə və kulturologiya üzrə elmlər doktoru, Alman–Azərbaycan Cəmiyyətinin sədri (1994—), "Azərsu" ASC-nin sədrin müşaviri (2011—), sülh səfiri, Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin fəxri üzvü. == Ümumi məlumatlar == Çingiz Abdullayev 1 aprel 1960-cı ildə Ağstafa şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1977–1982-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının mühəndis-mexanik ixtisası üzrə təhsil almışdır. 1982–1985-ci illərdə Keşlə maşınqayırma zavodunda mühəndis olaraq başlamışdır. 1985–1990-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında əyani aspirant, elmi işçi və müəllim işləmişdir. 1990–1994-cü illərdə Alman–Azərbaycan Cəmiyyətinin Azərbaycanda nümayəndəsi olmuşdur. 2008–2011-ci illərdə Bakı Slavyan Universitetinin V.f.Humbolt adına tədris və mədəniyyət mərkəzinin rəhbəri olmuşdur. 2011–2015-ci illərdə Bakı Slavyan Universitetinin Avropaşünaslıq kafedrasının professoru, Ölkəşünaslıq laboratoriyasının elmi işçisi vəzifəsində işləmişdir. 2013–2014-cü illərdə Azərbaycan Respublikası Prezidenti yaninda Ali Attestasiya Komissiyasının eksperti olmuşdur. 2011–2012 və 2015–2016-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dissertasiya Şurasının üzvü olmuşdur.
Yusif Vəliyev (ictimai xadim)
Faiq Baxşəliyev (ictimai-siyasi xadim)
Faiq Nəsir oğlu Baxşəliyev (1951, Kotavan, Ağdaş rayonu – 31 dekabr 2013, Mingəçevir) — Azərbaycan SSR Ali Soveti XII çağırış üzvü, Mingəçevir və Ağdaş icra hakimiyyətlərinin başçısı. == Həyatı == 1951-ci ildə Ağdaş rayonunun Kotavan (Ağdaş) kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1957-ci ildə Kotavan (Ağdaş) kəndinin 8 illik məktəbinin 1-ci sinifinə daxil olub. 1967-ci ildə Ağdaş rayonu Ləki qəsəbəsi orta məktəbini bitirmişdir. 1967-ci ildə Azərbaycan Texniki Universitetinin Avtomobil İstismarı fakultəsinə daxil olmuş və 1972-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1973–1981-ci illərdə Mingəçevir Texniki İnstitutunda müəllim işləmişdir.1981–1990-cı illərdə Mingəçevir şəhər Avtobazasında istismar şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 31 dekabr 2013-cü ildə Mingəçevirdə vəfat etmişdir. 2 oğlu, 1 qızı, 3 nəvəsi var. == Siyasi fəaliytəti == 1990-cı ildə Azərbaycan SSR Ali Soveti XII çağırış deputatı seçilmişdir. 1991–1992-ci illərdə Mingəçevir şəhərinin, 1993–1996-cı illərdə Ağdaş rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Sahib Məmmədov (ictimai-siyasi xadim)
Sahib Məlik oğlu Məmmədov (15 dekabr 1962, Ucar) — ictimai-siyasi xadim, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü (2008–2021-ci illərdə), Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktory == Həyatı və əmək fəaliyyəti == 15 dekabr 1962-ci ildə Azərbaycan Respublikasının Ucar rayonunun Müsüslü kəndində dəmiryolçu ailəsində doğulmuşdur; 1970–1980-ci illərdə Ucar rayon Müsüslü kənd orta məktəbində təhsil almışdır; 1981–1991-ci illərdə (donanmada xidmət illəri çıxılmaqla) Bakı Tunel Tikintisi İdarəsində işləmişdir. Əmək fəaliyyətinə Şimali Qafqazda, Baksan dərəsində, Neytirino qəsəbəsində abservatoriya tikintisində başlamışdır; 1981–1984-cü ildə SSRİ Hərbi Dəniz Donamasının Sakit Okean Donanmasında müddətli hərbi xidmət keçmişdir. Sakit Okean Donamasının 17-ci Operativ Eskadrasının tərkibində Cənubi Vyetnamada (Kam-Ran yarımadası) döyüş xidmətində olmuşdur. Həmin eskadranın tərkibində həmçinin Yemən (Sakkotra adası), Efiopiya (Daxlaq adası), Polşa (Qdınıya) xidmətinin davam etdirmiş və