XAMRA

(Ağdam, Borçalı, Cəbrayıl, Daşkəsən, Füzuli, Gədəbəy, Xanlar, Qazax, Tərtər, Tovuz)
bax xama II. – Get Nazdıyildən xamranı al gəti, xamır qatajam (Ağdam); – Xamreyə xamra vurullar kin, ajısın (Xanlar)
XAMIRTİKANI
XAMRALI
OBASTAN VİKİ
Əl-Xamra
Əl-Xamra (ərəb. الحمادة الحمراء‎ — «qırmızı səhra») — Saxaranın şimalında, Liviya ərazisində daşlı plato. Plato şərqdən qərbə 700 km, şimaldan cənuba isə 200 km-dir. Hündürlüyü 400—500 metrdir. Ərazisi əsasən quru vadilərdən ibarətdir. Neft kimi ehtiyyatlara malikdir. Tabezruft səhrasına nisbətdə daha quraqdır. Ərazisində kol və akasiya bitir. Liviyanın vilayətlərini birləşdirən magistral yollar onu kəsir.
Uluqbəy Xamrayev
Uluqbəy Nərimanoviç Xamrayev (rus. Улугбек Нариманович Хамраев; 17 mart 1970, Daşkənd, Özbəkistan SSR, SSRİ) — rus və özbək kinooperatoru. Uşaqlıqda filmlərə çəkilmişdir. Uluqbəy Xamrayev irsən kinematoqrafçıdır. O, SSRİ xalq artisti Rəzzaq Xamrayevin nəvəsidir. 1980-ci illərdə Uluqbəy "Özbəkfilm" kinostudiyasının uşaq filmlərində çəkilib. Məktəbi bitirdikdən sonra ÜDKİ-nin operatorluq fakültəsində təhsil almışdır. "Özbəkfilm" kinostudiyasında kinooperator kimi çalışmışdır. Reklamlar, musiqili çarxlar və 70 kinofestivalda nümayiş olunaraq mükafatlar qazanmış "Natiq" filmi də daxil olmaqla, bir neçə bədii film çəkib. Hollivudda təcrübə keçib.