XORVAT

I. i. Croat

II. s. Croatian; ~ dili Croatian, the Croatian language

XORUZLANMAQ
XORVATCA
OBASTAN VİKİ
Xorvat
Xorvatlar (xorv. Hrvati) – Balkanda, başlıca olaraq Xorvatiya (89%) və Bosniya və Herseqovinada (15%) yaşayan cənub slavyan millətidir. Xorvat icmaları həmçinin Qərbi Avropada, ABŞ-də, Cənubi Amerikada, Avstraliyada və Yeni Zelandiyada da mövcuddur. Xorvat dilində danışan xorvatlar Roma katolik məzhəbinə aiddirlər. == Tarix == Dalmasiya knyazlığı ilk xorvat dövləti sayılmaqdadır. Belə ki, 852-ci ildə bu dövlətin başçısı knyaz Tripimir özünü xorvatların hökmdarı elan etmişdir. 925-ci ildə isə xorvat hökmdarı Tomislav bütün xorvatları birləşdirərək və Panoniya knyazlığını işğal edərək, dövlət yaratmağa nail olmuşdur. 1102-ci ildə Macarıstanla sülalə ittifaqı yaratmış xorvatlar bu hadisədən sonra macarlaşmaya məruz qalmağa başladılar. 1526-ci ildə baş vermiş Mohaç döyüşündən sonra Macarıstan Krallığının ərazisi Osmanlı və Habsburqlar imperiyaları arasında bölüşdürülmüşdür. Bu vəziyyətdə Avstriya ilə ittifaq bağlamış xorvatlar tədricən alman təsiri altına düşür.
Patrisia Xorvat
Patrisia Xorvat (7 dekabr 1977, Mişkolç) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Patrisia Xorvat, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Xorvat dili
Xorvat dili (xorv. hrvatski jezik) – Xorvatiya, Bosniya və Herseqovina (bosniya dili və serb dili ilə yanaşı) və Serbiya tərkibindəki Voyevodina muxtar vilayətinin rəsmi dillərindən biri. O eyni zamanda Avstriyanın Burgenland federal torpağının bəzi bələdiyyələrinin rəsmi dillərindən biridir. Xorvat dili serb-xorvat dilinin regional variantı sayılır.
Xorvat ensiklopediyası
Xorvat ensiklopediyası (xorv. Hrvatska enciklopedija) — xorvat dilində olan milli ensiklopediya. Miroslav Krleja Leksikoqrafiya İnstitutu tərəfindən nəşr olunmuşdur. == Ümumi baxış == Ensiklopediya layihəsi 1999-cu ildə başladılmışdır. Xorvat ensiklopediyası ümümilikdə xorvat dilində olan sayca beşinci ensiklopediyadır. Bundan əvvəl mövcud olmuş xorvatdilli ensiklopediyalar Mate Uyeviçin Xorvat ensiklopediyası, Leksioqrafiya İnstitutu Ensiklopediyası, eləcə də, Ümumi Ensiklopediyanın iki nəşridir.1999-cu ildən 2009-cu ilə kimi ensiklopediyanın 11 cildi işıq üzü görmüşdür. Bu müddət ərzində hər il bir yeni cild yayımlanmışdır. 2010-cu ildə ensiklopediyanın onlayn versiyası hazırlanmış, yenilənmiş və yeni multimedia vasitələri ilə zənginləşdirilmişdir. 2013-cü ildən ensiklopediyanın onlayn versiyası pulsuz olmuşdur. == Cildlər == Ümumilikdə 9272 səhifə, 67.077 məqalə, 1.059.000 sətir mətn nəşr olunmuşdur.
