XOCA
XOCAM
OBASTAN VİKİ
Almalı (Xocalı)
Almalı (əvvəlki adı: Xndzristan) — Azərbaycan Respublikasının Xocalı rayonunun Almalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Xndzristan kəndi Almalı kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Almalı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Tarixi == Kənd dağətəyi ərazidədir. Azərbaycanın şimalı Rusiya tərəfindən işğal olunduqdan sonra burada gəlmə ermənilər məskunlaşmış, kəndin adını da tədricən erməni dilinə tərcümə edərək Xndziristan (erməni dilində "almalı" deməkdir) qoymuşdular. Sovet hakimiyyəti illərində bu adla da rəsmiləşdirilən kənd 1992-ci ildən yenidən Almalı adlandırılmışdır. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Almalı kəndinin əhalisinin faktiki sayı 751 nəfər, qeydiyyatdakı əhalinin sayı 814 nəfər təşkil edirdi.
Ağbulaq (Xocalı)
Ağbulaq — Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Dağətəyi ərazidədir. Keçmış adı Talıbxanbəyli olmuşdur. Yaşayış məntəqəsi XIX əsrdə Talıbxan bəy adlı birisinə məxsus maldar ailələrin Ağbulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır.1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Ağbulaq kəndinin əhalisinin faktiki sayı 116 nəfər, qeydiyyatdakı əhalinin sayı 117 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağbulaq kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Ağgədik (Xocalı)
Ağgədik (əvvəlki adı: Kötük) — Azərbaycan Respublikasının Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Kötük kəndi Ağkədik kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağgədik kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Ağgədik kəndi dağətəyi ərazidədir. Keçmiş adı Ağdar, 1992-ci ilədək Kotuk ("gədik" sözünun təhrif forması) olmuşdur. Oykonim ərazidəki eyniadlı dağ keçidinin adından yaranmışdır. Zaman-zaman Kətük, Kətik kimi də qeyd olunmuşdur. Bəzi tədqiqatçılar kəndin adını Qafqaz Albaniyasındakı məşhur Kətik məbədinin (XII əsr) adı ilə bağlayırlar. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Kətik kəndinin əhalisinin sayı 8 nəfər təşkil edirdi.
Baharlı (Xocalı)
Baharlı (əvvəlki adları: Moşxmhat (? - 29 dekabr 1992); Quşçubaba (29 dekabr 1992 - 20 noyabr 2020) — Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Moşxmhat kəndi Quşçubaba kəndi, Azərbaycan Respublikası Milli Məclisinin 20 noyabr 2020-ci il tarixli, 196-VIQ saylı Qərarı ilə Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Baharlı kəndinin əhalisinin faktiki sayı 52 nəfər, qeydiyyatdakı əhalinin sayı 61 nəfər təşkil edirdi.
Ballıca (Xocalı)
Ballıca — Azərbaycan Respublikasının Xocalı rayonunun Ballıca kənd inzibati ərazi dairəsində kənd. Ermənilər tərəfindən Ayqestan adlandırılır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Ballıca kəndinin əhalisinin faktiki sayı 1071 nəfər, qeydiyyatdakı əhalinin sayı 1091 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ballıca kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal anti-terror əməliyyatları zamanı kənd Azərbaycanın nəzarətinə keçib. == Tarixi == Ballıca Xocalı rayonunun eyni-adlı inzibati ərazi vahidində kənd. Ballıca çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. Yaşayış məntəqəsi XIX əsrədək Gəncə qəzasındakı Əhmədbəyli kəndinin əhalisinin yaylağı olmuşdur.
Başkənd (Xocalı)
Başkənd — Azərbaycan Respublikasının Xocalı rayonunun Kosalar kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ballıca kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. Xocalı rayonunun Kosalar inzibati ərazi vahidində kənd. Ballıca çayının sahilində, Mıxtökən dağının ətəyindədir.
Cəmilli (Xocalı)
Cəmilli — Azərbaycan Respublikasının Xocalı rayonunun Cəmilli kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Cəmilli kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Tarixi == 1991-ci il 23 avqust tarixində qəsəbədə ermənilər tərəfindən 3 nəfər qətlə yetirilib, 7 nəfər ağır yaralanıb. == Coğrafiyası və iqlimi == Kənd Xankəndi şəhərindən 2,5 km uzaqlıqda, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir.
