XALÇAÇI

сущ. халчачи (1. халича храдайди, халича (гам) храдай устӀар; халичайрин специалист; 2. куьгьн. халичайрин алверчи); ** xalçaçı rəssam халичайрин эскизар чӀугвадай художник.
XALÇA-PALAZ
XALÇAÇILIQ
OBASTAN VİKİ
Xalçaçı
Xalçaçılıq — kənd daxmalarında yaranan və zaman ötdükcə incəsənətin ən mühüm növlərindən birinə çevrilən sənətdir. == Ümumi məlumat == Bu sənət növünə hər zaman dövlət başçıları çox əhəmiyyət vermiş, ən dahi şairlər öz əsərlərində istedadlı xalça toxuyanları xatırlatmışlar. Şimali və Cənubi Azərbaycanın ərazilərində müxtəlif dövlətlər və dinlər meydana gəlmiş, müharibələr getmiş, müxtəlif mədəniyyətə malik tayfalar bir-birlərini əvəzləmişlər. Qonşu və ya bir-biri ilə müharibə edən müxtəlif mədəniyyətlər arasında qarşılıqlı əlaqə əlbəttə ki, qaçılmazdı. Bu proseslər öz əksini xalçaçılıqda da tapmışdı. Azərbaycanın ərazisində özünəməxsus məktəbi və özünəməxsus stili olan xalçaçılıq mərkəzləri formalaşmağa başlamışdı. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. == Azərbaycanda xalçaçılıq sənətinin tarixi == Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar hələ b.e. əvvəl II minillikdə burada kənd təsərrüfatı, heyvandarlıq, metal emalı, dulusçuluq və xalçaçılığın çox yaxşı inkişaf etdiyini sübüt edir. Dünyada aşkar olunan xalçalardan ən qədimi – bizim eradan əvvəl VI-V yüzillikdə Dağlıq Altayda arxeoloji qazıntılar zamanı tapılan məşhur pazırık xalçasıdır.
Cəbrayıl Əhmədov (xalçaçı)
Cəbrayıl Əhmədov — Bakı milyonçusu, görkəmli xalça ustası, "Azərxalça" İstehsalat Birliyinin yaradıcısıdır. == Həyatı == XX əsrin əvvəllərində Azərbaycanın sayılıb-seçilən tacirlər, milyonçular olmuşdur. Onlardan biri Bakı milyonçusu, tacir Əhmədov Cəbrayıl idi. Cəbrayıl Əhmədov Əhməd oğlu oktyabr 1876-cı ildə Bakı şəhərində anadan olmuşdur. "Azərxalça" İstehsalat Birliyinin yaradıcısıdır. 1928-1966-cı illərdə Birliyin istehsalat şöbəsinin müdiri olmuşdur. Cəbrayıl Əhmədovun fəaliyyəti dövründə Bakı xalça artelində yüksək kefiyyətə malik bir sıra xalçalar—Nizaminin "Xəmsə"si, "V.İ. Lenin", "İ.V.Stalin" (70 metr olan bu xalça ölçüsünə görə Azərbaycanda toxunan ən böyük xalçadır, Azərbaycanın xalçaçılıq tarixində bu günə kimi bu böyüklükdə xalça toxunmamışdır), "Ü.Hacıbəyov", "M.Əzizbəyov", "T.Q.Şevçenko" və s. portret xalçaları toxunulmuşdur. Dövrünün gənc milyonçusu olan Cəbrayıl Əhmədovun Bakı şəhəri Kominist indiki İstiqlaliyyət küçəsində ticarət obyektləri olmuşdu. Gənc milyonçu həmin obyektlərinə öz şəxsi gəmiləri ilə Avropa ölkələrindən əntik əşyalar gətirərdi.
