XARİCİYYƏ

ə. xarici dövlətlərlə əlaqələrə baxan idarə.

XARİCİ
XARİCİYYUN
OBASTAN VİKİ
Xariciyyə Nazirliyi
Xariciyyə Nazirliyi və ya Xariciyyə Nəzarəti (Türkcə: Hariciye Nezareti) — Osmanlı imperiyasının idaəretmə strukturundakı qurumlardan biri. 1836-cı ildə qurulan bu qurum müasir Xarici İşlər Nazirliyini əvəz etmişdir. Xariciyyə Nəzarətinin tarixi kökləri XVII əsrdə divan-ı hümayunun önəmini itirib, dövlət idarəsinin Bab-ı Əliyə keçməsinə qədər uzanır. Reis ül-Küttab və tabeliyindəki divan katibləri bu əsnada Bab-ı Əliyə köçürüldülər. Bab-ı Əli sədrəzəmin idarə etdiyi divanın keçirildiyi və dövlət məsələlərinin müzakirə edildiyi idarəyə çevrildi. Reis ül-Küttab artan bürokratik ehtiyaclar səbəbilə divan tabeliyindəki bəzi bölümlərin də məsuliyyətini alaraq sədrəzəmin və divan-ı hümayunun katibliyini öz üzərinə götürdü. Keçmişdən bəri əcnəbi dövlərlərlə xəbərləşmə və anlaşmların qeydiyyatını aparan Reis ül-Küttab, o əsnalarda əcnəbilər arasından seçilən divan tərcüməçiliyini də öz üzərinə almışdı. Nəticədə Reis ül-Küttab xarici əlaqələrdə önəmli dövlət məmuriyyətinə çevrildi. Avropa dövlətlərinin XVIII əsrdə, xüsusilə də, 1774 tarixli Kiçik Qaynarca sülhündən sonra üzə çıxan hərbi və iqtisadi üstünlüyü Osmanlı dövlətində Avropa modellərinə uyğun tənzimləmələrin vacibliyini göstərdi. Sultan Səlimin 1793-cü ildən etibarən London, Paris, Vyana və Berlində səfirliklər açması bu yolda atılan önəmli addımlardan biridir.
Xariciyyə məzhəbi
Xaricilər (ərəb. الخوارج‎ əl-xəvaric; mənası – çıxıb gedənlər) — erkən İslam məzhəblərindən biri. Dini və siyasi məsələlərdə fərqli görüşləri və fəaliyyətləri ilə tanınan firqədir. Yenə müxalifləri tərəfindən Xaricilər haqqında istifadə olunmuş bir digər isimdə " Dindən çıxmış"mənasında "məriqa"dır. Lakin Özləri isə Xaricilər özlərini "Allah və peyğəmbərinə hicrət edənlər", "Kafirlərlə hər cür münasibəti kəsənlər "mənasında istifadə edirlər. Xaricilərin bəyənib, özləri üçün istifadə etdikləri başqa bir ad isə "Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tovratda, İncildə, Quranda haqq olaraq vədd edilmiş, Cənnət müqabilində satın almışdır "ayəsi ilə əlaqəli olan şurat ismidir. Xarici sözünün mənası–çıxmaq, itaətdən çıxıb üsyan etmək deməkdir. Toplu olaraq xariciyyə və xəvaric kimi işlədilir. Firqənin adı barəsində müxtəlif fikirlər irəli sürülmüşdür. Kəndlilərinə qarşı üsyan etdikləri üçün firqənin müxalifləri xəvaric ismini “insanlardan, dindən, haqqdan və Əlidən uzaqlaşan və hakimiyyətə qarşı adlandırılaraq camaatdan çıxanlar “olaraq işlədilmişdir.

Digər lüğətlərdə