XATİR
XEYİR
OBASTAN VİKİ
Xeybər
Xeybər (ər:محافظة خيبر) Ərəbistanda, Mədinə şəhərinin yaxınlığında kiçik bir şəhərdir. Habelə Mədinə ilə levant yolunda keçmişdə yeddi qala və təsərrüfatı olan bir sahədir. Bu sahə 7-ci hicrət ilində islam peyğəmbərinin əmri ilə Əli ibn Əbu Talib tərəfindən fəth edilmişdir. Onun cəmisinə Xəyabir deyirlər. == Xeybərin qalaları == Həsni Naim(حصن ناعم) Həsni Təmus(حصن تموص) Həsnül Səlam(حصن السلالم) Həsnül Şəqq(حصن الشق) Həsnül Nətah(حصن النطاه) Həsnül Vətih(حصن الوطیح) Həsnül Kətibə(حصن الکتیبه)Adları keçən qalalar üstdən aşağıya bir-bir Əli əli-ilə Xeybər döyüşü əsnasında fəth edilmişlər. Bu qalaların sakinləri islam peyğəmbərinin fəthindən sonra ondan istədilər ki oranın bir bölməsinin idarəsini özlərinə qaytarsın və onlarda cizyə verməyi başlasınlar.bu anlaşma oranın sakinlərinin fəhşaya və müsəlmanlara əziyyət edənədək yeində idi və bu olaylardan sonra ömər oranı yəhudilərin əlindən alıb müsəlmanlar arasında paylamışdı.Xeybərin Fədək adlı sahəsi Hz.Fatiməyə peyğəmbər tərəfindən bağışlanmışdir. bunun üçün: baxa bilərsiniz. == Mənbə == Yaqut Höməvi,Möcəmül Bolda,9-ci cild,1990.(الحموی، یاقوت، ابوعبدالله ، (مُعجَم اَلبُلدان) ، دار الکتب العلمیة، بیروت، لبنان) Uyunül Əxbar,Əldinuri.(الدینوری ، أبی محمد، عبدالله، بن مسلم، بن قتیبه.
Xeybər döyüşü
Xeybər döyüşü — (ərəb. غزوة خيبر‎) Məhəmməd peyğəmbərin Xeybər yəhudiləri ilə etdiyi döyüşdür ki, hicrətin 7-ci ili Məhərrəm ayında başlayıb və Səfər ayında Müsəlmanların qələbəsi ilə nəticələnmişdir. Xeybər yəhudilərinin Mədinədən qovulmuş yəhudilərə sığınacaq vermələri və bir sıra ərəb qəbilələrini müsəlmanların əleyhinə təhrik etmələri müharibəyə səbəb oldu. Bu müharibədə də müsəlmanlar qələbə çaldılar və bağlanmış müqaviləyə əsasən döyüşdə iştirak edən yəhudilər ailələri ilə birlikdə Xeybər ərazisini tərk etməli idilər, amma yəhudilər bu şəhərdə qalmaları üçün peyğəmbərdən xahiş etdilər, o isə əkdikləri məhsulun yarısını müsəlmanlara vermələri şərti ilə buna razılaşdı. == Xeybər ərazisi == Xeybər bölgəsi müasir dövrddə Mədinədən 165 km şimalda, Şam yolunun üstündə yerləşir və mərkəzi Şureyf şəhəridir. Dəniz səviyyəsindən 854 m yüksəklikdə olan bu bölgə, bir sıra kənd və yaşıllıq əraziləri əhatə edir ki, o vahəni Xeybər adlandırıblar. Böyük əhali sayına sahib olan Xeybər, geniş vadi və dərələr, su və kənd təsərrüfatı sahələrinə malikdir. Burada istehsal edilən əsas məhsul xurmadır. "Sureyr" və "Qaras" vadisində yaşayan Xeybər sakinlərinin əksəriyyəti Ənəzə qəbiləsindəndir. == Döyüşün səbəbləri == Hicrətin 4-cü ili, Hz, Peyğəmbərinin Bəni Nadir Yəhudilərini xəyanətlərinə görə Mədinədən qovduqdan sonra, Hüyey ibn Əxtəb, Səllam ibn Əbil Huqəyq və Kənanə ibn Rəbi ibn Əbil Huqəyq kimi bəzi yəhudilər xeybərə getdilər.
