XALİDDİN
XALİDİN
OBASTAN VİKİ
Xalidə Hasilova
Xalidə Məmməd qızı Hasilova (19 aprel 1920, Zaqatala – 5 dekabr 1996, Bakı) — Azərbaycanın yazıçısı, Azərbaycan Əməkdar Mədəniyyət İşçisi. == Həyatı == Xalidə Hasilova 1920-ci ildə Zaqatalada anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Leninqrad Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Müxtəlif illərdə "Azərbaycan qadını" jurnalında ədəbi işçi (1952-1953), "Göyərçin" jurnalının baş redaktoru (1966-1972), uzun illər isə "Azərbaycan qadını" jurnalının baş redaktoru kimi çalışmışdır. == Mükafatları == Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 18.05.1972 Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 24.02.1979 Qırmızı Əmək Bayrağı ordeni — 18.04.1980 == Yaradıcılığı == Azərbaycan qadınlarının həyatından bəhs edən "Hamı doğmadır mənə", "İnsan ömrü bir nəğmədir" pyeslərini yazmışdır. Maraqlı nəsr əsərlərinin müəllifi kimi tanınan yazıçının "İlk məktub" (1951), "Lalənin kitabı" (1955), "İki yoldaş" (1956), "Onun taleyi" (1969), "Nəğməli könül" (1976), "Məhəbbət olmayanda" (1983), "Çətin yollar boyunca" (1986), "Xoruzlu dəsmal" (1994) və s. kitabları çap olunmuşdur. Uzun illər "Göyərçin" və "Azərbaycan qadını" jurnallarının redaktoru olmuş X.Hasilova "Kiçik hekayələr" (1950), "Lalənin kitabı" (1955), "Ulduzlu papaq" (1960), "Atlas yarpaqlar" (1965) və s. uşaq kitablarının müəllifidir. Eyni zamanda, o, kiçik yaşlı uşaqlar üçün tərcümələri ilə də ədəbiyyatımızı zənginləşdirmişdir.
Xalidə Qasımova
Xalidə Camal qızı Quliyeva (24 sentyabr 1952) — Azərbaycanlı kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2019), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). == Həyatı == Xalidə Quliyeva 24 sentyabr 1952-ci ildə anadan olmuşdur. Atası neftçi, anası isə evdar qadın olmuşdur. Ali məktəbə qəbul olunduqdan sonra Lütfi Məmmədbəyovun xalq teatrında çalışmağa başlamışdır. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1973–1976-cı illərdə institutun nəzdindəki "Səda" Tədris Teatrında çalışmışdır. 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında aktrisa kimi fəaliyyət göstərir. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır.Validə ("Qızıl qaz"), Fatimə ("Nəsimi"), Solmaz ("Bakıda küləklər əsir"), Milli ("Tütək səsi"), tibb bacısı ("Şahid qız"), Xalidə ("Xoşbəxtlik qayğıları") və s. rollarında şəkilmişdir. Lider TV-nin həyata keçirdiyi çoxseriyalı bədii televiziya və sənədli filmlərin dublajında aktrisa kimi iştirak edir.
Xalidə Quliyeva
Xalidə Camal qızı Quliyeva (24 sentyabr 1952) — Azərbaycanlı kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2019), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). == Həyatı == Xalidə Quliyeva 24 sentyabr 1952-ci ildə anadan olmuşdur. Atası neftçi, anası isə evdar qadın olmuşdur. Ali məktəbə qəbul olunduqdan sonra Lütfi Məmmədbəyovun xalq teatrında çalışmağa başlamışdır. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1973–1976-cı illərdə institutun nəzdindəki "Səda" Tədris Teatrında çalışmışdır. 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında aktrisa kimi fəaliyyət göstərir. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır.Validə ("Qızıl qaz"), Fatimə ("Nəsimi"), Solmaz ("Bakıda küləklər əsir"), Milli ("Tütək səsi"), tibb bacısı ("Şahid qız"), Xalidə ("Xoşbəxtlik qayğıları") və s. rollarında şəkilmişdir. Lider TV-nin həyata keçirdiyi çoxseriyalı bədii televiziya və sənədli filmlərin dublajında aktrisa kimi iştirak edir.
