XASAY
XAŞXAŞ
OBASTAN VİKİ
Xasiyyət Rüstəmova
Xasiyyət Rüstəmova (özb. Xosiyat Rustamova, 19 mart 1971, Nəməngan) — özbək şairə, tərcüməçi, Özbəkistan Respublikasının "Şöhrət ordeni" laureatı . == Həyatı == Xasiyyət Rüstəmova 1971-ci il mart ayının 19-da Özbəkistanın Namanqan şəhərində anadan olmuşdur. Ali təhsilini Özbəkistan Milli Universietinin jurnalistika fakültəsində , daha sonra isə 2001-2004-cü illərdə Ali Ədəbiyyat Universitetində almışdır. Xasiyyət Rüstəmova 1993-1997-ci illərdə "Dan ulduzu" qəzetində çalışmışdır. 2015-ci ildən "Kitab dünyası" qəzetinin baş redaktoru vəzifəsini icra etməkdədir. == Fəaliyyəti == İlk şeirlərini hələ tələbəlik illərindən çap etdirən Xasiyyət Rüstəmovanın şeirləri dövrü mətbuat orqanlarında dərc edilmişdir. İlk kitabı "Göydəki ev" 1997-i ildə çapdan çıxmışdır. Daha sonra “Nicat” (2003), “Ölüm libası” ( 2004), “Divar” (2006), “Avqust” (2008), “İşğal” (2011), “40:0” (2011) kitablarını nəşr etdirmişdir. Bir çox əsərləri xarici dillərdə tərcümə edilən şairin " Sabahsız günlər" (2008) əsəri türk dilində, "Qorxunc " şeirlər toplusu isə azərbaycan dilində işıq üzü görmüşdür.

Digər lüğətlərdə

выпра́стывать мо́кко непу́тное политру́к присосе́диться противополо́жно шаржи́рование докладно́й обсужда́ть обузда́ть перепу́танный пропи́ть слогоразде́л суту́лина пюсовый alcoholysis chartaceous fluxing steeve воскреснуть ковровщица противоположение ругнуть угломер щёлочь