XANƏGAH

i. 1. place for dervishes; cloister for dervishes; 2. dwelling / living quarters pl., abode

XANƏDAN
XANƏXƏRAB
OBASTAN VİKİ
Xanəgah
Xanəgah və ya xangah bir təriqətin bütün təkyələrinin bağlı olduğu və şeyxin yaşadığı təriqətdə ən ali məqamdakı təkyəyə deyilir.Təkyələr əsasən təhsil və tərbiyə məkanları olub ara-sıra məscid vəzifəsini də yerinə yetirirdi. Şeyxin ailəsi ilə birgə qaldığı hissə ümumiyyətlə, təkyəyə bitişik olurdu. Zaman keçdikcə təkyələr memarlıq baxımından da böyük inkişaf yolu keçmişdir. Mükəmməl quruluşlu xanəgahda səmaxana, xəlvətxana, hücrələr-drviş otaqları, kiler-mətbəx, qəhvəxana ocağı, hamam, məscid, axur,şeyx türbələri olur.Həmişə təkyədə qalan dərvişlər eyni zamanda təkyə xidmətlərini də həyata keçirirdilər. Təkyənin xərcləri vəqflər yolu ilə əldə olunur, dərvişlər də qazandıqlarının bir qismini bağlı olduqları təkyəyə bağışlayırdılar. Zikr məclislərində bəstəli olaraq ilahilər oxunduğu üçün şeir və musiqi dünyası təkyələrlə yaxından əlaqəli idi. Başqa sözlə təkyələr dini və ictimai funksiyası ilə yanaşı ədəbiyyat və incəsənətin inkişaf və mühafizəsində də mühüm rol oynamışdır.
Xanəgah (Azərşəhr)
Xanəgah (fars. خانقاه‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,388 nəfər yaşayır (370 ailə).
Xanəgah (Bükan)
Xanəgah (fars. خانقاه‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 138 nəfər yaşayır (22 ailə).
Xanəgah (Bərdə)
Xanəgah — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Xanəgah Bərdə rayonunun Alpout kənd inzibati ərazi vahidində yerləşən kənddir. Xanəgah kəndi Qarabağ düzündədir. Xanəgah oronimi ziyarətgah, pir və müqəddəs qəbirlərin ətrafında qurulmuş tikililər və ya zəvvarlara məxsus tikili qurumlarına verilən ümumi ad Xanəgahla bağlıdır. Xanəgahlar ümumiyyətlə "dərvişlərin məskəni" mənasında olub, müqəddəs yerlərin üstündə tikilirdi. Culfadakı şeyx Xorasan (Fəzlullah Nəimi), Lerikdəki Xoca Seyid türbələri belə xanəgahlardandır. Oykonim fars mənşəli, xanə və gah komponentlərinin birləşməsidir. Xanəgah "ziyarətgah", "pir yeri" mənasındadır.
Xanəgah (Culfa)
Xanəgah — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Kənd rayon mərkəzindən 33 km şimalda, Əlincə çayının sol sahilində yerləşir. == Tarix və etimologiyası == Ziyarətgah, pir və müqəddəs qəbirlərin ətrafında qurulmuş tikililər və ya zəvvarlara məxsus tikili qurumlarına verilən ümumi ad xanəgahla bağlıdır. Xanəgahlar ümumiyyətlə "dərvişlərin məskəni" mənasında olub, müqəddəs yerlərin üstündə tikilirdi. Culfadakı Şeyx Xorasan (Fəzlullah Nəimi), Lerikdəki Xoca Seyid türbələri belə xanəgahlardandır. Toponim fars mənşəli "xanə" və "gah" komponentlərinin birləşməsidir. Ümumən, "xanəgah" sözü "ziyarətgah", "pir" mənasını verir. Culfa rayonunun Xanəgah kəndi yaxınlığında (Orta Anzır kəndinin qalıqlarından şərq tərəfdə) dağdan qopan iri qaya parçasının üzərində qaya işarələri qeydə alınıb. Bu işarələr haqqında Xanəgah kənd məktəbinin müəllimi Nəcəf Nəcəfov məlumat verib. İlkin araşdırmalar nəticəsində aydın olub ki, tapılan qaya üzərindəki təsvir ayrılıqda çəkilmiş üç rəsmdən ibarətdir.