Xalidə Rüstəmova
Rüstəmova Xalidə Ədalət qızı — "İlin ən yaxşı müəllimi", "İlin ən yaxşı fənn kabinəsi" müsabiqələrinin qalibi == Həyatı == 1981–ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər Universitetinin ingilis dili fakültəsini bitirmişdir. 1994-cü ildən 290 saylı məktəbdə ingilis dili müəllimi, Suraxanı rayon RTŞ-nin ştatdankənar metodistidir. 1996-ci ildən Az.ETA(Azerbaijan English Teachers’ Association) Az. Ing. dilli müəllimləri birliyinin üzvüdür. Bir sıra Beynəlxalq və ümumittifaq konfransların, seminarların istirakçisı olmuş, respublikamızı layiqincə təmsil edərək çoxlu sayda sertifikatlara və diplomlara layiq görül müşdür. "Methodology", "Hornby Trust" , "Step by Step" , "RWCT" proyektləri üzrə Təlimci Müəllim və "Müəllimlər Müəllimi"adını qazanmışdır. O eyni zamanda beynəlxalq proqramların, xüsusi ilə ABŞ dövlətinin maaliyyələşdirdiyi 2003-cü ildə Təhsil və Dillər öyrənilməsi üzrə Amerika əməkdaşlıq Şurası (ACCELS) və ABS Dövlət Departamentinin Təhsil və Mədəniyyət üzrə Bürosunun təşkil etdiyi "TEA", "PIE" proqramlari üzrə finalist olmuş, 2 aylıq Amerikaya təcrübə mübadiləsinə göndərilmişdir. Dəfələrlə "Ilin ən yaxşı müəllimi", "Ilin ən yaxşə fənn kabinəsi" müsabiqəsində qalib olaraq, məktəbin adını Azərbaycanın bütün bölgələrində tanıtmışdır. Göstərdiyi xidmətlərə görə məktəb rəhbərliyi ,RTŞ- nin və Rayon Icra Hakimiyyətinin təşəkürünə, pul mükafatına və fəxri fərmanlarına layiq görülüb.Xalidə müəllimə siniflər üzrə bir neçə test kitabcalarının və "Mektəblinin Lüğəti" müəlliflərindəndir.
Xalidə Səfərova
Xalidə Ələkbər qızı Səfərova (25 avqust 1926, Gəncə – 23 dekabr 2005, Bakı) — Azərbaycan rəngkarı, Azərbaycan SSR xalq rəssamı (1989). == Həyatı == Xalidə Səfərova 25 avqust 1926-cı ildə Gəncə şəhərində anadan olmuşdur. O, 1941–1944-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1949–1955-ci illərdə isə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil almışdır.Xalidə Səfərova 1946-cı ildə rəssam Mahmud Tağıyev ilə ailə həyatı qurmuşdur. Rəssam 23 dekabr 2005-ci ildə Bakıda vəfat etmişdir.Rəssam Mahmud Tağıyevin həyat yoldaşı, Əkrəm Tağıyevin anasıdır. == Yaradıcılığı == Xalidə Səfərovanın ilk diplom işi "Cəbhədən gələn məktub" mövzusu olmuşdur. Onun ikinci diplom işi — Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasına çəkilən illüstrasiyalar SSRİ Rəssamlıq Akademiyasının sərgisində, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun yubileyində, eləcə də 1956-cı ildə Praqa və Paris şəhərlərində keçirilən kino festivalın çərçivəsində sərgilənmişdir.Xalidə Səfərovanın yaradıcılığında əsas yeri peyzaj və natürmort janrlarında çəkilmiş rəsm əsərləri tutur. Onun güllərlə natürmort silsiləsində "Payızgülü" (1956), "Zinya çiçəyi" (1971), "Bahar çiçəkləri" (1971), "Monmartr gülləri" (1985), ilk əsərləri olan "Gülabdan", "Qızılgül", "Çöl