xanimansızlıq 2021
xanpişik
OBASTAN VİKİ
Xanlıq
Xanlıq (dövlət) — xırda feodal dövləti. Xanlıq (Qubadlı) — Qubadlı rayonunda kənd. Xanlıqpəyə — Şuşa rayonunda kənd.
Qoçbuynuz Xanlıq
Qoçbuynuz Xanlıq — Qarabağ qrupunun xovlu və yun xalça növünün ən maraqlı nümunələrindən biri[]. == Ümumi məlumat == 1750-ci illərin əvvələrində Qarabağ xanı Pənahəli xan Şuşa şəhərini saldırdı. Şəhər ilk vaxtlar Pənahabad adlandırıldı və uzun illər Qarabağ xanlığının paytaxtı oldu. XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyaların üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları - "Bağçadagüllər", "Qoçbuynuz xanlıq", "Saxsıdagüllər", "Bulud" və s. çeşnilər toxunurdu. Qarabağ xalçalarının rəng - boyaq palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir. Qədim dövrlərdən Azərbaycan xalçalarının ara sahə yerliyi ənənəvi olaraq qırmızı rəngdə işlənmişdir. Müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən burada rənglər cür - bəcür həşaratlardan alınmışdı.
Xanlıq (Qubadlı)
Xanlıq — Azərbaycan Respublikasının Qubadlı rayonunun Xanlıq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Xanlıq kəndi əvvəllər kəndin ərazisində yerləşən Qarabağ xanı Pənahəli xan Sarıcalı-Cavanşirın oğlu Mehrəli bəy Sarıcalı-Cavanşirin malikanəsinin adı olmuşdur. Sonralar mülkün ətrafında salınan kənddə mülkün adı ilə adlandırılmışdır. Oykonim "xana məxsus mülk (malikanə)" mənasındadır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kəndin adı ermənilər tərəfindən dəyişdirilərək İşkanadzor adı verilib. Kənddə Azərbaycandan köç etmiş ermənilər məskunlaşıb, 2003-cü ildə burada 211 nəfər əhali yaşayırdı. “Azərkosmos” Xanlıq kəndində ermənilər tərəfindən yeni salınmış qəsəbənin “Azersky” peyki vasitəsilə 2019-cu ildə əldə olunmuş təsvirini yayımlayıb.2020-ci ilin 25 oktyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Xanlıq kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidədir. Xanlıq əvvəllər kəndin ərazisində yerləşən Qarabağ xanı Pənahəli xanın oğlu Mehrəli bəyin malikanəsinin adı olmuşdur.
Xanlıq (dövlət)
Xanlıq və ya xaqanlıq — xan, xaqan, xatun və ya xanımın idarə etdiyi ictimai-siyasi birlik. Bu ictimai-siyasi birliklər adətən Avrasiya çöllərində yerləşən köçəri türk, monqol və tatar cəmiyyətləri idi.Xanlıq orta əsrlərdə türkdilli xalqlarda ictimai-siyasi birlik idi. Onu xan idarə edirdi ki, adı da buradandır. Krım, Həştərxan, Kazan xanlıqları daha məşhur idi. 1740-cı illərdə Azərbaycanda 10-dan çox xanlıq meydana gəlmişdi. Onlardan Qarabağ, Quba, Şəki, Xoy xanlıqları Azərbaycanın siyasi həyatında mühüm rol oynamışdılar. Xanlıqlar XIX əsrin ikinci yarısınadək mövcud olmuşdular.Xaqanlıq erkən orta əsrlərdə türkdilli xalqlar da ictimai-siyasi birlik. Onu xaqan idarə edirdi, adı da buradandır. Monqol, Avar, Hun, Türk xaqanlıqları məşhur olmuşlar. Xanlıq ilə müqayisədə xaqanlıq çoxsaylı kiçik xanlıqların ona tabe olduğu böyük köçəri dövlət idi.
