XİDMƏTÇİLİK
XİDMƏTKAR
OBASTAN VİKİ
Alman Akademik Mübadilə Xidməti
Alman Akademik Mübadilə Xidməti - (almanca: Der Deutsche Akademische Austauschdienst e. V. (DAAD)) beynəlxalq aləmdə alman ali məktəbləri və tələbə qurumlarının əlaqələrinə xidmət edən təşkilatdır. 1 Yanvar 1925-ci ildə bir qrup tələbənin təşəbbüsü ilə Haydelberq şəhərində "Akademik Mübadilə Xidməti" adı altında yaradılmışdır. Elə həmin ildəcə onun mərkəzi Berlin şəhərinə köçürülür. 1933-cü ildə Nasional Sosialistlərin təkidi ilə təşkilat fəaliyyətini dayandırır. 1943-cü ildə onun şəhər qəsrində yerləşən bürosu bombardman nəticəsində dağıdılır. 5 avqust 1950-ci ildə Bonn şəhərində bu təşkilat "Alman Akademik Mübadilə Xidməti"altında yenidən qurulur. 2012-ci ildən onun prezidenti Marqret Vintermanteldir. == Məqsədi == DAAD verdiyi məlumata görə tələbə və elmi işçilərin mübadiləsini həyata keçirən ən böyük fond sayılır. O yarandığı gündən, 1925-ci ildən bu günə kimi 1,9 milyon insana həm ölkə daxili, həm də xaricdə stipendiyalarla yardım etmişdir (2003-cü ildəki məlumat).
Azərbaycan Dövlət Sərhəd Xidməti
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti — Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 iyul tarixli, 740 nömrəli Fərmanı ilə yaradılmış, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. == Tarixi == 18 avqust 1919-cu il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb. Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə başlayır. Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib.1991-ci ilin 18 oktyabrında "Müstəqillik haqqında Konstitusiya Aktı"nı qəbul etdikdən sonra milli dövlət quruculuğunun bərpası işlərinə başlanıldı. Həmin illərdə dövlət sərhədinin mühafizəsi, əsasən şəxsi heyətin fiziki imkanları və SSRİ dövründən qalmış, fiziki və mənəvi cəhətdən köhnəlmiş mühəndis-texniki qurğular və texniki vasitələr hesabına həyata keçirilir, şimal və şimal-qərb istiqamətində yaradılmaqda olan sərhəd məntəqələri vaqonlarda, çadırlarda və ən yaxşı halda, uyğunlaşdırılmış binalarda yerləşirdi. Ölkə prezidentinin 2000-ci il 16 avqust sərəncamı ilə avqustun 18-nin Azərbaycanda Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunması qərara alınıb. Dövlət başçısının 2002-ci il 31 iyul tarixli fərmanı ilə isə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin əsasında Dövlət Sərhəd Xidməti yaradılıb. Həmin fərmanla Dövlət Sərhəd Xidmətinin rəisi — Sərhəd Qoşunlarının komandanı təyin edilib. == Haqqında == Müstəqillik əldə ediləndən sonra Sərhəd Xidməti Milli Təhlükəsizlik Nazirliyinin tərkibində olub.
Eduroam xidməti
Eduroam xidməti — elm və təhsil müəssisələrinin əməkdaşlarının xarici ölkələrə ezamiyyəti zamanı bu ölkələrin eduroam xidmətlərinə qoşulan təşkilatların daxili şəbəkə infrastrukturundan istifadə edərək İnternet şəbəkəsinə pulsuz və sərbəst qoşulmaq imkanı verir. == Əhatə dairəsi == Dünyanın 67-dən çox ölkəsi hal-hazırda bu sistemə qoşulmuşdur. Bir çox ölkələr isə pilot layihələr çərçivəsində bu xidmətə qoşulmağa çalışırlar. TERENA (Trans-European Research and Education Networking Accociation – Trans-Avropa Elmi Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyası) təşkilatının tövsiyələrini əsas tutaraq AzScienceNet şəbəkəsində də Milli Eduroam serveri yaradılmış və Avropa Eduroam Konfederasiyasında qeydiyyatdan keçmişdir. == AzScienceNet şəbəkəsində Eduroam xidməti == Eduroam xidməti AMEA-nın institut və təşkilatları əməkdaşlarının xarici ölkələrə ezamiyyəti zamanı bu ölkələrin eduroam xidmətinə qoşulan elm və təhsil müəssisələrinin daxili infrastukturundan istifadə edərək qlobal İnternet şəbəkəsinə qoşulmaq imkanı verir. Eyni zamanda Eduroam xidməti xarici ölkələrdən AMEA-nın institut və təşkilatlarına ezamiyyətə gələn elmi əməkdaşların AMEA-da Eduroam xidmətini dəstəkləyən bütün qoşulma nöqtələrindən istifadə edərək qlobal İnternet şəbəkəsinə heç bir əlavə konfiqurasiya edilmədən qoşulmasına imkan verir. Azərbaycan Milli Eduroam serveri AzSciencenet şəbəkəsində yerləşdirilmiş, republika üzrə Milli Operator funksiyasını yeinə yetirir və 11 noyabr 2011-ci il tarixində European Eduroam Confederation təşkilatında qeydiyyatdan keçmişdir. Eduroam xidməti AzScienceNet istifadəçilərinin dünyanın istənilən yerindən qlobal İnternet şəbəkəsinə qoşulmaq imkanı yaradır. Eduroam xidmətini Azərbaycan Respublikasında tətbiq etmək və ölkəni ümumdünya eduroam şəbəkəsinə qoşmaq və tanıtmaq üçün aşağıdakı tədbirlər həyata keçirilmişdir: Milli Eduroam serverin proqram təminatı işlənmiş və konfiqurasiya edilmişdir; AMEA-nın lokal eduroam serveri yaradılmış, onun proqram təminatı işlənmiş və istifadəçilər reyestri yaradılmışdır; Simsiz Wi-Fi access point-ləri quraşdırılmış və işə salınmışdır; Milli və Lokal eduroam serverlər, Wi-Fi access pointlər ümümi eduroamın tələblərinə uyğunlaşdırılmışdır. == Azərbaycan elm və təhsil müsəssisələri üçün Eduroam xidmətinə qoşulma şərtləri == Milli Eduroam serverində (AzScienceNet şəbəkəsində yerləşir) qeydiyyatdan keçmək; Təşkilatın lokal eduroam serverinin yaradılması, proqram təminatının yazılması və istifadəçilər reyestrinin yaradılması ilə bağlı işlər; Simsiz Wi-Fi Access Point-in quraşdırılması və test rejimində işə salınması ilə bağlı işlər; Təşkilatın lokal serveri və Wi-Fi Access Point avadanlıqları beynəlxalq Eduroam şəbəkəsinin tələblərinə uyğunlaşdırılmalıdır."Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası və Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014–2020-ci illər üçün Milli Strategiyada ölkəmizdə elm və təhsilin informasiya təminatının gücləndirilməsi, infrastrukturunun müasirləşdirilməsi, bu sahələrdə informasiya-kommunikasiya texnologiyalarının səmərəli tətbiqi kimi mühüm vəzifələr müəyyən edilmişdir.