çiçəkləri", "Eyvanda", "Xrizantemlər", "Yasəmənlər", "Zanbaqlar", "Nərgizlər", "Nar çiçəyi" kimi əsərlərə rast gəlinir.Rəssam Azərbaycanın bölgələrinə etdiyi səfərlərinin hesabatını Mahmud Tağıyev ilə 1947-ci ildə Bakıda keçirilən ilk birgə sərgidə vermişdir. Həmin sərgidə o, 70-ə yaxın rəngkarlıq və qrafika əsərləri, 150-dən artıq etüd, peyzaj və natürmort əsərləri ilə iştirak etmişdir. Təqdim edilmiş əsərlərin sırasına "Üç palıd", "Yağışdan əvvəl", "Bağda natürmort", "Üzümlükdə natürmort" kimi işlər də daxil edilmişdir.Rəssamın yaradıcılığında portret əsərləri də yer almışdır. Bunların sırasına "Qapıçı", balet artisti "Leyla Vəkilovanın portreti", rəssam "Maral Rəhmanzadənin portreti", rəssam "Mahmud Tağıyevin portreti" və başqaları daxildir.
Xalidə Şərifova
Xalidə Şərifova — aktrisa. == Həyatı == Şərifova Xalidə Xəlil qızı 8 aprel 1959-cu ildə Şamaxıda anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakultəsini bitirmişdir. O, 1973-cü ildə Lənkəran Dövlət Teatrında aktrisa kimi fəaliyyətə başlamış və teatrın səhnəsində S.Vurğun "Fərhad və Şirin"də Şirin, "Vaqif" də Gülnar, C.Məmmədquluzadə "Ölülər"də Nazlı, H.Cavid "Topal Teymur" da Olqa, və s.obrazlar yaratmışdır. Şərifova Xalidə 1994-cü ildən 2001-ci ilə qədər Akademik Milli Dram Teatrında çalışmışdır. O, teatrın səhnəsində N.Hacızadə "Məhəbbət yaşadır" da Nilufər, D.Aslan "Dindirir əsr bizi"ndə Sabah, İ.Əfəndiyevin "Hökmdar və qızı"nda Haykanuş, S.Vurğunun "Fərhad və Şirin"ində Şirinin rəfiqəsi, Ç.Aytmatov "Sokratı anma gecəsi"ndə Kədər, Hidayət "Bu dünyanın adamları"nda Sevər kimi rollar oynamışdır. 2001-ci ildə müqavilə müddəti bitdiyinə görə işdən azad edilmişdir. Hazırda Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Ailəlidir. == Əsas rolları == Qış nağılı (U.Şekspir) — Utrata Fərhad və Şirin (S.Vurğun) — Şirin Tufan (N.Ostrovski) — Katerina Yudif (A.Tamsaare) — Yudif Topal Teymur (H.Cavid) — Olqa Tartüf (J.B.Molyer) — Marianna Ölülər (C.Məmmədquluzadə) — Nazlı Hacı Qənbər (N.B.Vəzirov) — Cavahir Silahdaş (Y.Əzimzadə) — Rübabə Oktay Eloğlu (C.Cabbarlı) — Sevər Şəhərin yay günləri (Anar) — Qumru Əliqulu evlənir (S.Rəhman) — Qumral Lənkəran xanının vəziri (M.F.Axundov) — Nisə xanım Avtobus (S.Stratiyev) — qız Gecən xeyrə qalsın, ana (M.Norman) — Cessi Eşq və intiqam (S.S.Axundov) — Yasəmən Hökmdar və qızı (İ.Əfəndiyev) — Haykanuş Dar ağacı (B.Vahabzadə) — xala Bu dünyanın adamları (H.Orucov) — Nərgiz Məhəbbət yaşadır (N.Hacızadə) — Nulufər Fedra (J.Rassin) — İsmena Dindirir əsr bizi (D.Aslan) — Sabah xanım Ölülər (C.Məmmədquluzadə) — Zeynəb Tıq-tıq xanım (A.Şaiq ) — nağılçı Mənim ağ göyərçinim (T.Vəliyeva) — valideyn Buzovna kəndinin əhvalatları (Elçin) — Əminə Qaraca qız (S.S.Axundov, A.Şaiq) — Yasəmən == Filmoqrafiya == Cansıxıcı əhvalat (film, 1988) Canavar balası (film, 1997) Yağışdan sonra (film, 1998) Çinarlı şəhərin generalları.
