XEYİRXAH

sif. [ ər. xeyir və fars. xah] Başqasının və hamının yaxşılığını istəyən, başqalarına kömək edən, yaxşılığa çalışan; qayğıkeş. Xeyirxah adam. – [Almaz Xanımnaza:] Şərif çox yaxşı adam imiş, ana. Mən heç gözləməzdim.
İşlək, çalışqan, xeyirxah. C.Cabbarlı.
[Rəşid:] Qurbanqulu həmişə xalqın xeyirxahı ( is. ) hesab olunardı. T.Ş.Simurq.
[Müvəkkil:] Siz xeyirxah adamsınız, yoldaş Qaradağlı, bəlkə məsələ qaldırasınız, bulağın üstündə Səməd Vurğunun heykəlini qoyalar. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XEYİRXAH XEYİRXAH [Almaz Xanımnaza:] Şərif çox yaxşı adam imiş, ana... İşlək, çalışqan, xeyirxah (C.Cabbarlı); LÜTFKAR Məlayikədən gördüm lütfkar səni (“Lətif
  • XEYİRXAH mülayim — yumşaq — rəhmdil — mərhəmətli — iltifatlı
  • XEYİRXAH alicənab — mərd — ləyaqətli

Etimologiya

  • XEYİRXAH Xeyir ərəbcədir, xah isə farsca xastən (istəmək) məsdəri ilə bağlıdır. Xahiş sözü də xastən feilindən əmələ gəlib
XEYİR-ŞƏR
XEYİRXAHCASINA

Digər lüğətlərdə