Vidadi Muradov (xalçaçı)
Vidadi Aydın oğlu Muradov (5 mart 1956, Bərdə – 4 noyabr 2021, Bakı) — xalçaçı-ekspert, tarix elmləri doktoru, professor, "Azərbaycan xalçaları" elmi-publisistik jurnalının baş redaktoru, YUNESCO-nun Mənəvi ənənələr, mədəni xüsusiyyətlər və Şimali Qafqazda dinlərarası dialoq üzrə komparativ tədqiqatlar Kafedrasının professoru, Beynəlxalq Muzeylər Şurasının (ICOM) üzvü olmuşdur. == Həyatı == 5 mart 1956-cı ildə Azərbaycan Respublikasının Bərdə şəhərində anadan olmuşdur. 1974–1980-ci illərdə Moskva Kooperativ İnstitutunun İqtisadiyyat fakültəsində "İqtisadiyyatın təşkili" ixtisası üzrə təhsil almışdır. 1980-ci ildən etibarən 1994-cü ilədək respublikanın müxtəlif müəssisələrində iqtisadçı kimi fəaliyyət göstərmişdir. 1994-cü ilin oktyabrında məramı unudulmuş çeşnilərin bərpası, yüksək keyfiyyətli xalçaların istehsalı, bir çox şəxsi kolleksiyaları və dünya muzeylərini bəzəyən Azərbaycan xalçalarının təbliği olan "Azər-ilmə" elmi tədqiqat və istehsalat mərkəzini təsis edib. 9 yanvar 2021-ci ildə külli miqdarda mənimsəmə ittihamı ilə həbs olunmusdur. 31 oktyabrda səhhəti ilə əlaqədar həbsdən azad edilmişdir. 4 noyabr 2021'ci ildə xərçəng xəstəliyindən vəfat etmişdir.Yeni Azərbaycan Partiyasının üzvü idi. Ailəli idi, üç övladı var. == Elmi yaradıcılıq istiqaməti == Xalçaçılıq sənətinin tarixi köklərinin araşdırılması, qədim ənənələrinin təhlili və müqayisəsi, Azərbaycan xalçaçılığının əhali tarixi aspektində öyrənilməsi, xalça qruplarının təsnifatı prinsiplərinin təkmilləşdirilməsi, dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılan milli xalçaların üzə çıxarılması və obyektiv ünvanlandırılması və s.
Xalçaçı günü (Azərbaycan)
Xalçaçı günü - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə hər il may ayının 5-i Azərbaycan Respublikasında “Xalçaçı günü” peşə bayramı kimi qeyd ediləcək.
Abşeron xalçaçılıq məktəbi
Abşeron xalçaçılıq məktəbi Azərbaycan xalçaçılıq məktəblərindən biri. Məktəb özündə Abşeron kəndləri olan Goradil, Novxanı, Suraxanə, Xilibuta, Nardaran, Bülbülə, Fatmayi, Mərdəkan, Qala, Xilə, həmçinin Xızı bölgəsini birləşdirir. Həmçinin Fındığan, Xil, Keş və Hadı kimi xalçaçılıq mərkəzləri də vardır.Bu xalçaçılıq məktəbinin məhsulları parçanın yumşaqlığı, intensiv rəngləri, yüksək rəssamlıq zövqü və işlənmənin füsunkarlığı ilə fərqlənir. Bu məktəbdə 10 kompozisiya cəmlənib. Xalçaların üzərindəki tarixi mənbələr və yazılar ona dəlalət edir ki, bu kəndlərdə xalçaçılıq geniş inkişaf etmiş və xalça məmulatları ölkənin hüdudlarından kənara ixrac olunurdu. Xalçanın kompozisiyasında medalyonlara tez-tez rast gəlinir. Onlar müxtəlif motivlərlə, adətən həndəsi emaldan sonra ilkin obyekti ilə oxşarlığını itirmiş bitkilərin üslublaşdırılmış təsvirləriylə doldurulur. Bakı məktəbi Abşeronun kəndlərini - Görədil, Novxanı, Nardaran, Bülbülə, Fatmayı, Mərdəkan, Qala, Xilə və digər kəndləri, həmçinin Abşerondan kənarda yerləşən Xızı rayonu və ona daxil olan Qədi, Hil, Keş, Fındığan və s. xalça məntəqələrini əhatə edir. Bakı xalçaları daha yumşaq olması, rənglərinin intensivliyi, bədii elementlərinin orijinallığı və naxışlarının incəliyi ilə seçilir.