Xalidə Əliməmmədova
Xalidə Əliməmmədova (tam adı: Xalidə Şıxzadə qızı Əliməmmədova; 5 mart 1973, Xaçmaz rayonu) — aktrisa. == Həyatı == Xalidə Əliməmmədova 1973-cü il martın 05-də Xaçmaz rayonunda doğulub. 1997-ci ildə fərqlənmə bakalavr diplomu ilə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. Həmin il sözügedən universitetin «Teatrşünaslıq» fakültəsinə qəbul olub, 1999-cu ildə maqistr pilləsinə yüksəlib. 1995-ci il avqustun 25-dən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. == Teatroqrafiya == Pərvanə - («Yay gecəsində yuxu», V.Şekspir Əsgər - («Hamlet», V.Şekspir) Perespela - («Tədbirə qarşı tədbir», V.Şekspir) Birinci cadugər - («Maqbet», V.Şekspir) Dorote - («Karmen», P.Merime) Qalina- («Ördək ovu», A.Vampilov) Lakusta - («Neron oynayır və ya iblisin komediyası», M.Xubai) Erita - («Herostatı unudun», Q.Qorin) Qulluqçu - («Teh end», J.Seminon) Nata xanım - («Nazirin xanımı», V.Nuşiç) Kərbalai Fatma - («Ölülər», C.Məmmədquluzadə) Qulluqçu- («Qurbanəli bəy», C.Məmmədquluzadə) Şəhla - («Məndən nigaran qalmayın», İ.Məlikzadə) Xeyransa - («İntihar», V.Səmədoğlu) Gəlmə qarı – («Mamay kişinin yuxuları», V.Səmədoğlu) Qisasçı qadın – («Genaralın son əmri», V.Səmədoğlu) III aparıcı – («Uzaq yaşıl ada», V.Səmədoğlu) Dayə – («Hərənin öz ulduzu», Ə.Səmədli) Nənə – («Onun iki qabırğası», Ə.Əmirli) Qüdrət – («Yeddi məhbusə», Ə.Əmirli) Hamilə – («İtkin ər», Ə.Əmirli) Ofa – («Kişi və qadın», Ə.Əmirli) Nuriyyə – («Sevirəm səni Türkiyə», K.Abdulla) Taclı bəyim–(«Şah İsmayıl yaxud hamı,səni sevənlər burdadır», K.Abdulla) Ana – («İnək», N.Hikmət) Kəmalə – («Axırı sakitlikdir», E.Hüseynbəyli) Gəlin – («Dəli Domrul», Dədəqorqudboyu) Qulluqçu – («Tabut», F.Mustafa) Dəvə quşu – («Qəfəs», F.Mustafa) Qatıq satan – («Vida marşı», F.Mustafa) Məryəm – («Qara qutu», F.Mustafa) Kərimə – («Mürafiyə vəkilləri», M.F.Axundov) Xavər – («İblis», H.Cavid) Qadın – («Yad qadının məktubları», S.Sveyq) Tibb bacısı – («Dəlilər», M.Əliyev) Aygül – («Vicdanın hökmü», H.Mirələmov) Jurnalist – («Əbləhlərin toyu», R.Əlizadə) Kəkilli – («Tık-tık xanım», R.Əlizadə) Bahar – («Keçəlin toyu», R.Əlizadə) Küpəgirən qarı – («Sindibadın səyahəti»,R.Əlizadə) Ana keçi – («Şəngül, Şüngül, Məngül», M.Müşviq) Babrina – («Sənsiz yaşaya bilmirəm», M.Haqverdiyev) Çin gözəli – («Məlikməmməd», Nağıl tamaşa) Ana – («Qızıl dağın kralı», N.Orxan) Dovşan – («Bostan müqəvvası», S.