Xanəgah (Cəlilabad)
Xanəgah — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Xanəgah oronimi ziyarətgah, pir və müqəddəs qəbirlərin ətrafında qurulmuş tikililər və ya zəvvarlara məxsus tikili qurumlarına verilən ümumi ad Xanəgahla bağlıdır. Xanəgahlar ümumiyyətlə "dərvişlərin məskəni" mənasında olub, müqəddəs yerlərin üstündə tikilirdi. Culfadakı şeyx Xorasan (Fəzlullah Nəimi), Lerikdəki Xoca Seyid türbələri belə xanəgahlardandır. Oykonim fars mənşəli, xanə və gah komponentlərinin birləşməsidir. Xanəgah «ziyarətgah», «pir yeri» mənasındadır. == Toponimikası == Cəlilabad r-nunun eyniadlı i.ə.v.-də kənd. Burovar silsiləsinin yamacındadır; Oronim ziyarətgah, pir və müqəddəs qəbirlərin ətrafında qurulmuş tikililər və ya zəvvarlara məxsus tikili qurumlarına verilən ümumi ad Xanəgahla bağlıdır. Xanəgahlar ümumiyyətlə "dərvişlərin məskəni" mənasında olub, müqəddəs yerlərin üstündə tikilirdi. Culfadakı Şeyx Xorasan (Fəzlullah Nəimi), Lerikdəki Xoca Seyid türbələri belə xanəgahlardandır.
Xanəgah (Heris)
Xanəgah (fars. خانقاه‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 420 nəfər yaşayır (97 ailə).
Xanəgah (Kəleybər)
Xanəgah (fars. خانقاه كندي‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 14 nəfər yaşayır (5 ailə).
Xanəgah (Lerik)
Xanəgah — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Xanəgah Lerik rayonunun Osyedərə kənd inzibati ərazi vahidində yerləşən kənddir. Xanəgah kəndi dağətəyi ərazidədir.Xanəgah kəndi qədim yaşayış məskəni olduğu üçün yerli sakinlər kəndin adına talış dilində Xunaqo deyirlər. Talış dilində Xun-qan, qo-yer deməkdir. Burada ərəblər yerli əhalini qılıncdan keçirərək xeyli qan tökmələridir.Kəndin həqiqi adı Xunaqodur. Təqribən VII əsrdə burada islam dinini zorla-qan tökərək yayan Xoca Seyyid -bu ləqəbdir əsil adı məlum deyil-olmuşdur.Sonradan burada vəfat edən Xoca Seyyid bu kənddə dəfn edilmiş,onun qəbri müqəddəsləşdirilmiş,üzərində XIII-XIV əsrlərdə qəbirüstüabidə-türbə tikilmişdir.Şiəliyin təbliğində mədrəsə kimi istifadə olunmuşdur. Hal-hazırda bu abidə dövlət tərəfindən qorunur. Xanəgah oronimi ziyarətgah, pir və müqəddəs qəbirlərin ətrafında qurulmuş tikililər və ya zəvvarlara məxsus tikili qurumlarına verilən ümumi ad Xanəgahla bağlıdır. Xanəgahlar ümumiyyətlə "dərvişlərin məskəni" mənasında olub, müqəddəs yerlərin üstündə tikilirdi. Culfadakı şeyx Xorasan (Fəzlullah Nəimi), Lerikdəki Xoca Seyid türbələri belə xanəgahlardandır.
Xanəgah (Marağa)
Xanəgah (fars. خانقاه‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 766 nəfər yaşayır (202 ailə).
Xanəgah (Quba)
Xanəgah — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Oykonim fars mənşəli, xanə və gah komponentlərinin birləşməsidir. Xanəgah «ziyarətgah», «pir yeri» mənasındadır.Alternatif bir görüşə əsasən isə Ərəb mənşəli södür == Toponimikası == Quba rayonunu Rustov i.ə.v.-də kənd. Çağacıq çayı sahilindədir; Oronim ziyarətgah, pir və müqəddəs qəbirlərin ətrafında qurulmuş tikililər və ya zəvvarlara məxsus tikili qurumlarına verilən ümumi ad Xanəgahla bağlıdır. Xanəgahlar ümumiyyətlə "dərvişlərin məskəni" mənasında olub, müqəddəs yerlərin üstündə tikilirdi. Culfadakı Şeyx Xorasan (Fəzlullah Nəimi), Lerikdəki Xoca Seyid türbələri belə xanəgahlardandır. == Əhalisi == 2009-cu ilin siyahıya alınmasına əsasən kəndə 717 nəfər əhali yaşayır. Əhali tatlardan ibarətdir. 2023-cü ilin siyahıya alınmasına əsasən kənddə 732 nəfər əhali yaşayır.
Xanəgah (Soyuqbulaq)
Xanəgah (fars. خانگه‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 82 nəfər yaşayır (15 ailə).
Xanəgah (Urmiya)
Xanəgah (fars. ‎‎‎‎‎خانقاه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 470 nəfər yaşayır (78 ailə).
