xor
xora
OBASTAN VİKİ
Xor
Xor (yun. χορός yığıncaq, camaat) — Vokal musiqinin kollektiv ifası. == Tarixçə == Yəhudilik, xristianlıq və islam oxumalarının əsasını birsəsli oxuma tərzi tutur. Bu həm şərq xalqlarının musiqi təfəkkürü ilə, həm də monoteizmin ideologiyası ilə əlaqədardır: Allah tərəfindən verilən səs ən mükəmməldir əqidəsi vokal ifanı. "Allah tərəfindən bəxş olunan səs, insan əməlinin nəticəsi olan alətlərdən mükəmməldir" əqidəsi instrumental müşayətsiz ifanı. Təksəsli oxuma, hətta xor (kollektiv) oxumaların unison ifası allahın vahidlik rəmzi ilə bağlı olub islam dini oxumalarının ifa qanunlarının əsasını qoyur.Təksəsli oxuma tərzi barəsində ədəbiyyatda belə yanlış fikirlərə rast gəlmək olur ki, təksəslilik musiqini çoxsəslinin o biri səslərlə birləşib çətinlik yaratmasından azad edib. Beləliklə, çoxsəslilik təksəslinin mürəkkəb forması kimi tarixin inkişaf mərhələsində meydana gəlməsi fikri ortaya atılır. M. Xarlap qeyd edir ki, musiqişünasları düşündürən "çoxsəslinin nə vaxt yaranması" problemini, təksəslinin nə vaxt yaranması ilə əvəz etsələr, daha düzgün olar. Belə ki, musiqi əvvəlcə çoxsəsli yaranmışdır". Skrebkov isə yazır: "Təksəsli oxuma çoxsəsli oxumanın bir növ monodik təkrarıdır.
XOR elementi
XOR elementi (bəzən EOR elementi və ya EXOR elementi adlanır) — xüsusi ayrılmanı (yəni, hər iki giriş fərqli olanda çıxışda 1 (true) alınan məntiqi əməliyyatdır) yerinə yetirən rəqəmli məntiq elementidir. Əgər girişlərdən yalnız hər hansı biri 1 olarsa, nəticədə çıxış maxsimum, yəni 1 (true) alınar. Əgər hər iki giriş minimum 0 (false) və ya hər ikisi 1 (true) olarsa, nəticə minimum 0 (false) alınar. A ⋅ B ¯ + A ¯ ⋅ B {\displaystyle A\cdot {\overline {B}}+{\overline {A}}\cdot B} və ( A + B ) ⋅ A ⋅ B ¯ {\displaystyle (A+B)\cdot {\overline {A\cdot B}}} hər iki cəbri ifadə A və B girişləri olan XOR elementini təsvir edir. == Simvollar == XOR elementi üçün iki simvol var: Ənənəvi simvol və IEEE simvolu.
Avroviziya Xor Müsabiqəsi
Avroviziya Xoru Müsabiqəsi (ing. Eurovision Choir) — Avropa Yayım Birliyinə (EBU) üzv olan ölkələr arasında, xor ifaçıları üçün təşkil olunan beynəlxalq yarışma. Dünya Xor Oyunları və Latviyanın təşkil etdiyi daxili xor konserti sözügedən müsabiqənin ilham qaynağı olmuşdur. == Mənşəyi == Avroviziya Xoru Müsabiqəsi, Avropa Yayım Birliyinin (EBU) ən yeni Avroviziya tədbiridir. 2014-cü ildə, Latviyanın milli yayım şirkəti Latvijas Televīzija(LTV) və "Arte" şəbəkəsinin birgə yayımladığı xüsusi müsabiqə xarakterli konsertin müsbət rəylər almasından sonra, LTV daha geniş izləyici kütləsinə xitab edən yeni tədbirin yaradılması ilə bağlı, EBU və İnterkultur da daxil olmaqla bir çox yayımçıya müraciət ünvanlamışdır. Beynəlxalq tədbirin yaradıcısı Latviyalı musiqi prodüseri Yeva Rozentaledir. O, yarışmanın ideyası və bütün təşkili məsələləri AYİ-yə təqdim etmiş və nəticə olaraq, 22 iyul 2017-ci il tarixində, müsabiqə elə təklif sahibi Latviyada ilk buraxılışını yayımlamışdır. Avroviziya Xoru Müsabiqəsinin qurucusu Yeva Rozentale, sözügedən yarışma haqqında: "Avroviziya Xoru geniş kütləyə xitab edən Avroviziya ilə, daha kiçik auditoriyaya yönəlmiş Avroviziya Gənc Musiqiçilər layihələri arasında körpü yaratmaqdadır" ifadələrini söyləmişdir. == Yarışma qaydaları == Yarışmada təmsil olunan və Avropa Yayım Birliyinə (EBU) üzv olan hər bir ölkə, müsabiqədə iştirak üçün peşəkar xor və ya kapella ansamblı təyin etməlidir. Hər bir xor təqribən altı dəqiqə davam edən, tək və ya bir neçə parçadan yaxud da sərbəst janrdan ibarət olan musiqi əsərlərini, xüsusi dirijor müşayiəti ilə canlı olaraq ifa edir.
