XALXAL

Ərəbcə “halqa” deməkdir. Cəm forması “xəlaxil”dir. Qoyun saxlamaq üçün düzəldilmiş ağıl bəzi dialektlərdə xalxal adlanır. Ağıl sözünün təhrifi nəticəsində əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

XALƏDDİN
XALI
OBASTAN VİKİ
Xalxal
Xalxal xanlığı — mərkəzi Xalxal şəhəri olmaqla Azərbaycan xanlıqlarından biri. Xalxal şəhristanı — İranda, Cənubi Azərbaycanın Ərdəbil ostanında bölgə. Xalxal (Ərdəbil) — İranın Ərdəbil ostanının şəhərlərindən biri, Xalxal şəhristanının paytaxtı. Xalxal (Babək) — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonunda kənd. Xalxal (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd. Xalxal (Lala) — Qafqaz Albaniyasının qərbində yerləşən tarixi şəhər. Xalxal (Mərənd) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. Aşağı Xalxal (Çaldıran) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Xalxal (Çaldıran) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd.
Dəllər (Xalxal)
Dəllər — Ərdəbil ostanının Xalxal şəhristanının Xalxal mərkəzi bəxşinə bağlı kənd.
Kivi (Xalxal)
Kivi (fars. كيوي‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 190 nəfər yaşayır (54 ailə).
Mahmudabad (Xalxal)
Mahmudabad (fars. محموداباد‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 92 nəfər yaşayır (20 ailə).
Məzrayə (Xalxal)
Məzrayə (fars. مزرعه‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 283 nəfər yaşayır (63 ailə).
Nüvədi (Xalxal)
Nüvədi (fars. نوده‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 136 nəfər yaşayır (51 ailə).
Saqqızçı (Xalxal)
Saqqızçı (fars. سقيزچي‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 13 nəfər yaşayır (4 ailə).
Xalxal (Babək)
Xalxal — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Vayxır kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Alagözməzrə kənd inzibati-ərazi vahidinin Xalxal kəndi Vayxır kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Cənubi Azərbaycanda Xalxal şəhəri, Xalxal məhəllə, Xalxal Kuçek yaşayış məntəqələri mövcuddur. XIX əsrdə İrəvan quberniyasında Xalxallı adlı iki dağ, Gürcüstan ərazisində Xalxal dağı qeydə alınmışdır. Tədqiqatçılar bu toponimi Azərbaycan dialektlərində "açıq hava şəraitində mal-qara saxlamaq üçün ətrafı hasarlanmış yer, ağıl" mənasında işlənən xalxal sözü ilə bağlayırlar. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Naxçıvançayın sahilində, Zəngəzur silsiləsinin ətəyində yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə Xalxal kənd tam orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Xalxal (Lala)
Xalxal (Lala) — Orta əsrlərdə Qafqaz Albaniyasının qərbində yerləşən tarixi şəhər. XX əsrin əvvəllərinə qədər etnik azərbaycanlıların yaşadığı yerdə mövcud olmuşdur. Hal-hazırda Ermənistan ərazisindədir. Böyük ehtimalla Uti vilayətində, Qızılqaya ətraflarında olduğu güman edilir. Tarixdə Xalxal vuruşması ilə məlumdur. Sasani hökmdarı II Yəzdəgirdin dövründə Zərdüşt – atəşpərəstlik dinini yaymaq məqsədilə Albaniyaya 700 kahin göndəriləndən az sonra zorakılığa dözməyən yerli əhali yadellilərə qarşı üsyana qalxaraq, alban çarlarının qış iqamətgahı olan Xalxal şəhəri yaxınlığında uğur qazanıb. Ərəb tarixçisi Həmdullah Qəzvini Xalxal şəhərinin Bakıdan 96 fərsəng məsafədə olduğunu göstərib. Son Alban dövləti sayılan Girdman knyazlığının hökmdarı, Mehranilər sülaləsinin son lideri knyaz Cavanşirin və xanımının məzarlarının buradakı qəbiristanlıqlardan birində olduğu söylənir.