Azərbaycan xalçaçılıq məktəbləri
== Xalçaçılıq == Azərbaycan xalq tətbiqi sənətinin qollarından biri olan xalçaçılıq milli mədəniyyəti tariximizdə özünəməxsus yer tutur. Xalça xalqımızın məişətində təkcə qiymətli əşya deyil, onu sənət əsəri, istilik, gözəllik, hədiyyə, müalicə vasitəsi sayırıq. Xalçaçılıq həm də Azərbaycan xalqının az qala rəmzinə çevirilmiş bir sənətdir. Bu sənətlə məşğul olma həm də insanlara gəlir gətirib. Xalçalarımıza verdiyimiz qiymət barədə danışarkən yazıçı Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsəri yada düşür. Həmin əsərdə Sona xalanının dili ilə deyilən "İtə ataram, yada satmaram" məsəli xalçanın və xalçaçılığın azərbaycanlılar üçün necə qiymətli olduğunu ifadə edir. == Xalçaçılığın tarixi == Azərbaycanda xalçaçılığın çox qədim tarixi var. Arxeoloji materiallar və yazılı mənbələr əcdadlarımızın hələ eramızdan əvvəl də bu sənətlə məşğul olduğunu sübut edir. Bunnula bağlı qədim dünya tarixçiləri Herodot, Ksenofont və digərlərinin əsərlərində də müxtəlif məlamatlar var. Tarixi qaynaqlar III–VII əsrlərdə Azərbaycanda xalça sənətinin daha sürətlə inkişaf etdiyini, ipəkdən, qızıl və -gümüş saplardan nəfis xalçaların toxunduğunu bildirir.
Gəncə xalçaçılıq məktəbi
Gəncə xalçaçılıq məktəbi — Azərbaycan xalçaçılıq məktəblərindən biridir. Gəncə şəhəri və ona yaxın kəndlər, həmçinin Gədəbəy, Goranboy, Şəmkir və Samux rayonlarının ərazilərini əhatə edir. Xalçaçılıq məktəbinin əsas mərkəzi Gəncə şəhəri olmuşdur. X-XI əsrlərdən etibarən Gəncə şəhəri ən böyük ipək istehsalı mərkəzlərindən biri olmaqla yanaşı, eyni zamanda yüksək keyfiyyətli yun və ipək xalçaları ilə də tanınmışdır. Britannika Ensiklopediyasında Gəncə xalçaları aşağıdakı kimi təsvir edilir: Gəncə xalçaçılıq məktəbinə Gəncə, Qədim Gəncə, Faxralı, Samux, Gədəbəy, Çaylı, Çıraqlı, Şadılı və başqa kompozisiyalar daxildir. Gəncə xalçaçılıq məktəbinə aid olan və qədim dövrlərdə namazlıq xalçası kimi istifadə olunmuş Fəxrəli xalçaları yüksək bədii keyfiyyətləri və toxuma üsulu ilə seçilirlər. == Tarixi == Mənbələrin verdiyi məlumata görə, orta əsrlərdə, xüsusilə X-XI əsrlər ərzində Gəncədə istehsal olunmuş yun parçalar, geyimlər, ipək xalçalar böyük məşhurluğa malik olmuş və geniş yayılmışdır. XIII əsrin birinci yarısında monqolların Azərbaycana yürüşü zamanı Gəncə şəhəri işğalçılara ipəklə ödəniş etmiş və dağıntılardan qurtula bilmişdi. Əsrlərlə Qafqazın əsas toxuculuq mərkəzlərindən biri olmuş Gəncə yaxın bölgələrin toxuculuq ənənələrinə də ciddi təsir göstərmişdir.Əvvəllər Gəncədə və onun ətraflarında istehsal olunan bütün xalçalar regionun adı ilə "Gəncəbasar" adlanırdı. Gəncəbasara aşağıdakı xalçaçılıq məntəqələri daxil idi, baxmayaraq ki, onların hər birinin özünün xüsusi xalça tipi vardır: Samux, Fəxralı, Zeyvə, Çaylı, Alıuşağı, Sarısu, Mollabazı, Balçılı, Qaracəmirli, Şəmkir, Gədəbəy.