Nəqliyyat xidməti
Xidməti it
Xidməti it — Xüsusi xidmət orqanları müxtəlif heyvanların bacarığından hər zaman istifadə ediblər. Bunlardan axtarışıyla, izləməyi ilə, iybilmə qabiliyyəti ilə seçilən heyvan itdir. Narkotiklərin axtarışında, cinayətkarların tapılmasında xidməti itlərin köməyi əvvəzsizdir. == Azərbaycanda xidməti itlərdən istifadə olunan xidmət orqanları == Dövlət Sərhəd Xidməti - sərhəd pozucuların axtarışı, narkotiklərin ifşasında; Daxili Qoşunlar - cinayətkarların - terrorçuların axtarışında; Fövqəladə Hallar Nazirliyi - xüsusi riskli xilas etmə zamanı, fövqəladə hal zamanı; Azərbaycan Respublikası Müdafiə Nazirliyi - "Qaravul" xidmətinin təşkili zamanı. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi - əsasən qaçaq mal və narkotik vasitələrin axtarışı zamanı.
Kadrlar xidməti
Kadrlar xidməti (həmçinin müəssənin İnsan Resursları Departamenti) — müəssisənin strukturunda ixtisaslaşdırılmış bölmələrin (onlarda işləyən vəzifəli şəxslərlə — menecerlər, mütəxəssislər, texniki işçilər ilə) uyğunlaşdırılması üçün müəssisənin kadrlarını idarə etmək üçün nəzərdə tutulmuşdur. Kadr xidmətlərinə işə qəbul agentlikləri, işə qəbul agentlikləri və peşəkar inkişaf şirkətləri daxildir. Kadr xidmətlərinin funksiyaları bir çox cəhətdən müəssisələrdə kadr şöbələrinə bənzəyir, lakin eyni zamanda bir qədər daha genişdir. == İnsan Resursları Təcrübələrinin Əsasları == === İşə qəbul === Biznesin uğurlu inkişafı üçün ixtisaslı kadrlar lazımdır. Hər bir vəzifə üçün əsas xüsusiyyətləri və xüsusiyyətləri əks etdirən iş təsvirlərini hazırlayın. İxtisaslı namizədlərin axtarışı və seçilməsi kadrların idarə edilməsi praktikasında mühüm elementə çevrilir. Qəbul təcrübələrinizin qanuna uyğun olduğundan əmin olun. Müəssisənin kadrlar şöbəsi tərəfindən işçilərin işə qəbulu mərhələləriXətt menecerindən sifariş axtarın. Vəzifə, ərizəçiyə qoyulan tələblər, şərtlər haqqında ətraflı məlumatın əldə edilməsi. Məlumat bazansından, İnternetdən, mediada reklamdan, birbaşa axtarış və işə götürmə agentliyinin xidmətlərindən istifadə edərək axtarışı.
Feldyeger xidməti
Feldyeger xidməti – məxfi və xidməti sənədlərin qəbulunu, emalı və təyinatı üzrə çatdırılmasını həyata keçirən dövlət rabitə xidməti. Təsisat və müxtəlif adlar altında bir çox ölkədə mövcuddur. İlk dəfə 1742-ci ildə Prussiya ordusunda təsis olunmuşdur. Sonralar mülki idarə orqanlarında da tətbiq edilmişdir.
BBC Azərbaycanca Xidməti
British Broadcasting Corporation (abbr. BBC; ing. Britan Yayım Korporasiyası) İngiltərədə krallıq beratı altında və dövlətin pul dəstəyi ilə işləyən yayım quruluşudur. Quruluşundan 1954-cü ildə qədər televiziya, 1972-ci ildə qədər də radio yayımları sahəsində təkəl mövqeyini qorumuşdur. Mərkəzi Londonda şəhərindədir. == Tarixi == British Broadcasting Company Ltd. 1922-ci ildə özəl bir şirkət olaraq quruldu. 1925-ci ildə ləğv edilən şirkətin yerini 1927-ci ildə bir cəmiyyət quruluşu olaraq qurulan British Broadcasting Corporation aldı. BBC, parlementə qarşı bağlı olmaqla birlikdə işlərini müstəqilliklə davam etdirir. İdarə heyəti Birləşmiş Krallıq hökümdarınca təyin edilir.
Dövlət Sərhəd Xidməti
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti — Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 iyul tarixli, 740 nömrəli Fərmanı ilə yaradılmış, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. == Tarixi == 18 avqust 1919-cu il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb. Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə başlayır. Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib.1991-ci ilin 18 oktyabrında "Müstəqillik haqqında Konstitusiya Aktı"nı qəbul etdikdən sonra milli dövlət quruculuğunun bərpası işlərinə başlanıldı. Həmin illərdə dövlət sərhədinin mühafizəsi, əsasən şəxsi heyətin fiziki imkanları və SSRİ dövründən qalmış, fiziki və mənəvi cəhətdən köhnəlmiş mühəndis-texniki qurğular və texniki vasitələr hesabına həyata keçirilir, şimal və şimal-qərb istiqamətində yaradılmaqda olan sərhəd məntəqələri vaqonlarda, çadırlarda və ən yaxşı halda, uyğunlaşdırılmış binalarda yerləşirdi. Ölkə prezidentinin 2000-ci il 16 avqust sərəncamı ilə avqustun 18-nin Azərbaycanda Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunması qərara alınıb. Dövlət başçısının 2002-ci il 31 iyul tarixli fərmanı ilə isə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin əsasında Dövlət Sərhəd Xidməti yaradılıb. Həmin fərmanla Dövlət Sərhəd Xidmətinin rəisi — Sərhəd Qoşunlarının komandanı təyin edilib. == Haqqında == Müstəqillik əldə ediləndən sonra Sərhəd Xidməti Milli Təhlükəsizlik Nazirliyinin tərkibində olub.
Dövlət Təhlükəsizliyi Xidməti
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və ya qısaca DTX — Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması məqsədilə fəaliyyət göstərən xüsusi xidmət orqanı. == Haqqında == Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılmışdır.Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, "Milli təhlükəsizlik haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Dövlət sirri haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əsasnaməsi, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, fəaliyyətə aid qanunvericiliyə əsasən qəbul olunmuş mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının qanunları çərçivəsində Azərbaycan Respublikası tərəfindən bağlanmış beynəlxalq müqavilələr təşkil edir. Bu fəaliyyət insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması, humanizm, dövlət və cəmiyyət qarşısında cavabdehlik prinsiplərinə əməl olunması ilə həyata keçirilir. == Tarixi == 28 mart 1919 – Azərbaycanda ilk milli təhlükəsizlik orqanı yaradılıb. Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi (kvartirmeyster) təşkil edilib. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib. Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi 23 ay ərzində dövlət quruculuğu sahəsində xeyli iş görməyə müvəffəq oldu. Milli Ordunun təşkili prosesində general Səməd bəy Mehmandarov, general Əli Ağa Şıxlinski və general Məmməd bəy Sulkeviç xüsusi rol oynamışlar. Həmin sərkərdələrin rəhbərliyi ilə ordu quruculuğu işi 1920-ci ilin yanvarında başa çatdırıldı. Azərbaycan Xalq Cümhuriyyətinin təhlükəsizliyinin təmin edilməsi missiyasını da ilk zamanlar ordu öz üzərinə götürmüş və bölmə (Hərbi Nazirliyin Baş Qərargahının general-kvartirmeystr şöbəsinin kəşfiyyat və əks-kəşfiyyat bölməsi) halında bu işin öhdəsindən bacarıqla gələ bilmişdi.