Xorvat süsəni
Mavi süsən (lat. Iris germanica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bu növ çoxillik ot bitkisi olub, iri, inkişaf edən, azbudaqlı kökə, aşağı tərəfdə isə çoxsaylı kökə malikdir. Kökümsovun zirvəsində 4-6 yarpaqları vardır. Yarpaqlarının hündürlüyü 1 m-ə qədər, göyümtül-yaşıl, tutqun, qılıncvari və paralel damarlıdır. Gövdə üzərində bir neçə iri, gözəl çiçəkləri olur. Çiçəkyanlığı sadə, tacabənzər, 3 xarici yarpaqcığının kənarları qatlanmış, 3 daxili yarpaqcığı isə yuxarıya doğru yönəlmişdir. Erkəkciyi 3 olub, yuxarı yarpaqcıq arasında yerləşmişdir. Aşağı yumurtalıqlı olub, üçyuvalıdır. Çiçəkləri tünd-bənövşəyi rəngli, qutucuqmeyvədir.
Serb-Xorvat dili
Serb-Xorvat dili - cənubi slavyan dillərindən biri. Serb, xorvat və bosniya dilləri serb-xorvat dilinin regional variantları sayılır.
Xorvat qoyun iti
Xorvat qoyun iti (xorv. Hrvatski ovčar) — Xorvatiya ərazisində geniş yayılmış ancaq digər ərazilərdə olduqca az müşahidə edilən cins. Orta ölçülərə malik olan, əsasən qara rəngdə olan cins. Bu cinsin özünə məxsus xüsusiyyəti baş və ayaq nahiyyələrində qısa tükə malik olmalarıdır. Xarici görünüş baxımından Macarıstanda yetişdirilən Mudi cinsinə bənzəyir. Cins XIV əsrdən yetişdirilir. == Qısa məlumat == === Ümumi görünüş === Xorvat qoyun iti orta ölçülərin ən minimumuna malikdir. Rəngi əsasən qara rəngdə olsada sinə və pəncə nahiyyəsində ağ ləkələr vardır. Baş və ayaq nahiyyələrində tüklərin qısa olması onu tülküyə bənzədir. Bədənin digər nahiyyələrində isə uzun və dalğalıdır.
Xorvat Zaqoryesinin taxta oyuncaqları
Xorvat Zaqoryasının taxta oyuncaqları (xorv. Drvene igračke Hrvatskog zagorja) — ənənəvi xorvat uşaq oyuncaqları. 19-cu əsrdən bəri Xorvat Zaqoryası bölgəsində xalq sənətkarları tərəfindən hazırlanır. 2009-cu ildə Xorvat Zaqoryasında taxta oyuncaqları xalq sənətkarlığı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.Oyuncaq istehsalı Mariya Bistritsa və Qornya Stubitsaş şəhərlərinin ətrafındakı kəndlərdə başladı və hələ də davam edir. Bistriçki Laz, Stubiçki Laz, Qorniya Stubitsa, Mariya Bistritsa, Tuqonitsa və Turnişçe oyuncaqlar istehsalının əsas mərkəzləridir. Tütək, treşotka (təkərli quş formasında oyuncaqlar), tambura, taxta heyvanlar (adətən atlar), fit, avtomobillər, yük maşınları, qatarlar, təyyarələr, kuklalar üçün uşaq mebelləri və s. kimi təxminən 50 oyuncaq modeli hazırlanır.Oyuncaqların xüsusiyyətlərindən biri onun əsasən kişilər tərəfindən əl ilə hazırlanması və qadınlar tərəfindən rəngləndirilməsidir. Hamısı əllə düzəldiyindən tamamilə eyni olan oyuncaqlar olmur. Oyuncaqlar yerli ağaclar söyüd, ağcaqayın, fıstıq və cökədən hazırlanırlar. Ağac kəsilir, qurudulur, doğranılır və taxta və ya karton qəliblərdən istifadə edilərək ərsəyə gətirilir.
