XARA

is. Özündən naxışları olan parlaq ipək parça.
Gün vurduqca ağacların yarpaqları rəngdən-rəngə düşür, xara parça kimi bir anda cürbəcür rəngə çalırdı. Ə.Vəliyev.
[Sərvinaz Şahmara:] Ata-babamız öz üstünə çəkməyə mitil tapmayanda, xaradan qonaq yorğanı düzəltdirib. B.Bayramov.
Xaradan uzun xalat geyinmiş bəstəboy, zərif bir qadın pilləkənlə enirdi. İ.Hüseynov.

// Xaradan tikilmiş.
Xara don, xas labada; Şəddə üstə şalı qəşəng. Aşıq Ələsgər.
[Əminə] qıvraq görkəminə çox yaraşan baftalı, uzun xara tuman … geymiş, başına da heyratı kəlağayı örtmüşdü. Ə.Əbülhəsən.

Синонимы

  • XARA XARA (parça) Gün vurduqca ağacların yarpaqları rəngdən-rəngə düşür, xara parça kimi bir anda cürbəcür rəngə çalırdı (Ə
XAR₁
XARAB
OBASTAN VİKİ
Xara yosunları
Charophyta (lat. Charophyta) — Hazırda 300 növü məlumdur. Xəzər dənizində xaraların 10 növü məlumdur. Onlar dənizin dayaz yerlərində əsasən dalğalardan qorunan körfəzlərdə yayılmışdır.
Xara-Tumus yarımadası
Xara-Tumus yarımadası (rus. Полуостров Хара-Тумус) — Krasnoyarsk diyarı şimal-şərqində, Xatanqa körfəzi suları ilə əhatələnən yarımada. Cənub-şərqdən Saxanın Anabarski ulusu ilə sərhədlənir. Şərqində Nordvik buxtası yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarı ərazisinə daxil olsa da onunla quru əlaqəsi yoxdur.
Xara-Zirə adası palçıq vulkanı
Xərə-Zirə adası palçıq vulkanı - Azərbaycan Respublikasının palçıq vulkanlarından biri. == Haqqında == Xərə Zirə adası palçıq vulkanı Cənubi Xəzərdə neft və qaz yataqları ilə əlaqəsi olan vulkanik ada qurğularının xarakter nümunəsidir. Sahəsi 3,5 km² olan ada, dil və əlavə çıxıntısı istisna olmaqla, oval formaya malikdir və uzununa qırılmalarla mürəkkəbləşmiş pliosen-holosen çöküntüləri üzrə gömülmüş qalxımın tağında yerləşən nəhəng palçıq vulkanının krateri və krater bəndinə cavab verir. Krater meydançası dəniz səviyyəsindən yük­­səkliyə qalxmışdır və burada həm fəaliyyətsiz, həm də qaz və lilli palçıq ifraz edən qrifonları müşahidə etmək mümkündür. Adanın ətrafında və açıq dənizdə suyun üzərində qaz ifrazatları və zəif neft pərdəcikləri açıq-aydın görünür. Vulkanın ilk dəfə sənədləşdirilmiş püskürməsinin qeydə alınma tarixi 1810-cu ilə aiddir və o vaxtdan bu günə kimi onun aktivliyinin 13 parok­sizmi qeydə alınmışdır ki, onların da axırıncısı 2006-cı ilin payına düşür.
Borjomi-Xaraqauli Milli Parkı
Borjomi-Xaraquli Milli Parkı (gürc. ბორჯომ-ხარაგაულის ეროვნული პარკი, borjom-kharagaulis erovnuli parki) və ya qısaca BXMP — Gürcüstanın paytaxtı Tiflisin cənub-qərbində, Kiçik Qafqazda yerləşən milli park. Gürcüstanın ən böyük milli parklarından biridir. Altı inzibati rayondan ibarət olub Borjomi kurortundan Xaraqauli şəhərinə qədər uzanır. Qonşu Borjomi qoruğu ilə birlikdə sahəsi 851 km2-dir və Gürcüstan ərazisinin 1 %-indən çoxunu təşkil edir. Milli park 1995-ci ildə qurulsa da, rəsmi açılışı 2001-ci ildə baş tutmuşdur. Milli parkın özünəməxsus xüsusiyyətləri ekoloji və coğrafi zonalarının müxtəlifliyi, mənzərəsi, tarixi abidələri, zəngin flora və faunasıdır. Milli parkın turizm infrastrukturu sürətlə inkişaf edir. == Tarixi == Milli parkın tarixi orta əsrlərə gedib çıxır. Buradan əvvəllər yerli zadəganlar ovçuluq üçün istifadə etmişlər.