Xanlıq xalçaları
Xanlıq xalçaları — Qarabağ tipinin Cəbrayıl qrupuna daxil olan xovlu xalça. == Ümumi məlumat == Xalçaların Qarabağ tipinin Cəbrayıl qrupuna daxil olan bu xalçalar Azərbaycanın cənubunda, Qubadlı rayonundan 18 km cənub-şərqdə yerləşən Xanlıq kəndinin adı ilə əlaqədar olaraq belə adlandırılır. Xanlıq – Azərbaycanın məşhur xalçaçılıq məntəqələrindən biridir. Burada istehsal edilən xalçalar hər zaman məşhur olmuşlar və öz yüksək keyfiyyəti ilə seçilirlər. XIX əsrdə Cəbrayıl rayonunda, xüsusilə də Əfəndilər, Süleymanlı, Daşkəsən kəndlərində toxunan xalçalar dünya bazarlarına və yarmarkalarına çıxarılan xalçaların ən yaxşıları hesab edilirdi. "Xanlıq xalçası"nın orijinal nümunələri xüsusi sifarişlə toxunmuş mürəkkəb kompozisiyalı xalını özündə əks etdirir. Məsələn, XIX əsrdə şairə Xurşudbanu Natəvanın müşayiəti altında xalq arasında "xan qızı" kimi tanınan "Xanlıq xalçası" toxunmuşdur. == Bədii analiz == "Xanlıq xalçaları" müxtəlif kompozisiyalı və müxtəlif təsvirli olur. I variant "Xanlıq xalçası"nın orta sahəsinin kompozisiyasını böyük göl təşkil edir. Onun aşağı və yuxarı hissələrində iki qübbə yerləşir, orta sahənin dörd küncü boyunca isə simmetrik formada dörd ləçək düzülmüşdür.
Xanlıq xalçası

Xanlıq Şükür
Xanlıq Şükür (1872, Şuşa – 1927, Şuşa, DQMV) — XIX–XX əsr Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. == Həyatı == Xanlıq Şükür 1872-ci ildə Şuşada yoxsul kəndli ailəsində anadan olmuşdur. Çox gənc yaşlarında valideynləri vəfat etmiş, babası Rövşənin himayəsində böyümüşdür. İbtidai təhsil ala bilmiş, erkən çağlardan oxumağa həvəs göstərmişdir. Şükürün xanəndə kimi inkişafında Xurşidbanu Natəvanın böyük rolu olmuşdur. Belə ki, o, Şükürün ifasını bəyənmiş və onun saraya gətirilməsini əmr etmişdir. Xanlıq Şükür Natəvanın yaratdığı və rəhbərlik etdiyi "Məclisi-üns" ədəbi məclislərində iştirak etmiş, şairlərin oxuduğu şeirləri dinləmiş və Hacı Hüsü, Məşədi İsi, Həsənçə, Sadıqcan kimi musiqiçilərdən muğamın incəliklərini öyrənmişdir. Xanlıq Şükürün ilk müəllimi Hacı Hüsü olmuşdur. Hacı Hüsü Xanlıq Şükürə Şərq muğamlarını, Azərbaycan xalq mahnı və təsniflərini öyrətmiş, onun xanəndə kimi formalaşmasında mühüm rol oynamışdır.Gənc yaşlarından xan sarayında yaşadığı üçün Şuşa əhalisi Şükürə "Xanlıq Şükür" deyə müraciət etmişdir. O, xan sarayında, əsasən, "Zəminxarə", "Segah", "Hicaz", "Şüştər" muğamlarını ifa etmişdir.1897-ci ildə Xurşidbanu Natəvanın vəfatından sonra Şükür İrəvan şəhərinə köçmüş və orada uzun illər xanəndəlik etmişdir.