Dağdağan (Xocalı)
Dağdağan — Azərbaycan Respublikasının Xocalı rayonunun Harov kənd inzibati ərazi dairəsində kənd. Ermənilər tərəfindən Krasnıy adlandırılır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Dağdağan kəndinin əhalisinin əhalinin sayı 213 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Dağdağan kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Etimologiyası == Qarabağ silsiləsinin ətəyindədir. Toponim Azərbaycanda bitən və qədimdən müqəddəs, pis qüvvələrdən qoruyucu hesab edilən dağdağan ağacının adı ilə bağlıdır. Fitotoponimdir. Azərbaycanda bu bitkinin adı ilə Dağdağan dağı (Xanlar və Şahbuz rayonları), Dağdağanlı dərə (Oğuz, Qəbələ, Qubadlı, Zəngilan, Qazax, Cəlilabad rayonları), Dağdağanlı Qobu (Şəki), Dağdağanlıdüz (Cəbrayıl), Dağdağan təpəsi (Xocavənd) və s. oronimlər də qeydə alınmışdır.
Daşbaşı (Xocalı)
Daşbaşı — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd.Daşbaşı kəndi Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1992-ci ildə işğal olunub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Daşbaşı kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. Dağətəyi ərazidədir. Oykonim daş (burada "qaya" mənasındadır) və başı (üstü) sözlərindən düzəlib, "qaya üstündə kənd" deməkdir.
Daşbulaq (Xocalı)
Daşbulaq — Azərbaycan Respublikasının Xocalı rayonunun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd. Ermənilər tərəfindən Astxaşen adlandırılır. == Tarixi == 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Daşbulaq qəsəbəsinin əhalisinin faktiki sayı 520 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Daşbulaq kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. Xocalı rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Bədərə çayının (Qarqar çayının qolu) sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Kənd yaxınlıqdakı eyniadlı coğrafi obyektlərin adı ilə adlandırılmışdır. == Daşbulaq çayı == Xocalı rayonu ərazisində çay. Çay öz adını eyniadlı bulaqdan almışdır.
Daşkənd (Xocalı)
Daşkənd (əvvəlki adı: Daşuşen) — Azərbaycan Respublikasının Xocalı rayonunun Şuşakənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Daşuşen kəndi Daşkənd kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. == Tarixi == Qarabağ silsiləsindədir. XIX əsrdə İrandan gəlmə erməni ailələri burada məskunlaşdırıldıqdan sonra kənd Daşuşen (daşlıq kənd) adlandırıldı. 1992-ci ildən kəndin keçmış adı özünə qaytarılmışdır. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Daşkənd kəndinin əhalisinin faktiki sayı 119 nəfər, qeydiyyatdakı əhalinin sayı 120 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Daşkənd kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Dəmirçilər (Xocalı)
Dəmirçilər — Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd Qarabağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi dəmirçilər nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. XVI əsrdə qızılbaş tayfaları sırasında adları çəkilən dəmirçilər sonralar qazax tayfa birliyinin ən qüdrətli tirələrindən biri olmuşdur.1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad etmişdir.
Dərələyəz (Xocalı)
Dərələyəz kəndi — Xocalı rayonunun tabeçiliyində yerləşir. 1992-ci il 14 fevral tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal zamanı kənd 4 şəhid vermişdir. == Tarixi == Dərələyəz kəndinin ərazisi Xocalıdan 1 km aralıda, Xankəndi aeroportu yaxınlığında yerləşir. Kəndin əsası 1954-cü ildə qoyulub. O zaman Xocalı rayonu mövcud olmadığı üçün kənd 1988-ci ilə qədər Xankəndi şəhərinin tabeçiliyində olub. 1947-1954-cü illərdə ermənilər tərəfindən Qərbi Azərbaycandan on minlərlə soydaşımız öz doğma yurdlarından didərgin olurlar. Onların bir hissəsi yaşamaq üçün Dağlıq Qarabağa pənah gətirmişdilər. Xankəndi Xalq Sovetinin təsdiqindən sonra, onlar üçün hazırkı Dərələyəz kəndinin ərazisində 120 ev inşa edilir. Həmin şəxslərin çox hissəsi Dərələyəz mahalından gəldikləri üçün kəndin də adını Dərələyəz qoyurlar.