Borjomi-Xaraquli Milli Parkı
Borjomi-Xaraquli Milli Parkı (gürc. ბორჯომ-ხარაგაულის ეროვნული პარკი, borjom-kharagaulis erovnuli parki) və ya qısaca BXMP — Gürcüstanın paytaxtı Tiflisin cənub-qərbində, Kiçik Qafqazda yerləşən milli park. Gürcüstanın ən böyük milli parklarından biridir. Altı inzibati rayondan ibarət olub Borjomi kurortundan Xaraqauli şəhərinə qədər uzanır. Qonşu Borjomi qoruğu ilə birlikdə sahəsi 851 km2-dir və Gürcüstan ərazisinin 1 %-indən çoxunu təşkil edir. Milli park 1995-ci ildə qurulsa da, rəsmi açılışı 2001-ci ildə baş tutmuşdur. Milli parkın özünəməxsus xüsusiyyətləri ekoloji və coğrafi zonalarının müxtəlifliyi, mənzərəsi, tarixi abidələri, zəngin flora və faunasıdır. Milli parkın turizm infrastrukturu sürətlə inkişaf edir. == Tarixi == Milli parkın tarixi orta əsrlərə gedib çıxır. Buradan əvvəllər yerli zadəganlar ovçuluq üçün istifadə etmişlər.
Dam xarabaçılı
Dam xarabaçılı (lat. Athene noctua) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin xarabaçıl cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 25 sm, kütləsi 150-170 q-a çatır. Erkək və dişilərinin rəng çalarları oxşardır: beli açıq qəhvəyi və ya qumsal, kürək lələklərində dairəvi ağ xallar var. Mərkəzi və Cənubi Avropada, Şimali Afrikada və Asiyada (Asiyanın şimalı istisnadır) yayılıb. Oturaq həyat tərzi keçirir. Kiçik gəmiricilərlə, həşəratlarla, nadir hallarda isə kiçik quşlarla qudalanır.
Daşbulaq-i Xarabəgələk (Həştrud)
Daşbulaq-i Xarabəgələk (fars. داشبلاغ خرابه گلك‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 320 nəfər yaşayır (61 ailə).
Deqazasiya üsulları və onların xarakteristikası
Deqazasiya kimyəvi, fiziki-kimyəvi və fiziki üsullarla aparıla bilər. === Kimyəvi üsul === Deqazasiya maddələrinin zəhərlənmiş obyektlərin üzərindən maddələrlə kimyəvi əlaqələrə qoşulmasına əsaslanır. Nəticədə geyri-toksik birləşmələr əldə olur. Deqazasiyanın bu üsulu zəhərlənmiş yerlərin deqazasiya məhlulları (suspenziya) yaxud DTS OK (xlorlu əhənq) ilə təmizlənməsi vasitəsilə əldə edilir. Bu üsulla deqazasiya zamanı xüsusi maşınların da deqazasiya maddələrində isladılmış fırçalar istifadə olunur. Zəhərlənmiş gurguların xüsüsən də ağac, dəri, toxuma əşyaları yuxarıdaki istiqamətdə silib təmizləyir. Zəhərləyici maddənin növu müəyyən edilməmiş sə, zəhərlənmiş obyektləri əvvəlcədən 1 №-li deqazasiya məhlulu ilə təmizləyir, sonra isə 2-aş, (2bş) -№ li deqazasiya məhlulundan istifadə edirlər. Zəhərli maddənin növü müəyyən ediliubsə, bu zoman, iprit, V -qazı tipli zəhərləyici maddələri, 1 №-li deqazasiya məhlulundan, soman tipli ZM-lə zəhərləmədən 2-aş (2-bş) №-li deqazasiya məhluldan istifadə olunmaqla deqazasiya edirlər. 1 №-li deqazasiya məhlulundan istifadə edildikdə reaksiyanın turşulu məhlulları və bu məhlulları artıcı metal səthlərin güclü korrosiyasına səbəb olur. Məhz buna görə bu məhluldan istifadə zamanı təmizlənmiş metal səthlər 2 №-li deqazasiya məhlulu ilə silimməli, sonra təmizlənib yağlanmalıdır.
