Tikan. (“Koroğlu” dastanının lüğəti)
Çənlibeldə qar görünür,
Güllər mənə xar görünür,
Günüm ahü zar görünür,
Bir qaydıma qalan yoxdu.
(“Eyvazın Çənlibelə gətirilməyi”)
*
Gülü tapşurdular xara,
Cigər oldu hazar para,
Nə göz tikmisən Nigara,
Firəng oğlu, firəng oğlu?
(Paris nüsxəsi, 5-ci məclis)
Zəlil, etibarsız. (“Koroğlu” dastanının lüğəti)
Dəlilərim, bu gün dava günüdü,
Atlanın, yaradan bizə yar olsun!
Mərd igidlər yarasından bəllidi,
Namərdləri qoy tər bassın, xar olsun!
(“Koroğlunun Dərbənd səfəri”)