XEYİR

is. [ ər. ]
1. Fayda, mənfəət.
Bağın, əkinin xeyrini bəylər görəcəkmiş; Toxm əkməyə dehqanları neylərdin, ilahi?! M.Ə.Sabir.
Atalar, babalar əkiblər, tər töküb becəriblər, xeyrini biz görürük. Mir Cəlal.

□ Xeyir dəymək (gəlmək) – faydası olmaq, xeyri olmaq.
Axı, düzünü bilsəm, bundan mənə xeyir gələr ki, ziyan gəlməz. M.Hüseyn.
[Qoşqar:] Soyuqqanlı fikir mübadiləsi olmayan yerdə heç vaxt ümumi işə xeyir dəyməz, yoldaş Əmirli. İ.Hüseynov.

Xeyir eləmək – bax xeyir görmək.
Eşqin məni gündəngünə qeyr elər; Səni sevən, əlbəttə ki, xeyr elər. M.V.Vidadi.

Xeyir gətirməmək – heç bir xeyri olmamaq, ziyan vermək, zərəri olmaq. [Rəhim xan Sitarəyə:] Dilin çox itidir.
Hər halda ziyandan başqa sənə bir xeyir gətirməz. C.Cabbarlı.

Xeyir görmək – mənfəət götürmək, xeyri olmaq, faydalanmaq.
[Hacı Əhməd Almaza:] Biz dedik ki, biz də rahat qalaq, sən də bu kənddən xeyir görəsən. C.Cabbarlı.
[Pərinin əri:] Qızı nə qədər tez ərə versən, bir o qədər xeyir görərsən, canın rahat olar. Ə.Vəliyev.

Xeyir vermək – mənfəət vermək, fayda vermək. [Qurban:] Molla, mənə bir məktub yaz.
Bilirsən ki, hər il sənə nə qədər xeyir verirəm. A.Şaiq.
Biz hələ bundan sonra çalışıb insanlara xeyir verə bilərik. M.Hüseyn.

Xeyri qalmamaq – daha heç bir faydası olmamaq, artıq işə yaramamaq, işlənməz, yararsız hala gəlmək.
Xeyri yox – artıq işə yaramır, faydasızdır.
Sığallı, səksəkəli, sətirləri ləkəli; yüz eyhamlı, kölgəli; tənqidin həm şairə, həm də onu yazana; vallah, bir xeyri yoxdur. R.Rza.

Öz xeyrini güdmək – ancaq öz mənafeyi üçün çalışmaq.
Dövlətlilər ancaq öz xeyirlərini güdürdülər. Ə.Sadıq.

// Qazanc, fayda.
[Hacı Qara:] …Yüz manat xeyir hardan yetişəcək? Bu xeyri yetirən kimdir? M.F.Axundzadə.

2. Yaxşılıq, yaxşı iş.
□ Xeyir iş görmək – yaxşılıq eləmək.
◊ Xeyir xəbər – xoş xəbər, ürəkaçan xəbər, yaxşı xəbər, sevindirici xəbər. [Hacı Kamyab:] Çox mübarək və böyük səadətdir. Bu saat gedim bu xeyir xəbəri qızın anasına da yetirim.
Mürəxxəs olum. Ə.Haqverdiyev.

Xeyir iş1) evlənmə, nikah, toy, nişan, düyün. [Əfifə:] Zəhmət haqqı olmasa da, mən bu vəzifəni bitirə bilərəm.
Madam ki, xanımın xeyir işi vardır, haman xeyir işdə iştirak etmək lazımdır. M.S.Ordubadi;

2) faydalı, sevindirici. Bir kəndin ki koxası Mürşüd ola, heç olar ki, orada xeyir iş ola? ( Ata. sözü ).
Qəzetləri də bir-birinə vurdum, heç bir yerdə Sultan tərəfindən bir xeyir iş baş verdiyini görmədim. C.Məmmədquluzadə.
Xeyir ola? Xeyir olsun? Xeyir xəbər ola? – heyrət, maraq, təəccüb məqamında işlənən sual ifadəsi.
[Asya:] …Görəsən bu bizə nəyə gəlir, xeyir xəbər ola?… Ü.Hacıbəyov.
Usta Zeynal xəbər aldı: – A mirzə, gözümə bikef dəyirsən, nə olub, xeyir ola? Ə.Haqverdiyev.

Xeyrini görəsən! – yeni alınan, əldə edilən şey haqqında xoş arzu bildirir (bəzən istehza yolu ilə deyilir).
Xeyrini görmək – istifadə etmək, faydalanmaq.
Axşamın (sabahın) xeyir! – səhər (axşam) görüşüb salamlaşdıqda işlənən ifadə.
Sabahınız xeyir, Səmirə xanım! M.Hüseyn.

Allah xeyrə calasın! Allah xeyir versin! – xoş arzu, uğur arzusu bildirən ifadə.
[Cahan:] Nə deyirəm, Allah xeyir versin! Ü.Hacıbəyov.
[Məşədi Səfdər:] Arvad, Allah xeyrə calasın, bu genə nə qırmızı kəsim-biçimdir? M.Əliyev.

Başıma xeyir! – təəccüb, heyrət ifadəsi.
Boy, başıma xeyir, buna bax, buna; Elə bil borcluyam zalım oğluna. S.Vurğun.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XEYİR xeyir bax fayda; nəf
  • XEYİR fayda — gəlir — qazanc — mənfəət — sərfə
  • XEYİR bərəkət

Antonimlər (əks mənalı sözlər)

  • XEYİR XEYİR – ŞƏR Axşamın xeyrindən sabahın şəri yaxşıdır (Ata. sözü). XEYİR – VAY Xeyir iş yerdə qalmaz (Ata
XE
XEYİR-BƏRƏKƏT

Digər lüğətlərdə