Fərrux (Xocalı)
Fərrux — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd. Kənd Əsgərandan 16 km, Xankəndidən 32 km aralı yerləşir. == Tarixi == Kənddə 1932-ci ildə kolxoz təşkil olunub. 1958-ci ildə kəndə elektrik xətti çəkilib. 1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndində yuva qurmuş əsasən İrəvandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları, muzdluları Ağdamın Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum edib. Münaqişə dövründə kənd və yaxınlıqdakı Fərrux yüksəkliyi xüsusi strateji əhəmiyyətə malik bir yer idi. 31 yanvar 1992-ci ildə Azərbaycan ordusunun birlikləri olan Şirin Mirzəyevin batalyonu və Ağdamın yerli OMON qüvvələri Fərrux kəndini erməni quldurlarından azad edilməsi əməliyyatında iştirak etdi.1993-cü ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Fərrux kəndinin əhalisinin sayı 42 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Fərrux kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Kosalar (Xocalı)
Kosalar — Azərbaycan Respublikasının Xocalı rayonunun Kosalar kənd inzibati ərazi dairəsində kənd.Yuxarı Qarabağda axırıncı işğal olunan kənddir. Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinin yaxınlığında yerləşir. == Tarixi == Xocalı rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin yamacındadır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini keçmış Zəngəzur qəzasının Kosalar (indiki Ağoğlan) kəndindən köçmüş ailələr salmışlar. Oykonim yaşayış məntəqəsinin əsasını qoymuş kosalar nəslinin adını əks etdirir. Keçən əsrdə Krım vilayətində Kosalar və Kosa Eli adlı yaşayış məntəqələri qeydə alınmışdır.Kərəm Əsgərov, Xocalı Rayon İcra Hakimiyyəti başçısının Kosalar kəndi üzrə ərazi nümayəndəsinin dedikləri. "Kosalar bir xeyli müqavimət göstərdi, hər hücum düşmənə ağır itki ilə başa gəlirdi. 1992-ci il mayın 8-də erməni hərbi birləşmələri 4 istiqamətdən Kosalara hücuma keçdi. Canhəsən kəndində 6 postumuzu düşmən qüvvələri mühasirəyə almışdı.
Meşəli (Xocalı)
Meşəli — Azərbaycan Respublikasının Xocalı rayonunun Meşəli kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Meşəli kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Tarixi == Meşəli kəndinin adı türk dilində izah olunur və meşəlik yerdə yerləşdiyinə görə belə adlandırılmışdır. Kənd Qırxqız dağlarının ətəyindədir. Palıd, fıstıq və cır meyvə ağaclarından ibarət mənzərəli meşəlik ərazidə yerləşdiyi üçün belə adlanmışdır. Uzun müddət ermənilərin millətçi rəhbər orqanları tərəfindən yaşayış məntəqələrinin rəsmi siyahisına salınmamışdır. 1990-ci ildə kənd statusu verilib. Kəndin ərazisində qədim qəsr, imarət, kurqan və s. maddi mədəniyyət nümunələrinin nişanələri var. 1991-ci ildə ermənilər tərəfindən yandırılmış əhalisi didərgin düşmüşdür.
Mikayıllı (Xocalı)
Mikayıllı — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. == Tarixi == Kənd 1990-cı ildə ermənilərlə mübarizədə helak olmuş polis baş leytenantı, Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun şərəfinə Mikayıllı adlandırılmışdır. Bu kənd ermənilər tərəfindən yandırılmışdır.
Muxtar (Xocalı)
Muxtar (əvvəlki adı: Mxitarikənd) — Azərbaycan Respublikasının Xocalı rayonunun Şuşakənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Mxitarikənd kəndi Muxtar kəndi adlandırılmışdır. Kənd 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. 2020-ci il 9 noyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Hazırda Rusiya Federasiyası Sülhməramlı Qüvvələrinin nəzarəti zonasındadır. == Toponimikası == XIX əsrdə Çar Rusiyasi Azərbaycanı işgal etdikdən sonra gəlmə ermənilər burada yerləşdirilmiş və bir müddət Mxitarikənd adlandırılmışdı. 1992-ci ildən kəndin adı Muxtar kimi rasmiləşdirilmişdir. Oykonimi şəxs adı ilə əlaqələndirirlər. Ermənilər tərəfindən Mxitarişen adlandırılır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Naxçıvani (Xocalı)
Naxçıvanlı (əvvəlki adı: Naxçıvanik) — Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Naxçıvanik kəndi Naxçıvanlı kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Naxçıvanlı kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Tarixi == Naxçıvanlı kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini vaxtilə Naxçıvandan köçüb gəlmiş ailələr salmışdılar. Sovet hakimiyyəti illərində Naxçıvanik adlandırılan bu kənd 1992-ci ildən Naxçıvanlı kimi rasmiləşdirilmişdir. Oykonim "Naxçıvandan gələnlər" mənasındadır.Kəndin adı XVIII əsrin ortalarına aid mənbədə Yuxarı Qarabağın Çelabert nahiyəsində Naxçıvanik kimidir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Naxçıvanlı kəndinin əhalisinin sayı 211 nəfər təşkil edirdi.