Xeybər İgidəliyev
Xeybər İgidəliyev (Xeybər Zəfər oğlu İgidəliyev; 1937 – 2002) — Azərbaycan yazıçısı. == Həyatı == Xeybər İgidəliyev 1937-ci il fevral ayının 17-də Hacıqabul şəhərində anadan olmuşdur. Atası Igidəliyev Zəfər 1896-cı ildə doğulmuşdur. 1941-ci ildə Böyük Vətən müharibəsinə ilk gedən hacıqabullulardandır. Dörd il müharibədə şərəfli döyüş yolu keçmişdir. Cəbhədən qayıdandan sonra öz şəxsi təsərrüfatında çalışmışdır. Ailəsini alnının təri, əlinin zəhməti ilə dolandıran İgidəliyev Zəfər 1953-cü ildə vəfat etmişdir. Anası İzzə Comərd qızı 1915-ci ildə anadan olmuşdur. İzzə əvvəllər həyat yoldaşı ilə fermada işləmiş, sonralar evdar qadın olmuşdur. O, 73 yaşında – 1988-ci ildə vəfat etmişdir.
Xeybər keçidi döyüşü
Xeybər keçidi döyüşü — Nadir şahın rəhbəri olduğu imperiya ilə Moğol dövlətinin vassalı olan Pişəvər dövləti arasında 1738-ci ildə baş vermiş döyüşdür. Döyüşdə Nadir şahın ordusu mütləq qələbə qazanmış və Məhəmməd şahın rəhbər olduğu Böyük Moğol imperiyasının imperiya torpaqlarına gedən keçid açılmışdır. == Arxa plan == Nadir xan 1736-cı ildə Muğan qurultayında özünü şah elan etdi. Özünü şah elan etsə də. əvvəlki Səfəvi hüquqlarına hələ çata bilməmişdi. Muğan qurultayı sona çatdıqdan sonra Nadir Qəzvinə yola düşdü və buradakı məsləhətləşmələrdən sonra Qəndəharın ələ keçirilməsi və Hindistanyürüşə başlanılması barədə qərar qəbul edildi. === Qəndəharın ələ keçirilməsi === 1736-cı ilin may ayında Rusiya ilə Osmanlı imperiyası yeni müharibəyə başladılar. Osmanlının şimalda başının Rusiya ilə müharibəyə qarışması Nadir şahın şərqə yürüşə çıxmasına şərait yaratdı. Qəndəhar bu zaman vaxtilə Səfəvi paytaxtını ələ keçirmiş Mahmud Gilzayinin qardaşı oğlu Hüseyn Gilzayinin hakimiyyəti altında idi. O, müstəqil hökmdar kimi adına sikkə zərb etdirir və xütbə oxutdururdu.
Zarat Xeybəri
Zarat Xeybəri – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şamaxı r-nu Dəmirçi i.ə.d.-də kənd. Pirsaat çayının sahilində, dağətəyi ərazidədir. Əhalisi 233 nəfərdir (2009), 40 təsərrüfatı var. Keçən əsrin əvvəllərində Şamaxı qəzasında Zarat sözü ilə bağlı Zarat Bahadərəsi, Birinci Zarat (Zarat Xeybəri), İkinci Zarat adlı üç kənd qeydə alınmışdır. Xeybəri komponenti Zarat adlı bu kəndləri bir-birindən fərqləndirmək üçün artırılmışdır. 1933-cü ildə kəndin adı Zarat Xeybərli kimi qeyd edilmişdir. Xeybəri mənşəcə ərəb tayfalarından birinin adıdır. Tarixi mənbələrin məlumatına görə, Xəlifə Ömər dövründə (634-644) xeybərlər öz doğma yerlərindən qovulmuşdular. Görünür, Azərbaycanda məskunlaşmış ərəblərin tərkibində xeybərlər də olmuşdur.
бороздно́й загранпа́спорт затупе́ть перевива́ние перево́зка при́толка сте́лечка украини́зм вы́кроиться зо́рька иуде́и округля́ть прирезать рудопромы́вочный трегу́бый шулер dropping board inference Mask венка глинтвейн лесной магнолиевые прогрызать тетрагон