Xalxal (Mərənd)
Xalxal (fars. خلخال‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
Xalxal (Oğuz)
Xalxal — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 15 km şimal-şərqdə, Ərmənət kəndinin qərbində, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Xalxal İnzibati Ərazi Dairəsinin mərkəzidir. Kəndin əhalisi (808 nəfər) heyvandarlıq, əkinçilik və bağçılıqla məşğuldur. Kənddə orta məktəb, uşaq bağçası, klub, kitabxana, poçt, 100 yerlik ATS, tibb məntəqəsi, ticarət və iaşə obyektləri var. Məşhur Kordərə mineral istisu bulağı kəndin şimalında yerləşir. Kəndin dəniz səviyyəsindən yüksəkliyi 810 metrdir. “Xalxal” toponimi həm Cənubi Azərbaycanda, həm də Şimali Azərbaycanda geniş yayılmışdır. Qafqaz Albaniyasının (Azərbaycan) ən böyük şəhərlərindən biri Xalxal şəhəri olmuşdur. Cənubi Azərbaycanın (İran) vilayətlərindən birinin adı Xalxaldır.
Xalxal (dəqiqləşdirmə)
Xalxal xanlığı — mərkəzi Xalxal şəhəri olmaqla Azərbaycan xanlıqlarından biri. Xalxal şəhristanı — İranda, Cənubi Azərbaycanın Ərdəbil ostanında bölgə. Xalxal (Ərdəbil) — İranın Ərdəbil ostanının şəhərlərindən biri, Xalxal şəhristanının paytaxtı. Xalxal (Babək) — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonunda kənd. Xalxal (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd. Xalxal (Lala) — Qafqaz Albaniyasının qərbində yerləşən tarixi şəhər. Xalxal (Mərənd) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. Aşağı Xalxal (Çaldıran) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Xalxal (Çaldıran) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd.
Xalxal (şəhər)
Xalxal — İranda şəhər, Ərdəbil ostanının Xalxal şəhristanının inzibati mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasən bu şəhərdə 9.619 ailədə 38.521 nəfər əhali yaşayır. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şəhərin əsas hissəi 95 faiz göstərici ilə Azərbaycan türkləridir, əhalinin 3 faizi talış və tatlardan ibarətdir, kürdlər və farslar isə əhalinin hərəə 1 faizini təşkil edir.
Xalxal (Ərdəbil)
Xalxal — İranda şəhər, Ərdəbil ostanının Xalxal şəhristanının inzibati mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasən bu şəhərdə 9.619 ailədə 38.521 nəfər əhali yaşayır. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şəhərin əsas hissəi 95 faiz göstərici ilə Azərbaycan türkləridir, əhalinin 3 faizi talış və tatlardan ibarətdir, kürdlər və farslar isə əhalinin hərəə 1 faizini təşkil edir.
Xalxal livası
Xalxal sancağı və ya Xalxal livası — inzibati–ərazi vahidi 1725 ci ildə Osmanlı İmperiyasının Təbriz əyalətinin livası. İnzibati mərkəzi Xalxal idi.
Xalxal xanlığı
Xalxal xanlığı — mərkəzi Xalxal şəhəri olmaqla Azərbaycan xanlıqlarından biri. Xanlığın yaradıcısı Əmirgunə xandır. Əmirgunə xan Əmirli-Avşar Nadir şah Qırxlı-Avşarın ölümündən sonra Gilanın valisi olmuşdu. Sonra Taroma başçılıq etmişdi. Əmirgünə xan Avşar Fətəli xan Araşlı-Avşarla birləşib Kərim xan Zəndə qarşı çıxdı. Sonra Kərim xanın tərəfini tutub Fətəli xanı satdı. Kərim xan onu Şiraza "fəxri qonaqlığa" aparıb ali şuraya daxil etdi. Kərim xanın vəfatından sonra Əmirgünə xan Taroma qayıdıb özünün xanlığını elan etmişdi. İranı birləşdirməyə başlayan Ağaməhəmməd xanı tanımaq istəmirdi. İlk növbədə Urmiya hakimi Məhəmmədqulu xan Qasımlı-Avşara müraciət etdi.
Əzizabad (Xalxal)
Əzizabad (fars. عزيزاباد‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 50 nəfər yaşayır (12 ailə).