Naxçıvanda xalçaçılıq
Naxçıvan xalçaları — Qarabağ xalçaçılıq məktəbinə aid olan müxtəlif naxışlı, xovlu xalça növü. == Ümumi məlumat == Qarabağ xalçaçılıq məktəbinə aid olan "Naxçıvan xalçaları", başlıca olaraq, Naxçıvanın bütün xalçaçılıq məntəqələrində və o cümlədən, Şahbuzda, Kolanıda, Şərurda, habelə Culfa və Ordubadda istehsal olunur. Naxçıvan şəhəri – Azərbaycanın qədim şəhərlərindən biridir. O, Araz çayı boyunca Azərbaycanın cənubunda və İran Azərbaycanının şimalında yerləşir. Hələ IX–X əsrlərdə bu şəhər öz xalça və zililəri ilə məşhur idi, X–XII əsrlərdə isə, o, artıq bədii metal qablar istehsalının mərkəzi idi. XVI əsrdə Azərbaycanın digər şəhərlərində olduğu kimi Naxçıvanda da xalçalığın həm bədii səviyyəsi, həm də istehsal həcminin artması baxımından öz inkişafının xüsusi mərhələsini keçmişdi. Burada toxunulan zərif və qəşəng "Naxçıvan" xalçası Yaxın Şərq və Avropa ölkələrində qiymətləndirilirdi. Bu xalça texniki və bədii xüsusiyyətlərinə görə Qarabağ xalçaları ilə uyğun olduğu üçün həmin xalça növü tədqiqatçılar tərəfindən "Qarabağ qrupuna" daxil edilir. Naxçıvan xalça ustaları tərəfindən toxunulmuş bəzi xalçalar Təbriz çeşnəli hesab olunur. Qeyd etmək olar ki, Naxçıvan xalçalarının toxunuşunda iki məktəbin dəsti xətti var: Qarabağ və Təbriz: Görünür ki, Naxçıvan bu iki bölgənin mərkəzində yerləşdiyi üçün hər iki bölgənin burada toxunmuş xalça nümunələrinə güclü təsiri olmuşdur.
Qarabağ xalçaçılıq məktəbi
Qarabağ xalçaçılıq məktəbi — Azərbaycan xalçaçılıq məktəblərindən biri. Qarabağ xalçalarının 33 kompozisiyası mövcuddur. Yerli qoyun növlərinin yununun xüsusiyyətlərinə görə Qarabağ xalçaları sıx hündür və yumşaq xova malikdir. Qarabağ xalçaları həyat eşqi və parlaq koloriti ilə seçilirlər. Onlar dörd qrupa bölünürlər: medalyonsuz, medalyonlu, namazlıqlar və Süjetli. Bu xalçalar Qarabağın dağlıq hissəsində Malıbəyli, Muradxanlı, Daşbulaq, Cəbrayıl, Horadiz və bir çox başqa qəsəbələrində istehsal olunurdu. == Ümumi məlumat == Azərbaycanın cənub-qərbində yerləşən Qarabağ xalça məktəbi iki regionda – dağlıq və aran zonalarında inkişaf etmişdir. Yazılı mənbələrdə ərəb tarixçiləri Əl – Müqəddəsi, Məsudi və b. tərəfindən X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi adı çəkilən Qarabağın Dağlıq zonasında XIX əsrdə xalça istehsalında Şuşa şəhəri və Daşbulaq, Dovşanlı, Girov, Trniviz, Çanaxçı, Tuğ, Köhnə Tuğlar, Hadrut, Muradxanlı, Qasımuşağı, Qubadlı, Qozağ, Mirseyid, Bağırbəyli, Xanlıq, Dağ Tumas kəndləri əsas rol oynayırdılar. Dağlıq zonaya nisbətən xammalla, şübhəsiz ki, daha yaxşı təmin olunmuş aran rayonlarında Cəbrayıl, Ağdam, Bərdə və Füzuli xalça istehsalında əsas yer tutur.