Qoçbuynuz Xanlıq xalçaları
Qoçbuynuz Xanlıq — Qarabağ qrupunun xovlu və yun xalça növünün ən maraqlı nümunələrindən biri[]. == Ümumi məlumat == 1750-ci illərin əvvələrində Qarabağ xanı Pənahəli xan Şuşa şəhərini saldırdı. Şəhər ilk vaxtlar Pənahabad adlandırıldı və uzun illər Qarabağ xanlığının paytaxtı oldu. XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyaların üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları - "Bağçadagüllər", "Qoçbuynuz xanlıq", "Saxsıdagüllər", "Bulud" və s. çeşnilər toxunurdu. Qarabağ xalçalarının rəng - boyaq palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir. Qədim dövrlərdən Azərbaycan xalçalarının ara sahə yerliyi ənənəvi olaraq qırmızı rəngdə işlənmişdir. Müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən burada rənglər cür - bəcür həşaratlardan alınmışdı.
Xanlıq Muxtar karvansarası
Xanlıq Muxtar karvansarası — Şuşa şəhəri M. F. Axundov küçəsi 29 ünvanında yerləşən, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğuna aid ölkə əhəmiyyətli karvansara. Karvansara Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. == Tarixi == Karvansara Şuşa şəhərində XVIII əsrdə Xanlıq Muxtar tərəfindən tikilmişdir. Xanlıq Muxtarla bağlı tarixdə yazılı çox məlumat olmasa da, Xan sarayında xidmət etmiş, şəhərin hörmətli şəxslərindən olduğu bilinir.XIX əsrin sonlarına yaxın Şuşada fəaliyyət göstərən 10 karvansaradan biri də Xanlıq Muxtar karvansarası idi.Şəhər 1992-ci ildə ermənilər tərəfindən işğal edildikdən sonra karvansaradakı İslam elementləri və ərəb dilindəki yazılar erməni xaçı və yazısı ilə əvəzlənmişdir.
Xanlıq Muxtar karvansarayı

Əhmədabad-i Xanlıq (Miyanə)
Əhmədabad-i Xanlıq (fars. احمدابادخانليق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 122 nəfər yaşayır (31 ailə).
Azərbaycan numizmatikası (xanlıqlar dövrü)
Azərbaycan numizmatikası - Azərbaycanda pul işinin və pul dövriyyəsinin mərhələləri toplusu. == Azərbaycan numizmatikası feodal dağınıqlığı dövründə == Azərbaycanın tarixində XVIII əsrin II yarısı XIX əsrin I rübü numizmatik nöqteyi-nəzərdən çox mürəkkəb, ziddiyyətli bir zamandır. Bu dövr əslində tarixi Azərbaycan torpaqlarının hissə-hissə parçalanması, Səfəvi imperiyasının sonu, Şərqi Avropanın və yeni Rusiya imperiyasının Qafqaza işğallarının başlanması və sona çatması dövrü idi. Əslində bu dövr numizmatik materialları olmadan yazılı sənədlər vasitəsi ilə araşdırılması mümkün olan bir zamandır. Buna baxmayaraq, Azərbaycanın son müstəqil pul və pul dövriyyəsinin öyrənilməsi baxımından müəyyən açılması mümkün olmayan məsələlərə aydınlıq gətirə bilər. == Xanlıqlar dövründə pul dövriyyəsində xarici ölkələrin pul vahidlərinin rolu == Beləliklə, göstərilən zamana aid olan dəfinələr və pul nominalları göstərir ki, Nadir şahın ölümündən sonra da Azərbaycanda ayrı-ayrı pul nominalları dövriyyədə istifadə olunurdu. Belə ki, XVIII əsrin 50-ci illərində son Səfəvilərdən I Süleymanın və III Abbasın gümüş pulları, Nadir şahın sikkələri, Böyük Moğol imperiyasının rupiləri, Osmanlıların Təbrizdə, Gəncədə, Tiflisdə və İrəvanda zərb etdikləri onluq və beşlikləri, o cümlədən İranda Azərbaycan hakimiyyətinə can atan ayrı-ayrı yerli hakimlərin İmam Rzanın və Mehdi-əz Zamanın adından zərb olunan anonim pullar dövriyyədə istifadə olunurdu. Bu sikkələr yazılı mənbələrdə «imami» pulları adlanırdı. Pul bazarında qarışıqlıq Qubalı Fətəli xanın hakimiyyəti zamanı nisbətən sabitləşdi. Vəziyyət Qacarın hakimiyyəti zamanı daha da yaxşılaşdı.
