xainlik
xaki
OBASTAN VİKİ
Xakasiya
Xakasiya (rus. Республика Хакасия, xak. Хакасия Республиказы) — Rusiya Federasiyası subyektlərindən biri. Sibirin cənubunda, Altay dağları və Yenisey çayı ətrafında və Altay Respublikasının şimalında yerləşən Xakasiya Rusiya Federasiyasına bağlı muxtar bir cümhuriyyətdir. Xakasiya ərazisimdən dünyanın ən böyük çaylarında biri olan Yenisey (Kim Suyu) çayı keçir. 2010-cu il əhalinin siyahıya alınmasına əsasən, respublikanın əhalisi 532.403 nəfər idi. == Coğrafiya == Paytaxtı Abakan şəhəridir. Ölkənin üçdə ikisi dağlıq olub, xalqın çoxusu Abakan və Yenisey çaylarının kənarında yaşamaqdadır. Relyefi dağlıqdır, ərazinin çox hissəsini Kuznetsk Alatausu dağları və Yeniseyboyu düzənliklər əhatə edir. Ən uca zirvəsi Karaqoş (2930), Aksu-Tayqa (2858) və s-dir.
Xakasiya Respublikası

Xakasiya bayrağı
Xakasiya bayrağı — Rusiya Federasiyası Xakasiya Respublikasının dövlət rəmzidir. Mövcud bayraq 1 oktyabr 2003-cü il tarixli 52 saylı Xakasiya Respublikasının qanunu ilə təsdiq edilmiş və 1327 qeydiyyat nömrəsi ilə Rusiya Federasiyasının Dövlət Heraldik Reyestrinə daxil edilmişdir. == Təsviri == Xakasiya Respublikasının dövlət bayrağı dörd zolaqdan ibarət düzbucaqlı bir paneldir. Üfüqi şəkildə ardıcıllıqla düzülmüş üç bərabər zolağın üstü mavi, ortası ağ alt hissəsi qırmızıdır. Dördüncü zolaq, yaşıl rəngdə olub, üfüqi zolaqları birləşdirərək, şaquli olaraq, birbaşa şaftda yerləşir. Yaşıl zolağın ortasında qızıl rəngli günəş işarəsi (Kainatın simvolu) var. Horizontal zolaqların hər birinin eni bayrağın eninin üçdə birini təşkil edir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. == 1992-2003-cü illər bayraqları == 1992-2003-cü illərdə Xakasiya bayrağı müasir versiyası ilə tamamilə eyni görünürdü, lakin üfüqi zolaqların ardıcıllığı fərqli idi (yuxarıdan aşağıya: ağ, mavi, qırmızı). 2003-cü ildə Rusiya Federasiyası Prezidenti yanında Heraldika Şurasının təkidi ilə və Xakasiya Respublikası Prokurorunun Xakasiya Respublikası 25 noyabr 2002-ci il tarixli 68 saylı qanununun 1-ci maddəsinə etirazından sonra "Xakasiya Respublikasının Dövlət Bayrağı haqqında" "zolaqların sırası, "Rusiya Federasiyasının Dövlət Bayrağı haqqında" federal konstitusiya qanunu ilə qadağan olunan Rusiya bayrağındakı zolaqların düzülüşünü təkrarlamamaq üçün dəyişdirildi.
а равно́ и заклина́ть заправля́ться зарегистри́роваться застеклённый затво́рнический лицеме́р межремо́нтный нашмы́гать ревока́ция смотри́тель бре́мя кафешанта́нный коле́нце лу́нный месяц отфутбо́ливаться пустить в де́ло слюнотече́ние фин... судорга blotting de-escalation Re talc they've