Aleksandr Xalifman
Aleksandr Valeyreviç Xalifman 1966-cı il 18 yanvar doğumlu, rusiyalı qrosmeysterdir. O 1999-cu il FIDE Dünya Şahmat Çempionu adını qazanmışdır.
== Erkən həyatı ==
Xalifman yəhudi əsillidir. O, 6 yaşında ikən atası ona şahmat oynamağı öyrətmişdir.
== Turnir karyerası ==
Xalifman 1982 və 1984-cü ildə SSRİ Yeniyetmələr arası Çempionatın qalibi, 1985-ci ildə Qroningen şəhərində keçirilmiş 20 yaşlılar arası Avropa Çempionatının qalibi, 1985 və 1987-ci illərdə Moskva çempionu, 1990-cı il Qroningen, 1993-cü il Ter Arpel, 1994-cü il Eupen Open turnirinin, 1995-ci ildə Sankt Peterburq Open turnirinin, 1996-cı ildə Rusiya çempionu, 1996 və 1997-ci illərdə Sankt Peterburq Çempionatının qalibi, 1997-ci il Sankt Peterburq Qrossmeyster Turnirinin qalibi, 1997-ci ildə Orhus, 1997 və 1998-ci illərdə Bad Visze , 2000-ci ildə isə Hoqeven turnirini qazanmağa müvəffəq olmuşdur.
O, 1992, 2000 və 2002-ci illərdə Şahmat Olimpiyadasının qalibi olmuş Rusiya yığmasının üzvü idi. Həmçinin millinin tərkibində 1997-ci ildə komandalararası Dünya Çempionatının qalibi olmuşdur.
O, qrosmeyster titulunu 1990-cı ildə Nyu-Yorkda təşkil olunmuş və bir çox yerli qrosmeysterlərin mübarizə apardığı turnirdə birinci yeri tutmaqla əldə etmişdir. Onun ən yüksək nailiyyəti isə 1999-cu ildə FİDE Dünya Çempionatında qalib olması olmuşdur. O finalda erməni qrosmeyster Vladimir Akopyana 3,5 - 2,5 hesabı ilə qalib gəlmişdir.