Elektron Təhlükəsizlik Xidməti
Elektron Təhlükəsizlik Xidməti — kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici qurum olan dövlət orqanıdır. == Tarixi == Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanının 5-ci hissəsinə əsasən yaradılıb. "Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər" haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli Fərmanı ilə Mərkəz Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti kimi Nazirliyin strukturuna daxil edilib. == Fəaliyyəti == kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturunun subyektlərinin fəaliyyətini koordinasiya edir; informasiya sistemlərinin və şəbəkələrinin, kompüter avadanlıqlarının və onların proqram təminatının, lokal və korporativ informasiya sistemlərinin və ehtiyatlarının təhlükəsizliyinə qarşı yönəldilmiş kiberhücumlar, qanunsuz müdaxilələr, ziyanverici proqramlar (bundan sonra – elektron təhlükələr) barədə istifadəçilərdən, proqram təminatı və texniki avadanlıqların istehsalçılarından, xarici ölkələrdəki analoji strukturlardan və digər mənbələrdən daxil olan məlumatları toplayır və təhlil edir; mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı həyata keçirir, kibertəhlükəsizlik sahəsində istifadəçilərin maarifləndirilməsini təmin edir; elektron təhlükələrin qarşısının alınması istiqamətində, o cümlədən istifadəçilərə qarşı istifadə oluna biləcək proqramlar, texniki vasitələr barədə təlimatlar hazırlayır, onlara tövsiyələr verir, metodiki dəstəyin göstərilməsini təmin edir; ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədi ilə milli internet operatoru ilə birlikdə Nazirlik ilə razılaşdırılmış qabaqlayıcı tədbirlər həyata keçirir; kibertəhlükəsizlik üzrə hazırlığı təmin etmək məqsədi ilə ölkədə fəaliyyət göstərən digər aidiyyəti qurumlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Kikinin çatdırma xidməti
Kikinin çatdırma xidməti (魔女の宅急便, Majo no Takkyūbin) — 1989-cu ildə Studio Ghibli tərəfindən Hayao Miyazakinin rejissorluğu ilə 1985-ci ildə Yaponiyalı yazıçı Eiko Kadanonun eyni adlı romanı əsasında çəkilmiş anime filmi. Bu Studio Ghibli tərəfindən hazırlanmış dördüncü filmdir. Miyazakinin fikrincə yapon gəncləri uşaqlıq dövrünü başa vurduqdan sonra ailə bağlılığı və azadlıq arasında sıxışıb qalırlar. Bu film onlara həyatta istədiyini qazanmaq üçün güclü olmağı, çox çalışmalı və özlərini kəşf etməyi göstərir. Film eyni zamanda Walt Disney Pictures ilə birgə hazırlanan ilk Studio Ghibli filmidir. 1997-ci ildə ingilis dilində dublaj olduqdan sonra Beynəlxalq Seattle Film Festivalı-nda nümayiş olunmuşdur. == Məzmun == Kiki on üç yaşlı cadugərdir. Qaydalara görə on üç yaşı tamam olmuş hər bir cadugar, cadugarlıq praktikası üçün evdən ayrıəlaraq bir il tək yaşamalıdır. Kiki pişiyi Cici ilə birlikdə anasının verdiyi süpürgəyə minərək cadugər olmayan başqa şəhərə gedir. Kikinin sadəcə uçmaq bacarığı olduğu üçün özünə məxsus bir çatdırma xidməti verən bir iş yaratmaq istəyir.
Koreya Meşə Xidməti
Koreya Meşə Xidməti, Cənubi Koreya Qida, Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq Nazirliyi tərəfindən nəzarət edilən meşəçilik sahəsində ixtisaslaşmış müstəqil bir qurumdur. == Koreyanın Meşə Xidməti == Koreya Meşə Xidməti, meşə siyasəti və qanunlarının yaradılması və həyata keçirilməsinə görə ümumi məsuliyyət daşıyır. Koreya Meşə Xidməti 5 büro, 22 şöbə, 5 Regional Meşə Xidməti və 27 Milli Meşə Stansiyasından ibarətdir. Meşə Aviasiya Baş İdarəsi, Koreya Meşə Tədqiqat İnstitutu, Milli Arboretum və Milli Təbii İstirahət Meşə Ofisi kimi Koreya Meşə Xidməti ilə bağlı qurumlar var. Koreya Meşə Xidməti, qlobal ətraf mühit problemlərinə töhfə vermək üçün Birləşmiş Millətlər Təşkilatının Səhralaşma ilə Mübarizə Konvensiyasında, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyinə dair Çərçivə Konvensiyasında və Biyoloji Müxtəlifliyə dair Konvensiyada fəal iştirak edir. Hökumət və özəl sektor arasında əməkdaşlıqda reabilitasiya texnologiyalarına əsaslanan aktual layihələrin həyata keçirilməsinə dair təşəbbüs addımları atıldı. Səhralaşma və quraqlığı azaltmaq üçün həm ikitərəfli, həm də regional iş birliyində aparıcı rol almaq üçün Koreya Meşə Xidməti ikitərəfli meşə təsərrüfatı işbirliyi və Şimal-Şərqi Asiya Meşə Şəbəkəsinin yaradılması yolu ilə daha sıx əməkdaşlığı təşviq edir. Koreya Meşə Xidməti, UNCCD-COP10-u koreyalıların və dünyanın digər bölgələrinin səhralaşma məsələləri ilə bağlı məlumatlılığını artırmaq və səhralaşma ilə mübarizə üçün daha çox layihənin həyata keçirilməsinə və effektiv bir iş birliyi mexanizminin yaradılmasına imkan olaraq qəbul etdi. Koreya Meşə Xidməti, Xarici İşlər Nazirliyi (Cənubi Koreya) ilə sıx əlaqələndirərək, Asiya Meşə Əməkdaşlıq Təşkilatının yaradılması üçün əsas rol oynadı. == Koreyanın meşələri == Koreya yarımadası şimal enliyində 33 ° 7 ilə 43 ° 1 ′ arasında, Şərqi uzunlamada 124 ° 11 ′ ilə 131 ° 53 ′ arasında, Şimali Qərbi Sakit Okeanın mərkəzində, Çin və Rusiya ilə sərhədə malikdir, şimal və cənubda Yapon adaları yaxınlığında yerləşir.
Milli Hidrometeorologiya Xidməti
Milli Hidrometeorologiya Xidməti (tam adı: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti) — Azərbaycan Respublikasında xidmət == Haqqında == Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində, hidrometeorologiya, o cümlədən meteorologiya, aviameteorologiya, aqrometeorologiya, hidrologiya, okeanologiya, iqlimşünaslıq və atmosfer proseslərinə fəal təsir işlərinin aparılması, məlumatların toplanılması, təhlili, hazırlanması, saxlanılması və ötürülməsi, metrologiya və standartlaşdırma fəaliyyətinin təşkili, təbii mühitin, o cümlədən atmosfer havasının, yeraltı su obyektləri istisna olmaqla, su obyektlərinin monitorinqi və su kadastrının aparılması sahələrində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan qurumdur. == Tarixi == Hidrometeoroloji məlumatların əldə olunma mənbəyi hidrometeoroloji stansiyaların paylanma qanunauyğunluğu prinsipinə əsaslanaraq respublikanın ərazisi üzrə yerləşdirilmiş hidrometeoroloji stansiyalar və məntəqlər hesab edilir ki, bu da öz növbəsində hidrometeoroloji şəbəkə adlandırılır. Azərbaycanda ilkin hidrometeoroloji müşahidələrin tarixi çox qədimdir. Belə ki, ilk müşahidələr 1830-cu ildə Xəzər dənizinin səviyyəsi üzərində, ilk meteoroloji müşahidələr 1843-cü ildə Naxçıvanda başlamış və sonradan müşahidə şəbəkəsi genişlənərək 1847-ci ildə Lənkəranda, 1848-ci ildə Bakıda və və Şuşada, 1871-ci ildə Gəncədə, 1872-ci ildə Zaqatalada və Şəkidə, 1879-cu ildə Göytəpədə aparılmışdır. Kənd təsərrüfatı bitkiləri üzərində ilkin aqrometeoroloji müşahidələr 1882-ci ildə Gəncə meteoroloji stansiyasında aparılmışdır. Respublikamızda ilk dəfə atmosferin ozon təbəqəsi üzərində müşahidələrə 1993-cü ildə Bakı şəhərində başlanılmışdır. Çay suları üzərində ilk hidroloji müşahidələr 1861-ci ildə Kür çayının Salyan məntəqəsində aparılmışdır. 1920-ci ildə Azərbaycan Hidrometeoroloji Xidmət İdarəsi, 1925-ci ildə Bakı Hava Bürosu yaradılmışdır. İlk radiozondun buraxılışı 1936-cı ildə Maştağa qəsəbəsində, 1953-cü ildə isə Lənkəran şəhərində təşkil edilmişdir. 1952-ci ildə ilk dəfə olaraq açıq dənizdə "Neft Daşları" hidrometeoroloji stansiyası təşkil olunmuşdur.
