XEYİRLİ

sif. Xeyir verən, xeyri olan; gəlirli, qazanclı, əlverişli. Xeyirli iş. Xeyirli sənət.
[Keçəl:] Lotubaşı, sən qovunu ver, mən sənə bir xeyirli yer deyim. Aşıq Qərib”.
Qonşum elə güman eləyib ki, dünyada yazıçılıqdan asan, yazıçılıqdan xeyirli peşə yoxdur. S.Rüstəm.

// Faydalı, xeyirli, əlverişli, xeyir verən. Xeyirli şərait. Xeyirli məsləhət.
Ancaq məndən soruşsan, çətin olsa da, inan; İnsan olmaq yaxşıdır, adi, xeyirli insan! R.Rza.

// Cana, səhhətə xeyri, faydası olan. Badamlı çox xeyirli sudur. Xeyirli dərman.
[Qaçay Sevincə:] Son günlər yaman xeyirli sözlər danışırsan. Z.Xəlil.

// Bərəkətli, bol, xeyir-bərəkətli.
Bütün ellər xeyirli; Varlı aranda qaldı; Vaz keçib dağdan-daşdan; Yer tutdu, yuva saldı. Ə.Cavad.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XEYİRLİ XEYİRLİ (xeyir verən) [Molla Qurban:] Xeyirli, bərəkətli camaatdır.. (Ə.Haqverdiyev); BARLI Kamal sahibləri mənsiz də barlı; Men gərək barımı barsıza
  • XEYİRLİ bərəkətli
  • XEYİRLİ faydalı — gəlirli — qazanclı — mənfəətli — sərfəli — yararlı — əlverişli

Antonimlər (əks mənalı sözlər)

  • XEYİRLİ XEYİRLİ – ŞƏRLİ Xeyirli yola hər bir yerdə, hər hansı anda addım atsan yaxşıdır (M.Talıbov); Şərli işlərdən nə qədər qıraq olsan daha yaxşıdır (“Azərb
XEYİRLƏŞMƏK
XEYİRLİK

Digər lüğətlərdə

автокорму́шка вы́мочить мото́вка обзнако́миться перека́лывать хвальби́шка гидроаку́стика издёргать конто́рка круглогу́бцы насу́хо образе́ц силлогисти́ческий стоя́ть одной ногой в могиле, в гробу чугунолите́йный шварто́вый мавзолей cost-cut dilation dream-reader gear-wheel patsy slice заручаться облачить