XANAĞA

xan ağa, hökmdar ağa; böyük ağa, ulu ağa.
XAN
XANALI
OBASTAN VİKİ
Xanağa
Xanağa (Ordubad) Xanağa — Quba rayonunda mineral bulaq. Xanağa — Culfa rayonu ərazisində dağ.
Xanağa (Ordubad)
Xanağa (əvvəlki adı: Çapayevka) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kənd inzibati ərazi vahidi tərkibindəki Çapayevka kəndi Xanağa kəndi adlandırılmışdır. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 14 km şimal-qərbdə, Araz çayının sol sahilində, Ordubad-Vənənd avtomobil yolunun kənarında yerləşir. == Əhalisi == Əhalisi 720 nəfərdir. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini bağçılıq, əkinçilik və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə klub, kənd kitabxanası mövcuddur. == Təhsil == Kənddə orta məktəb fəaliyyət göstərir. == Din == Kənddə pir var. == Səhiyyə == Kənddə tibb məntəqəsi var.
Xanağa abidəsi
Xanağa abidəsi — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Xanağa kəndində orta əsrlərə aid arxeoloji abidə. Yaşayış yeri Xanəgah kəndinin tikinti ləri altında qalmış dır. Buradakı binaların və memarlıq abidə lərinin qalıqları müasir dövrədək qalmaqdadır. Mədəni təbəqənin qalınlığı 4 metrdir. Tədqiqatlar nəticəsində toplanmış yerüstü materiallar müxtəlif növ şirsiz və şirli saxsı məmulatından ibarətdir. Şirsiz qablar küp, küpə, qazan, aftafa tipli qab sınıqları ilə təmsil olunmuşdur. Dulus çarxında hazırlan mış bu qablar qazanlar istisna olmaqla yaxşı bişirilmişdir. Qazanlar boz, digər qablar isə çəhrayı rəngdə bişirilmişdir. Şirsiz qabların səthi anqob təbəqəsi ilə örtülmüşdür. Onların xarici səthi cızma həndəsi xətlərlə bəzədilmişdir.
Xanağa dağı
Xanağa dağı – Culfa rayonu ərazisində dağ (hünd. 1916,7 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun Göydağ zirvəsindən qərbə uzanan Qılıncyurd şaxəsinin cənub-qərb istiqamətli eyniadlı ayrılmasının qurtaracağında, Əlincəçayın sol sahilində, eyniadlı kənddən 2 km şərqdə zirvə. Şimal-şərq istiqamətli Əlincəçay və Xanəgah-Dəmirlisu dərinlik qırılmaları və onların şaxələrinin nəzarət etdiyi intruziyalar qrupuna daxil olan və Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin çökmə süxurlarını yarıb çıxan diorit və kvarslı diorit-porfir tərkibə malik Alt Miosen yaşlı eyniadlı subvulkanik intruziyanın əmələ gətirdiyi massivin ən yüksək nöqtəsi olan günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi hissəsinə aid Xanəqah antiklinalının maqmatık kütlə ilə yarılmış tağ hissəsində yerləşir. Cənub- və şimal-şərq yamaclarında fay-yerdəyişmə qırılma pozulmaları izlənilir.XANƏGAH DAĞI – Culfa rayonu ərazisində Xanağa dağının (hünd. 1916,7 m) yerli əhali tərəfindən işlədilən başqa adı.
Xanağa məscidi
Xanağa məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Xanağa kəndi ərazisində orta əsrlər zamanı inşa edilmiş məscid. Məscid kəndin mərkəzi meydanında inşa edilmişdir. == Memarlıq quruluşu == Məscidə daxil olmaq üçün şərqdən giriş qapısından kiçik otağa (uzunu 3,1 metr, eni 3,5 metr, hündürlüyü 2,5 metr) daxil olduqdan sonra şimal divarda qoyulmuş qapıdan əsas salona daxil olmaq lazım gəlir. Məscidin ölçüləri böyükdür: daxildən uzunu 11,3 metr, eni 10,2 metr, hündürlüyü 4,8 metrdir. Divarların qalınlığı 1,1 metrdir. Çiy kərpicdən hörülmüş, bişmiş kərpiclə üzlənmişdir.Məscidin şərq divarında dörd qapı, hər qapının yuxarı tərəfində başdan iti bucaqla tamamlanan pəncərələr qoyulmuşdur. Qərb divarda da şərq divarda olduğu kimi dörd pəncərə, cənub divarda isə üç pəncərə vardır. Məscidin tavanı iki sırada yerləşdirilmiş 10 dirəyin (5x2) üstündə dayanmışdır. Sütun başlıqları çox yüksək sənətkarlıqla düzəldilmişdir. Şimal divarın qarşısında taxta ilə ikinci mərtəbə düzəldilmişdir.