Multimedia mesaj xidməti
Multimedia mesaj xidməti (ing.Multimedia Messaging Service, ru.служба мультимедийных сообщений) - şanvari rabitə şəbəkələrində multimedia məlumatlarının (görüntülərin, melodiyaların, video materialların) ötürülməsi sistemi. EMS xidmətinin inkişaf etdirilmiş variantıdır. Məlumatları təkcə mobil telefona deyil, həm də elektron poçta göndərməyə imkan verir. MMS məlumatının ölçüsü 999 kilobaytadək ola bilər (MMS 2.0 standartı). Mobil rabitə operatoru göndərilən məlumatın ölçüsünə öz məhdudiyyətini qoya bilər. Bəzi mobil telefonlarda MMS-in ölçüsü 100 kilobaytdan artıq ola bilməz. Bu məlumatda fotoqrafiya və ya sürəkliliyi təxminən 10 saniyə olan 3GP formatlı video yerləşdirmək olar, yaxud da müxtəlif formatlı (MIDI, MP3, MMF – Synthetic Music Mobile Application Format) kiçik melodiyalar və ya diktofon yazıları göndərmək olar. MMS məlumatı iki hissədən ibarətdir. Məlumatın özü telefon operatorunun xüsusi WAP-serverində saxlanır. İkinci hissə – xüsusi SMS məlumatı isə alan şəxsin telefonuna göndərilir.
Təhlükəsizlik xidməti (SD)
Təhlükəsizlik xidməti (SD) (alm. Sicherheitsdienst‎) Nasist Partiyası və SS-in, həmçinin RSHA-nın (Silahlı Polis Kəşfiyyat İdarəsi) tabeliyində olan alt təşkilat. Sicherheitsdienst 1931-ci ildə Henrix Himmler tərəfindən Nasist Partiyasının öz kəşfiyyat və təhlükəsizlik qurumuna ehtiyacının olması inancı ilə quruldu və İkinci Dünya Müharibəsinin başlaması ilə Gestapo ilə birlikdə RSHA-nın nəzarəti altında idi. Himmler 1942-ci ildə SD-nin rəhbərliyinə gəlmiş və növbəti il Ernst Kaltenbrunneri əvəz etmişdir. SD ilə Almaniyanın hərbi kəşfiyyat orqanı Abwehr arasında hər zaman ciddi bir rəqabət var idi, lakin bu rəqabət 1944-cü ilin iyununda Himmler tərəfindən SD-də Abwehr-in əridilməsi ilə sona çatmışdır. SD, Nürnberq Məhkəmələrində cinayət təşkilatı olaraq tanınmış və bu da zəruri sayılan bütün üzvlərinin və idarəçilərinin məhkəmə tərəfindən istintaqa cəlb edilməsinə səbəb olmuşdur. Sicherheitsdienst nasistlər tərəfindən Sovet hərbi əsirlərinə qarşı törədilən cinayətlərin çoxunu icra etmişdir.
Xarici Kəşfiyyat Xidməti
Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti — Azərbaycan Respublikasının Prezidentinin 14 dekabr 2015-ci il tarixli, 706 fərmanına əsasən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılmış xüsusi dövlət orqanıdır. == Haqqında == Xarici Kəşfiyyat Xidmətinin vəzifəsi əsasən xarici dövlətlərin ərazisində, onların xüsusi xidmət orqanlarında, siyasi dairələrində dövlətin təhlükəsizliyini təmin etmək istiqamətində əməliyyat tədbirləri həyata keçirməkdir. Əsas məqsəd dövlətin təhlükəsizliyi üçün təhdid ola biləcək bu və ya digər addımların dövlətin ərazisindən kənarda, onların planlaşdırıldığı, hazırlandığı yerlərdə qarşısını almaqdır. == Tarixi == İkinci Qarabağ müharibəsində Xarici Kəşfiyyat Xidmətinin "Yarasa" Xüsusi Bölmələri döyüşlərdə fəal iştirak edib. Müharibə zamanı dəstə Qubadlı rayonuna ilk daxil olub. Bölmənin əsas fəaliyyəti düşmənin arxa cəbhəsində həyata keçirilib. Dəstə Azərbaycan və dünya cəmiyyətinə ilk dəfə 2020 Bakı Qələbə Paradında təqdim olunub.
Xüsusi Hava Xidməti
Special Air Service və ya SAS (Azərb. Xüsusi Hava Xidməti) — Böyük Britaniya Silahlı Qüvvələrinin Xüsüsi Təyinatlılar bölməsi. == Yaranma Tarixi == SAS hərbi bölməsi 24 avqust 1941-ci ildə, İkinci dünya müharibəsi zamanı leytenant Devid Sterlinq tərəfindən yaradılmışdır. Bölmə Hava-Desantında xidmət edən könüllülərdən ibarət idi. Bölmənin əsas vəzifəsi Şimali Afrikada düşmənə qarşı reydlər keçirməkdən ibarət idi. 30 noyabr 1946-cı ildə bölmə dağıdılmışdır, ancaq 1947-ci ildə SAS hərbi bölməsi yenidən yaradılmışdır. SAS bugünəcən fəaliyyət göstərir. == Vəzifəsi == SAS xüsüsi təyinatlıların əsas vəzifəsi bulardır: Birləşmiş Krallığ hökumətinin siyasətinə dəstək Terrorçuluğa qarşı həm ölkənin içində həm də dünyada mübarizə Digər ölkələrdən əsgər yığımı və hazırlanması == Qəbul, seçim və təlim == Birləşmiş Krallığın Xüsusi Təyinatlıları heç vaxt birbaşa ictimaiyyət arasından seçilmir. Silahlı Qüvvələrin bütün hazırkı üzvləri bura qoşulmaq üçün seçim mərhələsində iştirak edə bilər, lakin namizədlərin əksər hissəsi keçmişdə komando və ya desant olanlardır. Seçim mərhələsi ildə 2 dəfə, yayda və qışda olur.