Azərbaycan xanlıqları
Azərbaycan xanlıqları və ya Qafqaz xanlıqları — XVIII əsrin 40-cı illərində indiki Azərbaycan Respublikası, Ermənistan və Cənubi Azərbaycan ərazisində yaranmış müstəqil feodal dövlətlərinə tarixşünaslıqda verilən ad Şəki və Quba xanlıqları istisna olmaqla digər xanlıqlar əsasən Nadir şah Əfşarın 1747-ci ildə qətlindən sonra meydana gəlmiş, XIX əsrin 20–30-cu illərində mərhələ-mərhələ Qacar dövlətinin və Rusiya imperiyasının nəzarəti altına düşmüşlər. == Arxa plan == Nadir Şahın öldürülməsi ilə onun nəhəng imperiyası dağılmağa başladı. Əfqanıstanda müstəqil dövlət təşəkkül tapdı. İran, Orta Asiya və Qafqazda müstəqil və yarımmüstəqil xanlıqlar meydana çıxdı. Ali hakimiyyət uğrunda mübarizə gücləndi. XVIII yüzilin ikinci yarısında İran taxt-tacı üstündə iyirmiyə yaxın sərkərdə mübarizə aparırdı. Hakimiyyət on dörd dəfə əldən-ələ keçmiş Dövlətin paytaxtı altı dəfə dəyişmişdi. XVIII yüzilin gedişində, Nadirin ölümündən sonra Azərbaycan ərazisində onlarca xanlıq yarandı. Yerli feodallar mövcud vəziyyətdən istifadə edərək Azərbaycanda və Qafqazda özlərini de-fakto müstəqil aparmağa başladılar. XVII yüzilin sonlarından davam edən təsərrüfat geriləməsi şəraitində gələcək xanlıqların ərazisini əhatə edən bölgələr arasında əlaqələr sıx deyildi.
Azərbaycan xanlıqları. Naxçıvan və İrəvan xanlıqları. 5-ci film (film, 2003)
Azərbaycan xanlıqları sənədli serialı rejissor Mehriban Ələkbərzadə tərəfindən çəkilmişdir. Space televiziyasında istehsal edilmişdir. == Məzmun == Sənədli serial XVIII əsrin 40-cı illərində indiki Azərbaycan, Ermənistan və İran (Cənubi Azərbaycan) ərazisində yaranmış müstəqil feodal dövlətlər olan Azərbaycan xanlıqlarından bəhs edir. Sənədli serial 5 hissədən ibarətdir.
Azərbaycan xanlıqları (film)

Azərbaycan xanlıqları (film, 2003)

Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında (kitab)
Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında — kitabında xanlıqlar dövrünə aid 22 orijinal sənəd toplanıb. Kitab xanlıqlar dövrünün siyasi təhlilinə və tarixi dəyərləndirilməsinə həsr olunub. == Haqqında == Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında kitabı akademik Ramiz Mehdiyev tərəfindən yazılıb. Kitabda o dövrdə xanlıqlar tərəfindən yazılmış məktubların əsli toplanıb tərcümə edilib. Azərbaycan oxucusuna ana dilində ilk dəfə təqdim edilən 22 sənəd arasında Qacar şahlarının Azərbaycan xanlarına məktubları, həmçinin xanların o dövrdə Rusiya komandanlığı ilə yazışmaları da var. Fətəli şahın 1796-cı ilin noyabrında bütün Tiflis əhalisinə ünvanlandığı fərman, yaxud İstanbuldakı İran səfirliyinin ermənilərə sığınacaq verilməsi barədə Xarici İşlər Nazirliyinə məktubu, Cavad xanın Knyaz Sisianova cavab məktubu və digər sənədlər həmin dövrün real mənzərəsinə aydınlıq gətirir.