Qazax xalçaçılıq məktəbi
Qazax xalçaçılıq məktəbi — Azərbaycan xalçaçılıq məktəblərindən biri. Qazax xalçaçılıq məktəbinə Qazax, Gürcüstan ərazisindəki azərbaycanlılar yaşayan Borçalı və 1988-ci ilə qədər azərbaycanlıların tarixi yaşayış məskəni olan Ermənistan ərazisində Göyçə xalçaçılıq mərkəzləri aiddir. Qazax xalça məntəqəsinə Azərbaycanın qədim şəhərlərindən olan Qazax və onun ətraf kəndləri, Ağstafa və Tovuz rayonları daxildir. Göyçə xalçaçılıq mərkəzini Bəmbak, Ləmbalı, İcevan, Qara-qoyunlu və Göyçə gölü (indiki Sevan) ətrafındakı ərazi əhatə edir. Borçalı xalça mərkəzini – Borçalı, Qarayazı, Qaraçöp, Qaçağan xalça məntəqələri əhatə edir. Qazax qrupuna, "Şıxlı xalçası", "Borçalı xalçası", "Qaymaqlı xalçası", "Qaraqoyunlu xalçası", "Qarayazı xalçası", "Qaraçöp xalçası", "Qaçağan xalçası", "Dağkəsəmən xalçası", "Dəmirçilər xalçası", "Kəmərli xalçaları", "Göyçəli xalçaları", "Salahlı xalçaları" və s. çeşnili xalçalar daxildir. Bu məktəblərin xalçalarında az rənglərlə ahəngdar kolorit yaradılır. Gəncə – Qazax xalçalarının naxışları hələ orta əsrlərdə Avropa rəssamlarının marağını cəlb etmiş, XV əsr italyan rəssamı Karlo Krivelonun "Müjdə", Alman rəssamı Hans Holbeynin (XV əsr) "Elçilər" tablolarında bu xalçaların təsviri verilmişdir. == Tarixi == Qazax şəhəri və onu əhatə edən kəndlər qədim dövrlərdən Azərbaycanın əsas xalçaçılıq mərkəzlərindən biri olmuşdur.
Quba xalçaçılıq məktəbi
Quba xalçaçılıq məktəbi — Qonaqkənd və Dəvəçi rayonları daxil olmaqla 35-ə yaxın ornament kompozisiyalı xalçaları əhatə edir. Quba ərazisində çoxlu müxtəlif tayfalar yerləşən tarixi bölgədir. Hazırda burada müxtəlif dillərdə – Azərbaycan, ləzgi, tat, xınalıq, cek, buduq, qırız və başqa dillərdə danışan xalqlar yaşayır. Quba xalçaları geniş naxış müxtəlfliyi, bəzən qonşu kəndlərdə toxunmasına baxmayaraq naxış müxtəliflikləri ilə fərqlənirlər. Onların ornamentlərinin böyük əksəriyyəti üslüblaşdırılmış coğrafi və bitki motivləri ilə xarakterizə olunur. Onlardan "Qırız", "Qımıl", "Qonaqkənd", "Şahnəzərli" və digər xalçaları göstərmək olar. İlk baxışdan Quba xalçalarında ornamentin müxtəlif xüsusiyyətlərini görmək olar. Ancaq diqqətlə baxdıqdan sonra əmin olmaq olar ki, kompozisiyanını bütün bəzəkləri ciddi vahid mənaya tabedirlər. == Ümumi məlumat == Quba-Xaçmaz regionu həmçinin dünyada tanınan məşhur Quba xalçaçılıq məktəbinin mərkəzidir. Azərbaycanın şimal-şərgində yerləşən Quba xalça mərkəzi üç hissəyə-dağlıq, dağətəyi və ovalıq hissələrə bölünür.
Təbriz xalçaçılıq məktəbi
Təbriz xalçaçılıq məktəbi — Azərbaycan xalçaçılıq məktəblərindən biri. == Ümumi məlumat == Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Görəvan, Sennə, Qaradağ və başqa xalça məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış türk dilli tayfalar hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynamış, müxtəlif dövrlərdə Iran xalça sənətinin təşəkkülünə ciddi təsir göstərmişlər. Orta əsrlərdə Şərqin ən mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan eləcə də Avropa ilə ticarət əlaqələri xalçaçılıq sənətinin sürətli inkişafına səbəb olmuşdur. Öz kompozisiya tələbatına süjetlərin təfsirinə, parçanın koloritinə və texnologiyasına görə Cənubi Azərbaycan xalçaları XVI əsrdə Təbriz məktəbinin yüksək tərəqqisi dövründə dekorativ tətbiqi sənətin həmin məktəbə xas ənənələrinin inkişafına dəlalət edir. Bu xalçalarda klassik dövrün miniatür rəngkarlığının təsiri hələ də duyulur. Lakin əvvəlki üsullardan uzaqlaşma nəzərə çarpır. Süjetlər sanki ayrı-ayrı fraqmentlərə parçalanır və bu fraqmentlər ümumi dekorun daha çox formal ünsürlərinə çüvrilir, artıq rəvayət xarakterli və hadisələrin mənasını açıb göstərən motivlər kimi başa düşülmür. Bir qayda olaraq ovçuların fiqurları, ov motivləri naxışlarla əvəz olunur. İlk XVI əsrin ən erkən nümunəsindən başlayaraq, ta keçən əsrin ortalarında toxunmuş məmulatadək "Dörd fəsil" tipli Təbriz xalçaları ilin dörd fəslinə dair mövzuların açib göstərilməsinin vahid ideya-bədii zəmininə malikdir və bu mövzular dəqiq bədii formalarla işlənir.