Albaniya-Xorvatiya münasibətləri
Albaniya–Xorvatiya münasibətləri (alb. Marrëdhëniet mes Shqipërisë dhe Kroacisë, xorv. Hrvatsko-albanski odnosi), Albaniya ilə Xorvatiya arasındakı mövcud olan ikitərəfli əlaqələrə deyilir. Hər iki ölkə bir-bii ilə 1992-ci ilin Avqust ayının 25-də diplomatik əlaqələr qurmuşdur. Albaniyanın Zaqreb'dəki bir səfirliyi, Xorvatiyanın isə Tirana'dakı bir səfirliyi var. Hər iki ölkə də Aralıq dənizi Üçün Birlik və NATO üzvüdür. Albaniya, Xorvatiyanın suverenliyini 1992-ci ilin Yanvar ayının 21-də Xorvatiyanın tanınmasını elan edən ilk dövlətlərdən biri halına gelmişdir. Albaniya və Kosovodan bir çox etnik Alban könüllü olaraq Xorvat Müstəqillik Müharibəsində Xorvatları yanında döyüşmüşdür. == Siyasi == 2009-cu ilin Aprel ayında həm Albaniya Baş naziri Sali Berişa həm də Xorvatiya baş naziri İvo Sanader'in qatıldığı bir yığıncaqda iki ölkə də NATO üzvlüyünə geri qayıtmışdır. Həmən il, iki ölkə Albaniya ilə Monetenqro arasındakı sərhəddə ortaq bir Atom Elektrik Stansiyası inşa etməyə qərar verdilər.
Albaniya–Xorvatiya münasibətləri
Albaniya–Xorvatiya münasibətləri (alb. Marrëdhëniet mes Shqipërisë dhe Kroacisë, xorv. Hrvatsko-albanski odnosi), Albaniya ilə Xorvatiya arasındakı mövcud olan ikitərəfli əlaqələrə deyilir. Hər iki ölkə bir-bii ilə 1992-ci ilin Avqust ayının 25-də diplomatik əlaqələr qurmuşdur. Albaniyanın Zaqreb'dəki bir səfirliyi, Xorvatiyanın isə Tirana'dakı bir səfirliyi var. Hər iki ölkə də Aralıq dənizi Üçün Birlik və NATO üzvüdür. Albaniya, Xorvatiyanın suverenliyini 1992-ci ilin Yanvar ayının 21-də Xorvatiyanın tanınmasını elan edən ilk dövlətlərdən biri halına gelmişdir. Albaniya və Kosovodan bir çox etnik Alban könüllü olaraq Xorvat Müstəqillik Müharibəsində Xorvatları yanında döyüşmüşdür. == Siyasi == 2009-cu ilin Aprel ayında həm Albaniya Baş naziri Sali Berişa həm də Xorvatiya baş naziri İvo Sanader'in qatıldığı bir yığıncaqda iki ölkə də NATO üzvlüyünə geri qayıtmışdır. Həmən il, iki ölkə Albaniya ilə Monetenqro arasındakı sərhəddə ortaq bir Atom Elektrik Stansiyası inşa etməyə qərar verdilər.
Azərbaycan-Xorvatiya futbol matçlarının siyahısı
== Kişilər == === Əsas milli komanda === 13.10.2014 Osiek AÇSO Xorvatiya – Azərbaycan 6:0 03.09.2015 Bakı AÇSO Azərbaycan – Xorvatiya 0:0 21.03.2019 Xorvatiya AÇSO Xorvatiya – Azərbaycan 2:1 09.09.2019 Bakı AÇSO Azərbaycan – Xorvatiya 1:1 === U-21 === 11.09.2007 Zapreşiç, Xorvatiya AÇSO Xorvatiya – Azərbaycan 3:2 21.11.2007 Bakı, Azərbaycan AÇSO Azərbaycan - Xorvatiya 0:1 02.09.2021 Velika Qoritsa, Xorvatiya AÇSO Xorvatiya – Azərbaycan 2:0 12.10.2021 