XALAT

is. [ ər. ]
1. Orta Asiya xalqlarının ətəkləri üst-üstə gələn, yaxası açıq üst geyimi. Zolaqlı xalat. Özbək xalatı.
2. Evdə və ya işdə geyilən, yaxası düymə və ya bağla bağlanan yüngül üst geyimi. Həkim xalatı. Çit xalat.
– Ağ xalat bürünər, zərnişan geyməz; Heç kəsi dindirib keyfinə dəyməz. Aşıq Ələsgər.
Poladın arvadı Rəfiqə güllü xalatda otağa girib uşaqları dəhlizə qovdu, uşaqlar gülüşə-gülüşə bayıra qaçdılar. M.Süleymanov.
…Pillələri [Gülgəz] endikcə xalatın ətəklərinin yellənib açıldığına fikir vermirdi. İ.Hüseynov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XALAT 1. XƏLƏT/XALAT [Qətibə] yata bilmədi, yatağından qalxıb xələtini üstünə saldı, otağın qabağındakı güllərin dibində oturdu (M
XALAOĞLU
XALATLIQ

Digər lüğətlərdə