XAİN

I
прил.
1. вероломный (действующий путём предательства; предательский). Xain dost вероломный друг, xain hərəkət вероломный поступок, xain qəlbli с вероломным сердцем
2. коварный:
1) скрывающий под показной доброжелательностью злой и хитрый умысел. Xain qonşu коварный сосед, xain yoldaş коварный товарищ
2) таящий в себе неожиданную неприятность, беду. Xain xəstəlik коварная болезнь
3. предательский, изменнический. Xain addım предательский шаг, xain təbiət (xislət) предательская натура
4. продажный (такой, которого можно подкупить, который ради денег, выгоды готов на бесчестные поступки). Xain məmur продажный чиновник, xain rəhbər продажный руководитель
II
сущ. изменник, предатель. Vətən xaini изменник родины, məslək xaini предатель идеи; xain çıxmaq оказаться предателем, xain olmaq быть вероломным
III
нареч. как предатель. Xain baxmaq смотреть как предатель
XAXAMLIQ
XAİNANƏ
OBASTAN VİKİ
Xain
Viktor Xain — geologiya-mineralogiya elmləri doktoru, professor. Xain Əhməd Paşa — Sultan Süleyman Qanuni dönəmi vəzirlərindəndir. Filmlər Xain (film, 1973) — rejissor Hrişkiş Mukerci tərəfindən 1973-cü ildə çəkilmiş olan hindi dilli dram filmi. Xain Bizans — Qani Müjdənin ssenarisini yazdığı və rejissorluğunu üstləndiyi 21 yanvar 2000-ci il çıxış tarixli türk parodiya filmi.
Viktor Xain
Viktor Yefimoviç Xain (13 (26) fevral 1914, Bakı – 24 dekabr 2009, Moskva) — geologiya-mineralogiya elmləri doktoru, professor, geotektonika və regional geologiya sahəsi üzrə mütəxəssis, Rusiya Elmlər Akademiyasının akademiki, AMEA-nın Fəxri xarici üzvü, Paris Universitetinin fəxri doktoru, Bolqarıstan və Fransa geologiya cəmiyyətlərinin fəxri üzvüdür. Viktor Yefimoviç Xain 1914-cü il fevralın 13(26)-də Bakı şəhərində anadan olmuşdur. 1935-ci ildə Azərbaycan Neft İnstitutunun (indiki ADNSU) mədən fakültəsinin geoloji-kəşfiyyat şöbəsini bitirmişdir. 1940-cı ildə "Yuranın və təbaşirin fasiyaları və mezozoyda Cənub-Şərqi Qafqazın geotektonik inkişaf tarixi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Böyük Vətən müharibəsi illərində (1941-1945) havadan müdafiə hərbi hissələrində qulluq etmişdir. 1945-ci ildən Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) böyük elmi işçi, "Regional geologiya" şöbəsinin rəhbəri vəzifələrində işləmiş və eyni zamanda Azərbaycan Sənaye İnstitutunda müəllimlik etmişdir. 1947-ci ildə "Cənub-Şərqi Qafqazın geotektonik inkişafı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1954-cü ildən Moskva Dövlət Universitetində işləyir. 1 iyul 1966-cı ildən Yer haqqında (geologiya, geofizika) elmlər Bölməsi üzrə müxbir üzvü, 23 dekabr 1987-ci ildən geologiya, geofizika, geokimya və mədən elmləri (qlobal seysmologiya, tektonika) Bölməsi üzrə akademikdir. Viktor Yefimoviç Xain 2004-cü ildə AMEA-nın Fəxri xarici üzvü seçilmişdir.