Xocalı
Xocalı — Azərbaycanda şəhər, Xocalı rayonunun inzibati mərkəzi. Xocalı şəhəri 1992-ci ilin 26 fevral tarixindən Ermənistan tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xocalı şəhəri Rusiya Sülhməramlı kontingentinin nəzarəti altındadır. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatlarından sonra, Yevlax rayonunda keçirilən danışıqların nəticəsində Xocalı rayonu 24 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının nəzarətinə keçir. == Haqqında == 1991-cı il noyabr ayının 26-da Əsgəran rayonu bazasında yaradılmışdır. Rayonun ərazisi 1991–1992-ci illərdə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Sahəsi 0,94 min kv. km, əhalisi 26,0 min nəfərdi (01.01.2010). Xocalı rayonu ilə Bakı arasında olan məsafə 375 kilometrdir. Rayon Laçın, Kəlbəcər, Ağdam, Xocavənd və Şuşa rayonları ilə qonşu idi.
Qarabulaq (Xocalı)
Qarabulaq — Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Qaradağ vilayətindən gəlmiş ailələrin Qarabulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalı altında olmuş və ermənilər tərəfindən Aknaxbür adlandırılmışdır. 7 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Coğrafiyası == Kənd Köndələnçayın (Arazın qolu) sahilində, Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == 2005-ci ildə ermənilər tərəfindən Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Qarabulaq kəndinin əhalisinin faktiki sayı 557 nəfər, qeydiyyatdakı əhalinin sayı 578 nəfər təşkil edirdi.
Qayabaşı (Xocalı)
Qayabaşı (əvvəlki adı: Dəhrəv) — Azərbaycan Respublikasının Xocalı rayonunun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Dəhrəv kəndi Qayabaşı kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qayabaşı kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Qarabağ silsiləsinin yamacındadır. Keçmış adı Qayabaşı olmuşdur. Kənd coğrafi movqeyi ilə əlaqədar olaraq belə adlandırılmışdı. XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Dəhrəv kəndindən gəlmə erməni ailələri burada məskunlaşdıqdan sonra yaşayış məntəqəsini Dəhrəv (daharav sözündən olub, "təpəlik" deməkdir) adlandırmışdılar. 1992-ci ildən kəndin adı Qayabaşı kimi rəsmiləşdirilmişdir.
Qızıloba (Xocalı)
Qızıloba (əvvəlki adı: Qarmiküc (?-29 dekabr 1992)) — Azərbaycan Respublikasının Xocalı rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Qarmiküc kəndi Qızıloba kəndi adlandırılmışdır. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qızıloba kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Tarixi == Qızıloba kəndi Qarabağ silsiləsinin ətəyindədir. XIX əsrdə gəlmə ermənilər burada məskunlaşdıqdan sonra kəndin adını Qarmirküg (qırmızı kənd) adlandırmışdılar. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Qızıloba kəndinin əhalisinin faktiki sayı 174 nəfər, qeydiyyatdakı əhalinin sayı 170 nəfər təşkil edirdi.
Qışlaq (Xocalı)
Qışlaq — Azərbaycan Respublikasının Xocalı rayonunun Təzəbinə kənd inzibati ərazi dairəsində kənd.Ermənilər tərəfindən həm də Çağqaşat adlandırılır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qışlaq kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Kənd dağətəyi ərazidədir. Yaşayış məntəqəsi keçmiş qışlaq yerində salındığı üçün belə adlandırılmışdır. Qışlaqlar maldar ellərin müvəqqəti mövsümü yaşayış məntəqəsi olub kəndlərdən kənarda salmır, müəyyən vaxtdan sonra əhali burada məskunlaşır və daimi yaşayış məntəqəsinə çevrilirdi. Bəzən belə məntəqəlarin adı dəyişir, çox vaxt köhnə ad saxlanilirdi. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Qışlaq kəndinin əhalisinin faktiki sayı 202 nəfər, qeydiyyatdakı əhalinin sayı 200 nəfər təşkil edirdi.
