XAM

XAM I is. Dincə qoyulmuş torpaq. Rəfael əlini hələ şumlanmamış geniş xam yerlərə uzatdı və davam etdi (H.Nəzərli).

XAM II is. Qoruq, müəyyən müddət otarılmayan sahə. Qərəz, uzun sözün qısası, bəylər xamda otlayan buğa kimi tutaşdılar (M.İbrahimov).

XAM III is. Təcrübəsiz, naşı, adət etməmiş adam. Ay qız, bizi xam yerinə niyə qoyubsan? (İ.Şıxlı).

XAM IV sif. Minilməmiş at. Əzizim dedikləri Bayramı elə tutmuşdu ki, sanki xam at kəməndə salınmışdı (Ə.Vəliyev).

XAL
XAMA

Значение слова в других словарях