XANKƏRİM
XANQALI
OBASTAN VİKİ
Xankişi Xankişiyev
Xankişiyev Xankişi Səməd oğlu — "Tərəqqi" medalı laureatı, Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi nəzəriyyə” kafedrasında dosent,iqtisad elmləri namizədi. == Həyatı == Xankişi Xankişiyev 28 aprel 1952-ci ildə Sabirabad şəhərində anadan olub. 1959-cu ildən 1969-cu ilədək orta məktəbdə oxuyub. 1969-cu ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun (indiki İqtisad Universiteti) Ümumiqtisad fakultəsinə daxil olub. 1974-cü ildə həmin institutu bitirərək iqtisadçı, siyasi iqtisad müəllimi ixtisası alıb. 1974-cü ilin noyabrından 1975-ci ilin noyabrınadək ordu sıralarında hərbi xidmətdə olub. 1978-1982-ci illərdə Bakı Dövlət Universitetində siyasi iqtisad ixtisası üzrə qiyabi aspiranturada oxuyub. 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində siyasi iqtisad ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edib iqtisad elmləri namizədi elmi dərəcəsini alıb. 1988-ci ildə dosent elmi adı alıb. 1974-1988-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq təsərrüfatı İnstitutunda Siyasi iqtisad kafedrasında laborant, baş laborant, kabinet müdiri, müəllim və baş müəllim vəzifələrində çalışıb.
Aslan Xankişiyev
Aslan Əhədağa oğlu Xankişiyev (24 mart 1976, Qalaqayın, Sabirabad rayonu) — Ədalət Keşiyində qəzetinin təsisçi və baş redaktoru, MediaMaqnatTV.info saytının rəhbəri. == Həyatı == Aslan Xankişiyev 24 mart 1976-cı ildə Sabirabad rayonunun Qalaqayın kəndində dünyaya gəlib. 1982-ci ildə orta məktəbə Qalaqayın kənd məktəbinə gedib. Sonra 1990-cı ildə təhsilini Bakıda BDU-nin nəzdində Fizika riyaziyyat və informatika Liseyində davam etdirib. 1993-cü ildə həmin liseyi fərqlənmə diplomu ilə bitirmişdir. 1993–1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr,1997–1999-cu illərdə isə magistr olaraq təhsil almışdır. Hər iki ixtisas dərəcəsini fərqlənmə ilə bitirmişdir. Həmin ildə aspiranturaya qəbul olunmuşdur.1995-ci ildən qeyd edildiyi peşə ilə məşğuldur. 1995-ci ildən jurnalist kimi fəaliyyət göstərir. 2001-ci ildən təsisçisi olduğu Ədalət keşiyində qəzetinin baş redaktorudur.
Bəybala Xankişiyev
Bəybala Xankişiyev (tam adı: Bəybala Aslan oğlu Xankişiyev; 10 oktyabr 1939, Qalaqayın, Sabirabad rayonu – 21 mart 2015, Bakı) — iqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin ilk azərbaycanlı professoru, Azərbaycan Respublikasının əməkdar iqtisadçısı. == Həyatı == Bəybala Xankişiyev 10 oktyabr 1939-cu ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olmuşdur. 1956-cı ildə orta məktəbi bitirdikdən sonra Maliyyə və Kredit Kollecinə ("Dövlət büdcəsi") daxil olmuşdur. Texniki məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Sığorta İdarəsinin Sığorta Təftiş Sabirabad filialının baş mühasibi vəzifəsində işə başlamışdır. Sonra Bakı şəhərinin Kirov rayonunun Dövlət Sığorta Şirkətinin müfəttişliyinə köçürülmüşdür. 1960-cı ildə Bakı Dövlət Universitetinə (İqtisad Fakültəsinə) daxil olmuşdur. Universitetini bitirdikdən sonra Azərbaycan İqtisadiyyat İnstitutunda aspiranturaya qəbul olmuşdur. 1974-cü ildə məzun olmuş və dissertasiyasını müdafiə etmiş, sonra Moskva Maliyyə İnstitutunun iqtisad elmləri doktoru, iqtisad elmləri namizədi almışdır. 1963-cü ildə Bakı Axşam Neft Texnikumunda həmkarlar ittifaqının sədri, 1966-cı ildə DOSAF-da Təftiş Komissiyasının iki dövr (1975-ci ildən 1995-ci ilə qədər) Ali, Elm və Maarif işçiləri həmkarlar ittifaqının, Respublika Komitəsində təftiş Komissiyasının sədri seçilmişdir. 1976-cı ildə dosent vəzifəsində çalışmışdır.