İnternet xidməti operatoru
İnternet xidmət provayderi (ing. Internet service provider, ISP) — internetə daxil olmaq, ondan istifadə etmək, onu idarə etmək və ya orada iştirak etmək üçün xidmətlər göstərən təşkilat. ISP-lər müxtəlif formalarda təşkil edilə bilər. Məsələn, bu, kommersiya, icmaya məxsus, qeyri-kommersiya və ya başqa şəkildə özəl mülkiyyətə sahibdir. Adətən ISP-lər tərəfindən təmin edilən internet xidmətlərinə internetə çıxış, internet tranziti, domen adının qeydiyyatı, veb-hostinq, "Usenet" xidməti və kolokasiya daxil ola bilər. İnternet xidmət provayderi adətən istifadəçiyə internetdə mövcud olan hər şeyə çıxışı təmin edən giriş nöqtəsi və ya şlüz kimi xidmət edir. Belə bir şəbəkəni göz alma şəbəkəsi də adlandırmaq olar. == Tarixi == İnternet (orijinal olaraq ARPAnet) dövlət tədqiqat laboratoriyaları və universitetlərin iştirakçı şöbələri arasında şəbəkə kimi hazırlanmışdır. Digər şirkətlər və təşkilatlar onurğa sütununa birbaşa əlaqə ilə, ya da digər əlaqəli şirkətlər vasitəsilə, bəzən UUCP kimi "dial-up" alətlərindən istifadə edərək qoşulurdular. 1980-ci illərin sonlarında internetdən kommersiya məqsədli istifadəsi baş tutmuşdur.
İsrail Həbsxana Xidməti
İsrail Həbsxana Xidməti (ivr. ‏שירות בתי הסוהר‏‎) — ümumiyyətlə İsraildə öz qısaltması Şabas (שב״ס) və ya İngilis dilində IPS ilə tanınan, İsrail həbsxanalarına nəzarət üçün cavabdeh olan dövlət qurumudur. Bu, İctimai Təhlükəsizlik Nazirliyinin səlahiyyətindədir. 2014-cü ildə IPS-də 8,800 işçi çalışırdı.
İnternet hostinq xidməti
İnternet hostinq servisi internetə qoşulmuş serverləri işlədən və idarə edən qurumlara deyilir. Bu qurumlar invidualların və yaxud bizneslərin internetdə servis təmin etmələrini və yaxud məlumat saxlamalarını təmin edir. Hostinq deyərkən ağıla gələn ilk şeylərdən biri Veb Hostinqdir. Əksər hostinq servisləri müştərilərinə birdən çox xidmətlər təklif edir, bunlar məs. e-mail hostinq, veb sayt hostinqi, databaza hostinqi və DNS hostiniqidir. DNS hostinqi adətən domen alan müştərlərə, domenlə birlikdə satılır. Dedicated server hostları isə, müştərilərinə bütöv server təklif edir. Müştəri bu server kompüterinin içərisində istədikləri hər hansı proqramı işlədə bilər. Dedicated server alan müştəri həmin bu serverdə birdən çox veb saytı host edərək, veb hostinq servisi yaradaraq bu xidməti sata bilər. Bu tip hostinqi təklif edən hostların məsuliyyətlər server üçün elektrik enerjisi və sürətli internet bağlantısı olmağını təmin etməkdir.
Şəbəkə xidməti provayderi
Şəbəkə xidməti provayderi (ing. Network Service Provider; NSP) — Milli İnformasiya İnfrastrukturunda (Mİİ) planında müəyyən edilmiş rollardan biri. Bu qurum internetin ABŞ-nin federal nəzarətindən özəl sektorun idarəçiliyinə keçidini idarə edirdi. 1968–1992-ci illərdə bu sahədə tək ödəyici iqtisadiyyatdan rəqabətli bazar iqtisadiyyatına keçid baş tutmuşdur. Plan şəbəkə xidməti provayderlərini topdansatış təbəqəsi kimi nəzərdə tuturdu. Onlar şəbəkəyə giriş nöqtələrində (sonradan "internet mübadiləsi nöqtələri" adlanmışdır) istehsal olunan internet bant genişliyini internet xidmət provayderlərinə köçürməli idilər. İnternet xidmət provayderləri öz növbəsində onu son istifadəçi müəssisələrinə və ya evlərində fərdi son istifadəçilərə satacaq internet giriş provayderlərinə (IAPs) satırdılar. Əslində, orijinal şəbəkə xidməti provayderləri 1990-cı illərin ortalarına qədər internet xidmət provayderləri və internet provayderləri ilə şaquli şəkildə inteqrasiya etmişdir. Bunun nəticəsində konqlomeratlar yaranmış və rəqabət azalmışdır.İndiki dövrdə bu termin telekommunikasiya şirkətlərinə, məlumat daşıyıcılarına, simsiz rabitə provayderlərinə, internet xidmət provayderlərinə və internetə çıxış təklif edən kabel televiziyası operatorlarına aid edilir.
Azərbaycanın Dövlət Miqrasiya Xidməti
Azərbaycanın Dövlət Miqrasiya Xidməti — Azərbaycanda miqrasiya sahəsində dövlət siyasətinin aparılması, idarəetmə sisteminin, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 18 mart 2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə yaradılan dövlət orqanıdır. Dövlət Miqrasiya Xidmətinin rəisi 24 aprel 2018-ci ildən Vüsal Hüseynovdur. == Tarixi == Azərbaycan Prezidenti İlham Əliyevin 18 mart 2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə miqrasiya sahəsində dövlət siyasətinin aparılması, idarəetmə sisteminin, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə və Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq Dövlət Miqrasiya Xidməti yaradıldı. == Vəzifələri == Azərbaycan Prezidentinin 20 mart 2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilən Azərbaycanın Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamənin III. maddəsində Dövlət Miqrasiya Xidmətinin vəzifələri göstərilib.
Azərbaycanın Dövlət Sərhəd Xidməti
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti — Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 iyul tarixli, 740 nömrəli Fərmanı ilə yaradılmış, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. == Tarixi == 18 avqust 1919-cu il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb. Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə başlayır. Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib.1991-ci ilin 18 oktyabrında "Müstəqillik haqqında Konstitusiya Aktı"nı qəbul etdikdən sonra milli dövlət quruculuğunun bərpası işlərinə başlanıldı. Həmin illərdə dövlət sərhədinin mühafizəsi, əsasən şəxsi heyətin fiziki imkanları və SSRİ dövründən qalmış, fiziki və mənəvi cəhətdən köhnəlmiş mühəndis-texniki qurğular və texniki vasitələr hesabına həyata keçirilir, şimal və şimal-qərb istiqamətində yaradılmaqda olan sərhəd məntəqələri vaqonlarda, çadırlarda və ən yaxşı halda, uyğunlaşdırılmış binalarda yerləşirdi. Ölkə prezidentinin 2000-ci il 16 avqust sərəncamı ilə avqustun 18-nin Azərbaycanda Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunması qərara alınıb. Dövlət başçısının 2002-ci il 31 iyul tarixli fərmanı ilə isə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin əsasında Dövlət Sərhəd Xidməti yaradılıb. Həmin fərmanla Dövlət Sərhəd Xidmətinin rəisi — Sərhəd Qoşunlarının komandanı təyin edilib. == Haqqında == Müstəqillik əldə ediləndən sonra Sərhəd Xidməti Milli Təhlükəsizlik Nazirliyinin tərkibində olub.
Azərbaycanın Xarici Kəşfiyyat Xidməti
Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti — Azərbaycan Respublikasının Prezidentinin 14 dekabr 2015-ci il tarixli, 706 fərmanına əsasən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılmış xüsusi dövlət orqanıdır. == Haqqında == Xarici Kəşfiyyat Xidmətinin vəzifəsi əsasən xarici dövlətlərin ərazisində, onların xüsusi xidmət orqanlarında, siyasi dairələrində dövlətin təhlükəsizliyini təmin etmək istiqamətində əməliyyat tədbirləri həyata keçirməkdir. Əsas məqsəd dövlətin təhlükəsizliyi üçün təhdid ola biləcək bu və ya digər addımların dövlətin ərazisindən kənarda, onların planlaşdırıldığı, hazırlandığı yerlərdə qarşısını almaqdır. == Tarixi == İkinci Qarabağ müharibəsində Xarici Kəşfiyyat Xidmətinin "Yarasa" Xüsusi Bölmələri döyüşlərdə fəal iştirak edib. Müharibə zamanı dəstə Qubadlı rayonuna ilk daxil olub. Bölmənin əsas fəaliyyəti düşmənin arxa cəbhəsində həyata keçirilib. Dəstə Azərbaycan və dünya cəmiyyətinə ilk dəfə 2020 Bakı Qələbə Paradında təqdim olunub.
"Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)" yubiley medalı
"Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" medalı — Azərbaycanın dövlət təltifi (medal). Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qurulmasının 10 illiyi münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" medalı Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli qanunu ilə təsis edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) həqiqi hərbi xidmət keçən və xidməti vəzifələrini nümunəvi yerinə yetirən zabitlər, gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, həmin orqandan (qurumdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular, habelə həmin orqanda (qurumda) səmərəli fəaliyyət göstərən mülki işçilər və həmin orqanın (qurumun) fəaliyyətinin təşkilində və inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər. Maddə 2. Təltif edən orqan "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təltif edir. Maddə 3. Taxılma qaydası "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == Medalın təsviri Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.
"Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)" yubiley medalı

"Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993-2013)" yubiley medalı
"Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993–2013)" — Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illik yubileyi münasibətilə təsis edilən medal. == Təsis edilməsi == 2013-cü il aprelin 30-da Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və təsdiqlənmişdir.Azərbaycan Respublikasının "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993–2013)" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2013-cü il 30 aprel tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993–2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə 2013-cü il avqustun 23-dək Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğur qazanmış zabitlər, gizirlər, çavuşlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, Xidmətin fəaliyyətində fəal iştirak edən mülki işçilər və ya Xidmətdən ehtiyata, yaxud istefaya buraxılmış şəxslər, habelə Xidmətin fəaliyyəti ilə bağlı layiqli və fəal xidmət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və digər silahlı birləşmələrinin hərbi qulluqçuları və digər şəxslər təltif edilirlər.Maddə 2. Təltif edən orqan "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993–2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci bəndində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.Maddə 3. Taxılma qaydası "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993–2013)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" Azərbaycan Respublikasının yubiley medalından sonra taxılır. == Təsviri == Azərbaycan Respublikasının 2013-cü il 30 aprel tarixli 631-IVQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993–2013)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan milli ornamentli səkkizguşəli ulduzdan ibarətdir. Relyefli şüalar fonunda, medalın mərkəzində yerləşdirilmiş gümüşü rəngli səkkizguşəli ulduzun orta hissəsində Azərbaycan Respublikasının Dövlət bayrağı təsvir edilmişdir. Qövs boyunca "Xüsusi Dövlət Mühafizə Xidməti" sözləri, aşağı hissədə "1993–2013" rəqəmləri həkk olunmuşdur.
"Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993–2013)" yubiley medalı

"Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993-2018)" yubiley medalı
"Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993–2018)" — Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illik yubileyi münasibətilə təsis edilən medal.
"Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993–2018)" yubiley medalı
"Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993–2018)" — Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illik yubileyi münasibətilə təsis edilən medal.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti — antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, açıq məkan istisna olmaqla reklam fəaliyyəti, standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimlənməsini həyata keçirən qurumdur. == Haqqında == Azərbaycanda ilk dəfə Prezidentin 23 iyun 1992-ci il 3 nömrəli fərmanı ilə Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi yaradılıb. Həmin ilin avqustunda Komitənin Əsasnaməsi təsdiq olunub.Həmin ildə Bazar İqtisadiyyatına keçidlə bağlı mühüm əhəmiyyəti olan "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunu qəbul edilib. Prezident "İnhisarçı müəssisələrin və birliklərin məhsullarının qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi haqqında" fərman imzalayıb. 2001-ci ildə milli lider Heydər Əliyevin fərmanı ilə Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi hüquqi şəxs statusunda İqtisadi İnkişaf nazirliyinin tərkibinə daxil edilərək Antiinhisar Siyasəti Departamenti kimi fəaliyyət göstərib. 2001–2006-cı illər ərzində prezidentin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və normativ sənədləri ilə Departamentin vəzifə və səlahiyyətləri xeyli dərəcədə genişlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə antiinhisar siyasəti, haqsız rəqabətə qarşı mübarizə, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub. 2006-cı il dekabrın 28-də İqtisadi İnkişaf nazirliyi yanında icra hakimiyyəti orqanı statusunda Antiinhisar Dövlət Xidməti yaradılıb və istehlak bazarına nəzarət funksiyaları da Xidmətin səlahiyyətlərinə verilib. Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı fərmanla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılıb. Daha sonra antiinhisar fəaliyyəti, haqsız rəqabət, təbii inhisarlar, reklam, istehlak bazarına nəzarətlə bağlı səlahiyyətlər qurumun tabeliyinə verilib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (Azərbaycan)

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
Azərbaycanın Dövlət Miqrasiya Xidməti — Azərbaycanda miqrasiya sahəsində dövlət siyasətinin aparılması, idarəetmə sisteminin, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 18 mart 2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə yaradılan dövlət orqanıdır. Dövlət Miqrasiya Xidmətinin rəisi 24 aprel 2018-ci ildən Vüsal Hüseynovdur. == Tarixi == Azərbaycan Prezidenti İlham Əliyevin 18 mart 2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə miqrasiya sahəsində dövlət siyasətinin aparılması, idarəetmə sisteminin, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə və Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq Dövlət Miqrasiya Xidməti yaradıldı. == Vəzifələri == Azərbaycan Prezidentinin 20 mart 2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilən Azərbaycanın Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamənin III. maddəsində Dövlət Miqrasiya Xidmətinin vəzifələri göstərilib.
