xlornaftalin 2021

xlornaftalin
xlormetan 2021
xlorofil
OBASTAN VİKİ
1-Xlornaftalin
1-Xlornaftalin(α-xlornaftalin) – formulu C10H7Cl olan aromatik xlor üzvi birləşmədir. == Fiziki xassəsi == 1-Xlornaftalin rəngsiz yağlı mayedir. == Alınması == Laboratoriya şəraitində 1-xlornaftalinin alınması, naftalinin yodud iştirakı ilə qaz şəklində olan xlorla xlorlaşma reaksiyası nəticəsində baş verir. Tərkibində 256 q naftalin, 450 q xlorbenzol və 1,3 q yod olan məhlulu qarışdıraraq qaynama dərəcəsinə çatdırırıq və xlor qazını daxil edirik. Sonra qarışıq soyudulur, uçucu turşuları və onların anhidridlərini çıxarmaq məqsədi ilə azotla təmizlənir və vakuumda qovulur. Maddənin çıxımı 80% (260–265 q) təşkil edir. C 10 H 8 + Cl 2 → t ; k a t C 10 H 7 Cl + HCl {\displaystyle {\ce {C10H8 + Cl2 ->[t; kat] C10H7Cl + HCl}}} Alüminium xloridin iştirakı ilə naftalin ilə sulfurilxloridin reaksiyasınəticəsində almaq olar: C 10 H 8 + SO 2 Cl 2 → A l C l 3 C 10 H 7 Cl + HCl + SO 2 {\displaystyle {\ce {C10H8 + SO2Cl2 ->[AlCl3] C10H7Cl + HCl + SO2}}} 1-aminonaftalindən diazoniyum duzunun alınması və sonra Zandmeyer reaksiyasının aparılması nəticəsində almaq olar: C 10 H 7 NH 2 + HNO 2 + HCl ⟶ C 10 H 7 N 2 Cl + 2 H 2 O {\displaystyle {\ce {C10H7NH2 + HNO2 + HCl ->[] C10H7N2Cl + 2H2O}}} C 10 H 7 N 2 Cl → t C 10 H 7 Cl + N 2 {\displaystyle {\ce {C10H7N2Cl ->[t] C10H7Cl + N2}}} == Kimyəvi xassələri == 1-Xlornaftalinin kimyəvi xassələri aromatik karbohidrogenlərin digər monoxlor törəmələri ilə oxşardır. Yüksək temperaturda və təzyiqdə qələvilərlə hidroliz olunur: C 10 H 7 Cl + H 2 O → t ; p C 10 H 7 OH + HCl {\displaystyle {\ce {C10H7Cl + H2O ->[t; p] C10H7OH + HCl}}} Efir mühitində litium ilə reaksiyaya girərək 1-naftillitium alınır: C 10 H 7 Cl + 2 Li → E t 2 O C 10 H 7 Li + LiCl {\displaystyle {\ce {C10H7Cl + 2Li ->[Et2O] C10H7Li + LiCl}}} Spirtli məhlulda kalium sionidlə reaksiyaya daxil olmur, lakin ~220°C temperaturda və təzyiq altında piridin məhlulunda susuz mis (I) sionid ilə 1-naftilnitril alınır: 2 C 10 H 7 Cl + 2 CuCN → 220 o C 2 C 10 H 7 CN + Cu 2 Cl 2 {\displaystyle {\ce {2C10H7Cl + 2CuCN ->[220^oC] 2C10H7CN + Cu2Cl2}}} == Tətbiqi == 1-Xlornaftalin kənd təsərrüfatının müxtəlif sahələrində, üzvi boyaların alınmasında zərərvericilərini məhv etməsində geniş istifadə edilir. == Toksikliyi == 1-Xlornaftalin zəhərlidir, lakin 2-xlornaftalin istisna olmaqla, digər törəmələri arasında ən az təhlükəlidir. Dəri ilə təmasda olduqda müxtəlif dəri xəstəliklərinə, dermatitə səbəb olur.
арчи́нский зачерстве́лость немногочи́сленность о- отку́да переориенти́роваться по-дурно́му полуга́рный предвари́тельный аку́ла бескварти́рный накопи́тельский отрыга́ть пошныря́ть ро́щица тре́бование хлора́ты чирко́вый шараба́нный тень штука supporting umbel завязить стратегия