Xevsureti distansiyası
Xevsureti distansiyası (rus. Хевсурская дистанция) — Rusiya imperiyası tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. Rusiya İmperiyasına daxil olan Gürcüstan quberniyası tərkibində 1826-1840-cı illərdə mövcud olmuşdur.
1832-ci ilin kameral təsvirinə əsasən Xevsureti distansiyasında 29 kənddə 678 ev var idi və onlarda kişi cinsindən 1.472 nəfər etnik xevsur yaşayırdı.