Seyidbəyli (Xocalı)
Seyidbəyli (əvvəlki adı: Seyidişen) — Azərbaycan Respublikasının Xocalı rayonunun Seyidbəyli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Seyidişen kəndi Seyidbəyli kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Seyidbəyli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Tarixi == Seyidbəyli kəndi Qarabağ silsiləsindədir. XIX əsrin əvvəllərində köçüb gəlmə erməni ailələri burada məskunlaşdıqdan sonra kəndi Seyidişen adlandırmışdılar. 1992-ci ildə kəndin keşmiş adı bərpa edilmişdir. Oykonim Seyidbəy adlı şəxsin adı ilə bağlıdır. Ərazidə eyniadlı çay da var. Ermənilər tərəfindən kənd Xaçın adlandırılır.
"Xocalıya ədalət" beynəlxalq kampaniyası
"Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası (ing. Justice for Khojaly) — Xocalı soyqırımı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biri. == Haqqında == "Xocalıya ədalət" beynəlxalq kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmışdır. Kampaniya Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıyır. Kampaniyanın fəaliyyəti həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmişdir.Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir. Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə və irqi, etnik və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəlmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 120 mindən çox şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan digər səmərəli vasitələri təşkil edir. == Kampaniyanın strateji məqsədləri == 1.Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi; 2.Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə rəsmi üzr istənilməsi, bu hadisələrin bir daha törədilməyəcəyinə təminatın verilməsi və vurulmuş ziyana (maddi və mənəvi) görə tam olaraq kompensasiyanın ödənilməsi 3.Müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması 4.Xocalı soyqırımı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri və nəticələri və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərindən tez bir zamanda və heç bir qeyd-şərt olmadan çıxarılmasının zəruriliyi barədə dünya ictimaiyyətinin məlumatlılığının artırılması; 5.Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması xüsusən də gənc nəsil tərəfindən unudulmaması.
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi
124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsi
Bakıda Xocalı soyqırımı abidəsi
Ana harayı və ya Bakıda Xocalı soyqırımı abidəsi — 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində mülki azərbaycanlılara qarşı erməni silahlı birləşmələri tərəfindən törədilmiş soyqırım hadisəsi qurbanlarının xatirəsinə Bakı şəhərinin Xətai rayonunda, Şah İsmayıl Xətai metrostansiyası yaxınlığında ucaldılmış abidədir. Layihənin rəhbəri memar Camal Rəşid Əlizadə, abidənin müəllifləri isə Aslan, Mahmud və Teymur Rüstəmovlardır.[1] Hər il soyqırımın il dönümündə Azərbaycan Prezidenti və minlərlə Bakı sakini abidəni ziyarət edir. == Tarixi == Xocalı soyqırımının baş verməsindən sonra, 1993-cü ildə hazırda heykəlin yerləşdiyi yerdə əlində öldürülmüş körpəsinin cəsədini qaldıran gənc ananın dramatik heykəli ucaldılmışdı. Müəllifi Elçin Muxtarov olan abidənin qoyulmasında dövlət büdcəsindən maliyyə xərclənməyib. Abidə vətənpərvər insanların maddi köməkliyi sayəsində başa gəlib. O zaman Xətai Rayon İcra Hakimiyyətinin başçısı işləmiş Zəlimxan Məmmədli qeyd edir ki, "...sonra o abidənin başına yüz oyun açdılar. Düz beş dəfə söküb-tikdilər. Nəhayət ki, götürüb harasa apardılar, başqası ilə əvəzlədilər."2008-ci ildə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən mövcud abidənin daha böyük abidə ilə əvəz edilməsi qərara alınır və bu məqsədlə yeni heykəlin hazırlanması üçün Aslan, Mahmud və Teymur Rüstəmovlara müraciət olunur. Beləliklə abidənin hazırlanması işinə heykəltaraşlar ailəsi cəlb edilmişdir.Heykəlin müəlliflərindən biri olan Teymur Rüstəmov bildirir ki, "Bir kompozisiyada Xocalı gecəsində baş vermiş bütün faciələri və dəhşətləri əks etdirmək lazım idi, əlində ölmüş uşaq tutmuş qadın isə bu təsvirdə açar rolunu oynadı." Heykəlin digər müəllifi Mahmud Rüstəmov isə qeyd edir ki, Abidə kompleksin məzmununda elə ciddi dəyişiklik olmayıb. Hər iki heykəldə ana öldürülmüş körpəsini əlləri üzərində tutub.