Azərbaycan Respublikası Dövlət Məşğulluq Xidməti
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (əvəllər Dövlət Məşğulluq Xidməti, hazırda DMA olaraq da tanınır. Əhali arasında iş mərkəzi, məşğulluq mərkəzi kimi tanınır.) — Azərbaycan Respublikasında əhalinin məşğulluğu sahəsində dövlət siyasətini həyata keçirən, işsiz və işaxtaran şəxslərin məşğulluğunu təmin edən dövlət qurumudur. Qurumun Mərkəzi Aparatı Bakı şəhərində yerləşir. Agentliyin Mərkəzi Aparatı, şəhər, rayon, məşğulluq orqanları və Naxçıvan Muxtar Respublikasının Məşğulluq Xidməti , eləcə də, Agentliyin fəaliyyətini təmin edən tədris mərkəzləri və s. onun vahid sistemini təşkil edir. Hazırda Agentliyin rəhbəri Mustafa Abbasbəylidir. Agentlik ölkə üzrə 13 Regional Məşğulluq filialı ilə Azərbaycan vətəndaşlarının, eləcə də Azərbaycan Respublikası ərazisində işləmək hüququ olan şəxslərin xidmətindədir. Agentliyin müəyyən olunmuş 23 fəaliyyət istiqaməti əsasında müraciətçilərə 16 fərqli xidmət göstərilir. Xidmətdən yararlanmaq istəyənlər Agentliyin filiallarına, DOST mərkəzlərinə, eləcə də, onlayn formada Agentliyin rəsmi saytı vasitəsilə müvafiq sahə üzrə müraciət edə bilərlər. Agentlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adi həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti — Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 iyul tarixli, 740 nömrəli Fərmanı ilə yaradılmış, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. == Tarixi == 18 avqust 1919-cu il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb. Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə başlayır. Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib.1991-ci ilin 18 oktyabrında "Müstəqillik haqqında Konstitusiya Aktı"nı qəbul etdikdən sonra milli dövlət quruculuğunun bərpası işlərinə başlanıldı. Həmin illərdə dövlət sərhədinin mühafizəsi, əsasən şəxsi heyətin fiziki imkanları və SSRİ dövründən qalmış, fiziki və mənəvi cəhətdən köhnəlmiş mühəndis-texniki qurğular və texniki vasitələr hesabına həyata keçirilir, şimal və şimal-qərb istiqamətində yaradılmaqda olan sərhəd məntəqələri vaqonlarda, çadırlarda və ən yaxşı halda, uyğunlaşdırılmış binalarda yerləşirdi. Ölkə prezidentinin 2000-ci il 16 avqust sərəncamı ilə avqustun 18-nin Azərbaycanda Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunması qərara alınıb. Dövlət başçısının 2002-ci il 31 iyul tarixli fərmanı ilə isə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin əsasında Dövlət Sərhəd Xidməti yaradılıb. Həmin fərmanla Dövlət Sərhəd Xidmətinin rəisi — Sərhəd Qoşunlarının komandanı təyin edilib. == Haqqında == Müstəqillik əldə ediləndən sonra Sərhəd Xidməti Milli Təhlükəsizlik Nazirliyinin tərkibində olub.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyası – Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 iyun tarixli 2217 nömrəli Sərəncamına əsasən yaradılmış Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyası ali və əlavə təhsil proqramlarını, ali təhsilin bütün səviyyələrində kadr hazırlığını həyata keçirən, elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali hərbi təhsil müəssisəsi.Dövlət Sərhəd Xidmətinin Akademiyası Prezident İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə yaradılmışdır. Akademiya Dövlət Sərhəd Xidməti üçün xüsusi ixtisaslı ali hərbi təhsilli zabit kadrların, komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanması, onların ixtisasının artırılması, dövlət sərhədinin mühafizəsi və hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını təmin etmək məqsədi ilə təsis edilmişdir. Akademiyanın yeni binası 10 avqust 2010 tarixində istifadəyə verilmişdir. Binayla əlaqədar maraqlı fakt burasındadır ki, binanın peyk görünüşünə diqqət yetirdikdə burada İlham Əliyevin ad və soyadının baş hərflərini tərs şəkildə rahatlıqla görmək olar. Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi general-mayor Azər İbrahimovdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında 24 iyun 2016-cı il 978 nömrəli fərmanı imzalamışdır."Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüş sərhədçilər sırasındakı 4 hərbi qulluqçu Dövlət Sərhəd Xidməti Akademiyasının məzunu olmuşdur.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyası

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hava Mühafizəsi
== Missiyası == Azərbaycan Hava Mühafizəsinin missiyası dövlət sərhədini və ətraf mühiti qorumaqla yanaşı, ölkənin Havadan iqtisadi maraqlarını təmin etməkdir. Azərbaycan Hava Mühafizəsi Hava qanunlarının icrası, Hava Qüvvələrinə yardım, axtarış və xilasetmə işlərində iştirak edir.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi ― Azərbaycan Dövlət Sərhəd Xidmətinin Xəzər hövzəsi sularında DSX funksiyalarını yerinə yetirən bölməsi. Azərbaycan Respublikası Sahil Mühafizəsi 2005-ci ildə yaradılmışdır. == Missiyası == Azərbaycan Sahil Mühafizəsinin missiyası dövlət sərhədini və ətraf mühiti qorumaqla yanaşı, ölkənin Xəzər dənizindəki iqtisadi maraqlarını təmin etməkdir. Azərbaycan Sahil Mühafizəsi dəniz qanunlarının icrası, dənizçilərə yardım, axtarış və xilasetmə işlərində iştirak edir.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və ya qısaca DTX — Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması məqsədilə fəaliyyət göstərən xüsusi xidmət orqanı. == Haqqında == Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılmışdır.Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, "Milli təhlükəsizlik haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Dövlət sirri haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əsasnaməsi, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, fəaliyyətə aid qanunvericiliyə əsasən qəbul olunmuş mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının qanunları çərçivəsində Azərbaycan Respublikası tərəfindən bağlanmış beynəlxalq müqavilələr təşkil edir. Bu fəaliyyət insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması, humanizm, dövlət və cəmiyyət qarşısında cavabdehlik prinsiplərinə əməl olunması ilə həyata keçirilir. == Tarixi == 28 mart 1919 – Azərbaycanda ilk milli təhlükəsizlik orqanı yaradılıb. Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi (kvartirmeyster) təşkil edilib. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib. Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi 23 ay ərzində dövlət quruculuğu sahəsində xeyli iş görməyə müvəffəq oldu. Milli Ordunun təşkili prosesində general Səməd bəy Mehmandarov, general Əli Ağa Şıxlinski və general Məmməd bəy Sulkeviç xüsusi rol oynamışlar. Həmin sərkərdələrin rəhbərliyi ilə ordu quruculuğu işi 1920-ci ilin yanvarında başa çatdırıldı. Azərbaycan Xalq Cümhuriyyətinin təhlükəsizliyinin təmin edilməsi missiyasını da ilk zamanlar ordu öz üzərinə götürmüş və bölmə (Hərbi Nazirliyin Baş Qərargahının general-kvartirmeystr şöbəsinin kəşfiyyat və əks-kəşfiyyat bölməsi) halında bu işin öhdəsindən bacarıqla gələ bilmişdi.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası
Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası — ali və əlavə təhsil proqramlarını həyata keçirən, dövlət təhlükəsizlik orqanları üçün xüsusi ixtisaslı ali təhsilli zabit kadrlar hazırlayan, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi. == Haqqında == Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli, 37 nömrəli Sərəncamı ilə yaradılmışdır. Akademiyaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il dekabr ayının 20-də imzaladığı Fərman ilə Akademiyaya Heydər Əliyevin adı verilmişdir. Müstəqil Azərbaycan Respublikasının mühüm dövlətçilik təsisatlarından olan təhlükəsizlik orqanları üçün xalqına və dövlətinə ləyaqətlə xidmət edən, onun təhlükəsizliyinin keşiyində dayanan, sədaqətli və vətənpərvər, yeni nəsil peşəkar və ixtisaslı kadrların hazırlanmasını həyata keçirən Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının yaradılması bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz Heydər Əliyevin Universitet və Təhlükəsizlik xidməti haqqında söylədiyi sitat: 2006-cı il mart ayının 27-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Akademiyanı ziyarət etmiş, Heydər Əliyevin möhtəşəm abidəsini, unikal məzmuna və nəfis tərtibata malik "Şöhrət" muzeyini açmış, şücaət rəmzi olan "Döyüş bayrağı"nı Akademiyaya şəxsən təqdim etmişdir.2008-ci ilin dekabr ayında Akademiyanın yaradılmasının 10 illiyi, 2013-cü ilin dekabr ayında isə 15 illiyi təntənəli surətdə qeyd edilmişdir. Hazırda Akademiyanın maddi-texniki bazasına müasir texniki vasitələr və avadanlıqlarla təchiz edilmiş tədris və inzibati korpuslar, zəngin fonda malik kitabxanalar, kursant yataqxanaları, gözəl tərtibata və audio-video qurğulara malik klublar və mədəni-məişət kompleksi, zəruri avadanlıq və trenajorlarla təchiz edilmiş idman zalları, stadionu, qaçış zolaqları və hovuzu olan İdman və Sağlamlıq kompleksi, tibb xidməti, kursant və zabit yeməkxanaları və digər infrastrukturlar daxildir. Heydər Əliyevin "Şöhrət" muzeyi Akademiya kompleksində xüsusilə önəmli yer tutur. Muzey qarşısında Heydər Əliyevin abidəsi ucaldılmışdır. == Akademiyada tədris == Akademiyada təhlükəsizlik orqanları üçün xüsusi əməliyyat hazırlığı, hüquqşünaslıq, informasiya təhlükəsizliyi və digər istiqamətlərdə peşəkar əməliyyatçı zabit kadrlar hazırlanır. Akademiyada xüsusi təyinatlı əməliyyat, hüquq, informasiya texnologiyaları və informasiya təhlükəsizliyi, xarici dillər, ictimai-siyasi, hərbi hazırlıq, fiziki hazırlıq kafedraları, eləcə də xüsusi siniflər, laboratoriyalar, kabinetlər, kompüter sinifləri, linqafon zalları və s.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, paytaxtın rayonu hərbi komissarlıqları ləğv edilmiş və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmışdır. == Haqqında == Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmətkeçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Xidmətin Əsasnaməsini və normativ hüquqi aktlarını rəhbər tutur. == Rəhbəri == Mürsəl İbrahimov — Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, Polkovnik.
Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti
Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti — Azərbaycan Respublikasının Prezidentinin 14 dekabr 2015-ci il tarixli, 706 fərmanına əsasən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılmış xüsusi dövlət orqanıdır. == Haqqında == Xarici Kəşfiyyat Xidmətinin vəzifəsi əsasən xarici dövlətlərin ərazisində, onların xüsusi xidmət orqanlarında, siyasi dairələrində dövlətin təhlükəsizliyini təmin etmək istiqamətində əməliyyat tədbirləri həyata keçirməkdir. Əsas məqsəd dövlətin təhlükəsizliyi üçün təhdid ola biləcək bu və ya digər addımların dövlətin ərazisindən kənarda, onların planlaşdırıldığı, hazırlandığı yerlərdə qarşısını almaqdır. == Tarixi == İkinci Qarabağ müharibəsində Xarici Kəşfiyyat Xidmətinin "Yarasa" Xüsusi Bölmələri döyüşlərdə fəal iştirak edib. Müharibə zamanı dəstə Qubadlı rayonuna ilk daxil olub. Bölmənin əsas fəaliyyəti düşmənin arxa cəbhəsində həyata keçirilib. Dəstə Azərbaycan və dünya cəmiyyətinə ilk dəfə 2020 Bakı Qələbə Paradında təqdim olunub.
Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti — birbaşa Azərbaycan Respublikası Prezidentinə tabe olan xüsusi hərbi hissədir. 16 mart 2020-ci ildə prezidentin sərəncamına əsasən Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib, əvəzində isə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi yaradılıb. == Haqqında == Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti birbaşa Azərbaycan Respublikası Prezidentinə tabe olan xüsusi hərbi hissədir. Xüsusi Dövlət Mühafizə Xidmətinin əsas vəzifələri Azərbaycan Respublikası Prezidentinin, digər Dövlət Mühafizəsi Obyektlərinin, həmçinin Azərbaycan Respublikasında olduqları vaxt xarici ölkələrin dövlət və hökumət başçılarının təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının, Milli Məclisin, Nazirlər Kabinetinin, Konstitusiya Məhkəməsinin, Xarici İşlər Nazirliyinin və Mərkəzi Seçki Komissiyasının obyektlərinin mühafizəsinin təşkil və təmin edilməsidir. Xüsusi Dövlət Mühafizə Xidməti Dövlət Mühafizəsi Obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əks-kəşfiyyat fəaliyyətinin subyekti olaraq əməliyyat-axtarış fəaliyyətini həyata keçirir, Prezident rabitəsini və Xüsusi rabitəni təşkil edir. Həmçinin Dövlət orqanlarının internet şəbəkəsinin yaradılması və fəaliyyət göstərməsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir. 2003-cü ildən başlayaraq Xüsusi Dövlət Mühafizə Xidməti İxrac neft və qaz boru kəmərlərinin Azərbaycanın quru sahəsindən keçən hissəsinin təhlükəsizliyini təşkil və təmin edir. == Tarixi == Xüsusi Dövlət Mühafizə Xidməti: — 1931-ci ildən 1937-ci ilədək Xalq Daxili İşlər Komissarlığının mühafizə şöbəsi (5-ci xüsusi diviziya), — 1938-ci ildən 1972-ci ilədək Bakı şəhəri İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsinin 2-ci Divizionu, — 1972-ci ildən 1991-ci ilədək Azərbaycan SSR DİN Partiya-Sovet Orqanlarının mühafizə şöbəsi adlanıb. Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 1991-ci il tarixli 355 saylı Fərmanı ilə bu şöbə Prezident Aparatı yanında Mühafizə İdarəsinə çevrilib. Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 1991-ci il tarixli 485 saylı Fərmanı ilə İdarə DİN yanında Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə şöbəsi adlanıb.
Azərbaycan Respublikasının əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçilərinin siyahısı
== 1991 ==
Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidməti işçilərinin siyahısı
== 1991 ==
Azərbaycan Xalq Cümhuriyyətinin Gömrük Xidməti Dəstələri
Azərbaycan Xalq Cümhuriyyətinin Gömrük Xidməti Dəstələri — Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini qeyri-qanuni ticarətdən və qaçaqmalçılıqdan qorumaq məqsədilə yaradılmış sərhəd mühafizə və yoxlanış qurumları. == Qanun == Azərbaycan Xalq Cümhuriyyəti gömrük sisteminin fəaliyyətə başlamasını təmin edən sənəd. 1918-ci ilin avqustun 10-da Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən qəbul edilmişdi. Qərara əsasən, ilk vaxtlar ən çox ehtiyac duyulan yerlərdə və zəruri sayda işçilər götürülməklə, gömrükxanalar yaradılırdı. Gömrükxanalar yaradılarkən müvafiq təşkilatı strukturlar da formalaşdırılırdı. == Fəaliyyəti == Parlamentin 18 avqust tarixli qanununa əsasən, qaçaqmalçılıqla mübarizə, Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini qeyri-qanuni ticarətdən qorumaq məqsədilə Azərbaycanın sərhədlərində 99 post yaradılmışdı və bu postlarda 992 muzdlu keşikçi vardı. Zabit komanda heyəti olan postlar quberniyalar üzrə sərhəd mühafizəsi rəislərinin tabeliyində birləşirdilər. Sərhəd mühafizəsinin təşkilinə rəhbərlik etmək və onun işini gömrük idarəsi ilə uzlaşdırmaq üçün maliyyə nazirliyinin dəftərxanasında xüsusi sərhəd mühafizəsi şöbəsi yaradılmışdı. 1919-cu ilin mayında Zaqatala mahalının Qabaqçöl və Mazımçay kəndlərində, Gəncə quberniyası Qazax qəzasının Şıxlı və Salahlı kəndlərində gömrük postları var idi. 1919-cu il iyulun 10-da Azərbaycan parlamenti Ağstafa gömrükxanasından keçən nəqliyyat vasitələrini və sərnişinlərini yoxlamaq məqsədilə Qazax qəzasının Poylu dəmiryol stansiyasında və Çaxmaqlı kəndində də ön gömrük postlarının yaradılması haqqında qanunlar qəbul edildi.

Значение слова в других словарях

аппара́тный дохва́стать истопта́ть кива́ние оболга́ние потускне́лый спонси́ровать глазни́чный кинжа́льный мино́га объя́ть презентова́ть тяжелоду́м экспресси́вный зепать курта choosy Cora cornhusk hearthstone poult молодь неотъемлемый петуший размежевать