Ekosistemin qida xarakterinə görə quruluşu
Ekosistemdə canlılar qidalanma xüsusiyyətinə görə bu cür qruplaşırlar: Avtotrof canlılar (trofe-yem deməkdir) sərbəst qidalanan canlılardır. Onlar günəş enerjisindən və qeyri-üzvi birləşmələrdən oksidləşmə reaksiyası nəticəsində ayrılan enerjidən istifadə edib, ətraf mühitin mineral komponentləri (karbon qazı, birləşmə halında olan azot, kükürd və s.) hesabına öz hüceyrələrinin üzvü maddələrini sintez edir, yəni biokütləsini yaradırlar. Belə canlılara ilk produsentlər deyilir, yaşıl bitkilər, fotosintezedici prokariot mikroorqanizimlər, hemosintezedici bakteriyalar buraya aiddir. Deməli ekosistemdə üzvü maddə və onunla bağlı enerji yaradan canlılar avtotrof orqanizimlərdir. Heterotrof canlılar- başqa canlılnı yeyənlərdir. Bunlar fotosintez və hemosintez nəticəsində yaranan üzvü maddələri yeməklə onların parçalanması və çürüməsi nəticəsində alınan enerji hesabına yaşayırlar. Heterotrof orqanizimlər enerji baxımından şərti olsa da iki böyük qrupa ayrılırlar: Konsumentlər-yəni hazır üzvü maddə yeyənlər, heyvanlar, həşaratyeyən və parazit bitkilər. Redusentlər-mikrokansumentlər, yəni ölü orqanizimləri yeyənlər. Onlar ölü orqanizimləri çürüdüb mineral qalıqlara qədər parçalayırlar. Üzvü birləşmələrin karbon turşularına, suya və mineral komponentlərə (anion və kationlar) qədər parçalanması prosesi redusentlərin köməyi ilə sürətlənir.Nəticədə ölü orqanizimlərin tərkibindəki biogen elementlər bioloji dövrana qayıdır və dəfələrlə istifadə edilir.Heteretrofların konsumentlərə və redusentlərə ayrılması şərtidir.
Hobbit: Smauqun xarabalığı (film, 2013)
Hobbit: Smauqun xarabalığı (ing. The Hobbit: The Desolation of Smaug) — rejissor Piter Ceksonun çəkdiyi "Hobbit" kinotrilogiyasının ikinci hissəsi, yazıçı Con Tolkinin "Hobbit, və ya oraya və geriyə" nağıl hekayəsinin ekranlaşdırılmasıdır. Bu film, Gözlənilməz səyahət kimi saniyədə 48 kadr sürətlə RED Epic yüksək dəqiqlikli kameralarla çəkilib. == Məzmun == Film cadugər Qandalf və Torin Palıd-sipər arasında Bri kəndindəki "Çapan Poni" mehmanxanasında görüşü ilə başlayır. Torin və onun dəstəsi əvvəlki filmdə baş verən hadisələrdən sonra Murdarlayan Azoq və onun orkları tərəfindən təqib edilir. Qandalf onları yaxınlıqdakı qulyabanı Beornun evinə aparır. Eyni zamanda, qnomlar, hobbit və cadugər ayı cismində Beornun özündən möcüzəvi şəkildə canlarını qurtarır. Gecə Nekromant Azoqu Dol Quldura çağırır və ona müharibə üçün qoşun toplamaq əmri verir. Buna görədə Azoq Torinin ovunu oğlu Bolqa tapşırır. Ertəsi gün Beornla Qandalf Bilbo və qnomlar tanış olurlar və səhər yeməyi zamanı Beorn onlara Moria orkları ilə Dol Quldurun qaranlıq qüvvələri arasında bağlanmış birlikdən danışır.
Kamal Xarazi
Kamal Xarazi-20 Avqust 1997 - 24 Avqust 2005-ci il tarixləri arasında İranın Xarici İşlər Naziri olan islahatçı siyasətçi və diplomatdır.
