XANSULTAN

soltanların xanı, sultanların hökmdarı.
XANSOLTAN
XANSUVAR
OBASTAN VİKİ
Xansultan Daçiyev
Xansultan Daçiyev (rus. Хансултан Чапаевич Дачиев; 12 dekabr 1922, Qudermes rayonu, Çeçen Muxtar Vilayəti[d] – 2001, Qudermes, Çeçenistan) — İkinci Dünya müharibəsi dövründə Qırmızı Orduda xidmət etmiş çeçen süvari. 15 yanvar 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Lakin sonradan etnik mənsubiyyətinə görə Cəlal-Abada sürgün edilmişdir. Lavrenti Beriyaya çeçen xalqının hüquqlarının geri qaytarılmasını tələb edən məktub yazmasından sonra tutuldu və iyirmi il həbs cəzasına məhkum edildi. Həbs edildikdən sonra Sovet İttifaqı Qəhrəmanı adı və digər hərbi medalları ləğv edildi. Nəhayət 1985-ci ildə sərbəst buraxıldı və bəraət aldı. Həmçinin Sovet İttifaqı Qəhrəmanı adı Mixail Qorbaçov tərəfindən ona yenidən verildi. Xansultan Daçiyev 12 dekabr 1922-ci ildə indiki Çeçenistanda yerləşən Qerzel-Aul bölgəsində kəndli ailəsində anadan olmuşdur. İbtidai məktəbi bitirdikdən sonra yerli kənd sovetində katib işləmişdir.
Akif Xansultanlı
Akif Xansultanlı (Akif Bəkir oğlu Xansultanlı; 7 noyabr 1974, Sadaxlı, Marneuli rayonu)— şair, publisist,jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qarapapaqlar jurnalının baş redaktorudur. == Həyatı və təhsili == Akif Bəkir oğlu Xansultanlı 1974-cü il noyabrın 7-də qədim Borçalı mahalında - indiki Gürcüstanın Marneuli rayonundakı Sadaxlı kəndində anadan olub. 1991-ci ildə 1 saylı Sadaxlı kənd orta məktəbini bitirib. 19921997-ci ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinda “Kulturologiya” fakültəsində ali təhsil alıb. == Elmi fəaliyyəti və bədii yaradıcılığı == 1999-cu ildən 2003-cü ilə kimi Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin Muzey İşi üzrə Respublika Elmi-Metodiki Mərkəzinin baş redaktoru vəzifəsində çalışıb. 2003-cü ildən 2007-ci ilə qədər AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətini davam etdirib. 2007-ci ildən etibarən, Tifl isdə nəşr olunan “Qarapapaqlar” aylıq elmi-kütləvi dərgisinin təsisçisi və baş redaktorudur. AMEA-nın Beynəlxalq Münasibətlər İnstitutunun aspiranturasında davam etdirib. Elmi məqalə və şeirləri ilə mətbuatda vaxtaşırı çıxış edib. İlk dəfə Gürcüstandakı anadilli mətbuatımızın elektron versiyası və internet saytının qurulması da “Qarapapaqlar” jurnalının adi ilə tarixiləşib.