Elmir Xankişiyev
Elmir Xankişiev (azərb. Elmir Xankişiyev‎; 25 avqust 1974, Əli-Bayramlı) — azərbaycanlı futbolçu. Mövqeyi yarımmüdafiəçi və hücumçu olub. Daha çox "Qarabağ" klubundakı çıxışı ilə məşhurdur. Azərbaycan milli komandasında oynayıb. Müşfiq Hüseynov ilə birlikdə "Qarabağ" klubunda təşkil elədikləri hücum tandemi, Azərbaycanda dövrunun ən yaxşı hücum tandemlərindən biri sayılırdı. == Bioqrafiya == Elmir Xankişiyev 25 avqust 1974-cü ildə, Azərbaycanın Əli Bayramlı (indiki Şirvan) şəhərində dünyaya gəlib. == Karyerası == === İnşaatçı === Peşəkar futbolda debütü 18 yaşında, Azərbaycan Çempionatının ilk mövsümündə "İnşaatçı" klubunda olub. "İnşaatçı" klubundakı ilk mövsumundə 16 oyunda meydana çıxaraq 6 dəfə fərqlənir. "İnşaatçı" klubu isə 26 komanda arasında 8-ci yeri tutur.
Fuad Xankişiyev
Fuad Şöhrət oğlu Xankişiyev — 12 aprel 1996, Mingəçevir, 3 noyabr 2020, Şuşa Daşaltı - Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fuad Xankişiyev 12 aprel 1996-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. 2002—2008-ci illərdə Mingecevir şəhər Mehdi Hüseynzadə adına 3 saylı tam orta məktəbdə təhsil almışdır. Orta məktəb illərində böyük həvəs göstərdiyi cüdo idman növü ilə məşğul olan Fuad, idman üzrə təhsilini davam etdirərək Bakı Olimpiya idman liseyində cüdo üzrə təhsilini davam etdirmiş və 2011-ci ildə müvəffəqiyyətlə məzun olmuşdur. 2011—2014-cü illərdə Mingəçevir Turizm Kollecində bədən tərbiyə fakültəsinə təhsil almışdır. Bunlarla yanaşı, Fuad Xankişiyev həvəskar formada dizayn-dekor işləri ilə də məşğul olmuşdur. == Hərbi xidməti == 2014—2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. == İkinci Qarabağ müharibəsində iştirakı == Fuad Xankişiyev Azərbaycan Ordusunun ehtiyatda olan əsgəri kimi 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşa, Füzuli və Xocavənd istiqamətindəki döyüşlərdə fəal iştirak edərək şücaət göstərmişdir.2020-ci il 3 noyabrda Daşaltı (Şuşa) istiqamətində gedən döyüşlərdə, 1553 metr yüksəklikdə qəhrəmancasına həlak olmuşdur. Şəhid 6 noyabr tarixində Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Mədət Xankişiyev
Mədət Vəkil oğlu Xankişiyev (15 yanvar 1998, Çünzəli, Cəlilabad rayonu – 18 oktyabr 2020, Qubadlı) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xankişiyev Mədət Vəkil oğlu 1998-ci il yanvarın 15-i Cəlilabad rayonunun Çünzəli kəndində dünyaya göz açmışdır. Orta təhsilini Çünzəli kənd məktəbində almış, məzun olduqdan sonra hərbi xidmətə yollanmışdır. == Hərbi xidməti == Mədət 2019-cu ildə Quru Qoşunlarının hərbi hissəsinə müraciət edərək MAXE olaraq xidmət etmək istədiyini bildirib. 6 aylıq kurslardan sonra Kiçik gizir olaraq xidmətə başlıyıb. Bir müddətlik xidmətdən sonra o, Gizir rütbəsini alıb. 27 sentyabrda başlayan II Qarabağ müharibəsində iştirak etmişdir. Oktyabrın 18-i Qubadlı uğrunda gedən döyüşlərdə yaralı döyüş yoldaşlarını döyüş meydanından çıxararkən başından aldığı qəlpə yarası nəticəsində ağır yaralanmışdır və həlak olmuşdur.