Dünya Xor Oyunları
Dünya Xor Oyunları — İnterkultur fondu tərəfindən təşkil edilən dünyanın ən qlobal musiqi hadisəsi. Olimpiadanın əsas hədəfi, "Birlikdə oxumaq, xalqları birləşdirir" şüarı ilə izah olunur. == Mənşəyi == Dünya Xor Oyunları(Keçmiş adla-Xor Olimpiadaları) anlayışı, xalqları incəsənət vasitəsilə bir araya gətirmək və xor musiqisinin dinc rəqabətini təşkil etmək ideyasından yaranmışdır. Beynəlxalq yarışmadakı əsas məqsəd, millətləri iştiraka yönəltmək və beləliklə qlobal cəmiyyət birliyini formalaşdırmaqdır. "Bir yerdə oxumaq, xalqları birləşdirir" şüarı, İnterkultur tərəfindən həyata keçirilən olimpiadanın əsas mövzusunu dəqiqliklə ortaya çıxarır. Dünya Xor Oyunları ilk dəfə 7-16 iyul 2000-ci il tarixlərində, Avstriyanın Linz şəhərində, 60 ölkənin iştirakı ilə baş tutmuşdur.Müxtəlif qitələrdən olan insanları xor musiqisinin çətiri altında bir araya toplamağı bacaran Dünya Xor Oyunları, müasir dünyamızda intibah dövrünü yaşayır və artıq qlobal tendensiyaya çevrilib. == Yarışma qaydaları == Dünya Xor Oyunları iki ildən bir müxtəlif kateqoriyalar üzrə, dünyanın əvvəlcədən təyin edilmiş ev sahibi ölkəsində təşkil olunur. Xor olimpiadaları "Çempionlar" və "Açıq" sinifləri üzrə konsert yarışlarından və digər kütləvi mərasimlərdən ibarətdir. "Çempionlar" müsabiqəsində, iştirakçı xorlar qızıl, gümüş və bürünc medallar uğrunda, "Açıq" yarışmalarda isə "Uğurlu iştirak" diplomunu əldə etmək üçün mübarizə aparırlar. Müxtəlif kateqoriyalar üzrə ən yüksək xal yaxud da qızıl medal qazanmış xor təmsilçisi, "Dünya Xor Oyunları Çempionu" adına layiq görülür.