Loropeni xarabalıqları
Loropeni xarabalıqları — Burkina-Fasonun cənubundakı Loropeni şəhəri yaxınlığında yerləşən qədim bir mirasdır. 2009-cu ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Bu ərazi ölkənin ilk Ümumdünya İrsidir. 11310 kvadrat kilometr ərazini əhatə edən ərazidə on ən yaxşı qorunan qədim bir qaladan ibarət bir sıra daş divarlar daxildir. Qalıqlar ən azı min il əvvələ aiddir. Yaşayış məntəqəsi Lohron və ya Kulanqo xalqı tərəfindən işğal edilmiş və e.ə 14 və 17-ci əsrlər arasında Trans-Sahara qızıl ticarətində inkişaf etmişdir. XIX əsrin əvvəllərində tərk edilmişdir.
Mikroelektronikanın xarakterik xüsusuiyyətləri
Mikroelektronika elektronikanın bir istiqaməti olub mikrominiatür quruluşlu cihaz və qurğuların yaradılması və onların hazırlanmasında qrup texnologiyasının istifadəsi ilə əlaqədardır. Mikroelektronikanın məhsullarında miniatürləşmə,ayrılmaz surətdə,elementar cihazların birləşməsini təmin edir. == İnteqral elementlər == İnteqral sxemlərdə elementlərin sıxlığı o dərəcədə artdı ki, artıq onlara bütöv bir sistem, yəni mikroelektron qurğu kimi baxmağa başladılar. Funksiyalar artdıqca, inteqral mikrosxemlər daha da mürəkkəb quruluşa malik olur. Çünki onlarda inteqrasiya dərəcəsi yüksəlir. İnteqral mikrosxemlərin inkişafını inteqrasiya dərəcəsinə görə aşağıdakı mərhələlərə bölmək olar: 1) 1960‐1969‐cu illər. Bu mərhələdə üzərində 102 tranzistor yerləşən kiçik inteqrasiya dərəcəli inteqral sxemlər (KİS) istehsal olunurdu; 2) 1969‐1975‐ci illər. Bu mərhələdə üzərində 103 tranzistor yerləşən orta inteqrasiya dərəcəli inteqral sxemlər (OİS) istehsal olunurdu; 3) 1975‐1980‐cı illər. Bu mərhələdə üzərində 104 tranzistor yerləşən böyük inteqrasiya dərəcəli inteqral sxemlər (BİS) istehsal olunurdu; 4) 1980‐1985‐ci illər. Bu mərhələdə üzərində 105 tranzistor yerləşən ifrat böyük inteqrasiya dərəcəli inteqral sxemlər (İBS) istehsal olunurdu; 5) 1985‐ci ildən sonra.
Milli xarakter
== Milli xarakter haqqında == Milli xarakter hər bir fərdin ilk öncə milli mənliyinə, şəxsiyyətinə sadiq qalaraq, dini dəyərləri üstün tutaraq, adət-ənənələrə, dövlətə, torpağa mənəvi dəyərlərə sadiqliyi hörməti fonunda formalaşan daxili insani keyfiyyətlərin zənginliyidir. Azərbaycanlıların milli xarakterində bir sıra modelləşmiş xüsusiyyətləri vardır ki, onları bu şəkildə qruplaşdırmaq olar: ailəyə sadiqliq, namus-qeyrət, övladlara qayğı, atanay-anaya ehtiram el-obaya, yurda (Vətənə) bağlılıq, qohum- qonşunun dərdinə, problemlərinə şərik olmaq (həm kədərini, həm də sevincini bölüşdürmək) qoçaqlıq, mərdlik, qəhrəmanlıq, zülmə baş əyməmək, istilaya, müdaxiləyə müqavimət göstərmək (ancaq qonağa hörmət etmək) adət-ənənəyə-qayda-qanuna, aösaqqal (böyük) sözünə qulaq asmaq, həddini aşmamaq ürək genişliyi, səxavət, izafi mal-dövlət yığmamaq, kasıba kömək eləmək, son tikəsini ehtiyacı olanla bölmək sevilib-sevilmək, məhəbbət yolunda ölümə belə getməkdən çəkinməmək və sevgisindən zövq almaq dosta son dərəcə sədaqətli olmaq, hətta xəyanət və ya düşmənçilik gördükdə də ondan dərhal imtina etməmək sadiq yol yoldaşlığı fəxr etmək, qiymətləndirmək hissinin, nümunə götürmək marağının genişliyi