Xanağa nekropolu
Xanağa Nekropolu— Culfa rayonunda eyniadlı kəndin qərbində,Əlincəçayın sağ sahilində orta əsrlərə (XIV-XVII) əsrlərə aid arxeoloji abidə. == Haqqında == Hazırda ərazisi əkin sahəsinə çevrilmişdir. Kəşfiyyat xarakterli tədqiqqatlar (1991) nəticəsində aşkara çıxarılmış qəbirlərin əksəriyyətinin baş daşları düşmüşdür. Sinə daşları düzbucaqlı prizma şəklində hazırlanmışdır. Bəzi qəbirlər düzbucaqlı əsas üzərindədir; bir qisminin baş tərəfi tacvarı formada tamamlanmışdır. Vaxtilə buradakı qəbirlərin üstündə daşdan qoç heykəllər olmuşdur. Hazırda onların yalnız bir neçəsi qalmışdır. Bəzi qəbirlərin üzərində ərəb əlifbası ilə yazılmış kitabələr vardır.
Xanağa piri
Xanağa piri — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Xanağa kəndində ziyarətgah. Kəndin şərq tərəfində iki otaqlı binadan ibarətdir. Böyük otağın mərkəzində üstünə qara örtük çəkilmiş bir qəbir var. Qəbrin üstü daşla təqribən 20 sm hündürlüyündə hörülmüşdür. Üzərində kitabə olmadığından kimin qəbri olduğu müəyyənləşdirilməmişdir. Pirin cənub divarındakı pəncərənin sağ və sol tərəfində, yerdən təqribən 1 metr hündürlüyündəki iki tax çada Ordubad ərazisi üçün səciyyəvi olan yaşılımtıl daşdan baş daşıları qoyulmuşdur. Sağ tərəfdəki başdaşı (70 x 40 sm) üzərindəki ərəbcə kitabə də Quran ayəsi, mərhumun adı və vəfat tarixi həkk olunmuşdur: "Bu qəbir Seyyid Həmidin oğlu mərhum Seyyid Tahirindir. Yeddi yüz yeddi tarix də" (1308). Sol tərəfdəki baş daşının (59 x 37 sm) üzərindəki 7 sətirlik ərəbcə kitabədə onun Şeyx Nurəddinin oğlu Şeyx İslamın qəbri olduğu göstərilir. Baş daşılardan məlum olur ki, üstü hörülüb suvanaraq tək şəklə salınmış qəbir əslində vaxtilə iki qəbirdən ibarət olmuşdur.
Xanağa yaşayış yeri
Хаnаğа yаşаyış yеri — Оrdubаd rаyоnunun Хаnаğа kəndindən şərqdə, pirin yахınlığındа yеrləşir. Sаhəsi 3 hеktаrdır. Mədəni təbəqənin qаlınlığı 0,5-1 m аrаsındаdır. Yаşаyış yеrinin ərаzisində dаşdаn inşа оlunmuş tikinti qаlıqlаrı vаr. Bərkidici kimi əhəng məhlulu və pаlçıqdаn istifаdə оlunmuşdur. Tikinti qаlıqlаrınа əsаsən dеmək оlаr ki, binаlаrın bünövrəsi çаy dаşlаrındаn, divаrlаr isə möhrədən inşа еdilmişdir. Ахtаrışlаr zаmаnı Sоn Оrtа əsrlərə аid şirli və şirsiz kеrаmikа məmulаtı аşkаr оlunmuşdur. Аrхеоlоji tаpıntılаrа əsаsən, yаşаyış yеrini XII-XVIII əsrlərə аid еtmək оlаr.
Qışlaq-i Hacıəliqulucəlal və Xanağa (Pərsabad)
Qışlaq-i Hacıəliqulucəlal və Xanağa (fars. قشلاق حاج علي قلي جلال وخان اقا‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 32 nəfər yaşayır (7 ailə).
Xanağabulaq
Xanağabulaq — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qazanzəmi kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Xanağabulaq kəndi Dağ Tumas kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, Dağ Tumas kənd Sovetindən Qazanzəmi kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 28 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Xanağalı
Xanağalı (əvvəlki adı: Xanagahlı) — Azərbaycan Respublikasının Bərdə rayonunun Mehdili inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 344-IIIQ saylı Qərarı ilə Bərdə rayonunun Mehdili kənd inzibati ərazi dairəsi tərkibindəki Xanagahlı kəndi Xanağalı kəndi adlandırılmışdır. == Tarixi == Xanəgahlı variantında da qeydə alınmışdır. Yaşayış məntəqəsi Xanəgah kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ düzündə yerləşir.
га́лечниковый куре́ц пешня́ подкова́ть поми́нщик привива́ться схолиа́ст взаимосвя́занно вся зоологи́чески логарифми́рование отрыва́ться плю́шкинский скво́рушка amoralism Brummy caricaturist karyology misfaith phase in photograph take-home pay unexcelled орбита подписной