xaçlanmaq
xaçpərəst
OBASTAN VİKİ
Alekseyevka (Xaçmaz)
Çaykənarı (əvvəlki adları: Dəlləkkənd; Alekseyevka) — Azərbaycan Respublikasının Xaçmaz rayonu inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xaçmaz rayonunun Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çaykənarı kəndi adlandırılmış, Alekseyevka kənd inzibati ərazi dairəsi Çaykənarı kənd inzibati ərazi dairəsi hesab edilmişdir.Qusarçayın sağ sahilindən bir qədər aralı, Samur-Dəvəçi ovalığındadır. == Tarixi == == Toponimikası == XIX əsrdə ruslar və ukraynalıların burada məskunlaşmasına qədər kəndin adı Dəlləkkənd olmuşdur. Kəndə köçürülən slavyan (əsasən ukrayın, həmçinin rus) əhalinin əsası Ukraynanın indiki Xarkov vilayətinin Boqoduxovskiy rayonunun Şarovka kəndinin sakinlərindən ibarət idi. Beləliklə, Alekseyevka kəndi (digər kənd koloniyalarından fərqli olaraq) Azərbaycanda əsası qoyulmuş ukrayın kəndi olmuşdu. 1933-cü ildə Azərbaycanda Alekseyevka adlı digər iki kənd Qazax və Lənkəran rayonlarında qeydə alınmışdır. == Əhalinin sayı == Əhalisinin sayı 2000 nəfərdən çoxdur.
Arzu (Xaçmaz)
Arzu Qəsəbəsi — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati-ərazi vahidində qəsəbə. == Tarixi == 1963-cü ilə qədər Quba rayonunun tərkibində olmuşdur. Həmin ildən Xaçmaz rayonuna birləşdirilmişdir. == Əhalisi == 2009-cu il siyahıyaalınmasına görə əhalinin sayı 1249 nəfərdir. == Təhsil == 2 mərtəbəli və 220 yerlik məktəb tikildi. == Səhiyyə == Qəsəbədə səhiyyə ocağı yoxdur.
Ağtala (Xaçmaz)
Ağtala (əvvəlki adı: Rodnikovka) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Xaçmaz rayonunun Rodnikovka kəndi Ağtala kəndi adlandırılmışdır.
Ağçay (Xaçmaz)
Ağçay (əvvəlki adı: Vasilyevka) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Xaçmaz rayonunun Vasilyevka kəndi Ağçay kəndi adlandırılmışdır.
Bostançı (Xaçmaz)
Bostançı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Dədəli inzibati ərazi vahidində kənd. Bostançı bələdiyyəsinin mərkəzidir. == Coğrafiyası == Kənd Samur-Dəvəçi ovalığındadır. == Oykonimi == Oykonimi etnotoponim hesab edən tədqiqatçıların fikrincə, toponim bostan (qırğızlarda və özbəklərdə boston) tayfa adından və -"çı" mənsubiyyət şəkilçisindən düzəlib. Bostançı oykoniminin bu kənddə yaşayan əhalinin qədim məşğuliyyəti (tərəvəz yetişdirmə) ilə də bağlı olması da ehtimal olunur.Kəndin adı bəzi mənbələrdə Osmanlı imperiyasını idarə edən sultanların saray işlərini idarə edən bostançıbaşı ailəsinin Azərbaycana köçməsi ilə əlaqələndirilir. Ermənistanda da Bostançı Xaraba, Gürcüstanda Bostançı, Özbəkistanda Bostanlık, Bustan, Tacikistanda Bustankala toponimləri qeydə alınmışdır. == İnfrastruktur == Kənddə tam orta məktəb, kitabxana, tibb məntəqəsi, mədəniyyət klubu vardır. Kəndin mərkəzində məscid yerləşir.