səfərə çıxmaq, gəzmək, yeni yerlər görmək həvəsi düz danışmaq, səhvini boynuna almaq, "ən böyük biclik düzlükdür" məntiqilə yaşamaq yaddaş mükəmməlliyi, "yeddi dönən"ini yaxşı tanımaq == Ədəbiyyatda milli xarakter == Azərbaycan ədəbiyyatının yaratdığı böyük xarakterlər silsiləsi bu ədəbiyyatın milli xüsusiyyətlərinin əsas cizgilərini, onun inkişaf yolunu, əsri ənənələrini, başqa xalqların ədəbiyyatları ilə əlaqəsini, bir sözlə ideya-bədii nailiyyətlərini qabarıq şəkildə nümayiş etdirir. İstər klassik, istərsə də, müasir yazıçılarımızın əsərlərində yaradılan müsbət xarakterlər xalqın mənəvi, psixoloji aləmini öz bəşəri, humanist keyfiyyətləri ilə səciyyələndirir. Xaqaninin, Nizaminin, Nəsiminin, Füzulinin, Vaqifin, Zakirin, Axudovun, Cəlil Məmmədquluzadənin, Vəzirovun, Sabirin, Nərimanovun estetik idealında, satirasında, tənqidlərinin arxasında görünən sənətkar mövqeyi müəyyən tarixi şəraitdəki milli xalq xarakterinin milli xalq idrakının təzahürüdür.
Neft xammalının əsas tərkibi və emal üsullarının xarakteristikası
Niya xarabalıqları
Niya xarabalıqları — təxminən 115 kilometr (71 mil)lik arxeoloji ərazi. Çinin müasir Sincanında Tarım Hövzəsinin cənub kənarında müasir Niya şəhərinin şimalında yerləşir. Qədim yer ana dilində Caḍ́ota kimi tanınırdı. Ərazidə çox sayda qədim arxeoloji əsərlər aşkar edilmişdir. Niya bir böyük ticarət mərkəzi kimi İpək Yolunun cənubundadır. Qədim dövrlərdə Çindən Orta Asiyaya mal aparan dəvə karvanları burada idi. == Tarix == Han Tarixi Kitabında müstəqil vahə-dövlət kimi Niyanın olduğu düşünülür. Üçüncü əsrdə Niya Lulan Krallığının bir hissəsi oldu. Dördüncü əsrin sonlarına doğru Çin hökmdarlığına tabe idi. Daha sonra Tibet tərəfindən fəth edildi.
Qızılca-i Xarabə (Heris)
Qızılca-i Xarabə (fars. قزلجه خرابه‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 100 nəfər yaşayır (24 ailə).
Qəbələ şəhər xarabalıqları
Kabalaka – Azərbaycanın ən qədim şəhər yerlərindən biri olan Kabalaka (Qəbələ) Qafqaz Albaniyasının paytaxtı olmuşdur.Qəbələ bir arxeoloji abidə kimi, hələ XIX əsrin I yarısından tədqiqatçıların diqqətini cəlb etmişdir. Onların bir neçəsi Qəbələ şəhər xarabalığında olmuş, onu qeydə almış, hətta bəziləri kiçik miqyaslı arxeoloji kəşfiyyat qazıntıları da aparmışdılar. 1940-cı illərdən başlayaraq, burada ardıcıl arxeoloji tədqiqat işləri görülmüşdür. Bu tədqiqatlar indi də davam etdirilir. Qəbələ şəhərinin adı antik dövr müəlliflərinin əsərlərində Kabalaka və Xabala kimi qeyd edilmişdir. Bu adlar sonrakı yazılarda Kapalak, Kəvələk, Qabala-Savar və nəhayət Qəbələ şəklində qeyd edilmişdir.Qəbələ şəhər xarabalığı Azərbaycanın Qəbələ rayonunun Çuxur-Qəbələ kəndindən 1 km şərqdə, Qaraçay (Qəbələçay) ilə Covurluçay (Qalaçay) arasındakı yüksəklikdə yerləşir. 1959-cu ildə çəkilən topoqrafik plana görə, şəhərin xarabalığı 25 hektardır. Vaxtilə süni çəkilmiş bir müdafiə xarakterli xəndək şəhər xarabalığını iki hissəyə ayırır. Yerli əhali xəndəkdən şimal tərəfdəki hissəni "Səlbir", xəndəkdən cənub tərəfdəki hissəni isə "Qala" adlandırır. Hər iki hissə bəzən "Səlbir", "Govurqala", bəzən də şəhərin təkcə "Qala" hissəsi "Govurqala" adlandırılır.