Avroviziya Xor müsabiqəsi 2017
Avroviziya Xor müsabiqəsi 2017 — Avropa Yayım Birliyi (EBU) və İnterkultur tərəfindən təşkil edilən xor ifaçıları üçün ilk Avroviziya xoru müsabiqəsi.Tədbir Latviyanın aparıcı yayımçısı Latviyas Televizija (LTV) və Riqa Turizmin İnkişafı Bürosu tərəfindən hazırlanmışdır. == İştirakçı ölkələr == Avropa Yayım Birliyi (EBU) ilkin olaraq müsabiqədə 7 ölkənin mübarizə aparacağını açıqlasada, 3 Aprel 2017-ci il tarixində, Uelsin iştirakı təsdiqləndikdən sonra bu say 9-a yüksəlmişdir. == Yarışma qaydaları == Avropa Yayım Birliyinə (EBU) üzv olan bütün ölkələr müsabiqədə təmsil olunmaq hüququna malikdirlər. İlk müsabiqənin qaydalarına əsasən, iştirakçı ölkələr davam etmə müddəti altı dəqiqədən çox olmayan xor əsərini canlı ifa etməlidir. Hər bir əsər tək və ya bir neçə parçadan yaxud da sərbəst janrdan ibarət ola bilər. 2017-ci il müsabiqəsinin qalibi, üç nəfərdən ibarət hakim münsiflər heyəti tərəfindən təyin edilmiş və qələbə qazanan xora, xüsusi kubok təqdim olunmuşdur. Aşağıdakı siyahıda, müsabiqənin qalib xorunu müəyyənləşdirmiş, peşəkar münsiflər heyətinin adları göstərilmişdir: Latviya – Elina Qarança (mezzo-soprano) Birləşmiş Krallıq – Con Radır (Bəstəkar) İsveçrə – Nikolas Fink (Dirijor)İlk Avroviziya Xor Müsabiqəsinin biletləri 15 mart 2017-ci il tarixində satışa çıxarılmışdır.
Azərbaycan Dövlət Xor Kapellası
Azərbaycan Dövlət Xor Kapellası — Respublikanın aparıcı musiqi kollektivlərindən biri. Azərbaycan Dövlət Filarmoniyasının nəzdində 1966-cı ildə yaradılmışdır. Yarandığı vaxtdan uzun illər boyu kollektivə əməkdar incəsənət xadimi, xormeyster Eduard Novruzov rəhbərlik etmişdir. 1996-cı ildən Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru xalq artisti Gülbacı İmanovadır. Xorun repertuarı Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarətdir, o cümlədən, muğamlar əsasında bəstələnmiş C.Cahangirovun “Füzuli” kantatası, “Çahargah”, N.Əliverdibəyovun “Bayatı-Şiraz” xor kompozisiyaları Azərbaycan Dövlət Xor Kapellasının repertuarında görkəmli yer tutur. Hazırda Azərbaycan Dövlət Xor Kapellasının xormeysteri Azərbaycan Musiqi Akademiyasının dosenti Yulizana Kuxmazovadır.
Dünya Xor Oyunları 2000
Xor Olimpiadaları 2000 — İnterkultur fondu tərəfindən xor ifaçıları üçün təşkil edilən, ilk ümumdünya musiqi hadisəsi. Müsabiqə Avstriyanın Linz şəhərində, 60 ölkənin iştirakı ilə baş tutmuşdur. == Müsabiqə == Yeni eranın başlanğıcında, dünyanın müxtəlif qitələrindən təqribən 15 000-dən çox xor ifaçısı Birinci Xor Olimpiadalarının premyerasını başlatmaq üçün, Avstriyanın Linz şəhərində bir araya gəlmişdir. İnterkultur fondunun rəhbəri Qüntər Teçşin başçılığı və Avstriya federal prezidenti Tomas Klestilin himayədarlığı altında, 7 – 16 iyul 2000-ci il tarixlərində baş tutan tədbirdə, ümumilikdə 28 kateqoriya üzrə 342 xor musiqi qrupu, 403 yarışmada qələbə uğrunda mübarizəyə qoşulub. Beynəlxalq münsiflər heyətinə daxil olan və 51 nəfərlik qrupdan ibarət xüsusi xor mütəxəssisi yarışmanın yekununda, 69 qızıl, 124 gümüş və 34 bürünc medalı öz sahibinə təqdim etmişdir.Olimpiada günlərində qlobal xor ictimaiyyətinin nümayəndələri, xor musiqisinin hazırkı vəziyyəti haqqında məlumatların, YUNESKO-nun Beynəlxalq Musiqi Şurasına(BMM) təhvil verilməsi üçün qətnamə qəbul edib.

Значение слова в других словарях

орфографи́чески привра́ть пропаганди́ровать пусто́ты секуляризи́ровать хриплова́тый бро́йлерная воскреша́ть кра́сная цена остяки́ переверну́ться свини́на это звучи́т тарья фуст biology foretop ground run nihil sine labore philhellenist street people towpost untangle антоновский осмысление