XOCA

is. köhn.
1. Keçmişdə mədrəsədə təhsil alıb başına sarıq sarıyan, cübbə geyən dindar adam və ya din xadimi.
İsfahan mülkündən gələn xocalar!; Bu canımda intizarım var mənim. Aşıq Abbas.
[Naib:] Böylə fürsət bulunur, sanma, xocam! H.Cavid.

2. Müəllim, mürəbbi, tərbiyəçi.
[Müəllim:] Birisinin xocası siz analar, o birisinin xocası biz müəllimlər. A.Şaiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XOCA xoca bax tərbiyəçi; müəllim
XLORÓZ
XOCAXOCA

Digər lüğətlərdə