XARA

Özündən naxışları olan parlaq ipək parça.

Hüseyn deyir: mayıl oldum Gülxara

Geyinibdi atlas, ziba, gül, xara,

Qorxuram ki, qismət ola gül xara,

Bağban ölə, dal budağı yad əyə.  

            (“Məhəmməd və Güləndəm”)

                                                                          *

Keşiş çox hiyləgər, özü də sehrkar idi. Tez qıza qırmızı xaradan bir don hazırladı. Döşünə tilsimbənd düymələr tikdirdi. (“Əsli və Kərəm”)

XAR ƏRƏB
XARAC ƏRƏB

Значение слова в других словарях