Baltik Donamasından tərxis olunmuşdur. Hərbi xidmətlərinə görə "Uzaq səfərlərə görə" medalı ilə və digər hərbi təltiflərə layiq görülmüşdür; 1985–1991-ci illərdə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində coğrafiya ixtisası (həmçinin coğrafiya müəllimi) üzrə təhsil almışdır; 1997–2003-cü illərdə "Odlar Yurdu" Universitetində hüquqşünası ixtisası üzrə ikinci təhsil almışdır; 2002–2004-cü illərdə Polşada (Varşava) İnsan Hüquqları üzrə Beynəlxlaq Ali Kursu bitirmişdir; 1987–1991-ci illərdə Milli Azadlıq Hərəkatında fəal iştirak etmişdir. 1987-ci ildə İşlədiyi Bakı Tunel Tikintisi İdarəsində bir neçə həmkarı ilə birgə "Azad həmkarlar birliyi" adlı yarımleqal təşkilat yaratmışdır və ona rəhbərlik etmişdir; Azərbaycan Xalq Cəbhəsinin yaradılmasında və təşkilatlanmasında iştirak etmiş, AXC Oktyabr (Yasamal) (AXC İzmir şöbəsi) rayon şöbəsinin Bakı Tunel Tikitisi İdarəsi üzrə Dayaq Dəstəsinin təsis edilməsində fəal iştirak etmiş və onun rəhbəri olmuşdur. AXC Oktyabr (Yasamal) (AXC İzmir şöbəsi) Şöbəsinin Məclis Sədri olmuşdur; 1992-ci ildə keçirilən Prezident seçkilərində Yasamal rayon seçki dairəsinin sədri olmuşdur; 1992-ci ildə əvvəlcə Yasamal rayon İcra Hakimiyyəti Başçısının humanitar məslələr üzrə birinci müavini işləmişdir; 1992–1993-cü illərdə Yasamal rayonİcra hakimiyyətinin başçısı vəzifəsində işləmişdir; 1993-cü ilin may ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Prezident Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir və iyul ayınadək həmin vəsifədə işləmişdir; 1993–1997-ci illərdə Azərbaycan Neft-qaz sənayeşi işçilərinin Azad Həmkarlar İttifaqında Əməyin Hüquq müfəttişi vəzifəsində işləmişdir; 1997-ci ildə bir qrup həmkarları ilə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasını (VƏHML) təsis etmiş və onun İcraiyyə Komitəsinin sədri seçilmişdir. VƏHML 2000-ci ilin mart ayının 18 də Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən ictimi birlik kimi qeydə alənmışdır. Sahib Məmmədov hal hazırda bu təşkilatın icraiyyə komitəsinin sədridir.
"Əməkdar elm xadimi" fəxri adı alanların siyahısı
== 1991 ==
Abbas Abbasov (dövlət xadimi)
Abbas Aydın oğlu Abbasov (4 avqust 1949, Kirovabad) — Azərbaycan Respublikası Baş nazirinin birinci müavini (1992–2006). == Həyatı == Abbas Abbasov 1949-cu il avqustun 4-də Gəncə şəhərində anadan olmuşdur. === Təhsili === 1971-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. Həmin il respublika Baytarlıq Laboratoriyasında baytar həkim kimi əmək fəaliyyətinə başlamışdır. 1972–1973-cü illərdə hərbi xidmətdə olmuşdur. == Fəaliyyəti == 1973-cü ildən Abşeron rayonunun quşçuluq sənayesi sahəsində baytar həkim, sex rəisi, 1979–1982-ci illərdə Bakı Broyler Fabrikinin direktoru, 1982-ci ildən Özbəkistan Respublikasının quşçuluq təsərrüfatlarında direktor müavini, 1983–1989-cu illərdə Özbəkistan SSR Dövlət Quşçuluq Sənayesi Komitəsi sədrinin müavini, 1989-cu ildən Abşeron Quşçuluq Aqrar-İstehsalat firmasının baş direktoru, 1990–1991-ci illərdə Abşeron Rayon Partiya Komitəsinin birinci katibi, rayon XDS İcraiyyə Komitəsinin sədri, Azərbaycanın Dövlət müşaviri, vəzifələrində işləmişdir. 1992-ci ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışmışdır. Bu dövr ərzində bir neçə dövlət komissiyasının sədri olmuşdur. 2006-cı ildə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Hazırda "AST Şirkətlər Qrupu" nun vitse-prezidenti və Müstəqil Dövlətlər Biriliyi (MDB) Dinlərarası Şurasının Qəyyumlar Komitəsinin həmsədridir.
