XİRQƏ

is. [ ər. ] köhn.
1. Cübbənin altından geyilən içi pambıqlı qısa geyim.
Əfğan çəkib etdi xirqəsin çak; Səhralərə düşdü zarü qəmnak. Füzuli.
[Şah:] Bir yandan da ədavətin kəsrətindən xirqəmin altında bıçaq tutub bu xalıları doğrayırdım. Ə.Haqverdiyev.
…Vaqif isti kürkünü soyundu, nökərlərdən biri onun çiyninə zoğalı çuxasının üstündən samur xəzli ipək xirqə saldı, sonra içəri girdi. Çəmənzəminli.

2. Dərvişlərin geydikləri uzun üst paltar.
Qurbani qurbandı şahın dərinə; Dərviş bilmir xirqə nədi, dəri nə? Qurbani”.

XİRİDAR
XİRTDƏK

Значение слова в других словарях

аксиоло́гия гри́ва жиро́нда перестра́ивать ровненько сдуре́ть спо́нсорский так и одурева́ть располосо́вывать уро́дливый аккредитовать салоп branchia Doppler-shift glower go-kart gork Griselda iffy reassemble vicious затуплять клешня стосковаться