Xanlıqlar
Xanlıqlar (Azərbaycan xanlıqları) — Azərbaycanın ərazisində xanlıqları Xanlıqlar (Qazax) — Azərbaycanın Qazax rayonunda kənd. Xanlıqlar (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd.
Xanlıqlar (Qazax)
Xanlıqlar (əvvəlki adı: Musaköy) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Qazax rayonunun Musaköy kəndi Xanlıqlar kəndi, Musaköy kənd inzibati-ərazi vahidi Xanlıqlar kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Kənd bir müddət Musaköy adlanmışdır. Yerli əhali kəndin adını Musa adlı türk sərkərdəsinin burada dəfn olunması və ya XVIII əsrdə qazaxlıların tərkibində olan musalı elatının burada məskunlaşması ilə bağlayır. 1994-cü ildən kənd öz qədim adını almışdır. Kəndin ərazisi Qazax xanlarına məxsus mülk yeri olduğundan belə adlandırılmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Ağstafaçayın sahilində, dağətəyi ərazidə yerləşir. == Əhalisi == 2021-ci ilin siyahıyaalınmasına əsasən kənddə 6149 nəfər əhali yaşayır. Əhalinin 3082 nəfəri kişilər, 2967 nəfəri qadınlardan ibarətdir. === Tanınmış şəxsləri === Hacı Allahyar ağa Dilbazov (?-1866) — Azərbaycan nəqşibəndi.
Xanlıqlar (Şərur)
Xanlıqlar (Parçı) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası == Şərur rayonunun Eyniadlı i.ə.v. də kənd . Düzənlikdədir. Yaşayış məntəqəsi vaxtilə Naxçıvan xanlarına məxsus Xanlıq adlanan mülk yerinin ərazisində salındığı üçün belə adlanır.
Xanlıqlar bələdiyyəsi
Qazax bələdiyyələri — Qazax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xanlıqlı
Xanlıqlı — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 202 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsi vaxtilə burada talış xanlarına məxsus torpaq sahəsinin olmasına görə belə adlandırılmışdır. Kənd hazırda Haftoni qəsəbəsi ilə birləşmişdir.
Xanlıqoba
Xanlıqoba — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Çarxı inzibati ərazi vahidində kənd. == Tarixi == Xanlıqoba kəndi Samur-Dəvəçi ovalığındadır. Yaşayış məntəqəsi XIX əsrin ortalarında Quba rayonunun Qrız kəndindən ayrılmış ailələrin Xanlıq adlı ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Həmin ərazi isə vaxtilə Quba xanlarına məxsus mulk yeri olmuşdur. Oykonim xanlıq və oba komponentlərindən düzəlib, "xanlara məxsus oba yeri" deməkdir.
Xanlıqpəyə
Xanlıqpəyə — Azərbaycan Respublikasının Şuşa rayonunun Səfixanlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Xanalı kənd Sovetindən Xanlıqpəyə kəndi Səfixanlar kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. == Toponimikası == Yaşayış məntəqəsinin ərazisi vaxtilə Qarabağ xanlarının yurd yeri olmuşdur. Burada xanlara məxsus at ilxıları saxlandığından kənd belə adlandırılmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Xanlıqtəpə yaşayış yeri
Xınalıqtəpə — Azərbaycanın Ağcabədi rayonunun Qaraxanlı kəndindən 800 metr cənubda yerləşən abidə. Təpənin diametri 170 metr və hündürlüyü 7 metr təşkil edir olan. Təpənin qərb hissəsi tamamilə dağılmışdır. Ərazidən toplanılmış saxsı kolleksiyası neolit və Leylatəpə mədəniyyəti dövrlərinə aid edilir.

Digər lüğətlərdə

акклиматизи́роваться округли́ться разду́маться сюрпри́з в один го́лос динами́ческий досказа́ть дуба́сить зя́блевый инвали́дка консекве́нтный мясопу́стный наотлёт перечи́ркать разуха́бистый ро́зочка каптенармус Alemannic birdling dog-wheat fakelore West Bengal обмывание понимать похмелье