Xanəgah (Xankəndi)
Xanəgah — Azərbaycan Respublikasının Xankəndi şəhərinin inzibati ərazi vahidində kənd. 1992-ci il yanvarın 15-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib == Tarixi == Burada ilkin yaşayışın XVIII əsrin ortalarına aid olduğu deyilir. Deyilənlərə görə həmin illərdə xan tərəfindən Əsgəran qalası tikilən zaman xanın adamları burada məsgən salıblar. Həmçinin qalanın bir hissəsi də bu kəndin torpaqlarına düşür. "Əgah", "Gah" sözləri də Azərbaycanda rast gəlinən toronimdir və mənası "yaşayış yeri", "yeni salınmış kənd" mənalarını verir. Belə aydın olur ki, kəndin ilk nümayəndələri də xanın adamları olub. Qarabağ xanlığı dağıldıqdan sonra bolşeviklər, ermənilər, SSRİ rəhbərliyi tərəfindən bu kəndin izi itirilmişdi. Lakin 1950-ci illərin sonlarında Xanəgah yenidən kənd statusu aldı və həmin ərəfədə bu ərazidə 100-ə yaxın müsəlman, 10-larla erməni ailəsinin yaşadığı bildirilirdi. Həmin dövrə kimi kəndin əraziləri xalq tərəfindən "Əsgəran bağları" adlandırılırdı. == Coğrafiyası və iqlimi == Kənd Əsgəranla həmsərhəddir və cənubunda yerləşir.
Xanəgah (Xoy)
Xanəgah (fars. خانقاه‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 460 nəfər. yaşayır (98 ailə).
Xanəgah (Xudafərin)
Xanəgah (fars. خانقاه‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 90 nəfər yaşayır (16 ailə).
Xanəgah (dəqiqləşdirmə)
Xanəgah —AzərbaycandaXanəgah (Cəlilabad) — Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Xanəgah (Lerik) — Lerik rayonunun inzibati ərazi vahidində kənd. Xanəgah (Culfa) — Culfa rayonunun inzibati ərazi vahidində kənd. Xanəgah (Quba) — Quba rayonunun inzibati ərazi vahidində kənd. Xanəgah (Xankəndi)İrandaXanəgah (Azərşəhr) Xanəgah (Ərdəbil) Xanəgah (Xudafərin) Xanəgah (Xoy) — Xanəgah (Çaypara) — Xanəgah (Kəleybər) — Xanəgah (Marağa) Xanəgah-i Gilavan == Həmçinin bax == Xanagah — Azərbaycanın İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.
Xanəgah (söz)
Xanəgah və ya xangah bir təriqətin bütün təkyələrinin bağlı olduğu və şeyxin yaşadığı təriqətdə ən ali məqamdakı təkyəyə deyilir.Təkyələr əsasən təhsil və tərbiyə məkanları olub ara-sıra məscid vəzifəsini də yerinə yetirirdi. Şeyxin ailəsi ilə birgə qaldığı hissə ümumiyyətlə, təkyəyə bitişik olurdu. Zaman keçdikcə təkyələr memarlıq baxımından da böyük inkişaf yolu keçmişdir. Mükəmməl quruluşlu xanəgahda səmaxana, xəlvətxana, hücrələr-drviş otaqları, kiler-mətbəx, qəhvəxana ocağı, hamam, məscid, axur,şeyx türbələri olur.Həmişə təkyədə qalan dərvişlər eyni zamanda təkyə xidmətlərini də həyata keçirirdilər. Təkyənin xərcləri vəqflər yolu ilə əldə olunur, dərvişlər də qazandıqlarının bir qismini bağlı olduqları təkyəyə bağışlayırdılar. Zikr məclislərində bəstəli olaraq ilahilər oxunduğu üçün şeir və musiqi dünyası təkyələrlə yaxından əlaqəli idi. Başqa sözlə təkyələr dini və ictimai funksiyası ilə yanaşı ədəbiyyat və incəsənətin inkişaf və mühafizəsində də mühüm rol oynamışdır.
Xanəgah (Çaypara)
Xanəgah (fars. خانقاه‎) -(azərb. Xanəgah,Çors Xənyəsi‎)- İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 792 nəfər yaşayır (167 ailə).
Xanəgah (Ərdəbil)
Xanəgah (fars. خانقاه‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 469 nəfər yaşayır (112 ailə).