Nicat Xankişiyev
Nicat Aşur oğlu Xankişiyev (27 yanvar 1999, Həsənabad, Neftçala rayonu – 7 oktyabr 2020, Hadrut, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nicat Xankişiyev 27 yanvar 1999-cu il tarixində Azərbaycanın Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olmuşdur. Atası Aşur traktor sürücüsü, anası isə Seyidnisə idi. O, daha 2 oğlan və 2 qızın olduğu ailənin ən kiçik uşağı idi. Xankişiyev 2005-ci ildə Şəmsəddin Orucov adına Həsənabad qəsəbə tam orta məktəbində 1-ci sinifə daxil olmuş, 2016-cı ildə həmən məktəbin məzunu olmuşdur. == Hərbi xidməti == Nicat Xankişiyev 30 yanvar 2017-ci il tarixində Neftçala RHK-dan hərbi xidmətə yollanmışdır. O, xidmətini Beyləqan rayonunda etmiş, 2018-ci ilin iyul ayında tərxis olmuşdur. Kəşfiyyatçı kimi xidmət etmiş Xankişiyev hərbi xidmətini təşəkkürnamə ilə başa vurmuşdur. Xankişiyev 21 sentyabr 2020-ci il tarixində cəbhəyə yollanmışdır. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır.
Stalik Xankişiyev
Stalik (Stanislav) Xankişiyev (rus. Ста́лик (Станислав) Ханкиши́ев; d. 2 fevral 1962, Fərqanə, Özbəkistan SSR, SSRİ) — kulinar, yazıçı və fotoqraf. Əsasən şərq mətbəxinə həsr olunan kulinariya kitablarının müəllifidir.Atası azərbaycanlı, anası isə almandır. Atası Fərqanə Politexnik İnstitutunda müəllim idi. Stalik kitab yazmağa başlayana qədər Özbəkistanda sahibkarlıqla məşğul olub. Stalik Xankişiyev Rusiya televiziyalarında müxtəlif verilişlər hazırlayıb. O, bloq yazıları da yazır. == Kitabları və bəzi mükafatları == Stalik Xankişiyev peşəkar aşpaz olmasa da kitabları Rusiyada çox məşhurdur. O, bir sıra telekanallarla əməkdaşlıq çərçivəsində, müəllifi olduğu kitablarda, televiziya verilişlərində Azərbaycan milli mətbəxinə geniş yer ayırır.
