xlorin 2021
xloritləşmə 2021
OBASTAN VİKİ
Xlorit
Xloritlər - minerallar, Mg və Fe təbəqəli quruluşlu sulu metaalümosilikatlar, (Mg,Fe2+)3[(OH)2 | AlSi3O10] {(Mg,Fe3)3(OH)6}. Dioktaedrik və trioktaedrik xloritlər məlumdur; çoxunun quruluşu qismən, yaxud tamamilə nizamlanmamış olur. Geniş izomorf əvəzlənmələri məlumdur. Bütün xloritlər aşağıdakı ümümi xassələrə malikdir: monoklinik, ya da triklinik; habitus lövhəvari, lövhəciklər. İkiləşmə mika qanunu üzrə. İkiləşmə tikişi (001) və ikiləşmə oxu [001]; ayrılması {001} üzrə mükəmməl. Aqreqat: pulcuqvari, sferolit, oolit, gizlikristallik; əsasən yaşıl, lakin çəhrayı-qırmızı (Cr), qonuru-qara da (Fe-xlorit) olur. Sərtliyi 2-3. Xüsusi çəki 2,6-3,3; Xloritlər şüasındırma qabiliyyəti Fe, Mg, Cr miqdarının artması ilə yüksəlir və SiO2 miqdarının azalması ilə azalır; ayrılma pulcuqları əyilgəndir, lakin qeyri-elastikdir. Xloritlər əsas etibarilə püskürmə süxurlarının Mg-Fe mineralları hesabına hidrotermal dəyişmə nəticəsində əmələ gəlir; yaşıl şistlərin metamorfizminin aşağı pilləsində.
Xloritlər

Xloritoid
Xloritoid — mineral. Tərkibi dəyişkəndir, Fe2+-nin Mg, Mn və Al-un Fe3+ əvəzlənməsi adidir. İki polimorf modifikasiyası vardır: monoklinik və triklinik. Habitus vərəqvari, qısa sütunvari. İkiləşmə {001} üzrə sadə, polisintetik və üçlüklər. Ayrılma {001} üzrə mükəmməl, {110} üzrə orta; sınma {010} üzrə. Tünd-yaşıl. Sərtliyi 6,5. Xüsusi çəki 3,5-3,8. Gilli çökmələrin regional metamorfizminin aşağı və orta pillələri üçün səciyyəvidir.

Значение слова в других словарях

е́сли да́же и..., то курпе́йчатый многостепе́нный подпугну́ть шиши́мора шка́фчик шмотьё госпо́дство колонизи́роваться напу́дрить се́яльщик спектро́метр пяндача хорзать ascensional bangboard black earth lentitude reversing spatialization Wall Streeter десяти- конфликтный несуразность толстяк