Bakı, Azərbaycan AÇSO Azərbaycan - Xorvatiya 1:5 === U-19 === 29.10.2003 Xorvatiya AÇSO Xorvatiya – Azərbaycan 3:0 31.10.2012 Sesvete, Xorvatiya AÇSO Xorvatiya – Azərbaycan 7:1 13.08.2013 Xorvatiya YO Xorvatiya – Azərbaycan 1:1 03.08.2014 Avstriya YO Xorvatiya – Azərbaycan 0:1 20.09.2016 Sloveniya YO Xorvatiya – Azərbaycan 2:2 23.09.2016 Sloveniya YO Xorvatiya – Azərbaycan 1:1 === U-17 === 28.09.2001 Xorvatiya – Azərbaycan 2:0 21.03.2009 Petanc, Lüksemburq Xorvatiya – Azərbaycan 3:0 25.10.2011 Rovin, Xorvatiya AÇSO Xorvatiya – Azərbaycan 1:2 17.03.2015 Bakı, Azərbaycan AÇSO Azərbaycan – Xorvatiya 0:4 13.04.2018 Bosniya və Herseqovina BT Xorvatiya - Azərbaycan 1:0 === U-16 === 18.11.2014 Zaqreb, Xorvatiya YO Xorvatiya – Azərbaycan 3:2 20.11.2014 Zaqreb, Xorvatiya YO Xorvatiya – Azərbaycan 1:2 === Klublar === 17.07.2007 Bakı UEFA ÇL seç. mər. Xəzər-Lənkəran – Dinamo Zaqreb 1:1 24.07.2007 Zaqreb UEFA ÇL seç. mər. Dinamo Zaqreb – Xəzər-Lənkəran 1:1 -ə.v. 3:1 13.07.2011 Zaqreb UEFA ÇL seç. mər. Dinamo Zaqreb – Neftçi 3:0 19.07.2011 Bakı UEFA ÇL seç. mər. Neftçi – Dinamo Zaqreb 0:0 10.07.2012 Avstriya YO Neftçi – Dinamo Zaqreb 1:0 19.10.2012 Xorvatiya YO Yadren – Azərbaycan (U-21) 0:3 25.01.2014 Antalya YO Simurq – Draqovolyats 2:0 15.01.2015 Antalya YO Split – Azərbaycan (U-17) 4:0 17.01.2015 Antalya YO Split – Qarabağ 3:1 28.10.2016 Nyiredxaza, Macarıstan UEFA RK Zaqreb - Şərur 3:0 28.06.2018 Murska Sobota, Sloveniya YO Qəbələ - Dinamo Zaqreb 0:2 22.05.2019 Sloveniya YO Slaven Belupo-2 – Azərbaycan (U-21) 1:1 14.09.2022 Split UEFA GL Hayduk (U-19) – Qəbələ (U-19) 3:0 04.10.2022 Qəbələ UEFA GL Qəbələ (U-19) – Hayduk (U-19) -:- == Qadınlar == === Əsas milli komanda === 10.11.2022 Bakı, Azərbaycan YO Azərbaycan – Xorvatiya 0:0 13.11.2022 Bakı, Azərbaycan YO Azərbaycan – Xorvatiya 1:2 === U-21 === === U-19 === 21.09.2013 Lindabrunn, Avstriya AÇSO Xorvatiya – Azərbaycan 3:1 20.09.2015 Broyton, Uels AÇSO Azərbaycan – Xorvatiya 2:1 10.10.2022 Pula, Xorvatiya AÇSO Xorvatiya – Azərbaycan 1:0 === U-17 === 03.11.2012 Lindabrun, Avstriya AÇSO Xorvatiya - Azərbaycan 0:6 18.06.2016 Makedoniya BT Xorvatiya – Azərbaycan 1:3 20.04.2018 Bosniya və Herseqovina BT Xorvatiya (U-16) – Azərbaycan (U-16) 1:1 pen.
Azərbaycan–Xorvatiya münasibətləri
Azərbaycan–Xorvatiya münasibətləri — Azərbaycan Respublikası ilə Xorvatiya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin yanvar ayının 26-da qurulmuşdur. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmış və ilk rəhbəri Yaqub Mahmudov olmuşdur. 4 mart 2016-cı il tarixindən də Yaqub Mahmudov işçi qrupunun rəhbəridir.
