XAL-XAL

sif. Xallı, xallarla örtülü, xallarla bəzəkli, üstündə xallar olan. Xal-xal parça. Xal-xal örpək. Xal-xal paltar.
– Əlində qırmızı xal-xal çamadan; Gedir kənd yoluyla cavan bir oğlan. B.Vahabzadə.

□ Xal-xal olmaq1) parça-parça olmaq, tikə-tikə olmaq, parçalanmaq. Vaza əlimdən düşüb xal-xal oldu.
– Təzə ay göydə yandı; Ucu qıyqac dayandı; Buludlar oldu xal-xal. M.Dilbazi;

2) üzərində xallar əmələ gəlmək, xallarla örtülmək, xal kimi olmaq.
Oğlanın solğun yanaqları qızarıb xalxal oldu. M.Hüseyn.
…Divarların suvağı xalxal olmuş, yağışdan yuyulmuş kərpiclərin sarı samanı biz-biz çıxmışdı. İ.Hüseynov.
Məmmədsadıq kösövləri yağışdan xal-xal olan ocağın qırağından tərpəndi. B.Bayramov.

XAL
XALA

Digər lüğətlərdə