Xanəgah bələdiyyəsi
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xanəgah körpüsü
Naxçıvan ərazisindən keçən ticarət karvanlarına və əhaliyə xidmət etmək məqsədi ilə salınan körpülərdən biri də Culfa bölgəsinin Xanəgah kəndinin ortasından keçən, Əlincəqalanın şərq ətəyindən axan Əlincəçayın üzərindəki körpüdür. Uzun müddət fəaliyyət göstərən bu körpü zaman keçdikcə aşınaraq sıradan çıxmış, uçub-dağılmış və məhv olmuşdur. Onun qalıqları çayın suyu tərəfindən tədricən yuyularaq axıb getmiş və itib batmışdır. Özül ilə suyun altında qaldığı üçün görünməz olmuşdur. Ona görə də kəndin əhalisi arasında körpü haqqında heç bir məlumat olmamışdır. Ancaq 2003-cü ildə həmin ərazidə inşaat işləri aparılarkən, yeni körpü üçün özül qazılarkən körpünün qalıqları aşkar olunmuşdur. Qalıqlarına və həmin ərazidə çayın eninə əsasən təxmini də olsa ehtimal etmək olar ki, o çox böyük, uzunluğu 50 metrə yaxın, eni 3 metr olmuşdur. Körpünün yerləşdiyi ərazinin pelyefinə əsasən demək olar ki, körpü xeyli hündür olmuşdur. Onun qərb tərəfdən sonuncu dayağı təbii özülün - qayanın üzərində qərar tutmuşdur. Zəngin tarixi keçmişə, ərazisində Əlincəqala kimi möhtəşəm müdafiə qalasının olmasına, sufiliklə bağlı böyük bir mərkəzin – Əlincəçay xanəgahının fəaliyyət göstərməsinə, Hurifilik təlimi ardıcıllarının yaşamasına, öz ideyalarını yaymaq üçün fəaliyyət göstərməsinə və digər tarixi faktlara əsasən demək olar ki, körpü zəmanəsinin Əlincəçay üzərində mövcud olan ən mühüm keçid vasitələrindən biri olmuşdur.
Xanəgah məscidi
Xanəgah məscidi (Culfa) — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Xanəgah kəndində yerləşən məscid. Xanəgah məscidi (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun Xanəgah kəndində yerləşən məscid.
Xanəgah nekropolları
Xanəgah nekropolu I — Culfa rayonunun Xanəgah yaşayış yerinin şimal şərqində orta əsrlərə aid arxeoloji abidədir. Nekropol hazırda memarlıq kompleksinin ətrafına çəkilən daş divarla iki hissəyə bölünmüşdür. Qəbirlər demək olar ki, dağıdılmışdır. Əksəriyyəti yalnız başdaşılarına görə seçilir (bəzilərində ərəbcə kitabə var). Vaxtilə bir neçə qəbrin üzərində mərmərin xüsusi növündən — oniksdən hazırlanmış sinə daşları var idi. Onlar Naxçıvan Dövlət Tarix Muzeyində saxlanılır. Orta əsrlər üçün səciyyəvi olan maddi mədəniyyət nümunələri əldə olunmuşdur. Xanəgah nekropolu XII–XVI əsrlərə aid edilir. . Xanəgah nekropolu II — Culfa rayonunun Xanəgah kəndində, Şeyx Xorasan memarlıq kompleksinin cənubunda, hündür təpənin yamacında yerləşir. Abidə 2006-cı ildə qeydə alınmışdır.
Xanəgah türbəsi
Xanəgah türbəsi — Xanəgah türbəsi Culfa rayonunun Xanəgah kəndində, Əlincəçayın sahilində orta əsrlərə aid memarlıq abidəsidir. Orta əsr Xanəgah yaşayış yerinin mərkəzindədir. Türbə binasında qapı yerinin üstündən düşmüş kitabəli daş lövhə türbənin içərisində saxlanılır. Kitabədə türbə binasının şəhid əmir Seyid Əhməd əl-Oğul Şaminin oğlu, Sahib əl-əzəm (vəzir) Hacı Məhəmmədin Qaraqoyunlu Cahanşah dövründə (1435-1467) oğlu Əmirxan üçün tikdirdiyi göstərilir. Giriş baştağının memarlıq elementləri Mömünə xatun türbəsinin elementlərinə oxşayır. Türbə sərdabə planında düzbücaqlı formada olub, daş və kərpicdən tikilmişdir. Bərkidici maddə kimi əhəng qatılmış kəc məhlulundan istifadə edilmişdir.