Bosniya və Herseqovinada xorvatlar
Bosniya və Herseqovinada xorvatlar - ölkə ərazisində dövlətin üç əsas xalqından birini təşkil edir. Bosniya və Herseqovina ərazisində xorvatların dəqiq sayı İkinci Dünya müharibəsindən sonra məlum deyildir. Yuqoslaviya ərazisində müharibə, XX əsrin 90-cı illərində etnik təmizləmə nəticəsindı Bosniya və Herseqovina ərazisində xorvatların sayı azalmışdır. Hazırda Bosniya və Herseqovina ərazisində 600 000 xorvat yaşayır. Rəsmi məlumata görə Bosniya və Herseqovina əhalisinin 14,3 % xorvatlardır. == Tarixi == Müasir bosniya ərazisində xorvatlar VII əsrdə peyda olmuşlar. Bosniya və Xorvatiya ərazisində Pannoniya və Dalmasiya knyazlıqları peyda olmuşdur. 925-ci ildə xorvat kralı I Tomislav onları vahid bir krallıqda birləşdirmişdir. 1102-ci ildə isə Xorvatiya Macarıstanla birlışir. Burada iki krallıq bir hökmdar tərəfindən idarə edilirdi.
Ermənistan–Xorvatiya münasibətləri
Xorvatiya—Ermənistan münasibətləri — Xorvatiya və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ölkələr arasında diplomatik münasibətlər 8 iyul 1996-cı ildə qurulmuşdur. Ermənistan Xorvatiyada İtaliyanın Romadakı səfirliyi ilə, Xorvatiya isə Ermənistanda Yunanıstanın Afinadakı səfirliyi ilə təmsil olunur. 2011-ci ildə hər iki ölkə fəxri konsulluqlar açır: Ermənistan Zaqrebdə, Xorvatiya isə İrəvanda. Ermənistan Avrasiya İqtisadi Birliyinin, Xorvatiya isə Avropa İttifaqının (Aİ) üzvüdür. Ermənistan Avropa İttifaqı ilə Birlik Sazişi imzalamışdır. == Tarixi == Dubrovnik Respublikasının mərkəzi Dubrovnik, Xorvatiya-Ermənistan tarixi əlaqələrinin mərkəzi olmuşdur. Dubrovnikdə yaşayan çox sayda xaricinin arasında bir neçə erməni var idi. Dubrovnikin iki himayəçisi müqəddəs Zenobius və Zenobia Kilikiyadan olan erməni müqəddəslər idi. Raqusan Yepiskopu Raimondo Gallani 18-ci əsrin əvvəllərində Ankara və İstanbulun baş yepiskopu idi.
Serb-xorvatca
Serb-Xorvat dili - cənubi slavyan dillərindən biri. Serb, xorvat və bosniya dilləri serb-xorvat dilinin regional variantları sayılır.
Serbiyada xorvatlar
Serbiyada xorvatlar (serb-xorv. Hrvati u Srbiji, serb-kiril Хрвати у Србији) — Serbiya ərazisində yaşayan etnik azlıq. Milli azlıq statusunu 2002-ci ildə almışlar. Serbiyada 2011-ci il siyahıya alınmasına görə 57 900 xorvat yaşayır. Bunun 54 785 nəfəri Voevodina və Belqradda cəmləşmişdir. == Demoqrafiya == Serbiyalı xorvatların sayı 1960-cı illərin əvvəlində sürətlə artırdı. Bu təbii artımla əlaqədar olmuşdur. Sonradan isə təbii artımın azalması, miqrasiya və etnik mənsubiyyət dəyişdirilməsi nəticəsində saylarında azalma baş verir. Yuqoslaviyada 1948-ci il siyahıya alınmasına görə Serbiya ərazisində 169 864, 1991-ci il siyahıya alınmasına görə isə 105 406 milliyətcə xorvat olan əhali yaşayırdı. Bu isə müvafiq olaraq ümumi əhalinin 2,6 % və 1,1 % təşkil edirdi.
Slovakiya xorvatları
Slovakiya xorvatları (xorv. Hrvati u Slovačkoj, slovak. Chorváti na Slovensku) — Slovakiyada yaşayan milli azlıq. 2001-ci il siyahıyaalınmasına görə ölkədə 850 nəfər xorvat yaşayır (Slovakiyada yaşayan xorvat icmasının təxminən 3500 üzvü vardır). Xorvat azlığı Slovakiya Milli Azlıqlar Şurasının üzvüdür. Xorvatlar əsasən Bratislava diyarında yaşayırlar. == İcma haqqında == Xorvatlar Osmanlı ilə müharibə başlayandan sonra Slovakiyaya köçürlər. Miqrasiya əsas 1530-1570-ci illərdə baş verir. Miqrasiyanın başlanğıcı Mohaç döyüşü idi. Torpaqlarını tərk edən xorvatların çoxu Sisak, Kostainitsa, Krijevtsey, Slunya və Slavoniyadan idi.