Xalxal şəhristanı
Xalxal şəhristanı — İranda, Cənubi Azərbaycanın Ərdəbil ostanında bölgə. Xalxal Tehrandan şimali-qərbdə 549 km-liyində yerləşir. Xalxalın şərq rayonlarının iqlimi soyuq, şimal və cənub rayonlarının iqlimi isə sabitdir. Keçmişdə Xalxal şəhristanının inzibati bölgüsü Xanəndəbil (mərkəzi Xalxal/Hirov/Hirovabad şəhəri), Səncabad (mərkəzi Givi şəhəri), Xuruş Rüstəm (mərkəzi Həşcin şəhəri), Şahrud (mərkəzi Külür şəhəri) və Kağızkünan (mərkəzi Ağkənd şəhəri) bəxşlərindən ibarət idi. Hazırda isə keçmiş Xanəndəbil və Səncabad şəhristanları ləğv olunaraq, onların toplam ərazisinin əksəriyyətində yeni Mərkəzi bəxşi (mərkəzi Xalxal/Hirov/Hirovabad şəhəri) yaradıldı, qalan hissəsindən isə ayrıca Kövsər şəhristanı (mərkəzi Givi şəhəri) quruldu. Həmçinin Kağızkünan bəxşinin ərazisi (mərkəzi Ağkənd şəhəri ilə) Şərqi Azərbaycan ostanının Miyanə şəhristanına birləşdirildi. Xuruşrüstəm və Şahrud bəxşləri isə dəyişilmədən Xalxal şəhristanının tərkibindədirlər. Şəhristan əhalisi əsasən Azərbaycan türklərindən, az sayda Tatlar və Kurmanclardan ibarətdir. ibarətdir. Tatlar əsasən Xalxal şəhristanının, Şahrud bəxşində qismən isə Xuruş Rüstəm bəxşində yaşayırlar.
Zeyvə (Xalxal)
Zeyvə və ya Zəviyə-i Sadat — Ərdəbil ostanı Xalxal bölgəsinə bağlı kənd. Zeyvə kəndi Xalxal şəhərinin cənubunda, Alışma kəndi ilə Dəvə ölən dərəsi qonşuluğundadır. XIX əsrin axırında 550 ailədən ibarət olan bu kənddə hazırda 1000-dək ailə yaşayır ki, onların da əksəriyyəti seyidlərdir. Əsrarəngiz təbiətli Zeyvə üç tərəfdən çox da uca olmayan dağ və təpələr, qismən meşəliklə əhatələnmişdi. Bu sətirlərin müəllifi 2003-cü ildə Güney Azərbaycanda olarkən Zeyvə kəndini ziyarət etmiş və S.C.Pişəvərinin mənsub olduğu tayfanın və ailənin tarixçəsini öyrənməyə çalışmışdır. Təəssüflə qeyd etməliyik ki, bu kənddə S.C.Pişəvəri nəslinə mənsub qalan yoxdur və ya siyasi şübhələrlə bağlı özlərini tanıtdırmadılar. Bu cəhətdən biz Zeyvədən məyus qayıtdıq. Bununla birlikdə öyrənə bildik ki, ata babası Kəlbəlayi Mir Yəhya və onun oğlu (S.C.Pişəvərinin atası) Mir Cavad ağa mahalda yaxşı tanınan Seyid Mir Əzizli tayfasındandır ki, bu tayfanın bir qolu da S.C.Pişəvərinin anası Seyid Səkinə xanımın nəsil şəcərəsi – məşhur Təba-təbailər nəsli ilə əlaqələnir. Kənd ağsaqqallarının etirafına görə S.C.Pişəvərinin ulu babası Kəlbəlayi Mir Yəhya ağa dini təhsil almış, halal kasıb-kusuba əl tutan və hörmətli adam olmuşdur. S.C.Pişəvərinin atası Mir Cavad Kəlbəlayi Mir Yəhya ağanın ikinci arvadından olduğundan o, qardaşları ilə ögey atabir, ana ayrı idilər.
Çayqoşan (Xalxal)
Çayqoşan — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. Xalxal şəhristanının Şahrud bölgəsində, Xuruş-Rüstəm kəndistanında, Xalxal-Miyanə avtomobil yolunun 40 kilometrliyindədir.
Çinar (Xalxal)
Çinar (fars. چنار‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 82 nəfər yaşayır (18 ailə).
Şəmsabad (Xalxal)
Şəmsabad (fars. شمس اباد‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 156 nəfər yaşayır (57 ailə).
Əhmədabad (Xalxal)
Əhmədabad (fars. احمداباد‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 50 nəfər yaşayır (10 ailə).
Əndəbil (Xalxal)
Əndəbil — İranda Ərdəbil ostanının kəndlərində biri, Xalxal şəhristanında yerləşir.
Ərsun (Xalxal)
Ərsun (fars. ارسون‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 123 nəfər yaşayır (35 ailə).
