xilqətli 2021
ximə 2021
OBASTAN VİKİ
Ximera (biologiya)
Ximera (Biologiya) — genentik cəhətdən müxtəlif hüceyrələrdən ibarət orqanizmdir. Heyvanlarda ximera iki və daha çox ziqotların hüceyrələri əsasında formalaşan orqanizmdir. Heyanlarda ximerizmi mozaizimlə qarışdırmaq olmaz. Mozaiklik zamanı orqanizmin formalaşmasında bir ziqotun bölünməsindən əməlkə gəlmiş, lakin genetik cəhətdən fərqli hüceyrələr iştirak edir. Əksər hallarda ximerizm bütün orqanizmi əhatə etmir, onun ayrı-ayrı orqanlarında və hissələrində müşahidə edilir. == Heyvanlarda ximerizm == — həm orqanizmin fərdi inkişafının nəticəsi ola bilər (ontogenez, anadangəlmə ximerizm), həm də orqan və ya toxuma transplantasiyasının nəticəsi (məsələn, sümük iliyi və ya qan köçürülməsi, süni ximerizm). Anadangəlmə ximerizm iki formada olur: tetragametizm və mikroximerizm. == İnsanlar arasında == — bu anomaliya bir orqanizmdə iki fərqli genotiplərin olması və ya qarışmasıdır. İnsanlarda ximerizm ontogenezin ayrı-ayrı mərhələlərində - mayalanma anında, embrional inkişaf dövründə və yaşlı fərdlərdə yarana bilər. Mayalanma mərhələsində insan üçün tetramer ximerizm müəyyən edilmişdir.
Ximera (film, 2010)
Birləşmə (ing. Splice) Amerika istehsalı olan, elmi fantastika janrında çəkilmiş qorxu filmi. == Məzmun == Klayv və Elsa dünyaca məşhur iki alimdir. Onlar əsasən fərqli canlıların DNT-lərini birləşdirərək hibrid varlıqlar yaratmaqla məşğuldurlar. Bu alimlər artıq daha fərqli bir yenilik etmək istəyirlər — insan DNT-sini kopyalamaq. Lakin bu işə pul qoyanlar insan DNT-sinin qarışdırılmağına qarşı çıxırlar. Buna baxmayaraq, Klayv və Elsa öz layihələrini gizli davam etdirirlər və nəticədə Dren yaranır. Dren normal insanlardan daha tez böyüyür və bir neçə aya yetişgin insan olur. Klayv və Elsa insan və heyvan hibridi olan Dreni ətrafdan gizlətməyə çalışırlar. Vaxt keçdikcə Dren ilə Klayv və Elsa arasında artıq bir bağlılıq yaranır.
Ximera (mifologiya)
Ximera (yun. Χίμαιρα;lat. Chímaira "keçi") yunan mifologiyasında Tifon və Yexidna tərəfindən dünyaya gətirilmiş mifik əcaib iki: keçi və şir başlı və gövdəli heyvan. Məntiqsiz, əsassız, qeyri-mümkün yuxu mənasını daşıyır. Likiyalı Amisodor tərəfindən bəsnəlilmişdir. İlk olaraq Ximera İliadada altıncı nəğmədə ilahi bir məxluq kimi xatırlanmışdır. Poemada Homer onu ön hissəsi şir, bədəni keçi və quyruğu ağzından od püskürən ilan kimi təsvir edilmişdir.. Hesiod onu Teoqoniyasında eynilə V əsrə məxsus Arissodakı məşhur bürunc heykəl kimi, üç başlı təsvir etmişdir.. Ximera tanrıların qabaqcadan müəyyənləşdirdiyi kimi gözəl Bellerofont tərəfindən oxla öldürülmüş və Aley düzünə atılmışdır..
Ximerkimilər
Ximerkimilər (lat. Chimaeriformes) — heyvanlar aləminin xordalılar tipinin qığırdaqlı balıqlar sinfinə aid heyvan dəstəsi. Dəstəyə 50-yə yaxın müasin növ daxildir. Əksər nümayəndələri 500 m-dən çox dərinliklərdə yaşayırlar. Az saylı olan bu balıqlar dib həyatı keçirir. Bədən forması oxlovvarı olduğundan köpəkbalığına nisbətən oxşasalar da, visseral kəllənin ox kəlləyə birləşməsinə (autostil, yəni üst çənə ox kəllə tərkibinə keçib), dəri qəlsəmə qapaqlarının olmasına, anus və cinsiyyət dəliklərinin müstəqilliyinə, dişlərin plastinka formasına. xordanın daha yaxşı inkişaf etməsinə görə onlardan fərqlənir. Bunlarla yanaşı bu balıqlarda akulalarda itib getmiş bəzi primitiv əlamətlər də qalıb. Belə əlamətlərdən başlanğıc halda olan fəqərə cisimciklərini, quyruq üzgəcinin körpələrdə protoserkal, yaşlılarda heteroserkal olmasını qeyd etmək olar. Bu balıqların bəzilərinin mədəsi kiçikdir, yan xətt orqanı yaxşı inkişaf edib, əsl dəniz, həm də dərinlik balıqlarıdır, əsasən bir min metrdən dərində yaşayır, vətəgə əhəmiyyətli yoxdur.

Digər lüğətlərdə

довинти́ть крапи́вный наёмничий оси́плость пересла́щивание трубкови́дный апати́чный дефека́ция каранти́нный о́пытник сбытови́к старове́рческий умыва́лка Austria Bashkortostan breakneck breast drill ensuant Great Khingan Mountains kinin latence Thompson submachine gun высунуться каталектика малоинтересный