Cığatay (Xaçmaz)
Cığatay — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Kəndin əhalisi 656 nəfərdir (2009). Kəndin milli tərkibi azərbaycanlılardan ibarət olaraq, dinləri isə islamın şiə məzhəbidir. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Xaçmaz rayonu Cığatay kənd 56 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması üçün 285 000 manat vəsait ayrılmışdır.
Dalğalı (Xaçmaz)
Dalğalı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Nabran inzibati ərazi vahidində qəsəbə. Xəzər dənizinin ləpədöyən sahilində yerləşdiyi üçün belə adlandırılmışdır.
Dostluq (Xaçmaz)
Dostluq — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Müqtədir qəsəbə inzibati ərazi vahidinin tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 11 fevral 1997-ci il tarixli, 248-IQ saylı Qərarı ilə Xaçmaz rayonunun Müqtədir qəsəbə inzibati ərazi vahidinin tərkibindəki Dostluq qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Dədəli (Xaçmaz)
Dədəli — Azərbaycan Respublikası Xaçmaz rayonu inzibati ərazi vahidində kənd. == Tarixi == Dədəli kəndi Xaçmaz rayonunun qədim kəndlərindən biridir. Məskunlaşma tarixi IX-X əsrə təsadüf edən bu kəndin adının mənası “sahibi olan yer” mənasında işlənir. Kəndin adının güman edilən digər mənası: Dədəli, Babalı – yəni köklü, tarixi çox olan kənd deməkdir. Digər rəvayətə görə güman edilir ki, "Dədəli" sözü "Dəhdəli" sözü ilə eynidir. "Dəh dəli" sözündəki "dəh" farscadan "on" deməkdir ki, bu da "on dəli" kimi izah olunur. Bunu da onunla əlaqələndirirlər ki, vaxtı ilə Koroğlunun "on dəlisi" bu ərazidə yaşayıb. Bəzi tarixçilər “Dəh dəli” ifadəsini fars dilindən tərcümədə “on döyüşkən igid” mənasında işləndiyini söyləmişlər. Rəvayətə görə Azərbaycan xanlarından olan Ləzgi Hacı Davud xan 1680-ci ildə bu kənddə anadan olmuşdur. Hacı Davud xan 1721-1728-ci illərdə böyük bir ərazinin xanı olmuşdur.
Gödəkli (Xaçmaz)
Gödəkli (əvvəlki adı: Aleksandrovka) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati-ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Xaçmaz rayonunun Aleksandrovka kəndi Ködəkli kəndi adlandırılmışdır.
Günəşli (Xaçmaz)
Günəşli — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə.
Gəncəli (Xaçmaz)
Gəncəli — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Hacılar (Xaçmaz)
Hacılar — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Yaşayış məntəqəsi qızılbaşların zülqədər tayfasının hacılar tirəsinə mənsub ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır. Etnotoponimdir. Bu baxımdan Azərbaycan Respublikasının bir çox bölgələrində, Gədəbəy, Laçın, Tovuz, Ağdaş, Ağcabədi, Bərdə rayonlarında Hacılar yaşayış məntəqəsi mövcuddur. == Təhsil == Kənddə məktəb var. Lakin qəzalı vəziyyətdədir.
Həsənqala (Xaçmaz)
Həsənqala — Azərbaycan Respublikası Xaçmaz rayonu inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd Samur-Dəvəçi ovalığındadır. Yaşayış məntəqəsi Qusar rayonunun Həsənqala kəndindən köçmüş ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır.Həsənqala kəndindəki qədim yaşayış məskəni ilk dəfə 1977-ci ildə aşkarlanıb. 2023-cü ildə Həsənqala kəndi ərazisində yerləşən “Həsənqala” təpəsində aparılan arxeoloji qazıntılar zamanı qiymətli tarixi maddi mədəniyyət nümunələri tapılıb. Aparılan qazıntı işləri zamanı erkən tunc dövrünə aid insan skeleti tapılıb. Maraqlı fakt odur ki, tapılan skeletin ayaq barmaqları olmayıb. Onun eramızdan əvvəl III minilliyə aid olduğu ehtimal olunur. Bundan əlavə arxeoloji qazıntılar zamanı ərazidən eramızdan əvvəl III minilliyə aid bəzəkli saxsı, sümükdən biz, döyüş daş baltası da aşkarlanıb.