Xalçaçılıq
Xalçaçılıq — kənd daxmalarında yaranan və zaman ötdükcə incəsənətin ən mühüm növlərindən birinə çevrilən sənətdir. == Ümumi məlumat == Bu sənət növünə hər zaman dövlət başçıları çox əhəmiyyət vermiş, ən dahi şairlər öz əsərlərində istedadlı xalça toxuyanları xatırlatmışlar. Şimali və Cənubi Azərbaycanın ərazilərində müxtəlif dövlətlər və dinlər meydana gəlmiş, müharibələr getmiş, müxtəlif mədəniyyətə malik tayfalar bir-birlərini əvəzləmişlər. Qonşu və ya bir-biri ilə müharibə edən müxtəlif mədəniyyətlər arasında qarşılıqlı əlaqə əlbəttə ki, qaçılmazdı. Bu proseslər öz əksini xalçaçılıqda da tapmışdı. Azərbaycanın ərazisində özünəməxsus məktəbi və özünəməxsus stili olan xalçaçılıq mərkəzləri formalaşmağa başlamışdı. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. == Azərbaycanda xalçaçılıq sənətinin tarixi == Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar hələ b.e. əvvəl II minillikdə burada kənd təsərrüfatı, heyvandarlıq, metal emalı, dulusçuluq və xalçaçılığın çox yaxşı inkişaf etdiyini sübüt edir. Dünyada aşkar olunan xalçalardan ən qədimi – bizim eradan əvvəl VI-V yüzillikdə Dağlıq Altayda arxeoloji qazıntılar zamanı tapılan məşhur pazırık xalçasıdır.
Şirvan xalçaçılıq məktəbi
Şirvan xalçaçılıq məktəbi — Azərbaycan xalçaçılıq məktəblərindən biri. Şirvan məktəbi gözəl xalçaları ilə məşhurdur. Şirvan Azərbaycanın qədim tarixi bölgələrindən biridir. Bütün mümkün xalçaların toxunması yerli əhalinin həm oturaq, həm də köçəri hissəsi tərəfindən geniş yayılmışdır. Şirvan məktəbinə Şirvan rayonunun Şamaxı, Qobustan (Mərəzə), Ağsu, Kürdəmir kimi şəhər və rayonlarında toxunan xalçalar aiddir. Bu məktəb özündə 25 kompozisiya cəmləşdirir. Bura həmçinn öz bədii və texniki xüsusiyyətləri ilə oxşar olan Səlyan xalçaları da daxildir. Şirvan xalçaları mürəkkəb təsvirləriylə və çoxlu miqdarda insan, quş, məişət təsvirləri ilə xarakterizə olunur. Şirvan xalçaçılıq məktəbi Şamaxı, Mərəzə, Ağsu, Kürdəmir, Qazıməmməd (Hacıqabul), Göyçay və onların ətraf kəndlərini əhatə edir. Şirvan qrupuna "Mərəzə xalçası", "Qobustan xalçası", "Şirvan xalçası", "Kürdəmir xalçası", "Şilyan xalçası", "Şirəlibəy xalçası", "Çuxanlı xalçası","Bico xalçası", "Sor-Sor xalçası", "Hacıqabul xalçası" və s.

Значение слова в других словарях

арафа́тка домово́дка задра́ить килоби́тный малоу́мие новоземе́льный о́смий регламенти́ровать чмо́кание шала́вый измельче́ние маг многоуго́льный распе́чь секрета́рствовать сутя́жный эмпири́ческий corporative Gorgonzola kindling room service turf bottom Ur- vicegerent фельдфебельский