Davadariya xanəgahı
Davadariya xanəgahı — Dəməşq şəhərində XIII əsrə aid xanəgah. == Tarixi == İbn Kəsir 1298-ci il hadisələri haqqında danışarkən Davadariya xanəgahı, oradakı mədrəsə və hədis evi barədə məlumat vermişdir. Bəzən xanəgah şeyxi həm də mədrəsədə dərs deyə bilirdi. Mahmud ibn Əli ibn İsmayıl ibn Yusif ət-Təbrizi (1319) bu"Şafiiyyə" mədrəsəsində dərs demiş, həm də "Davadariya" xanəgahının şeyxi olmuşdur. Dəməşq Universitetində təhsil almış İbn əs-Sabuni xəbər verirdi ki, Əbül-Qasım ibn Ruvaha əl-Ənsari kimi alim şeyx Azərbaycanın Şirvan bölgəsindən olan Əbül Həsən əl-Müfəddidin tələbəsi olmuşdur. Əbül-Həsən ona qiraətdən dərs demişdi. İbn əs-Sabuninin özünün Dəməşqdə mühazirələrini dinlədiyi digər azərbaycanlı ziyalı 1164-cü ildə anadan olmuş Əbu Şəfa Xəlil ibn Əhməd ibn Xəlil ət-Təbrizi 1257-ci ildə vəfat edənə qədər burada qalaraq fəaliyyətini davam etdirmiş, Dəməşqdə, sufilərin qəbirstanlığında dəfn edilmişdir. == Həmçinin bax == Xanəgah Pir Hüseyn xanəgahı Pir Xamuş xanəgahı Hala Sultan Xanəgahı Əlincəçay xanəgahı Pir Yaqub xanəgahı Pir Mərdəkan xanəgahı Xudu Divanə xanəgahı == İstinadlar == == Xarici keçidlər == Nərgiz Əliyeva. Orta əsrlərdə Azərbaycan alimlərinin elmi əlaqələri və tədris fəaliyyəti. Bakı: "Turxan" NPB, 2015.
Hala Sultan Xanəgahı
Hala Sultan Xanəgahı (türk. Hala Sultan Tekkesi) - Kipr Respublikasının ərazisində yerləşən xilafət dönəmindən qalma xanəgah. Hala Sultan Xanəgahı Kipr adasında yerləşən ən məşhur müsəlman din mərkəzlərindən biri hesab olunur. Dini tikili Larnaka şəhərində yerləşən Duz gölünün yaxınlığında inşa edilmişdir. VII-X əsrlərdə Ərəb Xilafətinin Kipr adasına səfərləri başlanır. Səfərlər əsnasında Məhəmməd Peyğəmbərin qohumu olduğununa inanılan Hala Sultanın (Ümmü Haram) Larnaka şəhərində vəfat edir və onun vəfat etdiyi yerin üzərində 647-649-ci il tarixləri ərzində xanəgah inşa edilir. Yeddi əsrə yaxın adanın müsəlman əhalisinə xidmət edən xanəgah XVIII əsrdə Osmanlı İmperiyasının nəzarəti altına keçir və Osmanlı dönəmində Hala Sultan Xanəgahı yenidən restavriasiya edilir.
Pir-i Süleyman Xanəgahı
Naxçıvan bölgəsində fəaliyyət göstərən xanəgah – türbələrdən biri də Şərur rayonunun Tənənəm kəndindəki Pir-i Süleyman adı ilə məşhur olan ziyarətgahdır. ===== Memarlıq quruluşu ===== Pir memarlıq baxımından о qədər də möhtəşəm olmayan bir binadan ibarətdir (şəkil 59). Binanın günbəzi tacvari formalı olub, dairəvi planlıdır. Vaxtı ilə abidənin giriş qapısı üzərində kitabə olsa da həmin epiqrafik sənəd zaman keçdikcə məhv olaraq sıradan çıxmışdır. Binanın içərisində qəbir vardır. Pirdə əsas ziyarət obyekti bu qəbirdir. Ancaq qəbirin və binanın üstündə epiqrafik sənəd-kitabə olmadığı üçün onların tarixi, mənsubiyyəti və təyinatı haqqında sanballı elmi fikir söyləmək mümkün deyildir. ===== Tarixi və mənşəyi ilə bağlı mülahizələr ===== Yaşlı əhalinin söylədiyinə görə pirin tarixi Tənənəm kəndinin tarixindən qədimdir. Pirin nə üçün "Piri-i Süleyman" adlanması haqqında dəqiq məlumat yoxdur. Fikrimizcə, ziyarətgahın adındakı "Pir" sözü sufi təriqəti rəhbərlərinə verilən ən yüksək tituldur.