Abbas Bağırov (dövlət xadimi)
Abbas Məmməd oğlu Bağırov (1913, Aldərə, Zəngəzur qəzası – 1980, Bakı) — Azərbaycan Dəmiryol idarəsi rəisi. == Həyatı == Abbas Məmməd oğlu Bağırov 1913-cü ildə Meğri rayonunun Aldərə kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə Azərbaycan Dəmir Yolunda başlamışdır. İxtisasca hərəkət və yük işləri mühəndisi idi. 1939-cu ildə dəmir yolu Gəncə hissəsinin rəisi, 1953-cü ildə Azərbaycan Dəmir Yolunun rəisi, 1953–1955-ci illərdə Zaqafqaziya Dəmir Yolunun rəisinin müavini vəzifələrində işləmişdi. 1963–1967-ci illərdə Zaqafqaziya dəmir yolu Bakı hissəsinin rəisi, 1967–1979-cu illərdə isə Azərbaycan Dəmir Yolunun rəisi olmuşdur. O, dəfələrlə SSRİ Ali Sovetinə deputat, Azərbaycan KP MK-ya üzv seçilmişdir.
Antisosialist Pambıq Xadimləri İttifaqı
Antisosialist Pambıq Xadimləri İttifaqı — Belçikanın keçmiş həmkarlar ittifaqı təşkilatlarından biri. Hazırkı varisi Xristian Həmkarlar İttifaqı Konfederasiyasıdır. == Tarixi == 1886-cı ildə yaranmışdır.
Aydın Məmmədov (dövlət xadimi)
Aydın İsrafil oğlu Məmmədov — Azərbaycan SSR daxili işlər naziri (1987-1990). Aydın Yusif oğlu Məmmədov — "Azərbxariciticarət" Birliyinin baş direktoru, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri, Azərbaycan SSR Ali Sovetinin VIII, IX, X və XI çağırışlarının deputatı, Azərbaycan SSR əhaliyə məişət xidməti naziri, Azərbaycan Kommunist Partiyası Mingəçevir Şəhər Komitəsinin birinci katibi, Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Azərbaycan Kommunist Partiyası Oktyabr Rayon Komitəsinin birinci katibi, Azərbaycan SSR maarif nazirinin müavini, Azərbaycan LKGİ Mərkəzi Komitəsinin ikinci, sonra isə birinci katibi.
Aydın Məmmədov (dövlət xadimi, 1932)
Aydın Yusif oğlu Məmmədov (15 may 1932, Kəpənəkçi, Lüksemburq rayonu – 1 noyabr 2022) — Azərbaycan dövlət xadimi, "Azərbxariciticarət" Birliyinin baş direktoru, Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri (1988–1990), Azərbaycan SSR əhaliyə məişət xidməti naziri (1983–1986), Azərbaycan Kommunist Partiyasının Mingəçevir Şəhər Komitəsinin (1981–1983) və Oktyabr Rayon Komitəsinin (1968–1971) birinci katibi, Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1971–1978), Azərbaycan SSR maarif nazirinin müavini (1964-cü ildən), Azərbaycan LKGİ Mərkəzi Komitəsinin birinci katibi, Azərbaycan SSR Ali Sovetinin VIII, IX, X, XI və XII çağırış deputatı. == Həyatı == Aydın Yusif oğlu Məmmədov 1932-ci ildə Gürcüstan Sovet Sosialist Respublikasının Marneuli rayonunun Kəpənəkçi kəndində doğulmuşdur. 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunda ali təhsilini tamamlamışdır. O, həmçinin 1960–1964-cü illərdə Sov. İKP MK yanında Ali Partiya Məktəbində ali təhsil və Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasında aspirantura təhsili almışdır. İqtisad elmləri namizədidir. Aydın Məmmədov 1956-cı ildən əmək fəaliyyətinə başlamışdır. == Siyasi fəaliyyəti == === Sovet dövrü === Aydın Məmmədov 1957-ci ildən Azərbaycan LKGİ Sumqayıt Şəhər Komitəsinin birinci katibi, Azərbaycan LKGİ Mərkəzi Komitəsinin ikinci, sonra isə birinci katibi vəzifələrini daşımışdır. Aydın Məmmədov 1958-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.
