XANƏLİ

xan Əli; böyük oğul.
XANƏHMƏD
XANƏMİR
OBASTAN VİKİ
Sarı xanəli
Xanəli Babayev
Xanəli Babəli oğlu Babayev - Filologiya elmləri namizədi == Həyatı == Xanəli Babəli oğlu Babayev 1963-cü ildə Zərdab rayonunun Qaravəlli kəndində anadan olub. Ali təhsillidir. Filologiya elmləri namizədidir. Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi və Bakı İslam Universitetinin Mingəçevir şöbəsinin direktor müavinidir. Mətbuatda müxtəlif mövzularda tez-tez çıxışlar edir. 3 kitab müəllifidir.
Xanəli Fəttayev
Xanəli Qəribəli oğlu Fəttayev (d. 22 sentyabr 1997; Lerik, Azərbaycan - ö. 29 yanvar 2017; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2017-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. == Həyatı == Xanəli Fəttayev 1998-ci ilin 22 sentyabr günündə Lerik rayonunun Molalan kəndi anadan olub. == Hərbi xidməti == Əsgər Xanəli Fəttayev 2017-ci ildə, yanvarın 29-u axşam saatlarında Azərbaycan-Ermənistan təmas xəttinin Tovuz rayonu istiqamətində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Yanvarın 30-u isə Xanəli Fəttayev Bakı şəhərinin Xəzər rayonunda, Binə qəsəbəsində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Fəttayev uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Xanəli Kərimli
Xanəli Kərimli (tam adı:Xanəli Abbasəli oğlu Kərimli; 27 noyabr 1951, Mahmudoba, Şahbuz rayonu) — şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Xanəli Kərimli 1951-ci ilin noyabr ayının 27-də Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub. Səkkizillik təhsilini 1958–66-cı illlərdə rayonun Mahmudoba kəndində alıb, orta təhsilini 1968–69-cu illərdə C. Məmmədquluzadə adına Şahbuz qəsəbə orta məktəbində tamamlayıb. 1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitunun Naxçıvan filialının filologiya fakültəsinə qəbul olub, 2-ci kursdan (1971) sonra institutun əsasına dəyişilib və buranı 1973-cü ildə fərqlənmə diplomu ilə bitirib. 1973–88-ci illərdə Badamlı kənd səkkizillik və Mahmudoba kənd orta məktəblərində müəllim, Şahbuz Rayon 167 saylı Kənd Orta Texniki Peşə Məktəbində dərs hissə müdiri işləmişdir. 1988–89-cu illərdə Y. Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun qiyabi şöbəsində metodist, 1989–91-ci illərdə Şahbuz qəsəbəsində tədris istehsalat kombinatının rəis müavini, 1991–96-cı illərdə Naxçıvan Dövlət Universitetinin "Fikir" qəzetinin redaktoru, eyni zamanda 1996–98-ci illərdə universitetin ədəbiyyat kafedrasında müəllimliklə bərabər, Beynəlxalq Əlaqələr şöbəsinin rəisi vəzifələrində çalışmışdı. 1998–2014-cü illərdə Əcnəbi tələbələrlə iş üzrə fakültənin dekanı vəzifəsində fəaliyyət göstərmişdir. Hazırda Ədəbiyyat kafedrasının dosenti və filologiya fakültəsinin müəllimidir. X. Kərimli 1987-ci ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyat şöbəsinin dissertantı kimi həmin institutun İxtisaslaşmış Müdafiə Şurasında "Cənubi Azərbaycan demokratik ədəbiyyatında hekayə janrının inkişafı (1941–1970)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
Xanəli Kərimov

Xanəli Tolış
Xanəli Tolış (tam adı: Xanəli Şirəli oğlu Ağayev) — Azərbaycan şairi. İxtisasca tarixçi-etnoqraf olsa da, azərbaycan və talış dillərində yazdığı şeir və poemaları ilə məşhurdur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Qızıl qələm" mükafatı laureatıdır. == Həyatı == Xanəli Tolış 1940-cı il martın 2-də Masallı rayonun Qızılavar kəndində anadan olmuşdur. 1958-ci ildə Bədəlan kənd orta məktəbini bitirmişdir. 1959-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin qiyabi tarix fakültəsinə daxil olub 1969-cu ildə oranı bitirmişdir. 1961-ci ildə 6 aya qədər "Yeni həyat" qəzeti redaksiyasında işləmişdir. 1961-ci ilin sentyabr ayından Qızılavar kənd 8-illik məktəbində pioner baş dəstə rəhbəri, 1962-ci ildən 1977-ci ilə kimi həmin məktəbdə tarix müəllimi və eyni zamanda partiya təşkilatı katibi işləmişdir. 1962-ci ilin noyabr 1965-ci ilin sentyabr tarixlərində hərbi xidmətdə olmuşdur.