Pir Hüseyin xanəgahı
Pirsaat xanəgahı, Pirsaatçay xanəgahı və ya Pir Hüseyn xanəgahı – Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndi ərazisində yerləşən XI – XII əsrlərə aid sufi xanəgahı. == Tarixi == Pirsaatçay xanəgah kompleksi abidəsinin üzərindəki kitabələrdən məlum olduğu üzrə Şirvanşahların Kəsrani nəslindən olan III Fəribürz və II Axsitanın zamanı, yəni XIII əsrdə əmələ gəlməyə başlamışdır. Abidə 1939–1940-cı illərdə hərtərəfli ölçülüb tədqiq edilmiş, daha sonralar, 1956–1965-ci illərdə bu kompleksdə bir sıra bərpa işləri aparılmışdır. Kompleksin əsas binası burada XIII əsrdə tikilmiş Şeyx Pir Hüseyn Şirvaninin məqbərəsidir. Şeyx Hüseyn Şirvani türbəsinin içərisindəki qəbir sənduqəsinin üzərini örtən kaşılar olduqca qiymətli sənət əsəridir. Təəssüf ki, kaşılar hələ XIX əsrdən başlayaraq sökülmüş, müxtəlif tədqiqatçı, yaxud təsadüfi adamlar tərəfindən qoparılaraq aparılmış və dünyanın müxtəlif muzeylərinə yayılmışdır. Pir Hüseyn kaşılarının böyük bir qrupu Rusiyanın Ermitajında,Gürcüstan Dövlət Muzeyində,Moskva Şərq Mədəniyyəti Muzeyində,Avropanın Luvr,Britaniya və başqa muzeylərində və kiçik hissəsi isə Bakıda, Nizami muzeyində saxlanılmaqdadır. Pir Hüseyn kaşılarının üzərində olan ornamental bəzəklər və kitabələr olduqca diqqəti cəlb edən, tarixi əhəmiyyətli materiallar olduğu üçün görkəmli rus şərqşünası V.A.Kraçkovskaya tərəfindən ətraflı şəkildə tədqiq edilmiş və bir monoqrafik əsər şəklində nəşr edilmişdir. Pir Hüseyn kaşılarının bir xüsusiyyəti də ondan ibarətdir ki, o zaman Azərbaycanda əsasən kəsmə kaşı tətbiq edildiyi halda bu binanın kaşı bəzəyi, əvvəlcə müəyyən naxışlar formasında çəkilib üzəri şirələndikdən sonra böyük təbəqələr şəklində bişirilmiş kaşı növündəndir. Belə kaşılar böyük parçalar şəklində olduğu üçün onların quraşdırılması kəsmə kaşıya nisbətən daha asanlıqla başa gəlirdi.
Pir Hüseyn xanəgahı

Pir Mərdəkan xanəgahı
Pir Mərdəkan xanəgahı – Azərbaycan respublikasının Şamaxı rayonundan 16 km cənub – qərbdə, Göylər kəndi ərazisində yerləşən tarixi memarlıq abidəsi. Kompleksə türbə, xanəgah binası və kiçik yardımçı binalar daxildir. Türbə XIII-XIV əsrlərdə tikilib. Bəzi məlumatlara görə oz dövrünün görkəmli üləma alimlərindən olan Seyid Mərdəkaninin qəbri burdadır. == Tarixi == Məqbərənin içərisindəki qəbir daşında və divarda qalmış bəzi yazılar M. Nemətova tərəfindən oxunmuşdur. Bu yazılarda binanın tikildiyi tarix - hicri 583 – 600, miladi 1188 – 1203 – cü illər göstərilir. Üslub xüsusiyyətlərinə görə binanın tikilmə tarixi XIII əsrin əvvəllərin aid edilir.Xanəgahın ətrafinda qədim qəbristan, karvansara kompleksi var. Abidənin fasadında ərəbcə kufi elementli süls xəttilə yazılmış kitabədə deyilir: "Rəhmli və Mərhəmətli Allahın adı ilə. Bu qəbir Şeyx, İmam, ən böyük alim, mömin Tair Tac Əl-Hüda Mədəkani İbn Əlinindir. Allah onlara rəhmət eləsin..." Türbədə olan ikinci kitabəyə əsasən onun tarixini dəqiqləşdirmək mümkündür.