Haaqa şəhərində Xocalı abidəsi
Haaqa şəhərində Xocalı abidəsi — 24 fevral, 2008-ci ildə, Hollandiyanın Haaqa şəhərində ermənilərin Xocalıda törətdikləri soyqırıma etiraz əlaməti olaraq ucaldılan abidə. == Körpəsini ermənilərdən qorumağa çalışan ana == Azərbaycandan kənarda ucaldılan ilk belə abidənin açılışında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, diplomatik korpusun əməkdaşları, Azərbaycan və türk diasporlarının təmsilçiləri iştirak edib. "Kamperfoeliestraat" parkında ucaldılan abidə Hollandiya-Azərbaycan-Türk Kültür Dərnəyinin ən böyük layihələrindən biridir. Abidədə körpəsini erməni qəsbkarlarından qorumaq üçün başının üzərinə qaldıran ana təsvir olunub. Abidənin hündürlüyü 2 metrə yaxındır. 30 illiyə kirayələnmiş ərazidə mərmərdən ucaldılan abidənin ətrafındakı böyük bir sahədə gül-çiçək bağı salınacaq. 2020-ci ildə çoxsaylı ziyarətçilərin eyni anda bu məkanda toplaşmasının qeyri-mümkün olduğu nəzərə alınaraq, abidə daha geniş əraziyə, insanların kütləvi hərəkət etdiyi yerə köçürülüb və ətrafı abadlaşdırılıb.
Qarabağ müharibəsi memorialı (Xocalı)
Qarabağ müharibəsi memorialı (erm. Արցախյան ազատամարտի հուշահամալիր, Artsaxyan azatamarti huşahamalir) — Azərbaycanın Xocalı rayonu ərazisində yerləşən Badara kəndində Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən Birinci Qarabağ müharibəsində (1988–1994) həlak olan erməni hərbçilər üçün ucaldılan memorial kompleksi. == Tarixi == === Zəmin === Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə bölgənin erməni əhalisinin Azərbaycan SSR-dən ayrılaraq Ermənistan SSR-yə qoşulmaq istəməsi ilə başlamışdır. 1991-ci ildə münaqişə artıq müstəqil Azərbaycan ilə Ermənistan respublikaları arasında genişmiqyaslı müharibəyə çevrilmişdir. Birinci Qarabağ müharibəsində Badara kəndindən 155 nəfər erməni hərbçi iştirak etmiş, onlardan 22-si döyüş əməliyyatları zamanı həlak olmuşdur. === Memorial kompleksi === 2013-cü ildə Qondarma Dağlıq Qarabağ Respublikası (DQR) tərəfindən müharibədə həlak olan 22 erməni hərbçisinin xatirəsini yad etmək üçün Badara kəndinin girişində Qarabağ müharibəsi memorialı inşa edilmişdir. Memorial kompleksinin memarı Vladimir Sarkisyandır. İnşaat işləri üçün Suren Xaçatryan, Aleksandr Musayelyan, Gerasim Barseğyan və "Artsax Azadlıq Döyüşçüləri" Birliyi maliyyə ayırmışdır. Memorial kompleksinin açılış mərasimi 20 may 2013-cü il tarixində Qondarma DQR-nın keçmiş prezidenti Bako Saakyan, Qondarma DQR Milli Məclisinin sədri Aşot Qulyan, Qondarma DQR Müdafiə Ordusu komandiri Movzes Akopyan, Erməni Qriqorian Kilsəsinə bağlı fəaliyyət göstərən Qarabağ yeparxiyasının baş yepiskopu Parqev Martirosyan və digər rəsmi şəxslərin iştirakı ilə baş tutmuşdur. == Təsviri == Memorial kompleksi Badara kəndinə girən yoldan bir az yuxarıda yerləşən bir təpədə inşa edilmişdir.

Значение слова в других словарях

...со́тый а́мпулка вымога́ть изреше́чивать ортопе́д покоря́ть сда́тчица то́мность укрю́к воркова́ние мечта́тельно отма́чивание прито́н поляна fodder unit galactometer holily land grant nimbly vapidity висок втереть засушливый песня феерический