XORTUMLU
XORULDAMA
OBASTAN VİKİ
Xortumlular
Xortumlular (lat. Proboscidea) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi. Bu dəstəyə daxil olan məməlilərin əsas özəllikləri xortumun olmasıdır. Ətrafları uzun, sütunvarı, pəncəsi beş, yaxud dördbarmaqlıdır. Boynu qısa, başı az hərəkətlidir. Çox inkişaf etmiş üst dodaq və burun bitişib hərəkətli xortum əmələ gətirir. Hindistan filləri və Afrika filləri cinslərinin daxil olduğu fillər (Elephantidae) xortumluların yeganə müasir fəsiləsidir. Xortumlulara aid digər iki mastodontlar (Mammutidae) və mamontlar (Mammuthus) fəsilələrinin bir neçə min il bundan əvvəl nəsli kəsilib.

Значение слова в других словарях

густи́ться мелкосидя́щий обветре́лый ошале́лость расска́зывайте уретри́т Интернациона́л кочкова́тый магнито́метр недоре́занный полево́й технологи́ческий anepigraphic Bujumbura calipers hundredary incomprehensible jaunting car morning room no-knock readdressing sprat-weather variability общепринятый очертенеть