Pir Xamuş xanəgahı
Pir Xamuş xanəgahı və ya Pirqamış xanəgahı — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin Şahab məhəlləsində ziyarətgah. Əvvəllər möhrədən tikilmiş kiçik bir binadan ibarət olmuşdur. Bəzi tədqiqatçıların fikirlərinə görə isə, əvvəllər burada məscidin yerinə ətrafı qamışla hörülmüş pir olmuş, bu səbəbdən də sonralar onun yerində inşa olunan məscidə Pirqamış adı verilmişdir.Azərbaycanın müstəqilliyinin bərpasından sonra bu xanəgah yenidən bərpa olunmuşdur. Ümumi həyətyanı sahəsi 3000 m², iç sahəsi isə 484 m²-dir. Hündürlüyü döşəmədən günbəzədək 13 metr, minarəsinin hündürlüyü 18 metrdir. Bəzi fikirlərə görə əvvəllər məscidin yerində ətrafı qamışla hörülmüş pir olmuş, bu səbəbdən də sonralar onun yerində inşa olunan məscidə Pirqamış adı verilmişdir. Əslində isə məscidin adı orta əsrlər zamanı bütün müsəlman şərqində olduğu kimi Azərbaycanda da geniş yayılan və ölkənin ictimai-siyasi və ideoloji həyatında mühüm rol oynayan sufi təriqətləri ilə əlaqədar yaranmışdır. Keçmişdə məscidin yerində sufi təriqətinin fəaliyyət göstərdiyi xanəgah da olmuşdur.Məscidin ilkin adı Pirqamış deyil, Pir Xamış olmuşdur. Adın birinci hissəsində qeyd olunan Pir titulu sufilikdə ən yüksək məqam sayılır və orta əsrlər zamanı çox nadir şəxsiyyətlərə verilirdi. Lüğətdə Pir sözü ziyarətgah, ocaq, qoca mənaları ilə yanaşı təriqət başçısı, şeyx, dini rəhbər, mürşid, bir təriqətin banisi və başçısı kimi də mənalan dırılır.
Pir Yaqub xanəgahı
Pir Yaqub xanəgahı — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində Möminə xatın türbəsindən şimalda ziyarətgah. Pir Yaqub xanəgahı uzun müddət tədqiqatçıların diqqətindən kənarda qalmışdır. Haqqında ilkin məlumatları XX yüzilliyin 30-cu illərində rus alimi K.N. Smirnov vermişdir. O, qeyd etmişdir ki, Möminə Xatun türbəsinin yaxınlığında Pir Yaqubun qəbri vardır. Sitayiş yeri olan bu unudulmuş qəbir hansı isə bir dərvişə məxsusdur. Orta əsrlər zamanı Naxçıvan şəhərində fəaliyyət göstərən xanəgahlardan biri də bu xanəgah olmuşdur. Bəktaşiyyə Sufi cəmiyyətinə mənsub olan və rəhbəri Pir Yaqubun adı ilə Pir Yaqub xanəgahı adlanan bu sufi məskəni Naxçıvanın ictimai-siyasi həyatında mühüm rol oynamışdır. Ancaq XIX yüzillikdən başlayaraq əksər sufi məskənləri kimi bu xanəgah da tənəzzül etmiş, zaman keçdikcə unudulmuşdur. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra xanəgah binası bərpa olunmuşdur.Binanın içərisində iki qəbir vardır. Qəbirlər səliqəli şəkildə düzəldilsə də, üzərində epiqrafik sənəd-kitabə olmadığı üçün onların mənsubiyyətini aydınlaşdırmaq mümkün olmamışdır.
Pirsaatçay xanəgahı
Pirsaat xanəgahı, Pirsaatçay xanəgahı və ya Pir Hüseyn xanəgahı – Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndi ərazisində yerləşən XI – XII əsrlərə aid sufi xanəgahı. == Tarixi == Pirsaatçay xanəgah kompleksi abidəsinin üzərindəki kitabələrdən məlum olduğu üzrə Şirvanşahların Kəsrani nəslindən olan III Fəribürz və II Axsitanın zamanı, yəni XIII əsrdə əmələ gəlməyə başlamışdır. Abidə 1939–1940-cı illərdə hərtərəfli ölçülüb tədqiq edilmiş, daha sonralar, 1956–1965-ci illərdə bu kompleksdə bir sıra bərpa işləri aparılmışdır. Kompleksin əsas binası burada XIII əsrdə tikilmiş Şeyx Pir Hüseyn Şirvaninin məqbərəsidir. Şeyx Hüseyn Şirvani türbəsinin içərisindəki qəbir sənduqəsinin üzərini örtən kaşılar olduqca qiymətli sənət əsəridir. Təəssüf ki, kaşılar hələ XIX əsrdən başlayaraq sökülmüş, müxtəlif tədqiqatçı, yaxud təsadüfi adamlar tərəfindən qoparılaraq aparılmış və dünyanın müxtəlif muzeylərinə yayılmışdır. Pir Hüseyn kaşılarının böyük bir qrupu Rusiyanın Ermitajında,Gürcüstan Dövlət Muzeyində,Moskva Şərq Mədəniyyəti Muzeyində,Avropanın Luvr,Britaniya və başqa muzeylərində və kiçik hissəsi isə Bakıda, Nizami muzeyində saxlanılmaqdadır. Pir Hüseyn kaşılarının üzərində olan ornamental bəzəklər və kitabələr olduqca diqqəti cəlb edən, tarixi əhəmiyyətli materiallar olduğu üçün görkəmli rus şərqşünası V.A.Kraçkovskaya tərəfindən ətraflı şəkildə tədqiq edilmiş və bir monoqrafik əsər şəklində nəşr edilmişdir. Pir Hüseyn kaşılarının bir xüsusiyyəti də ondan ibarətdir ki, o zaman Azərbaycanda əsasən kəsmə kaşı tətbiq edildiyi halda bu binanın kaşı bəzəyi, əvvəlcə müəyyən naxışlar formasında çəkilib üzəri şirələndikdən sonra böyük təbəqələr şəklində bişirilmiş kaşı növündəndir. Belə kaşılar böyük parçalar şəklində olduğu üçün onların quraşdırılması kəsmə kaşıya nisbətən daha asanlıqla başa gəlirdi.