Xain Bizans
Xain Bizans — Qani Müjdənin ssenarisini yazdığı və rejissorluğunu üstləndiyi 21 yanvar 2000-ci il çıxış tarixli türk parodiya filmi. Filmdə Mehmet Əli Ərbil, Demet Şener, Cem Davran, Hande Ataizi, Sümer Tilmaç, Ayşəgül Aldinç, Yılmaz Köksal, Nursəli İdiz kimi ustad aktyor və aktrisalar yer alır. Film kenquru hücumları və quraqlıq üzündən vətənləri Avstraliyadan Fransaya köç edən Nacaroğullarının qabaqlarına çıxan itin bələdçili ilə Anadoluya gəlmələriylə başlayır. Bu dönəmdə Anadolu Şərqi Roma imperatorluğu hakimiyyəti altındadır. İmperator İlletyus bir yuxu görür və bunu kahinə yozdurur. Kahin imperatora illər sonra bu gün doğulan bir nacar oğlan uşağının əliylə öləcəyini xəbər verir. Buna görə də İlletyus nacarların yeni doğulan bütün oğlan uşaqlarının öldürülməsini əmr edir. Bizans əskərlərinin hücumu əsnasında əşirətin rəisi Süper qazi uşaqların və qadınların gizlənməsini əmr edir. Arvadı həmin gün doğulan üçəm oğullarını çaya buraxır. İllər sonra uşaqlar böyüyür.
Xain Bizans (film)

Xain Əhməd Paşa
Xain Əhməd Paşa (Albaniya – 1524, Misir) — Sultan Süleyman Qanuni dönəmi vəzirlərindəndir. I Səlim dönəmində saraya alınmış, təhsilini bitirdikdən sonra miraxur rütbəsi almışdır. 1516-1517-ci illərdə Məmlüklərə qarşı çıxılan səfərlərdə iştirak etmiş, 1519-cu ildə Rumeli bəylərbəyliyinə yüksəldi. Ardından Sultan Süleyman Qanuni ilə birlikdə Belqrad səfərinə qatılmış, Böyürdələn qalasının alınmasında (8 iyul 1521) önəmli rol oynamışdır. Belqrad səfərindəki uğurları səbəbilə vəzirlik rütbəsilə mükafatlandırıldı. Rodos səfərinə əvvəlcə üçüncü vəzir olaraq qatılmış, ancaq səfər əsnasında səfərin sərdarı olaraq təyin olunmuşdur. Yunanca bildiyi üçün Rodos cəngavərləri ilə birbaşa danışıqlara girmiş, təslim olma şərtlərini müzakirə etmişdir. Sədrəzəm Piri Mehmed Paşanın əleyhinə çıxmış və onun sədarətdən alınmasında mühüm rol oynamışdır. Ancaq saray qanunlarına uyğun olmayaraq bu vəzifəyə İbrahim ağa gətirilmiş, bunun ardından öz istəyilə Misir hakimi təyin olunmuşdur (19 avqust 1523).
Xain (film, 1973)
Xain (Rom: Namak Haraam) — rejissor Hrişkiş Mukerci tərəfindən 1973-cü ildə çəkilmiş olan hindi dilli dram filmidir. Filmin musiqisi R. D. Burmana, ssenarisi Gülzara, sözləri isə Anand Bakşiyə məxsusdur. Filmdə baş rolları Rajesh Khanna və Amitabh Baççan canlandırmışdır. Filmdə həmçinin Rekha, Asrani, Raza Murad, A. K. Hangal, Simi Garewal və Om Shivpuri çəkilmişdirlər. Rajesh Khanna bu filmə görə 1974-cü ildə üçüncü dəfə Ən Yaxşı Aktyor (Hindi) nominasiyası üzrə BFJA Mükafatını əldə etmiş və Amitabh Baççan isə 1974-cü ildə Ən Yaxşı Köməkçi Aktyor nominasiyası üzrə ikinci dəfə Filmfare Mükafatını qazanmışdır. Bu, Anand filmindən sonra Hanna və Baççanın bərabər rol aldıqları Hrişkiş Mukercinin çəkmiş olduğu ikinci filmdir. "Diye Jalte Hai", "Nadiya Se Dariya" və "Main Şayar Badnaam" filmin ən yaddaqalan mahnılarıdır və bu mahnıların hamısı Kişor Kumar tərəfindən güclü bir formada yazılmış və Raceş Hanna tərəfindən bəstələmişdir. Həm dostları, həm də pərəstişkarları tərəfindən Kaka kimi çağırılan Kişor bu filmdəki mənalı aktyorluğu və üz təəssüratları ilə milyonların qəlbini fəth etmişdir. Film kassa hiti olmuş və 1973-cü ilin ən çox gəlir gətirən 5-ci filmi olmuşdur. Film Tamil dilində Unakaga Naan adı ilə yenidən çəkilmişdir.