Renni Xaramilo
Renni Salen Xaramilo Barre (isp. Renny Salen Jaramillo Barre; 12 iyun 1998, Quayakil, Ekvador) — Ekvador təmsilçilərindən olan İndependente del Vale klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Ekvador futbolçusudur. == Klub karyerası == Xaramilo peşəkar karyerasına Kito şəhərinin təmsilçisi olan Universidad Katolika klubunda başlamışdır. 2015-ci ildə Ekvadorun İndependente del Vale klubuna transfer olunmuşdur. O, peşəkar karyerasında debütünü 3 dekabr 2015-ci ildə Ekvador Premyer Liqasında Deportivo Kito klubuna qarşı oyunda etmişdir. == Milli karyerası == 2015-ci ildə Koroso Ekvadorun gənclərdən ibarət milli komandası ilə Paraqvayda keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Koroso Çili, Boliviya, Braziliya, Paraqvay, Kolumbiya və iki dəfə Argentina və Uruqvay milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. Boliviya millisinə qarşı oyunda Xaramilo bir qolla yadda qalmışdır. 2015-ci ildə Koroso Ekvadorun gənclərdən ibarət milli komandası ilə Çilidə keçirilən Gənclər arasında Dünya Çempionatında iştirak etmişdir. Turnirdə Koroso Honduras, Mali, Belçika, Rusiya və Meksika milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.
Tüklüayaq xarabaçıl
Tüklüayaq xarabaçıl (lat. Aegolius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi. Xarabaçılların əsas yayıldığı yerlər Avropa, Asiya və Şimali Amerikanın dağlıq və düzənlik iynəyarpaqlı meşələridir. Xüsusilə onlar Karpatda, Qafqazda, Orta Asiya dağlarında, Alp dağlarında, Pireney dağları, Balkan yarımadası, Monqolustanın şimalında, Qərbi Çində, Şimali Amerikada - Britaniya Kolumbiyasında, Kanadada və ABŞ-nin şimal rayonlarında, Rusiyanın Kola yarımadası və Kalininqrad vilayətindən Anadır, Kamçatka, Kuril adaları, Saxalinədək yayılmışlar.
Xaran (şəhər)
Xaran (şəhər) — Bəlucistan əyalətinin Xaran rayonunda şəhər..Xaran səhrasında yerləşir.
Xaran rayonu
Xaran rayonu — Pakistanın Bəlucistan əyalətində şəhər.Əsası 15 mart, 1952-ci ildə qoyulub.
Xaran səhrası
Xaran (urdu خاران) — səhra Pakistanın Bəlucistan vilayətinin Xaran dairəsi ərazisinə daxildir. Dyunlarla zəngin olan səhrada daim hərəkət edirlər. Burada dyunların hündürlüyü 15-30 metr təşkil edir. Səhra Elburs silsiləsi ilə əhatələnir. Şimal hissədə səhranın hündürlüyü 1000 m, cənub-şərqdə isə 250 metrdir. Orta illik yağıntının miqdarı 100 mm azdır. Xaran səhrasında 28 may 1998-ci ildə Pakistan tərəfindən Atom sınağı həyata keçirilmişdir.
Xarapa (Piranşəhr)
Xarapa (fars. خراپا‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 271 nəfər yaşayır (42 ailə).
