XANDƏDƏ
XANDƏNİZ
OBASTAN VİKİ
Əmir Mahmud Xandəmir
Əmir Mahmud Xandəmir — Əmir Mahmud ibn-Xandəmir XVI əsrin əvvəllərində, yəni teymurilər dövrünün sonlarında Heratda dünyaya gəlmişdir. Əcdadları elm və hikmət sahibləri olduqları kimi, o da elm və təhsilə böyük maraq göstərmiş, Qiyasəddin Xandəmir kimi məşhur atanın və nəslinin tarix və başqa elm sahələrində şöhrət tapmış digər nümayəndələrinin təlim-tərbiyəsi altında yetişmişdir. Əmir Mahmud Xandəmir Təkəli tayfa başçılarından olan səfəvilərin Herat hakimi Məhəmməd xan Şərəfəddinoğlunun dəstəyi ilə 953-cü (1546/1547) ildə Zeyli-tarixi-"Həbibüs-siyər" ("Şah İsmayıl və Şah Təhmasibin tarixi")əsərini yazmağa başlamış, dörd ildən sonra, yəni 957-ci (1550/1551) ildə əsəri sona çatdırmışdır. Bu tarixi əsər h. VIII əsrin sonlarından (XV əsrin sonları) h. X əsrin (XVI əsr) ikinci yarısının əvvəllərinə qədər Azərbaycan Səfəvi dövlətində, xüsusilə bu dövlətin strateji vilayətlərindən biri olan Xorasanın şərqində baş vermiş hadisələrdən bəhs edir. Müəllif əsərində Şah İsmayılın hakimiyyəti dövründə baş verən hadisələrdən bəhs edən və Şah Təhmasib Səfəvinin hakimiyyətinin 957-ci (1550/1551) ilinə qədər davam edən bir dövrü əhatə edən bu əsərdə, həmçinin səfəvi sülaləsinin, xüsusilə Şeyx Səfiəddinin tərcümeyi-halı və kəramətləri haqqında məlumat verilmişdir. Əsərin müəllifi teymurilərin süqutundan sonra səfəvilərin hakimiyyətə gəldiyi ilk dövrlərdən başlayaraq əsasən Xorasan və onun mərkəzi Herat darüssəltənəsəində baş verən hadisələri təsvir etməyə çalışmışdır. Digər tərəfdən Əmir Mahmudun əsəri X (XVI) əsrin əvvəllərində, Azərbaycan Səfəvi dövlətinin yarandığı dövrdə baş verən mühüm hadisələri əks etdirir, səfəvi dövləti ilə Mavərənnəhrin teymuri və türkmən şahzədələri arasındakı siyasi problemlərdən bəhs edir. Kitabda həm də Şah İsmayılın Herat darüssəltənəsini tutması və bundan sonra səfəvilərin Xorasan ərazisindəki daxili və xarici siyasəti ilə bağlı mövzulara xüsusi yer ayrıllmışdır.
Gəncüm ağa Xandəmirov
Gəncüm ağa Markar oğlu Xandəmirov(1790-1854)— divanbəyi, poruçik, erməni əsilli, quldurxislət çar məmuru == Həyatı == Gəncüm ağa Markar oğlu Xandəmirov 1790-cı ildə Şuşa şəhərində anadan olmuşdu. Mehdiqulu xan Cavanşirə xidmət etmişdi. 1822-ci ildə ruslara satılmış, divanbəyi təyin edilmişdi. Qasım bəy Zakir yazırdı: Gəncüm ağa Xandəmirov 1854-cü ildə vəfat edib. Gəncüm ağa Xandəmirov Zəni Ovan qızı Zarpenslə (?- 20.11.1874) ailə qurmuşdu. İsacan ağa (?-1842), Firudin ağa (1836—1893) adlı oğlanları, Balasan xanım adlı qızı (1835-1900) vardı. Gəncüm ağanın övladları Arakel və Firudin də özü kimi müsəlmanlara qarşı potenseal nifrət bəsləyirdilər. == Mənbə == Ənvər Çingizoğlu, Qasım bəy Zakirin müasirləri, Bakı, "Şuşa", 2011.
на гла́з напу́тывать нерастра́ченность солодо... корма́ курово́д маловероя́тный многостепе́нность перекрои́ть переэкзаменова́ть сексопатологи́ческий суту́литься транзити́вность триатлони́стка жигалица enchanter marching orders press back roll-on-roll-off streaker type page вера вовсе запомнить феска