Mahmud Xalxali
Mahmud Xalxali (?-?)—XIV əsr Azərbaycan dövlət xadimi. == Həyatı == Əmir Teymurun Səmərqəndə qayıtması ilə Azərbaycanda xalq azadlıq hərəkatı və hakimiyyət uğrunda mübarizə şiddətləndi. Əmir Teymurun işğal etdiyi ərazilərdən əmirlərinə qarşı əsasən, Sultan Əhməd Cəlayır və onun Əlincə qalasındakı əmirləri, Mahmud Xalxalinin idarə etdiyi feodal qrupu, Təbrizin yerli əmirləri, Marağa hakimi Əmir Yadigarşah və Qara Yusifin başçılığı ilə qaraqoyunlular mübarizə aparırdı. Bu dövrdə Təbriz və ümumiyyətlə, Azərbaycan uğrunda mübarizədə iştirak edən qüvvələri iki hissəyə – xarici və yerli qüvvələrə bölmək olar. Xarici qüvvələrin (Təbriz əmirləri, Sultan Əhməd və Əmir Altun, Mahmud Xalxali, Marağa hakimi Yadigar şah) mübarizəsində Azərbaycanın müstəqilliyini təmin etmək cəhdləri mühüm yer tuturdu. Göstərilən dövrdə Təbriz feodal ara müharibələrinin və xarici işğalçı yürüşlərin meydanına çevrilmişdi. Təbriz şəhərinin ələ keçirilməsi bütün Azərbaycanı tutmaq üçün əsas olduğundan şəhər uğrunda mübarizə olduqca ciddi şəkil almışdı. Təbriz 22 dəfə hücuma məruz şalmışdı, bunlardan 14-ü yerli, 8-i isə xarici feodallar tərəfindən edilmiş, 18 hücumun nəticəsində şəhərdə hakimiyyət bir feodaldan digərinin ixtiyarına keçmişdi. Nəhayət, Təbriz 1392-ci ildə ikinci dəfə İrana və Cənubi Qafqaza hücum edən Əmir Teymurun qoşunları tərəfindən tutulmuşdu. Azərbaycanın digər bir tanınmış feodalı Əmir Vəli də Əmir Teymura qarşı mübarizə aparırdı.
Məhəmməd Bağır Xalxali
Məhəmməd Bağır Xalxali — azərbaycanlı şair. Məhəmməd Bağır Xalxali İranın Təbriz şəhəri yaxınlığındakı Xalxal qəsəbəsində dünyaya gəlib. Şairin bu günümüzə cəmi bir əsəri "Sələbiyyə" (Tülkü) gəlib çatıb. Onun başqa əsərlərinin mövcud olması ilə bağlı heç bir mənbədə məlumat yoxdur. Xalxalinin həyatı haqqında da çox az məlumat var. Bu məlumatlar da əsasən onun əsərindən alınmışdır. Əsərdən belə məlum olur ki, o Nəsrəddin şahın dövründə — hicri tarixi ilə 1310-cu ildə "Sələbiyyəni" yazıb tamamlayıb. Şair bu əsərini nəzmlə yazıb. Əsəri "tülkünün nağılı" da saymaq olar. Tülkü haqqında danışmaqla Xalxali çox dərin fəlsəfi, mənəvi, məişət məsələlərinə toxunur.
Rəşidəssultan Xalxali
Rəşidəssultan Hüseynqulu xan oğlu Xalxali (?-1918)—İran Mücəzat Komitəsinin üzvü, polkovnik. Rəşidəssultan Hüseynqulu xan oğlu Xalxal şəhərində anadan olmuşdu. Hərbi məktəb bitirmişdi. İran Kazak diviziyasında xidmət etmişdi. 1916-cı ildə İbrahim xan Münşizadənin təşəbbüsü ilə ölkənin xainlərindən intiqam almaq ucun "Cəza komitəsi" təskil olundu. Sonralar bu komitəyə Məmmədnəzər хan Mişkətülməmalik, Kərim Dəvatgər, dövlət buğda anbarının rəisi Mirzə İsmayıl хan Şirazi, Hüseyn Lələ, Ehsanulla xan Dustdar, yazıçı Mirzə Ələkbər Ərdaği, хəttat Hüseyn İmadulküttab və Hacı Zaman xan Kürdüstani Bahadurüssəltənə də daхil oldular. Komitə üzvləri əvvəlcə məmləkətə xəyanət edənləri və anqlofilləri aradan göturməyə başladılar. Komitəyə təsadufi, mənfəətgudən tamahkarlar daxil olduqda komitənin butun sirləri acıldı. Hacı Zaman хan Kürdüstani komitənin bütün sirlərini açdı onun hiyləsilə Komitə uzvləri Kürdustana, Bani səhərinə surgun olundular, 9 ay zindanda qaldıqdan sonra azad edildilər. Komitə üzvlərinin vasitəsilə əhalini soyub-talayan bir neçə nəfər öldürüldü.