Pirxamuş xanəgahı
Pir Xamuş xanəgahı və ya Pirqamış xanəgahı — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin Şahab məhəlləsində ziyarətgah. Əvvəllər möhrədən tikilmiş kiçik bir binadan ibarət olmuşdur. Bəzi tədqiqatçıların fikirlərinə görə isə, əvvəllər burada məscidin yerinə ətrafı qamışla hörülmüş pir olmuş, bu səbəbdən də sonralar onun yerində inşa olunan məscidə Pirqamış adı verilmişdir.Azərbaycanın müstəqilliyinin bərpasından sonra bu xanəgah yenidən bərpa olunmuşdur. Ümumi həyətyanı sahəsi 3000 m², iç sahəsi isə 484 m²-dir. Hündürlüyü döşəmədən günbəzədək 13 metr, minarəsinin hündürlüyü 18 metrdir. Bəzi fikirlərə görə əvvəllər məscidin yerində ətrafı qamışla hörülmüş pir olmuş, bu səbəbdən də sonralar onun yerində inşa olunan məscidə Pirqamış adı verilmişdir. Əslində isə məscidin adı orta əsrlər zamanı bütün müsəlman şərqində olduğu kimi Azərbaycanda da geniş yayılan və ölkənin ictimai-siyasi və ideoloji həyatında mühüm rol oynayan sufi təriqətləri ilə əlaqədar yaranmışdır. Keçmişdə məscidin yerində sufi təriqətinin fəaliyyət göstərdiyi xanəgah da olmuşdur.Məscidin ilkin adı Pirqamış deyil, Pir Xamış olmuşdur. Adın birinci hissəsində qeyd olunan Pir titulu sufilikdə ən yüksək məqam sayılır və orta əsrlər zamanı çox nadir şəxsiyyətlərə verilirdi. Lüğətdə Pir sözü ziyarətgah, ocaq, qoca mənaları ilə yanaşı təriqət başçısı, şeyx, dini rəhbər, mürşid, bir təriqətin banisi və başçısı kimi də mənalan dırılır.
Xanəgah-i Bəfrəcird
Xanəgah-i Bəfrəcird (fars. خانقاه بفراجرد‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 893 nəfər yaşayır (196 ailə).
Xanəgah-i Gilavan
Xanəgah-i Gilavan (fars. خانقاه گيلوان‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 112 nəfər yaşayır (40 ailə).
Xanəgah-i Sadat
Xanəgah-i Sadat (fars. خانقاه سادات‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 304 nəfər yaşayır (70 ailə).
Xanəgah-i Süfla (Kəleybər)
Xanəgah-i Süfla (fars. خانقاه سفلي‎) və ya Aşağı Xanəgah - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 77 nəfər yaşayır (12 ailə).
Xanəgah-i Süfla (Nəmin)
Xanəgah-i Süfla (fars. خانقاه سفلي‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 475 nəfər yaşayır (130 ailə).
Xanəgah-i Xangəh (Soyuqbulaq)
Xanəgah-i Xangəh (fars. خانقاه خانگه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,832 nəfər yaşayır (418 ailə).
Xanəgah-i Ülya (Nəmin)
Xanəgah-i Ülya (fars. خانقاه عليا‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 203 nəfər yaşayır (56 ailə).

Digər lüğətlərdə

безво́льно дота́чивать жанри́ст неиспы́танно попе́рчить слюдяно́й сучо́чек физико-математи́ческий бло́чный костри́чный моби́льность па́вой рыбочи́стка теса́ться фи́фти-фи́фти грубиян францоля Dryasdust logarithmical motion palmette right-to-die turpentine воодушевление теократия