Aydın Məmmədov (dövlət xadimi, 1939)
Aydın İsrafil oğlu Məmmədov (22 mart 1939, Astara – 12 dekabr 2001) — Azərbaycan dövlət xadimi, general-mayor, Azərbaycan SSR daxili işlər naziri (1987–1990). == Həyatı == Aydın Məmmədov 22 mart 1939-cu ildə Astara şəhərində anadan olmuşdur. 1956-cı ildə Bakı Dənizçilik Məktəbini, 1970-ci ildə Odessa Dəniz Donanması İnstitutunu bitirmişdir, 1983-cü ildə isə Bakı Ali Partiya Məktəbini bitirmişdir.1956–1960-cı illərdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin "Qəhrəman Mehdi" gəmisində matros, 1965–1969-cu illərdə Bakı Dənizçilik Məktəbi rəisinin siyasi işlər üzrə müavini vəzifələrində çalışmışdır.Ailəli və 2 övladı olmuşdur. == Siyasi fəaliyyəti == Aydın Məmmədov 1960-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Aydın Məmmədov 1960-cı ildən Bakı şəhər 26 Bakı Komissarı Rayon Komsomol Komitəsinin təlimatçısı, 1960–1963-cü illərdə Bakı Dənizçilik Məktəbi Komsomol Komitəsinin katibi, 1963–1965-ci illərdə Dəniz Gəmiçiliyi Komsomol Komitəsinin katibi vəzifələrində çalışmışdır.Aydın Məmmədov 1969–1971-ci illərdə Xəzər Dəniz Gəmiçiliyi Partiya Komitəsi katibinin müavini, 1971–1978-ci illərdə Xəzər Hövzə Dəniz və Çay Donanması İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri, 1978–1980-ci illərdə Xəzər Dəniz Gəmiçiliyi Partiya Komitəsinin katibi, 1980–1987-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin nəqliyyat və rabitə şöbəsinin müdiri olmuşdur.Aydın Məmmədov 1987–1990-cı illərdə Azərbaycan SSR daxili işlər naziri vəzifəsində işləmişdir. Aydın Məmmədov 26 iyul 1981-ci il tarixində 337 nömrəli Küçəkənd seçki dairəsi üzrə Azərbaycan SSR Ali Sovetinin X çağırış, 1985-ci ildə isə 195 nömrəli Pensər seçki dairəsi üzrə XI çağırış deputatı seçilmişdir. 1990–1992-ci illərdə ildən Bakı Dəniz Limanının rəisi, 1992-ci ildən isə Bakı Beynəlxalq Dəniz Limanının baş direktoru olmuşdur. == Təltifləri == "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri və medallarla təltif edilmişdir.
Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi
Əməkdar bədən tərbiyəsi və idman xadimi — fəxri adı bədən tərbiyəsi və idmanın inkişafında böyük xidmətlər göstərmiş, bu sahənin elmi-tədqiqat və müalicə-sağlamlaşdırma işində, idman kadrlarının hazırlanmasında və tərbiyə edilməsində yüksək nailiyyətlər əldə etmiş şəxslərə verilir.
Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimlərinin siyahısı
== 1991 ==
Azərbaycan Respublikasının əməkdar elm və texnika xadimlərinin siyahısı
== 1991 ==
Azərbaycan Respublikasının əməkdar elm xadimi
Azərbaycan Respublikasının əməkdar elm xadimi — elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin və digər təşkilatların elmlər doktoru elmi dərəcəsi və professor adı olan, elm sahəsində azı on beş il işləmiş alimlərinə, elmi-praktik işçilərinə verilən fəxri ad. == Haqqında == "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı ilk dəfə Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun 12 may 1991-ci il tarixli Fərmanına əsasən təqdim olunub. Həmin fərmanla fəxri ad birinci dəfə professorlar Fikrət Mirsəlimov və Niyazi Mütəllibova verilib. 1991–1993-cü illərdə fəxri adın verilməsi davam etdirilib, amma Ulu Öndər Heydər Əliyev hüquqi əsası olmayan bu praktikaya son qoyaraq, onun verilməsini dayandırıb. Fəxri ad 22 may 1998-ci ildə hüquqi baxımdan təsis olunub və onu 1991–1993-cü illərdə almış şəxslər üçün öz qüvvəsini saxlayır."Əməkdar elm xadimi" fəxri adının döş nişanı hər hissəsi iki guşəli olmaqla, səkkiz hissədən ibarətdir. Döş nişanının diametri 40 mm, qalınlığı 3 mm-dir. Fəxri adın döş nişanı üstü qırmızı minalı olmaqla, qızıl suyuna çəkilmiş bürüncdən hazırlanır. Döş nişanının üz tərəfinin mərkəzində, diametri 14 mm olan relyefli metal dairənin üzərində səkkizgüşəli ulduz və mərkəzdən kənara doğru alov dilləri təsvir olunub. Təsvirlər qabarıqdır. Döş nişanının arxa tərəfi hamardır, ortasında relyefli metal dairənin üstündə "ƏMƏKDAR ELM XADİMİ" sözləri həkk olunub.
Azərbaycan Respublikasının əməkdar elm xadimlərinin siyahısı
== 1991 ==
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi — görkəmli, bədii cəhətdən yüksək musiqi, dramaturgiya əsərləri, habelə tamaşalar, kinofilmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və Azərbaycan incəsənətinin inkişafında kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlara, rejissorlara, dirijorlara, dramaturqlara, ssenaristlərə, kinooperatorlara, sənətşünaslara və ədəbiyyatşünaslara verilən fəxri ad.
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimlərinin siyahısı
== 1991 ==
Azərbaycan SSR Əməkdar incəsənət xadimi
Azərbaycan SSR Əməkdar incəsənət xadimi — 25 mart 1928-ci ildə təsis edilmiş fəxri ad. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən Azərbaycan mədəniyyətinin inkişaf etdirilməsi işində xüsusi fərqlənən incəsənət xadimlərinə verilirdi. == Ədəbiyyat == Фәхри адлары // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев . 1987. С. 540–541.
Azərbaycan SSR əməkdar elm və texnika xadimlərinin siyahısı
== 1960-cı illər ==
Azərbaycan SSR əməkdar elm xadimi
Azərbaycan SSR əməkdar elm xadimi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар елм хадими) — 1928-ci il martın 25-də təsis edilmiş fəxri ad. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən elmin müxtəlif sahələrinin inkişaf etdirilməsi işində xüsusi fərqlənən görkəmli elm xadimlərinə verilirdi. == Ədəbiyyat == Азәрбајҹан ССР ганунлары вә Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин фәрманлары мәҹмуәси. 1938—1963-ҹү илләр (az.). Б.: Азәрбајҹан ССР Али Советинин нәшри. 1963. 558 сәһ.