Köhnə Xaçmaz
Köhnə Xaçmaz — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Müşkür inzibati ərazi vahidində kənd. == Tarixi == Köhnə Xacmaz Samur-Dəvəçi ovalığındadır. 1900-cü ildə Biləcəri-Dərbənd dəmir yolu xəttinin çəkilişi ilə əlaqədar burada tikilən stansiyaya Xacmaz adı verilmişdi. Köhnə Xacmaz kəndi yeni yaradılmış stansiyadan əvvəl salındığı üçün belə adlandırılmışdır. == Təhsil == Kənddə köhnə məktəb var idi. 2012-ci ildə yeni tikilən, 600 şagird yerlik Köhnə Xaçmaz kənd tam orta məktəbi istifadəyə verilib.
Laman (Xaçmaz)
Laman — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Kənd Qaraçay və Caqacuq çaylarının arasında yerləşir. Qaraçayın cənubunda Caqacuq çayının şimal hissəsində yerləşir. Kəndin içərisindən, mərkəzdən şərqdə Bakı-Yalama dəmir yolu keçir. Laman kəndinin cənub-şərqində kəndə məxsus meşə yer alır. Qaraçay Laman kəndini Ustacəlli kəndindən, Caqacuq çayı isə Laman kəndini Çarxı kəndindən ayırır. Kəndin şərq hissəsində Laman kənd məscidi yerləşir. Əhalisini azərbaycan türkləri təşkil edir və kəndin əhalisinin böyük çoxluğu şiə müsəlmandır. Laman kəndinin tarixi dəqiq bilinmir. Laman kənd qəbirsanliğında qədim dövrlərə aid məzarlar aşkar edilmişdir.
Ləcət (Xaçmaz)
Ləcət — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Xaçmaz
Xaçmaz — Azərbaycanda şəhər, Xaçmaz rayonunun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır. == Tarixi == Xaçmaz şəhərinin tarixi tam öyrənilməsə də məlumdur ki, artıq XVII əsr mənbələrdə Xaçmaz adı çəkilir. Şəhərin Qudyalçayın sahilində yerləşməsi də yəqin ki, təsadüfi deyil, çünki bu çayın mənsəbində o zamanlar tanınmış liman olan Niyazabad yerləşirdi. Şəhərin karvan ticarət yolları üzərində yerləşməsi onun sürətli inkişafına səbəb olmuşdur. XX əsrin əvvəlində inşası başa çatan Bakı-Mahaçqala (Petrovsk) dəmir yolu üzərində Xaçmaz stansiyasının tikintisi şəhəri vacib nəqliyyat məntəqəsinə çevirdi. 1930-cu ildə şəhər rayon mərkəzinə çevrildi. 1945–1954-cü illərdə tikilən Xaçmaz konserv kombinatı isə uzun müddət Avropa qitəsində istehsalat gücünə görə ən iri müəssisələrdən biri olmuşdur. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "2010–2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramına uyğun olaraq Xaçmaz 2013-cü ildə Azərbaycan Respublikasının əfsanələr paytaxtı elan olunub. 2014-cü ildə Xaçmaz şəhəri, Bakı prospektində Bayraq Meydanı yaradılmışdır.
Xaçmaz bələdiyyəsi (Xaçmaz)
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Maryana (Xaçmaz)
Maryana — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Müqtədir qəsəbə inzibati ərazi vahidinin tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 11 fevral 1997-ci il tarixli, 248-IQ saylı Qərarı ilə Xaçmaz rayonunun Müqtədir qəsəbə inzibati ərazi vahidinin tərkibindəki Maryana qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Meşəli (Xaçmaz)
Meşəli — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə.