Əliyev) Göyçək Fatma – («Kosmosa səyahət», H.Atakişiyev) Dayə – («Şelkunçik», E.T.A.Hofman») Barbel – («Yatmış gözəl» B.Marvin) Pəri – («Göyçək Fatma» Azərbaycan xalq nağılı) Əminə – («Buzovna kəndinin əhvalatları» Elçin) Qısır qarı – («Şahzadə Xəzrin nağılı» K.Ağabalayev, N.Kazımov) Püstə – («Qaraca qız» S.S.Axundov, AŞaiq) Fregen Bok – («Balaca və damda yaşayan Karlson A.Lindqren) Dayə – («Danışan gəlincik» A.Şaiq) Kahin qadın - Q.Qorin "Henstratı unudun" Jurnalist - R.Əlizadə "Əbləhlərin toyu" 3cu aparıcı -V.Səməd oğlu "Uzaq yaşıl ada" Ofa- Ə.Əmirli"Kişi və qadın" Kərimə - M.F.Axundov "Mürafiə vəkilləri" Dayə-Ə.Səmədli"Hərənin öz ulduzu" "Şelkunçik" -Dayə (Rej. N.Başiyeva 2009.) "Yatmış gözəl" - Barbel (Rej. N.Kazımov 2010) "Revayəti-Şahzadeyi Xəzər" - Qısırqarı (Rej. N.Kazımov 2012) "Balaca və damda yaşayan Karlson"-Freken Bok (Rej.
Xalidə Ədib Adıvar
Xalidə Ədib Adıvar (osm. خالده اديب اديوار; 11 iyun 1884[…], Konstantinopol – 9 yanvar 1964[…], İstanbul) — Türk yazıçı, siyasətçi, alim, müəllim. Xalidə Onbaşı olaraq da tanınır. "Atəşdən köynək", "Sinəkli baqqal", "Tatarcıq", "Zeynonun oğlu" kimi romanların müəllifi kimi tanınır. Xalidə Ədib 1919-cu ildə İstanbul xalqını ölkənin işğalına qarşı səfərbər etmək üçün etdiyi çıxışlarla yadda qalan bir natiqdir. Qurtuluş savaşında cəbhədə Mustafa Kamalla bərabər xidmət etmiş sıravi vətəndaş olsa da, rütbə alaraq müharibə qəhrəmanı sayıldı. Müharibə illərində Anadolu Agentliyinin yaradılmasında iştirak edərək jurnalist kimi də fəaliyyət göstərib. İkinci Məşrutiyyətin elanı ilə yazmağa başlayan Xalidə Ədib, yazdığı iyirmi bir romanı, dörd hekayə kitabı, iki səhnə əsəri və müxtəlif araşdırmaları ilə Məşrutiyyət və Cümhuriyyət dövründə türk ədəbiyyatında ən çox əsər yaradan yazarlardan biridir. Onun "Sinekli Bakkal" romanı onun ən məşhur əsəridir. O, əsərlərində qadınların təhsilinə, cəmiyyətdəki mövqeyinə xüsusi yer vermiş, yazıları ilə qadın hüquqlarını müdafiə etmişdir.
высева́ние лома́ться попря́таться порыда́ть приобучи́ть присвиста́ть спросо́нья стеклова́р фавори́т вене́рин галере́я конфессиона́льный лирови́дный напека́ться похристо́соваться сове́тник сарога фидибус blotting-pad mandril shrine solecism Tantalus медпункт прицепить