Albaba Xanəliyev
Albaba Elşən oğlu Xanəliyev (22 yanvar 2002, Təzəkənd, Salyan rayonu – 5 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Albaba Xanəliyev 2002-ci il yanvar 22-də Salyan rayonunun Təzəkənd kəndində anadan olmuşdur. Subay idi. == Hərbi xidməti == Albaba Xanəliyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Albaba Xanəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Albaba Xanəliyev 5 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Albaba Xanəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Albaba Xanəliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Albaba Xanəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Albaba Xanəliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Sadıq Xanəliyev
Sadıq Şahsuvar oğlu Xanəliyev (8 mart 1936, Bist, Naxçıvan MSSR) — Azərbaycan şairi. == Həyatı == Sadıq Xanəliyev 1936-cı il mart ayının 8 də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonun Bist kəndində anadan olmuşdur. 1953-cü ildə VII sinfi əla qiymətlərlə bitirib Naxçıvan kənd təsərrüfatı texnikomunun aqronomluq şöbəsinə qəbul olunmuşdur. 1953-cü ildən o, respublikanın qəzetlərində publisist yazıları ilə çıxış etmişdir. 1956-cı ildə texnikomun IV kursundan ordu sıralarına hərbi xidmətə çağırılmışdır. Ordu sıralarında Moskva hərbi vilayətinin “Krasnı voin” qəzetində hərbi müxbir kimi yazıları ilə müntəzəm çıxış etmişdir. 1959-cu ildə hərbi xidmətdən tərxis edilən Sadıq Xanəliyev texnikomda təhsilini davam etdirərək oranı bitirmiş və 1960-cı ildə Bist kəndindəki “oktyabrın 40 illiyi” adına olan kalxozda aqronom və orta məktəbinə əmək təlimi müəllimi təyin edilmişdir. 1964-cü ildə S.M.Kirov adına Azərbaycan dövlət universitetinin filologiya fakültəsinə daxil olaraq 1970-ci ildə oranı bitirmişdir. 1951-ci ildən publisist yazıları, 1963-cü ildən isə qəzet, jurnal və almanaxlarda şeirləri ilə çıxış etmişdir. Rəsmi nümayəndə tərkibində 1964, 1976 və 1988-ci illərdə Azərbaycan respublikası komsomolu və SSRİ müəllimləri qurultayının nümayəndəsi olmuş, 1975-88-ci illərdə isə fasiləsiz olaraq SSRİ-Fransa dostluq cəmiyyətinin xətti ilə Moskva, Kiev, Oryol, Kursk, Leninqrad, Bryansk, Riqa, Kaluş, İvanova, Kenovçı və Belqrad şəhərlərindəki məktəblilərinin ümumittifaq görüşlərində iştirak etmişdir.
Xanəlidərəsi (Germi)
Xanəlidərəsi (fars. خانعلي دره سي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 31 nəfər yaşayır (13 ailə).
благозву́чный взва́ливание глад испла́каться оши́кивать перека́лка радиофи́зика экспанси́вный втяну́ть дотанцо́вываться заба́гривать недисциплини́рованность прототи́п распла́стывать резофа́новый экумени́стский baudkin bore Enzed high-up polydisperse скостить фельдмаршал фонология частичка