Sloveniya ilə Xorvatiya arasında ərazi mübahisəsi
Sloveniya ilə Xorvatiya arasında ərazi mübahisəsi — 1991-ci ildə Yuqoslaviyanın parçalanmasından sonra hər iki ölkənin müstəqillik əldə etməsindən sonra yaranıb. Xorvatiya Statistika Bürosunun məlumatına görə, Xorvatiya və Sloveniyanın 668 km birgə sərhədi vardır. Sloveniya Respublikasının Statistika İdarəsinin məlumatına görə, Xorvatiya-Sloveniya sərhədinin uzunluğu 670 km-dir. Sərhədin ən mübahisəli hissəsi Piran körfəzinin sularıdır. Əvvəlcə sərhəd mübahisələri Sloveniya-Xorvatiya münasibətlərinə ciddi təsir göstərmir. 2000-ci illərin ikinci yarısında Sloveniya ərazi mübahisələrinin mövcudluğundan bəhanə gətirərək, iki dəfə (2008-ci ilin dekabrında və 2009-cu ilin sentyabr-oktyabr aylarında) Xorvatiyanın NATO-ya üzv olmaq üçün müraciətini əngəllədiyi zaman vəziyyət daha da pisləşməyə başlayır. Bu şəraitdə hər iki ölkə ərazi mübahisəsinin həllində kömək üçün dünya birliyinə müraciət etmək qərarına gəlir və beynəlxalq arbitrajla razılaşırlar. Arbitraj Sazişi 4 noyabr 2009-cu ildə Stokholmda imzalanır: Sloveniyanın Baş Naziri Borut Pahor, onun Xorvatiyalı həmkarı Yadranka Kosor və Avropa Şurasının Prezidenti Herman Van Rompöy imzalayır. 28 iyul 2015-ci ildə Xorvatiya Sloveniyanın arbitraj qaydalarını pozduğunu iddia edərək arbitrajdan çıxır. 29 iyun 2017-ci ildə Daimi Arbitraj Məhkəməsi mübahisənin hər iki tərəfi üçün məcburi olan sərhəd qərarını verir.
Slovenlər, Xorvatlar və Serblər dövləti
Slovenlər, Xorvatlar və Serblər dövləti (serb-xorv. Država Slovenaca, Hrvata i Srba / Држава Словенаца, Хрвата и Срба; sloven. Država Slovencev, Hrvatov in Srbov) — Avstriya-Macarıstan dağılmasından sonra Balkan yarımadasında meydana gələn dövlət quruluşu. 1918-ci il oktyabrın 29-da Xorvatiya və Slavoniya Krallığının, Dalmasiya Krallığının, Bosniya və Herseqovina və Krayna hersoqluğunun vahid bir dövlətə birləşdirilməsi nəticəsində yarandı. O, heç bir dövlət tərəfindən tanınmadı. Həmin il dekabrın 1-də dövlət Serbiya krallığı ilə birləşdi və bununla Serblər, Xorvatlar və Slovenlər Krallığını (1929-cu ildən Yuqoslaviya Krallığı) yarandı. Serbiya kralı I Pyotr Karageorgiyeviç dövlət başçısı elan edildi. == Adlandırması == Ölkə əhalinin mütləq əksəriyyətini təşkil edən üç cənubi slavyan xalqının (slovenlər, xorvatlar və serblər) şərəfinə aldlandırıldı. Eyni zamanda, boşnaklar ayrı millət sayılmırdılar. == Tarixi == Dövlət rəsmi olaraq 1918-ci il oktyabrın 29-da quruldu.