Xain Bizans (film, 2000)
Xain Bizans — Qani Müjdənin ssenarisini yazdığı və rejissorluğunu üstləndiyi 21 yanvar 2000-ci il çıxış tarixli türk parodiya filmi. Filmdə Mehmet Əli Ərbil, Demet Şener, Cem Davran, Hande Ataizi, Sümer Tilmaç, Ayşəgül Aldinç, Yılmaz Köksal, Nursəli İdiz kimi ustad aktyor və aktrisalar yer alır. Film kenquru hücumları və quraqlıq üzündən vətənləri Avstraliyadan Fransaya köç edən Nacaroğullarının qabaqlarına çıxan itin bələdçili ilə Anadoluya gəlmələriylə başlayır. Bu dönəmdə Anadolu Şərqi Roma imperatorluğu hakimiyyəti altındadır. İmperator İlletyus bir yuxu görür və bunu kahinə yozdurur. Kahin imperatora illər sonra bu gün doğulan bir nacar oğlan uşağının əliylə öləcəyini xəbər verir. Buna görə də İlletyus nacarların yeni doğulan bütün oğlan uşaqlarının öldürülməsini əmr edir. Bizans əskərlərinin hücumu əsnasında əşirətin rəisi Süper qazi uşaqların və qadınların gizlənməsini əmr edir. Arvadı həmin gün doğulan üçəm oğullarını çaya buraxır. İllər sonra uşaqlar böyüyür.
Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsi
Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsi (rus. Акмолинский лагерь жён изменников Родины) və ya qısaca ALJİR — Stalin repressiyalarının qurbanı olmuş şəxslərin ailə üzvü olan qadınların məcburi saxlanıldığı islah əmək düşərgəsi. Qaraqanda İslah Əmək Düşərgəsinin tərkibində Qazaxıstanın Akmola bölgəsində yerləşib. Sürgün olunan qadınların arasında Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Cavad, Fətəli xan Xoyskinin qızı Tamara Xoyskaya və Quba Qızlar Seminariyasının rəhbəri Sənubər Eyyubova kimi onlarla azərbaycanlı qadın da var idi. Düşərgənin adı qısalaşdırılıb və insanlar arasında "ALJİR" adlandırılıb. SSRİ-də mövcud olmuş ən böyük qadın düşərgələrindən biri və "QULAQ arxipelaqı"nın "ada"larından biridir. 1938-ci ildə düşərgədə 8 minə yaxın məhbus qadın var idi onlardan 4500 nəfəri "Vətən xainlərinin ailə üzvləri" (VXAÜ) idilər. Bundan başqa 1500 nəfər "VXAÜ" də Karaqanda İslah Əmək Düşərgəsinin digər bölmələrində saxlanılırdılar. SSRİ Xalq Daxili İşlər Komissarlığının 15 avqust 1937-ci il əmrinə əsasən Akmolinsk (Qazaxıstanın indiki paytaxtı Nursultan şəhəri) şəhərinin cənub qərbində Akmol yaşayış məntəqəsində Karaqanda düşərgəsinin bir bölməsi kimi yaradılıb. SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 8 iyun 1934-cü ildə verdiyi qərarına əsasən "Vətən xainlərinin" yaxınlarına ya 5–10 il azadlıqdan məhrumetmə ya da Sibirin uzaq bölgələrinə 5 il sürgün edilmək cəzası verilməli idi.
Xainlər qəbiristanlığı
Xainlər Qəbiristanlığı — İstanbulun Pendik mahalında, Ballıca kəndinin yaxınlığında, Təpəörəndə yerləşən qəbiristanlıq. 15 iyul 2016-cı ildə Türkiyədə hərbi çevrilişə cəhd edərkən həyatını itirən əsgərlərin dəfn edilməsi məqsədiylə qurulmuşdur. Qəbiristanlığa ilk dəfn adam Acıbadem Mahalle muhtarını öldürən Kapitan Mehmet Karabekir'e.

Digər lüğətlərdə