XARİQƏ
XARİSƏ
OBASTAN VİKİ
Xaris Yusupov
Xaris Münasiboviç Yusupov (başq. Харис Монасип улы Йосопов, rus. Харис Мунасипович Юсупов; 24 avqust 1929, Arkaul[d] – 7 iyun 2009, Çelyabinsk vilayəti) — sovet və başqırd güləşçisi, Çelyabinskin Cənubi Ural cüdo məktəbinin qurucusu. == Həyatı == 1958-ci ildə Çelyabinsk Pedaqoji İnstitutunu bitirdi. 1958-60-cı illərdə "Spartak" Könüllü İdman Cəmiyyətinin Başobslovetində məşqçi, Kumertau İES-da bədən tərbiyəsi müəllimi kimi işləmişdir. 1960-cı ildə Çelyabinskdə Ural cüdo məktəbini təsis etdi. 1960-70-ci illərdə Çelyabinsk Ali Aviasiya Məktəbində Bədən tərbiyəsi müəllimi, Dynamo İdman Cəmiyyəti regional şurasının baş məşqçisi (1969-cu ildən kapitanı), 17 il (1969-1988-ci illərdə) SSRİ milli cüdo komandalarının məşqçisi olmuşdur.1970-73-cü illərdə Omsk Bədən Tərbiyəsi İnstitutunun Çelyabinsk şöbəsinin baş müəllimi kimi çalışmışdır. 1973-cü ildən Çelyabinsk Bədən Tərbiyəsi İnstitutunda işləməyə başlayır, güləş kafedrasının müdiri olur, 1995-ci ildən isə professor adını qazanır. 1969-88-ci illərdə gənclər arasında SSRİ yığma komandalarının məşqçisi idi. 1993-cü ildən X. M. Yusupovun mükafatları uğrunda Çelyabinskdə beynəlxalq cüdo turnirləri keçirilir.
Renat Xarisov
Renat Xarisov (tatar. Ренат Мәгъсүм улы Харисов; 6 may 1941, Tsilninsk rayonu[d], Ulyanovsk vilayəti) — şair, Rusiya Federasiyası Dövlət Mükafatı laureatı (2005), Qabdulla Tukay adına Tatarıstan Respublikası Dövlət Mükafatı laureatı (1997), 40-a yaxın şeir toplusunun və poemanın, musiqi və səhnə əsərlərinin müəllifi (Leonid Lyubovskinin "Yusuf əfsanəsi" baletinin librettosu daxil olmaqla). Rusiya Yazıçılar Birliyinin katibi, "Naş Sovrimennik", "Tatarıstan", "İstoriçeskaya Gazeta" (Moskva) jurnallarının redaksiya heyətinin üzvüdür. == Bioqrafiyası == Renat Xarisov 6 may 1941-ci ildə Ulyanovsk vilayətinin Tsilninsk rayonunun Elxovoe Ozero kəndində kənd müəllimləri ailəsində anadan olmuşdur. O alı təhsilini Kazan Dövlət Pedaqoji Universitetində alır. 1963–1964-cü illərdə Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Arsk Pedaqoji Məktəbinin müəllimi işləyir. 1965–1971-cü illərdə Tatarıstan qəzetləri redaksiya heyətinin ədəbi əməkdaşı olur. 1971–1973-cü illrədə Tatarıstan MSSR Yazıçılar Birliyinin məsul katibi işləyir. 1973–1982-ci illərdə Tatarıstan MSSR Mədəniyyət nazirinin müavini olur. 1982–1989-cu illərdə "Kazan utları" ədəbi jurnalının baş redaktoru kimi fəaliyyət göstərir.
бумагодержа́тель отшатну́ть пантоми́м поспева́ние самого́нщица синте́тика театра́льный хаос держать хвост морковко́й начека́ниваться неблагонаме́ренность но́белевский фе́ртик шахмати́стский agave au courant Augean clay cutter familiarize headless lacerated pineal Shark Bay вывёртывать иллюминировать