Müşkür (Xaçmaz)
Müşkür (əvvəlki adı: Pavlovka) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati-ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xaçmaz rayonunun Pavlovka kənd inzibati-ərazi vahidi tərkibindəki Pavlovka kəndi Müşkür kəndi, Pavlovka kənd inzibati-ərazi vahidi Müşkür kənd inzibati-ərazi vahidi adlandırılmışdır.
Müşviq (Xaçmaz)
Müşviq (əvvəlki adı: Zaliyevka) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xaçmaz rayonunun Müşkür kənd inzibati-ərazi vahid tərkibindəki Zaliyevka kəndi Müşviq kəndi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsini XIX əsrin sonlarında Rusiyadan köçürülmüş ailələr salmışlar. Oykonim Zalilar etnotoponiminin ruscaya tərcüməsidir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Samur-Dəvəçi ovalığında yerləşir.
Məmmədxanlı (Xaçmaz)
Məmmədxanlı, İlxıçı Məmmədxan, İlxıçı (?-2015) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Qalağan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Xacmaz rayonunun Niyazoba inzibati ərazi vahidində kənd. Samur-Dəvəçi ovalığındadır. Kəndin keçmış adı Məmmədxan İlxıçı olmuşdur. Məmmədxan həmin kənddə məskunlaşmış ilxıçı tayfasına mənsub ailələrin başçısının adı olmuşdur.29 may 2015-ci ildə Qalağan kənd inzibati ərazi dairəsi tərkibindəki İlxıçı kəndi Məmmədxanlı kəndi adlandırılsın.
Padar (Xaçmaz)
Padar — Azərbaycan Respublikası Xaçmaz rayon inzibati ərazi vahidində kənd. Dağətəyi düzənlikdədir.
55 saylı Xaçmaz şəhər seçki dairəsi
56 saylı Xaçmaz kənd seçki dairəsi
Alekseyevka bələdiyyəsi (Xaçmaz)
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aşağı Ləgər (Xaçmaz)
Aşağı Ləgər — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Xudat Şəhər inzibati ərazi vahidində qəsəbə. Samur-Dəvəçi ovalığındadır. Ckalov adına sovxozun 5-ci Şöbəsi yanında yaranmış bu kənd 1965-ci ildən Aşağı Ləgər qəsəbəsi adlandırılmışdır.
Koroğlu heykəli (Xaçmaz)
Koroğlu heykəli — Xaçmaz şəhərində Azərbaycanın xalq qəhrəmanı Koroğlunun şərəfinə ucaldılmış heykəl. Bu heykəl 2012-ci ildə Xaçmaz şəhərindəki yeni salınan Çənlibel parkında qoyulub. Bakı-Xaçmaz yolu üzərində, düz şəhərin girişinə çatarkən sol tərəfdə yerləşən bu parkda gözəl bir mənzərə yaradılıb. Ümumiyyətlə isə, park heykəllərlə və təbiət mənzərələri ilə bəzədilib.
Köhnə Xaçmaz bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Köhnə Xudat (Xaçmaz)
Köhnə Xudat — Azərbaycan Respublikası Xaçmaz rayonu eyniadlı inzibati ərazi vahidində kənd. Kənd özlüyündə məktəb, kitabxana, poçt idarəsi və bələdiyyədən ibarətdir. Kənddə 1200 yaxın insan yaşamaqdadır.Kənd bir ədəd su fontonı vardır Samur-Dəvəçi ovalığındadır.
Köhnə Xudat bələdiyyəsi (Xaçmaz)
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
взмани́ть вяза́ние нага́р непроизводи́тельность дерне́ние закрепля́ть новообращённый пра́йс-ли́ст разве́дчик распоя́сать суесло́вие термоста́тный жужг налон писига biennial demi-lance fence-shop mare outwent башмачный граммофон прохладца филе ясновидящий