Xarare
Harare (ing. Harare, 1982-dək Solsberi) — Zimbabvenin paytaxtı və ən böyük şəhəri. Əhalisi 2006-cı ilin hesablamalarına görə 1 600 000 nəfər, şəhərətrafı ilə birlikdə 2 800 000 nəfərdir. Şəhərin əsası 1890-cı ildə ingilislər tərəfindən hərbi istehkam kimi qoyulmuş və sonradan Böyük Britaniyanın baş naziri olan 3-cü Solsberi markizinin şərəfinə Fort Solsberi adlandırılmış və daha sonra sadəcə Solsberi adlanmağa başlamışdır. 1923-cü ildə şəhər Britaniya Cənubi Rodeziyasının paytaxtı olmuşdur. 1965-ci ildə müstəqilliyin elanından sonra Zimbabvenin paytaxtı olmuş və 1982-ci ildə isə şəhərin adı dəyişdirilərək Harare adlandırılmışdır. == İqtisadiyyatı == Şəhər, iqtisadi həyatın olduqca canlı olduğu bir şəhərdir. Bu ölkədən bütün dünyaya, tütün, qarğıdalı, pambıq və.s. satılır. Ölkədə tekstil sənayesi inkişaf etmişdir.
Xarari (xalq)
Harari - Efiopiya ərazisində yaşayan iri xalqlardan biri. Hararilərin sayı təxminən 40 min nəfərə yaxındır. Onların əksəriyyəti dini baxışlarına görə sünni müsəlmandırlar. Etnik cəhətdən Arqobba xalqına yaxındırlar. == Dil == Hararilər arasında harari, ərəb və amhar dilləri geniş yayılmışdır. Hararilər əsas etibarı ilə Afraziya dil ailəsinin sami qrupuna aiddirlər. == Həyat tərzi == Hararilərin əksəriyyəti, demək olar ki, şəhərlərdə yaşayırlar. Onların məskunlaşdıqları əsas yaşayış məntəqələri aşağıdakılardır. Harar, Əddis-Əbəbə, Dıre-Daua və sair. Əhalinin əksəriyyətinin əsas məşğuliyyəti sənətkarlıq və ticarətdir.
Xaraton
Qaradon (yun. Χαράτων; IV əsr – V əsr) — hunların xanı.
Xaraxoba
Palıdlı (əvvəlki adı: Xaraxoba) — Azərbaycan Respublikasının Xaçmaz rayonunu Dədəli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 noyabr 2013-cü il tarixli, 830-IVQ saylı Qərarı ilə kənd Palıdlı adlandırılmışdır. == Tarixi == Palıdlı kəndinin əsası SSRİ dövründə, Rusiya SFSR-in Dağıstan MSSR-dəki Axtı rayonunun Xrax kəndindən (SSRİ-nin Dağıstanın dağlıq və ucqar ərazidə yerləşən kəndlərində yaşayan əhalinin digər yerlərdəki düzənlik bölgələrə köçürülməsi siyasətinə görə) Azərbaycan SSR-in Xaçmaz rayonundakı boş əraziyə köçürülmüş ailələr üçün qoyulmuşdur. Hazırkı dövrdə Dağıstandakı keçmiş Xrax kəndi, həmin vaxtdan bəri tərk edilmiş və rəsmi olaraq ləğv olunmuşdur. Xaçmazın Xaraxoba və Uryanoba kəndlərinin əraziləri 1954-cü ildə SSRİ Nazirlər Kabinetinin qərarıyla müvəqqəti olaraq Dağıstanın nəzarətinə, Axtı rayonunun kolxozuna icarəyə veriliblər. 1984-cü ildə isə Azərbaycan SSR Nazirlər Kabineti icarə müddətini 2004-cü ilə qədər uzadıb. Müstəqillik dövründə, 2004-cü il keçəndən sonra 6 il ərzində həllini tapmayan bu məsələ, 2010-cu ilin sentyabrında Azərbaycan prezidenti İlham Əliyevlə Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyev arasında keçirilən görüşdə çözülüb, və Xraxoba və Uryanoba kəndləri tam olaraq Azərbaycanın ərazisi kimi qəbul ediliblər. 2012-ci ilin aprel ayında Xraxoba kəndinin bütün sakinləri Rusiya dövlətinin yardımı ilə Dağıstana köçüblər. Köçürülmə Azərbaycan hökuməti, Rusiya səfirliyi və Dağıstan hakimiyyət orqanlarının əməkdaşlığı şəraitində həyata keçirilib.

Значение слова в других словарях

втащи́ть мотори́ст нафабрикова́ть опу́тывание прени́зкий тонографи́ческий аспира́нтский ди́птих заи́мка лесово́дство поднарко́зный подшпи́лить соблазня́ть стеново́й баркот иконом штраф ground-level Native Americans natural scientist sandstone suspectable внеатмосферный киприот фотогравюра