XALVAR

is.
1. Azərbaycanın müxtəlif yerlərində müxtəlif ağırlıqda (təxminən 400 kq ağırlığında) olan köhnə çəki ölçüsü. Hesab var dinarla, bəxşiş var xalvarla. ( Ata. sözü ).
[Hacı Mehdi:] Demək ki, bugünkü qiymət, xalvarı 25 tümən? M.S.Ordubadi.
[Cavad:] O günləri Məşədi Babanın qızının kəbini kəsiləndə iki xalvar buğda, … bir kəllə qənd və bir girvənkə çay gətirmişdilər. B.Talıblı.

2. məh. Bir xalvar toxum əkiləcək qədər sahə.
Zeynəb Heydərə gələndən üç il sonra Kərbəlayı İsmayıl vəfat edib … və iki xalvar zəmi qoyub getdi. C.Məmmədquluzadə.

◊ Bir xalvar – çoxlu, külli miqdarda.
[Hikmət İsfahani:] …Mən axı o ruznaməyə hər ay bir xalvar pul xərcləyirəm. M.İbrahimov.
[Maral:] Sizdən də Kayana bir xalvar salam-dua aparıram. Ə.Əbülhəsən.

XALTURAÇILIQ
XAM
OBASTAN VİKİ
Xalvar
Xalvar— çəki ölçü vahidi. == Ümumi məlumat == Daha böyük çəkiləri ölçmək üçün xalvardan istifadə olunmuşdur. 1 xalvar 25 puda bərabərdir ki, bu da təxminən 400 kq deməkdir. "Hesab var dinarla, bəxşiş var xalvarla" – atalar sözü də xalvarın böyük ölçü vahidi olmağıyla bağlı yaranmışdır. Məişətimizdə xalvar kimi işlənən bu söz əslində xərvardır və "bir uzunqulaq yükü" mənasını verir (farsca "xər" – uzunqulaq deməkdir). Belə çıxır ki, bir eşşək yükü 400 kq-a bərabərdi. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh.

Digər lüğətlərdə

доволо́чь дро́ля засветле́ться переорганизо́вываться пища́льник попривы́кнуть потусторо́нность Престо́л претворя́ть символи́ческий усева́ть эконо́мничать вы́дуть на козе́ не подъедешь наза́втра передо́йка подтверди́тельно химика́ты кликать cist commingle shell gun uprise внаём общественный