Təvəkkül Xankişiyev
Təvəkkül Gülbala oğlu Xankişiyev (1924, Yuxarı Qaramanlı, Neftçala rayonu – 5 yanvar 1977) — Azərbaycanın dövlət və ictimai-siyasi xadimi, Azərbaycan Kommunist Partiyası Neftçala Rayon Komitəsinin birinci katibi (1973–1977), Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı. == Həyatı == Təvəkkül Gülbala oğlu Xankişiyev 1924-cü ildə Yuxarı Qaramanlı kəndində doğulub. Orta məktəbi bitirib Xıllı rayon torpaq şöbəsində uçot üzrə inspektor işləyən Təvəkkül Xankişiyev İkinci dünya müharibəsində iştirak edir. 1942–1949-cu illərdə Sovet Ordusunda xidmət göstərmişdir. Təvəkkül Xankişiyev 1977-ci il yanvarın 5-də ov tüfəngindən açılan güllə ilə intihar etmişdir. == Siyasi fəaliyyəti == Müharibədən qayıtdıqdan sonra Xıllı Rayon Partiya Komitəsində əvvəlcə təlimatçı, daha sonra rayon partiya komitəsinin katibi işləyir. 1957–1960-cı illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olan Təvəkkül Xankişiyev məktəbi bitirdikdən sonra Azərbaycan Neft Kəşfiyyatı tresti 2 saylı qazma kontorunun ilk partiya təşkilatının katibi olmuşdur. Sonra, o, Neftçaladakı Xanlar adına sovxozun direktoru, Salyan Rayon XDS İcraiyyə Komitəsinin sədr müavini, Salyan rayon Partiya Komitəsinin katibi və Salyan Rayon XDS İcraiyyə Komitəsinin sədri işləyir. 1973-cü ildə isə Neftçala rayonu təşkil edilərkən birinci katib seçilir. Təvəkkül Xankişiyev dəfələrlə respublika Ali Sovetinə deputat seçilmiş, orden və medallarla təltif edilmişdir.
İsgəndər Xankişiyev
İsgəndər Xankişiyev (6 yanvar 1968, Novruzlu, Ağdam rayonu — 16 iyun 1992, Ağdərə rayonu) — Azərbaycan Respublikası torpaqlarının bütövlüyü uğrunda canından keçmiş qəhrəman, Birinci Qarabağ müharibəsi iştirakçısı, Şuşa və Ağdərə döyüşü iştirakçısı, şəhid. == Həyatı == === Erkən illəri === İsgəndər Xankişiyev 1968-ci il yanvarın 6-da Ağdam rayonunun Novruzlu kəndində anadan olmuşdur. İlk orta təhsilini Novruzlu kənd orta məktəbində almış, 1985-ci ildə oranı əla qiymətlərlə bitirmişdir. 1986–1988-ci illərdə ordu sıralarında xidmət etmişdir. Daha sonra Xəzər Dəniz Neft Donanması idarəsinin dənizçilik məktəbini bitirmiş və peşəsi üzrə işə başlamışdır. İşlədiyi müddətdə iş yoldaşlarının və kapitanının dərin hörmətini qazanmışdır. == Birinci Qarabağ müharibəsində iştirakı == SSRİ-nin parçalandığı ərəfələrdə Ermənistanla sərhəddə şiddətli atışmalar gedirdi. Bu atışmalar 1991-ci ildən başlamışdı və İsgəndərin doğulub boya başa çatdığı torpaq olan Ağdamda təhlükə altında idi. Vətəninə olan sonsuz məhəbbəti, xalqına, millətinə xidmət etmək arzusu onu işindən ayrılıb könüllü surətdə ordu sıralarına yazılmağa vadar etmişdir. Ağdama ailəsinin yanına gələn İsgəndər 1992-ci il Xocalı soyqırımı-nın xəbərini alıb Erməni vəhşiliyinə tab gətirməyərək Xocalıya getmiş və bir neçə ailənin Xocalıdan Ağdama gətirilməsində və eləcədə yaralıların Ağdam şəhər xəstəxanasına daşınmasına yardım etmişdir.
вено́к копи́р осетри́нный перегна́ть перепа́ривать перетеря́ть пу́головка разори́ть юдофо́бствовать аритми́чный рассогласо́вывание фосфори́тный шипу́н beggarliness corn dodger cosh-boy estoile go-to-meeting jauntily plaque tanist unpriestly баронесса дрань мечтать