Azərbaycan SSR əməkdar elm xadimlərinin siyahısı
== 1920-ci illər ==
Azərbaycan SSR əməkdar incəsənət xadimlərinin siyahısı
== 1920-ci illər ==
Azərbaycan SSR əməkdar mədəniyyət xadimlərinin siyahısı
== 1970-ci illər ==
Azərbaycan Teatr Xadimləri İttifaqı
Azərbaycan Teatr Xadimləri İttifaqı — Azərbaycan teatr xadimlərini və səhnə həvəskarını tərkibində birləşdirən ən böyük ictimai təşkilatı. == Tarixi == Azərbaycan Teatr Xadimləri İttifaqı ölkəmizin ən böyük yaradıcı təşkilatlarındandır. Əsası 1897-ci ildə qoyulmuş bu təşkilat «Artistlər İttifaqı» adı ilə fəaliyyətə başlamış, 300-dək artist və səhnə həvəskarını tərkibində birləşdirmişdir. 1920-ci ildən «Türk Aktyorlar İttifaqı», 1948-ci ildən «Azərbaycan Teatr Cəmiyyəti» kimi fəaliyyətini davam etdirən bu qurum, 1987-ci il 27 fevral tarixli təsis konfransının qərarı ilə Azərbaycan Teatr Xadimləri İttifaqı adlandırılmışdır. Sovet hakimiyyəti dönəminə qədərki illərdə Teatr Xadimləri İttifaqının sələfləri olan teatr birlikləri və cəmiyyətlərinə Sultan Məcid Qənizadə, Əbdürrəhim bəy Haqverdiyev, Həbib bəy Mahmudbəyov, Üzeyir və Zülfüqar Hacıbəyov qardaşları, Abbas Mirzə Şərifzadə kimi maarifpərvər ziyalılar başçılıq etmişlər. Sonralar isə Teatr Cəmiyyətinə xalq artistləri Şövkət Məmmədova, Rza Təhmasib, Mərziyə Davudova, Mustafa Mərdanov, Mehdi Məmmədov, Şəmsi Bədəlbəyli, Lütfiyar İmanov, Həsənağa Turabov rəhbərlik etmişlər. Hazırda Azərbaycan Teatr Xadimləri İttifaqının sədri xalq artisti, rejissor Azərpaşa Nemətdir. XIX əsrin sonlarında kiçik bir cəmiyyət kimi fəaliyyətə başlayan bu ictimai birlik ötən əsrin 50-ci illərindən etibarən artıq teatr prosesinə və onun inkişafına təkan verən, güclü potensiala malik bir təşkilat kimi formalaşmışdır. Milli teatr prosesində fəal iştirak edən Azərbaycan Teatr Xadimləri İttifaqı müstəqillik illərində müxtəlif formatlı teatr festivalları təşkil etmişdir. Bunlardan dörd «Monotamaşa», iki «Him-cim» (Pantomim), iki «Eksperimental tamaşalar», «Festivallar festivalı», «Milli klassika», Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Milli Teatr Gününə həsr olunmuş gənc rejissorların «Yeni teatr» Respublika Festivalı, Uşaq tamaşaları Festivalı, «Beynəlxaq Çexov Festivalının «İpək yolu» mərhələsi», «Boş məkanın dolğunluğu», «2+1» Eksperimental teatr festivalı kimi tədbirlər Azərbaycanın teatr həyatında xüsusi canlanma yaratmış, teatr sənətinin inkişafında böyük rol oynamışdır.
Azərbaycan siyasi və mədəni xadimlərinin qəbirlərinin Azərbaycana gətirilməsi
== Siyahı ==
Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülmüş tibb alimləri
şöbəsinin rəhbəri, tibb elmləri doktoru, professor, 1950
Baba Əliyev (dövlət xadimi)
Baba Əliyev (Tam adı: Baba Əliyoldaş oğlu Əliyev; 1877, Mərdəkan, Bakı qəzası – 3 yanvar 1937) — Az. ÇK sədri . Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri. Repressiya qurbanı. == Həyatı == Baba Əliyev 1877-ci ildə Bakının Mərdəkan qəsəbəsində anadan olmuşdur. İbtidai təhsil almışdır. 1905-ci ildən Rusiya Kommunist Partiyasına üzv qəbul edilmişdir. 1905–1907-ci illərdə Balaxanı-Sabunçu fəhlə rayonunda Hümmət Partiyasının, tətil və nümayişlərin təşkilatçısı olmuşdur. 1910-cu ildə partiyanın tapşırığına əsasən İran inqilabına (milli-azadlıq hərəkatına) kömək məqsədilə bu ölkəyə getmişdir. 1917–1918-ci illərdə Azərbaycanda sovet hakimiyyətinin qurulması üçün mübarizə aparmış, Bakı kommunasının süqutundan sonra Həştərxana getmiş və "Hümmət" təşkilatının yerli bürosuna sədr seçilmişdir.

Digər lüğətlərdə

ли́мфа намасти́ться осуществля́ть плева́ться присту́кивание прока́пчивание скра́дывание ты́кание утиха́ть чихо́та ве́шний жать на всю катушку зави́ть обхвати́ть поприти́хнуть прихло́пнутый проведе́ние реми́зить anteverted backwardation cenotaph Ku Kluxer xylology накалить хрен