Sadeq Xalxali
Məhəmməd Sadeq Xalxali (fars. صادق خلخالی‎; 27 iyul 1926-cı il, Qivi, Xalxal, Ərdəbil ostanı — 26 noyabr 2003-cü il, Tehran) — İranın dini lideri və teokratik siyasətçisi, ayətullah və hakim, İslam inqilabının lideri Ayətullah Xomeyninin yaxın silahdaşı. 1979–1980-ci illərdə — İslam İnqilab Məhkəməsinin sədri. İslam respublikasının teokratik rejiminin əleyhdarlarına qarşı dövlət terroru siyasəti yürüdürdü. O, şəxsən yüzlərlə adama ölüm hökmünü çıxararaq, "adam asan hakim" ləqəbini qazanıb. Korrupsiya ittihamı ilə istefaya göndərilmişdir. 1983–1991-ci illərdə — Ekspertlər Şurasının üzvü olmuşdur. 1989-cu ildə Seyyid Əli Hüseyni Xameneini İranın Ali Rəhbəri vəzifəsinə namizədliyi təklifini vermişdir. Sadeq Xalxalinin doğulduğu yerə gəlincə, bu barədə məlumatlarda uyğunsuzluq mövcuddur. Belə ki, onun rəsmi tərcümeyi-halına görə, o, İranın şimalında — Xalxal şəhərinin yaxınlığındakı Qivi kəndində (Xalxal şəhristanı, Ərdəbil ostanı) anadan olmuşdur.
Sadıq bəy Xalxali
Sadıq bəy Xalxali —XIX əsr Azərbaycan şairi. Sadıq bəy Xalxal şəhərində anadan olmuşdu. Əslən Şəqaqi elinin İspərli oymağındandır. Sadıq bəy şair idi. Sabit təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Ünlü bioqraf Mirzə Məhəmmədəli xan Tərbiyyət onun haqqında yazır: "Sabit Xalxali – adı Sadıq bəydir. O, İspərlu elindən, Xalxal mahalının vəkilürrüayası idi. Sabit arif olmuş və fars, türk dillərində bir sıra şeirlər qoşmuşdur. O, qoca yaşlarında da eşqini, həvəsini itirməmişdir. Sabitin günü-ruzigarı yaxşı olmuş və dövründəki böyük şəxsiyyətlərə möhtac olmamışdır.
Seyid Saleh Xalxali
Ağa Seyid Məhəmməd Saleh Məhəmməd Səid oğlu Xalxali (Xalxal – 7 sentyabr 1888) — İslam alimi. Ağa Seyid Məhəmməd Saleh Məhəmməd Səid oğlu Xalxal şəhərində anadan olmuşdu. Məktəb yaşına çatdıqda atası onun yüksək səviyyədə olan istedadını görüb həddindən artıq elmi məşğuliyyətinə, tədrislərinin və eləcə də müraciət edənlərin çoxluğuna baxmayaraq, oğlunun təlim-tərbiyəsi ilə şəxsən məşğul olmağa başladı. Hövzə elmlərinin ən yüksək səviyyəsinə qədər onunla yanaşı oldu. O, özünün fitri istedadı, elmə həddindən artıq olan məhəbbəti və ciddiyyəti sayəsində qısa bir vaxtda bu mərhələləri keçdi. Sonra Mirzə Həsən Cilvənin (?-1896) yanında fəlsəfə və kəlamı öyrəndi. Seyid Saleh Xalxali bir çox kitablar qələmə almışdı. Onlardan ən görkəmli əsəri "Şüruhi-sələsə" (üç izah)dır. O, Mühyəddin ibn əl-Ərəbinin (?-1240) "On iki imam" əsərini, Mir Findiriskinin (?-1640) "Qəsideyi-yaiyyə" əsərinin və Şeyx Mürtəza Ənsarinin (?-1864) "Fəraid" əsərinin izahını yazmışdır. Həmin əsərlər Tehranda çap olunmuşdur.
Xalxal mərkəzi bəxşi
Xalxal mərkəzi bəxşi (Farsca: بخش مرکزی شهرستان خلخال) — İranın Ərdəbil ostanında olan Xalxal şəhristanının 3 bəxşindən biridir. Bəxşin mərkəzi Xalxal şəhəridir. Bəxşin 2006-cı il siyahıya alınmasına görə əhali sayı 64,037 nəfər və 16,600 evdir.
Xalxal xanlığı (kitab)

Digər lüğətlərdə