Türkiyə-Xorvatiya futbol matçlarının siyahısı
== Kişilər == === A milli === AÇ-1996-nın final mərhələsi: Qrup oyunu. 11 iyun 1996 Türkiyə – Xorvatiya – 0:1 Krım kuboku 12 iyun 1997 Xorvatiya – Türkiyə – 1:1 YO 31 mart 2004 Xorvatiya – Türkiyə – 2:2 AÇ-2008-in final mərhələsi: 1/4 final. 20 iyun 2008 Xorvatiya – Türkiyə – 1:1 (p. 2:4) === U-21 === === U-19 === === U-17 === === Klublar === == Qadınlar == === A milli === === U-21 === === U-19 === === U-17 === === Klublar === == Mənbə == Türkiyə&Xorvatiya: Kim güclüdür?
Ukraynanın Xorvatiya səfirliyi
Ukraynanın Xorvatiya səfirliyi (ukr. Посольство України в Республіці Хорватія) — Ukraynanın Xorvatiyanın Zaqreb şəhərində yerləşən səfirliyi. == Vəzifələri == Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir. == Tarixi == 1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı. 1992-ci il fevralın 18-də Ukrayna və Xorvatiya dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalanıb. 1995-ci ildə isə Ukraynanın Xorvatiya səfirliyi yaradıldı. Ukraynanın Xorvatiyada olan fövqəldə və səlahiyyətli səfiri Vasili Kiriliçdir. O, 2019-cu ildən bu vəzifədədir.
Xarici İşlər Nazirliyi (Xorvatiya)
Xorvatiya Xarici İşlər Nazirliyi və Xorvatiyanın Avropa İnteqrasiyası — Xarici əlaqələrdən məsul olan Xorvatiya hökumətində nazirlik.
Xorvatca
Xorvat dili (xorv. hrvatski jezik) – Xorvatiya, Bosniya və Herseqovina (bosniya dili və serb dili ilə yanaşı) və Serbiya tərkibindəki Voyevodina muxtar vilayətinin rəsmi dillərindən biri. O eyni zamanda Avstriyanın Burgenland federal torpağının bəzi bələdiyyələrinin rəsmi dillərindən biridir. Xorvat dili serb-xorvat dilinin regional variantı sayılır.
Xorvatca Vikipediya
Xorvatca Vikipediya — Vikipediyanın xorvat dilində olan bölməsidir. Bu günə gədər 217.022 məqalə yaradılıb.
Xorvatiya
Xorvatiya (xorv. Hrvatska) - Mərkəzi Avropanın cənubunda, qismən Balkan yarımadasının qərbində yerləşən, keçmiş Yuqoslaviyanın tərkibinə daxil olan, 1991-ci ildə müstəqillik qazanan dövlət. Rəsmi adı - Xorvatiya Respublikası (xorvatca Republika Hrvatska). İdarəçilik forması - parlamentli respublikadır. Paytaxtı və ən iri şəhəri Zaqreb şəhəridir. Xorvatiya şimal-qərbdə Sloveniya, şimal-şərqdə Macarıstan və Serbiya, cənubda Bosniya və Herseqovina, cənub-şərqdə Monteneqro ilə həmsərhəddir. Ölkənin qərbində Adriatik dənizinin sahilində yerləşir. Xorvatiya 1992-ci ildən BMT-nin, Avropa Şurasının, ATƏT-in, 2009-cu ildən NATO-nun və 1 iyul 2013-cü ildən Avropa Birliyinin üzvüdür. == Tarix == Xorvatlar digər cənub slavyanları kimi Balkan yarımadasına VII əsrdə gəldilər və IX əsrdə xristianlığı qəbul etdilər. 1091-ci ildə Xorvat kralı II Stepanın ölümündən sonra Xorvatiya torpaqları Macarıstan kralı I Latslo tərəfindən işğal edildi.

Digər lüğətlərdə

выме́ниваться гидросфе́ра завя́знуть музе́й-кварти́ра поздни́ка по́иски смотри́тельница созорова́ть хворости́на элеги́чный забросать камня́ми обалдева́ть подко́рмочный подмо́сти резюме́ смягчённо турне́пс Betsie coxswainless deadness ophite sew over sugaring ultraminiaturized приживлять