XANVƏLİ
XARİQ
OBASTAN VİKİ
Xanzadə Sultan
Xanzadə Zəhra Sultan və ya Xanzadə Osmanoğlu (19 sentyabr 1923, Konstantinopol – 19 mart 1998, Paris) — Osmanlı sülaləsinin üzvü. == Həyatı == Xanzadə Sultan 19 sentyabr 1923 tarixində ailəsinin yeni yaşamağa başladığı Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Şahzadə Ömər Fərrux Əfəndi son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin oğlu, anası Sabiha Sultan isə son Osmanlı sultanı VI Mehmed Vahidəddinin qızı idi. Xanzadə ailənin ortancıl qızı idi və özündən başqa Fatma Nəslişah və Nəcla adlı 2 bacısı vardı. 3 mart 1924 tarixli 431 saylı qanunla 6 aylıq Xanzadə Sultan ailəsiylə birlikdə sürgünə getdi. Uşaqlıq və gənclik illəri Fransanın Nitsa şəhərində keçdi. Burada bacıları və Naciyə Sultanın övladları Mahpeykər xanım, Türkan xanım və Sultanzadə Əli bəylə birlikdə ögey ataları Mehmed Kamil bəy (Ənvər Paşanın qardaşı) tərəfindən Osmanlı türkcəsini öyrəndilər. 17 yaşı olanda, ailəsinin istəyilə Misirin kral ailəsindən olan Məhəmməd Əi İbrahimlə (d. 29 aprel 1900, Qahirə - ö. 2 iyul 1977, Paris) evləndi.
Kəlbəli xan Naxçıvanski (xanzadə)
Kəlbəli xan Naxçıvanski (1824, Naxçıvan – 1883, Naxçıvan) — Rusiya İmperiya Ordusunda azərbaycanlı süvari generalı (14 sentyabr 1874). O, sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin oğlu, süvari generalı və general-adyutant Hüseyn xan Naxçıvanskinin atası, süvari generalı İsmayıl xan Naxçıvanskinin qardaşıdır. Onun adı bəzi rus mənbələrində Kalbalay xan Naxçıvanski deyə keçir. Naxçıvanskilər nəslinə mənsubdur. == Hərbi xidmətə başlaması == Kəlbəli Xan Naxçıvanski 14 yaşında ikən Peterburqdakı zadəgan uşaqlarına məxsus Paj korpusu məktəbinə verilmiş, lakin qəfildən xəstələndiyinə görə Naxçıvana qayıtmalı olmuşdur.. Sağlamlığını bərpa etdikdən sonra Kəngərli Süvari Alayında xidmətə başlamış və 1848-ci ildə artıq Kəngərli Süvari Alayınnı komandiri kimi Dağıstan yürüşündə iştirak etmidir. Kəlbəli xan ilk rütbəsini 1849-cu ildə almışdı. Rusiya imperiyasının Hərbiyyə Nazirliyi əmrində deyilirdi: Sankt Peterburq. 1849-cu ilin 31 martı. No.
Xanzadə Sultan (I Əhmədin qızı)
Xanzadə Sultan (1609, Konstantinopol – 23 sentyabr 1650, Konstantinopol) — 14-cü Osmanlı sultanı I Əhmədin qızı. == Həyatı == === Sultan Əhməd dövrü === Xanzadə Sultan 1609-cu ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası isə Mahpeykər Kösəm Sultandır. Bəzi mənbələrdə anasının Mahfiruz Xədicə Sultan olduğu qeyd olunsa da, Sultan Osmanın taxta çıxması ilə Köhnə saraya sürgün olunan xanım sultanlar arasında olması bu iddianı təkzib edir. Uşaqlıq illəri ilə bağlı yetərli məlumat yoxdur. Ancaq 1617-ci ilin noyabrında atası Sultan Əhmədin vəfat etməsiylə anası Mahpeykər Kösəm Sultan və bacıları Fatma, Abidə, Atikə və Aişəylə birlikdə Köhnə saraya göndərildilər. === Sultan Murad dövrü === Əmisi Sulan Mustafanın və ögey qardaşı Sultan Osmanın qısa səltənətlərinin ardından doğma qardaşı Sultan Muradın 1623-cü ilin sentyabrında taxta çıxmasının ardından anası və bacıları ilə birlikdə yenidən Topqapı sarayında yaşamağa başladılar. Elə həmin tarixdə yeniçəri ağası Ladikli Bayram ağayla evləndirildi. Nigahın ardından vəzir rütbəsi alan Bayram Paşa üçün Üsküdarda bir saray təsis edildi. Həm Sultan Murad və taxt naibəsi olan anası Validə Mahpeykər Kösəm Sultana yaxınlığı, həm də Xanzadə Sultanın təsiriylə 2 fevral 1637-ci ildə Bayram Paşa sədarətə yüksəldi.

Значение слова в других словарях

-есс-(а) без уваже́ния ворси́льня герои́чность изгоро́да протя́вкать прошлифо́вывание расшлихто́вка созна́ться чу́шки широкомасшта́бный водолече́бный зая́корить концептуали́зм состру́нивать эффекти́вность острый препинание шугай Chichagof phraseograph ribbon building system engineering должать лакмус