xanaxap
xanasız
OBASTAN VİKİ
Xanalı (Şuşa)
Xanalı — Azərbaycan Respublikasının Şuşa rayonunun Xanalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xanalı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. Kəndin əsl adı Xanalılar olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Araz çayı sahilində yerləşən Xələfli kəndindən köçüb gəlmiş xanalılar nəslinə mənsub ailələr salmışlar. Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Xanalılar
Xanalılar (Laçın) — Laçın rayonunda kənd. Xanalılar (Şuşa) — Şuşa rayonunda kənd.
Xanalılar (Laçın)
Xanalılar — Azərbaycan Respublikasının Laçın rayonu Səfiyan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Aşağı Fərəcan kənd Sovetindən Xanalılar kəndi Səfiyan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Kəndin cənub qərbində Xanalı dərəsi də var. Oykonim xanalılar nəslinin adından yaranmışdır. Etnotoponimdir.. Kənd dağətəyi ərazidə yerləşir. 2006-cı ilin statistikasına görə kəndin əhali sayı 150 nəfər olmuşdur. Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Xanalılar (Şuşa)
Xanalı — Azərbaycan Respublikasının Şuşa rayonunun Xanalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xanalı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. Kəndin əsl adı Xanalılar olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Araz çayı sahilində yerləşən Xələfli kəndindən köçüb gəlmiş xanalılar nəslinə mənsub ailələr salmışlar. Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Xanalıyan
Xanalıyan — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Masallı rayonunun Böyük Kolatan kənd Sovetindən Xanalıyan kəndi Sığdaş kənd Sovetinin tərkibinə verilmişdir. XIX əsrin əvvəllərində Bədəlan kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1870-ci ildə kənddə cəmi 3 ailə yaşamışdır. Bu kəndin əsasını Xanəli adlı şəxsin qoyduğu söylənilir. Oykonim Xanəli şəxs adından və talış dilində cəmlik bildirən -on şəkilçisindən düzəlib, "xanəlilər" mənasındadır. Kənd Lənkəran ovalığında yerləşir. 14 may - 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsi, Bədəlan kənd cəmiyyətinə daxil olan Bədəlan kəndində, həmçinin bu kənd sakinlərinin yeni saldıqları Kolatan və Xanalıyan kəndlərində toplam 201 evdə şiə təriqətli müsəlman talışlardan ibarət 1.358 nəfər (966 nəfəri kişilər, 392 nəfəri isə qadınlar) əhali yaşayırdı. İndiki kənd əhalisi 2451 nəfərdir.
Ziyəddin Xanalıyev

Digər lüğətlərdə